Avqustun 4-də REAL hərəkatının üzvləri məhbus liderləri İlqar Məmmədovla həmrəylik aksiyası keçiriblər.
Paytaxtda axşam gəzintisinə çıxan aksiyaçıların əynində üstünə İlqar Məmmədovun fotosu, “İlqar Məmmədov təslim olmur”, “Cümhuriyyətçilər təslim olmur”, “İlqar Məmmədovu unutmayaq” şüarları vurulmuş köynəklər olub.
Xatırladaq ki, İlqar Məmmədov yanvarın 23-ü və 24-də İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Fevralın 4-dən həbsdədir.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyib. Son iş yeri Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsi olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?