GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

Tarix: 22-11-2016, 02:30 Bölmə :Müsahibə Baxış: 845
İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

Bu gün Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri – Qarakənddə törədilən faciədən 25 il ötür. Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mİ-8” vertolyotunun vurulması nəticəsində Azərbaycanın tanınmış bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında baş prokuror İsmət Qayıbov da var idi

gundemxeber.az 25 ildən sonra İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov ilə müsahibəni təqdim edir:

- Bu gün Azərbaycan xalqının ən böyük faciələrindən olan 20 noyabr hadisələrindən 25 il ötür. Nədir bu rəqəm, bir igidin ömrü, bir gözəl oğlanın yaşı, bir ayrılıq qərinəsimi?

- O gündən bizi 25 il ayırır. Ancaq mənim üçün inanın ki, heç nə dəyişməyib. Bu gün 1991-ci ildən də ağırdı. O zaman atamın fiziki yoxluğunu hiss etmişdimsə, indi mənəvi yoxluğunu hiss edirəm. Hər gün ehtiyacım var ona. Mənəvi yoxluğu sıxır məni. Lap hissləri bir kənara qoyaq: arxam, dayağım, məsləhət yerim idi atam. Və gündən-günə, ildən-ilə daha da böyüyür, genişlənir o boşluq. O da atasını tez itirmişdi. Atam ailələrində sonbeşik övlad olub. Hələ uşaq vaxtımda atam mənə öz atasından danışanda deyərdi ki, kaş atam sağ olaydı. Onun üçün bir taxt düzəldərdim, otuzdurardım o taxtda, padşah kimi qulluq edərdim ona. O atasının həsrətini çox çəkirdi. Mənim də taleyimə yazıldı bu atasızlıq. Onun yerini mənim üçün heç kim doldura bilməz. Hərdən eşidirəm deyirlər ki, aradan bu qədər illər keçib... Mənim üçün illər keçmədi. Atam həlak olanda 49 yaşı var idi.

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

- İndi Siz Azərbaycan Respublikası Baş Prokurorluğu Beynəlxalq hüquqi əməkdaşlıq xidmətinin rəhbəri, baş ədliyyə müşaviri İsmayıl İsmət oğlu Qayıbov, demək olar ki, İsmət Qayıbovun yaşıdısınız.

- Mənim üçün zaman atamın yaşındadır - 49 yaşında. Atamı itirəndə 22 yaşım var idi. Lakin onsuz keçən bütün anlarda sanki hər zaman yanımda oldu. Bəlkə də inanmayacaqsınız, atdığım hər addımda, fikirləşdiyim hər sözdə onunla məsləhətləşdim, daxilimdə onun səsini eşitdim. Daim mənimlədir atam. Nə zaman çətinliyim olursa, mənə daxilimdəki səs olan atam doğru-düzgün yol göstərir. İndi mən də fikirləşirəm ki, kaş atam sağ olaydı, mən onun üçün o babam İsmayıla düzəltmək istədiyi taxtdan düzəltdirərdim, daima qulluğunda durardım. Xatirələrim o qədər çoxdur ki... O, adətən, işini evə gətirməzdi. Nə var idisə, qapının arxasında qalardı. İçəri keçdimi, evimiz gülüşlərlə, səs-küylə, bayramla dolurdu. Mənlə daxili siyasətimizi, dünya siyasətini müzakirə edərdi. Hətta bu gün də dünyada cərəyan edən hadisələri ürəyimdə atamla bölüşürəm, müzakirə edirəm. Həmyaşıdlarım arasında belə bir sirdaş, söhbət etməyə adam tapa bilmirəm. Hər zaman özümdən yaşlı adamlarla dostluq etmişəm. Atamın yaşıdları yaşlanıb, indi hərəsinin öz qayğısı var, dünyasını dəyişənlər də var. Mənim isə yanımda hər zaman 49 yaşındakı atam dolanır. İndi biz onunla həmyaşıdıq. Təkcə onunla söhbətim tutur.

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

- Sizin üçün ata, Azərbaycan üçün isə bu gün də əsil hüquqşünas, qəhrəmanlıq simvoludur İsmət Qayıbov. O ədalətə zəfər çaldırmağı bacarırdı. O vaxtdan bu vaxta mizan-çəki tərəzisində dəyişən nə oldu?

- 1993-cü ildən Baş Prokurorluqda işləyirəm. Atam isə 1971-ci ildən prokurorluq orqanlarında işləməyə başlamışdı. Şərəfli müstəqillik tariximizin ilk baş prokuroru olmaq da atamın adına yazıldı. Harada işlədisə, oraya hörmət, qayda-qanun gətirdi. Onun Femida adlı tərəzisi heç vaxt əyilmədi. 1990-cı ilin avqust ayında isə İsmət Qayıbov Azərbaycan SSR-nin Baş Prokuroru kimi fəaliyyətə başlamışdı. Bir il sonra dövlət müstəqilliyimiz əldə edildi. 1991-ci ilin 18 oktyabrından isə müstəqil Azərbaycan Respublikasının Baş Prokuroru oldu. Baş prokurorluqda işlədiyi qısa zaman kəsiyində həm elmi-tədris mərkəz yaratdı, həm də yeni iş üsul-idarəsi tətbiq etdi. 2000-ci ilə qədər qanunlarımızda dəyişiklik edilənə qədər atamın iş üsulu daim tətbiq olunurdu, onun təcrübəsi öyrənilirdi. O prokurorluğun gələcəyi, saflığı naminə kadrların təkmilləşdirilməsi üçün əlindən gələni edirdi.

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

- Mən İsmət Qayıbovun yaxın silahdaşları və dostlarının əksəriyyəti ilə 24 il bundan əvvəl görüşmüşəm. Əlbəttə o xatirələri yeri gəldikcə dərc etdirəcəm. Onların arasında Bakı Şəhər Prokuroru, mərhum Şükür Rzayev, prokuror Kazım Süleymanov, Milli Məclisin mərhum sədr müavnin Zakir Zeynalov və başqaları da var. Görüşdüyüm insanlar hər zaman onun haqqında xoş sözlər söyləyir, şeirin, musiqinin bilicisi kimi, gözəl dost kimi xarakterizə edirdilər.

- Atam üçün Azərbaycan musiqisi və poeziyası ən böyük dəyər idi. Alim Qasımov hələ öz kəndlərində xanəndəlik edəndə sorağı atama gəlib çatmışdı. Evimizdə yığıncaq, bir şad gün olanda Alim Qasımovu məclislərimizdə oxumağa dəvət edirdi. Bir dəfə də təyyarə ilə Soçidən Bakıya uçurduq. Məni yanında otuzdurub bəlkə 40 dəfə "Şuşanın dağları başı dumanlı” mahnısını dinləməyə məcbur etdi. Təyyarədən düşəndə mahnının bütün ladlarını əzbər bilirdim. Əslində düz edirdi, musiqi iliyə uşaqlıqdan işləməlidir. Atam da buna nail olmuşdu. O ki, qaldı dostlarına... Atamı bir dəfə görənlər belə onu ömürlük yaddaşlarına yazırdılar. O, hər kəsə mehriban idi. Mərhəmətindən, məhəbbətindən hər kəsə pay düşürdü. Bəzən televiziya ekranlarından onu arxiv kadrlarında göstərirlər. Hər hansı bir jesti, hərəkəti... İndi baxıram ki, heç kim onun kimi ola bilməz, onun riskini və jestlərini kimsə təkrarlaya bilməyəcək.

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

- Bəli... Bunu da dogru dediniz. Xatirinizdədirsə, 1991-cı ildə yanvarın 9-da Yevlax-Laçın yolu istiqamətində jurnalist Salatın Əsgərova ermənilər tərəfindən qətlə yetirildi. Və hər zaman risk etməyi bacaran, İsmət Qayıbov bu qisası qiyamətə qoymayacaqdı. Bir neçə aydan sonra İsmət Qayıbovun qurduğu xüsusi əməliyyat nəticəsində Salatını qətlə yetirən ermənilərin 7 nəfəri həbs edildi. Bunun əvəzini isə ermənilər çıxmağa çalışır, o, 7 ermənini geri istəsələr də, buna nail ola bilmirdilər. İsmət Qayıbov bu erməniləri Azərbaycan SSR Baş prokuroru olanda həbs etdirmişdi. Erməni erməniliyini etdi. Müstəqilliyimizin 1 ayı tamam olmamış, 7 quldurun əvəzinə DQVM-nın Baş prokurorluğunda Xankəndində ezamiyyətdə olan Bakı şəhəri istintaq şöbəsinin pokuroru Şükür Rzayevi oğurladılar. Əslində azadlığımızla barışmayan Rusiya müstəqilliyimizin acığını bizdən nə iləsə çıxmalıydı. Bu hadisə baş verəndə, Respublikanın Baş prokuroru öz tabeçiliyində olan prokuroru azad etmək üçün Ağdama yollandı... Onun dostlarının xatirələrindən eşitdiyimdən bilirəm ki, İsmət Qayıbov öz əməkdaşını darda qoymazdı... Və belə də etdi.

- 1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev Xankəndi şəhərinə ezam olunur. 13 noyabr 1991-ci il. DQMV Prokurorluğunun binasında növbəti iş günü başlayır və təxminən, səhər saat 10 radələrində üzü maskalı dörd nəfər silahlı erməni qəflətən Şükür Rzayevin oturduğu kabinetə girərək onun girov götürüldüyünü elan edirlər... Vilayət prokurorluğunda heç bir müqavimətlə qarşılaşmayan quldurlar onu həyətdə dayanmış dövlət nömrə nişanı olmayan "QAZ-24” markalı maşına oturdub gözlərini bağlayır və naməlum istiqamətə aparırlar...

İsmət Qayıbov xarakterli bir prokuror, azərbaycanlı kişi təbii ki, öz isti kabinetində rahat otura bilməzdi. 18 noyabrda artıq o, özü Xankəndinə danışıqlara gedir. Noyabrın 19-20-də isə Xocavənddə də ara qarışır. Azğınlaşmış ermənilər, qabaqlarına keçən azərbaycanlıları öldürürdülər. Erməninin zülmündən qaçan insanlar Ağdama axışırdılar. Azərbaycanın o vaxtkı rəhbərliyi təbii ki, Rusiya ilə danışıqlar aparırdı. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət heyət olmalıydı. Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun iştirakını xahiş edir. Bakıdakı dövlət məmurları 22 nəfər olmaqla Ağdama uçaraq, yerli sakinlərlə görüş keçirirlər. Sakinlərin şikayətlərindən hiddətlənən Tofiq İsmayılov iclasda iştirak edənlərə deyir ki, gedək hadisə yerinə. 1991-ci il noyabrın 20-də onların mindiyi vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13:48-də havaya qalxır.Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulur. Vertolyotda olan 22 nəfər dövlət məmuru həlak olur. Hadisələrdən bir neçə həftə keçəndən sonra, dekabrın 7-də Şükür Rzayev azad olunur.

- O tarix Azərbaycan üçün çox sarsıdıcı bir gündür. Oğul var evdən gedər, oğul var eldən gedər. Həmin vertolyotda 12 nəfər azərbaycanlı eldən getdi, dövlətdən və vətəndən getdi... Dövlətimizin qazandığı müstəqilliyin ilk qurbanı oldular. Sovet sistemi onlardan ayrılmağımızın əvəzini belə çıxdı...sən demə İsmət Qayıbovun şahidi olduğu 20 yanvar və şəhidi olduğu Qarakənd faciələrimizin başlanğıcı idi... Həmin Rus İmperiyasının Azərbaycanın Müstəqilliyinin qəsdinə durduğu nə qədər oyunları var imiş... O faciələrimizin başlanğıcından qanlı və şanlı tariximizə yazılan Şəhidlər Xiyabanı oldu. Çox maraqlıdır ki, həmin gecənin şəhidlərini Şəhidlər Xiyabanında deyil, Fəxri Xiyabanda dəfn etdilər və onlardn cəmi ikisinə jurnalist Alı Mustafayev və kameraman Fəxrəddin Şahbazova Milli Qəhrəman adı verdilər. Sizi heç narahat etdimi bu ayrı seçkilik?

- Bilirsiniz, həmin o vertolyotda vurulanlar Sizin qeyd etdiyiniz kimi, bu Vətənin azadlığını qorumaq, sərhəd problemini, insanlarımızın hüququnu qorumaq üçün getmişdilər. O ki, qaldı İsmət Qayıbova, o baş prokuror olduğu gündən vaxtının çox hissəsini erməni separatçılarının yığışdığı ərazilərdə keçirirdi. Buna misal olan, şahid olan videolentlərimiz, dövlət arxivimiz var... Və əgər o, Qayibovlar nəslindəndirsə, başqa cür ola da bilməzdi. Onun bu hərəkətlərinə bizim nəslin təcrübəsinə əsasən deyə bilərəm ki, burada qeyri-adi heç nə yox idi. Çünki bizim nəslin övladları hər zaman həyatlarını Vətənə, torpağa həsr ediblər. Azərbaycanın ilk təyyarəçisi Fərrux Qayıbov Rusiya İmperator Ordusunda xidmət edəndə də, Azərbaycan adından xidmət edib və Belarusun Borunı şəhəri üzərində keçirdiyi hava döyüşü zamanı həlak olub. Onun heç ailəsi də olmayıb. Evlənməyə vaxt tapmamışdı. Atam öz qardaşı Nadir Qayıbov haqqında da fəxarətlə danışardı. Əmim ikinci dünya müharibəsi zamanı Slovakiya ətrafında gedən döyüşlərdə həlak olub. Bu bizim nəslin taleyidir. Belə düşünürəm ki, vertolyotda həlak olanları o vaxtkı prezident Ayaz Mütəllibov təltif etməli, qəhrəman adı verməliydi. Sonra da mərhum Əbülfəz Elçibəy iki nəfərə Milli Qəhrəman adı verdi, nədənsə Vətənə canını qurban etmiş ilk dövlət məmurlarımızı diqqətdən kənarda qoydu, ayrı-seçkilik etdi. Hətta bu gün də onlar layiq olduqları dəyərlə qiymətləndirilməyiblər. Bu gün onlar xalqın yaddaşında qəhrəman kimi qalırlar. Ancaq həmin vertolyot qəzası bizim müstəqilliyimizin 40 günü tamam olmamış baş vermişdi. Bu insanlar müstəqilliyimizin qurbanı olmuşdular. Onların hər biri haqqında gərək bizim dərsliklərimizdə məlumat olsun. Məktəblilər onları öyrənsinlər, bilsinlər ki, bizim belə qeyrətli və vətən təssübünü çəkən məmurlarımız da olub. Belə olanda tarix yaşayır, şəhidlər və xatirələr ölmür. Yoxsa bir-iki nəsil keçəndən sonra, unudulacaqlar... Unutmaq olmaz ki, onlar Vətənimizin vətənpərvərlik simvollarıdırlar!!!

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

- Və bir maraqlı məqam... Ümid edirəm ki, bu sual Sizi incitməyəcək. O hadisə baş verəndən uzun zaman keçəndən sonra da belə bir şaiyə gəzirdi ki , İsmət Qayıbov ölməyib, ermənilər onu girov götürüblər.

- Mən hüquqşünasam. Həmin cinayət haqqında Baş Prokurorluqda cinayət işi açıldı. Biz də zərərçəkən kimi ifadə verdik. Hadisə yerindən götürülən bütün meyitlərin məhkəmə-tibb ekspertizasının cavabını oxuduq. Elə deyildi. Bu, sadəcə insanların İsmət Qayıbova olan məhəbbəti idi, o zaman insanların arasında İsmət Qayıbov adlı bir qəhrəmanlıq mücəssiməsi, siması var idi. Sadəcə xalq öz qəhrəmanının ölümünü qəbul etmək istəmirdi.

- Onu da bilirəm ki, İsmət Qayıbovun bir qol saatını da yadigar saxlayırsınız...

- Atam dosta istiqanlı idi. Yaxşı dostları çox idi. Hadisə baş verməzdən 5-6 gün əvvəl Əli Bayramlıdan bir yaxın dostu gəldi. Atamın qolundakı saatdan onun da qolunda var idi. Sadəcə atamın saatı bundan əvvəlki model idi. Onlar saatlarını dəyişdirdilər. Dostu dedi ki, təzə model atamın qoluna daha çox yaraşar. Və atam həlak olanda o saat da qolunda idi. Atamın dostuna verdiyi saatı isə, o dəfndən bir neçə gün sonra gətirib mənə bağışladı. Atamın saatı mənə yadigar qaldı.

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

-Heç yuxularınıza gəlirmi atanız?

- 5-6 dəfə görmüşəm, çox küskün və qəmgin, ancaq ağappaq libasda olub həmişə 49 yaşındakı atam.

İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

P.S.
1991-ci il noyabrın 20-də "Mi-8” hərbi vertolyotunda həlak olanlar:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.
Tanrı məkanınızı cənnət etsin. Gün o gün olsun ki, uğrunda canınızı fəda etdiyiniz Vətənimizin işğal altında olan torpaqlarını azad edək. Sizdən sonra çox şey dəyişdi... Müstəqilliyimiz bizə çox baha başa gəldi. O gün, bu gün, düşmənlər bizi rahat buraxmır.(modern.az)

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO)

    Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO) ...

    20-11-2013, 13:51

  • 
  • Bu gün ermənilər Azərbaycan helikopterini vurub

    Bu gün ermənilər Azərbaycan helikopterini vurub ...

    20-11-2014, 01:35

  • 
  • İsmət Abbasov Misir Mərdanov kimi danışdı

    İsmət Abbasov Misir Mərdanov kimi danışdı ...

    8-05-2013, 12:28

  • 
  • Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür

    Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür ...

    17-02-2016, 00:36

  • 
  • Tanınmış aktrisanın oğlu həbsxanada öldü: "Dayağım idi, getdi..."

    Tanınmış aktrisanın oğlu həbsxanada öldü: ...

    22-09-2015, 22:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu