GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Təklif edirik ki, Artur Rəsizadə yenidən revanş götürmək üçün gənclər və idman naziri təyin edilsin”

“Təklif edirik ki, Artur Rəsizadə yenidən revanş götürmək üçün gənclər və idman naziri təyin edilsin”

Tarix: 12-12-2016, 21:37 Bölmə :Müsahibə Baxış: 768
“Təklif edirik ki, Artur Rəsizadə yenidən revanş götürmək üçün gənclər və idman naziri təyin edilsin”

Mirmahmud Mirəlioğlu: “Od tutub yanan qiymətlər nəhayətdə həmin qiymətlərin asıldığı yerləri yandıracaq

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edirik.

- Parlament 2017-ci il üçün dövlət büdcəsi haqda müzakirələri başa çatdırdı. Növbəti il üçün Azərbaycanın maliyyə portfeli haqda nə deyə bilərsiniz?

- biz illərdir çağırışlar edirdik. İstər müxalifət siyasətçiləri, istər təhqiqatçılar, istər siyasi şərhçilər, istərsə də jurnalistlər deyirdi. Əlbəttə, bəziləri kəskin, bəziləri liberal şəkildə vəziyyəti anladırdı. İndi bu sözlər parlamentdə deyilir. Millət vəkilləri hətta kimin nə qədər sürüsünün, neçə villasının olduğunu deyirlər. Axı bunu biz illər əvvəl deyirdik, araşdırmaçı jurnalistlər yazırdı. Yəni vəziyyət öncədən xəbərdarlıq edilmişdi. Amma indi deputatlar bunun fərqində oldular, çünki hakimiyyət də həyəcan siqnalı çalmağa başladı. Məncə, bu məsələdə indiyə qədər ağıldan daha çox mədə düşüncəsi var idi. Baxın, büdcə müzakirə edilir, normalda baş nazir parlamentə gəlməli və hesabat verməlidir. Əlbəttə, baş nazirə hörmət lazımdır! Ancaq Azərbaycana da hörmət lazımdır. Bəlkə Artur Rəsizadəni yenidən revanş götürsün deyə gənclər və idman naziri təyin etsinlər? Biz təklif edirik.

Heydər Əliyev zamanında Abid Şərifova deyirdi ki, ştanqı qaldır. Əgər indi nazirləri çıxarmırlarsa, heç olmasa yerlərini dəyişsinlər, Artur Rəsizadə olsun gənclər və idman naziri. Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev həbsdədir. Cahangir Hacıyev məhkəmədə maliyyə naziri Samir Şərifov üçün nələr demir? Bəyan edir ki, bütün bunları maliyyə naziri mənimsəyib və s. Cahangir deyir ki, mənim xəbərim var, bu belədir. Amma Samir Şərifovun heç tükü də tərpənmir. Yəni Azərbaycan hökuməti bunların fərqində olmalıdır ki, növbəti ildə ancaq iqtisadi böhran, büdcə problemi olmayacaq. Artıq iqtisadi böhran siyasi böhrana, mədəni böhran mənəvi böhrana keçəcək. Bütün bunlar bir-birinin davamı ola və nəticədə qarşısıalınmaz durum yaranacaq, arzuedilməz proses olacaq. Məsələn, parlamentdə büdcə müzakirə edildi, bəzi jurnalistlər yazdı ki, Milli Məclis hökumətə 10 gün vaxt verdi. Hökumətə kim vaxt verə bilər? Hökumət nə istəyirsə onu da edir. Heç kəs hökumətə vaxt verə bilməz. Sadəcə olaraq qayda belədir ki, büdcə müzakirələrindən sonra hökumətə vaxt verirlər ki, deputatların təkliflərini nəzərə alsın. Hansı təklifləri nəzərə aldılar? Kimin ünvanına tənqid deyildisə, dərhal cavab verdi. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri elə cavab verdi ki, sanki ermənilərə cavab verirdi. Hökumət tənqid nədir, elementar təklifi belə qəbul etmir. Ona görə də, vəziyyət gərgindir. Bu gərginliyi hökumət öz çiynində və gündəlik həyatında hiss etməyə qədər etiraf etməyəcək. Onda isə gec olacaq, vəziyyət gərgin olacaq. Gözlənilən budur. Əlbəttə, dünyada da vəziyyət gərgindir, amma bizim gərginliyimiz elədir ki, dünya bunun fərqindədir. Bizi lağa qoyurlar. II Avropa Oyunlarının keçiriləcəyi dövlətin rəhbəri deyir ki, biz Azərbaycan kimi xərc sərf etməyəcək: biz danışdıq xərclərin yarısı sizin, yarısı bizim. Amma biz pullarımızı göyə sovurduq. Bakı meri Hacıbala Abutalıbov hələ bizə şad xəbər verir ki, görün yeni ildə nə qədər atəşfəşanlıq edəcəyəm. Bütün bunlar ayıbdır. Axı deyirik ki, böhran var, büdcə kəsiri var, qiymətlər od tutub yanır. Od tutub yanan qiymətlər nəhayətdə həmin qiymətlərin asıldığı yerləri yandıracaq. Ən dəhşətlisi budur.

-Yeri gəlmişkən, sizcə, Azərbaycanın vəziyyəti nədən ibarətdir?

-Azərbaycanın vəziyyəti xoşagələn deyil. Bu vəziyyət dəyişilməlidir və bunun üçün hər kəs əlindən gələni etməlidir. İqtidar da, müxalifət də.

Bir var dünyada vəziyyət. Məsələn, iqlim, hava, ekologiya və s. Bir də var dünyada olmayan, yalnız Azərbaycanda olan vəziyyət. Torpağımızın 20 faizi işğal altındadır, üstəlik dünyada baş verən proseslər ölkədən yan keçmir. İqtidar hər zaman deyirdi ki, bu məsələlər Azərbaycandan yan keçəcək. Böhran, iqtisadi vəziyyət var. Bundan çıxış yolları aramaq, manatın devalvasiyasının qarşısını almaq əvəzinə, hakimiyyət ən yüngül forma tapdı. Nəticədə təbii qazın, elektrik enerjisinin, suyun qiymətlərini qaldırdı.

Sonra xüsusi məsələlər var ki, bu vəzifələr gündəlik yerinə yetirilməli, ciddi tədbirlər görülməlidir. Məsələn, intiharlar. Bu məsələ ilə bağlı KXCP ötən həftə Baş Prokurorluğa, DİN-ə, Səhiyyə Nazirliyinə və FHN-ə müraciətimiz oldu.

Eləcədə dəm qazından olan ölümlər. Statistika ortadadır. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Azərbaycanın özəl məsələləri budur və bunların baş verməməsi üçün ciddi tədbirlər olmalıdır.

Ümumi məsələyə gəldikdə səhiyyəmizin durumu ortadadır, təhsilin vəziyyəti reallıqdır. Azərbaycanda hər kəs bilir ki, təhsildə şagirdlərin mənimsəməsini öyrənməkdən ötrü Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında mübahisələr, fikir ayrılıqları var. Deməli bunun aradan qaldırmağın asan yolunu tapdılar. Mənimsəməni yüksəltmək, savadsızlığın qarşısını almaq əvəzinə məktəbləri bağlayıb birləşdirirlər. Artiq bölgələr üzrə mərkəzləşdirmə aparıldığı deyilir və s.

Vəziyyət o dərəcədə bərbətdır ki, baş muzeydən tutmuş bölgələrə qədər olan muzeylərdə baş aldadırlar, hər kəsi aldadırlar. Bəzən bir eksponatı burdan ora aparırlar orda açılış edirlər, sonra başqa yerdə muzey tikib orada açılış edirlər və s. Nəhayətdə həmin muzeyləri bağışlayırlar. Deməli arada bizim eksponatlarda it-bat olacaq. Belə məsələlər də var. Təhsil çox bərbad vəziyyətdədir. Bizim hakimiyyət savadsızlığı inkişaf etdirmək kursu götürdü.

- “Azadlıq” Siyasi Partiyaların Məşvərət Şurasının təşəbbüsü ilə müxalifət partiyaları arasında müzakirələr aparılır. Bu müzakirələrin nəticəsi nədən ibarətdir?

- Müzakirələr aparırıq. Əslində bir araya gəlmə təşəbbüsü bir ay əvvəl toplantıda ortaya çıxdı. Bundan sonra müzakirələr başladı. İndiyə qədər iki dəfə müzakirələr olub, partiyalar bu prosesdə iştirak edib. Qeyd edim ki, partiyaların sayında da, artım var. Yəni bu prosesdə iştirak edən yeni partiyalar var. Növbəti həftədə yeni müzakirələr keçiriləcək. Dekabrın 25-də isə geniş toplantı nəzərdə tutulub. Siyasi partiyaların funksional da olsa əməkdaşlığının əldə edilməsidir. Eləcədə bu və digər məsələlərlə bağlı birgə müzakirələr aparmaqdır. Konkretləşdirəndə isə bu gün üçün vəziyyətimiz və vəzifələrimizdir. Müzakirə mövzusu əsasən budur. Yəni həm Azərbaycanın vəziyyəti, həm siyasi partiyaların vəziyyəti, həm də partiyaların vəzifələridir.

- Qarabağ danışıqlarına baxışınız nədən ibarətdir?

- Mən təklif etmişdim ki, bizim xarici işlər naziri Hamburqa səfər etməsin. Ancaq bizim dediyimizə kimdir qulaq asan. Nazirlər dəyişsə də, onların Qarabağla bağlı danışıqlar üçün etdiyi səfərlərin xərclərini saxlasaydıq heç səfirlikləri bağlamazdı. Çünki bu səfərlərin heç bir nəticəsi yoxdur və bunu dəfələrlə demişik.

Əgər xatırlayırsınızsa, SSRİ zamanı Qarabağda xüsusi komitə yaradıldı, onun rəhbəri rus oldu. Həmin komitə sədrinin də Qarabağ problemini yoluna qoymaq üçün planları var idi. Həmin planlarla Lavrov planları arasında xüsusi bir fərq yox idi. Yəni adlar dəyişir, mahiyyət dəyişmir. Əslində bu məsələ 1920-ci ildə də, sonrada belə idi. Belə planlar var idi. Yəni bu çar Rusiyasının və Sovet Rusiyasının dəyişməz siyasətidir. Bu Varansov Daşqovun da, Sisianovun da vaxtında var idi-Dağlıq Qarabağ Vilayəti yaradılsın, erməni respublikası yaradılsın, Qarabağa bu status verilsin və s. Azərbaycan dövlət başçısının dediyi məşhur ifadə var: onlara ən yüksək status olaraq muxtar respublika verə bilərik. Ancaq ermənilər gördüyünüz kimi bunu belə istəmir. Fikrimcə, bizim neyləməyimizdən asılı olmayaraq bu siyasət dəyişməyəcək. Əslində isə aprel döyüşləri də göstərdi ki, Qafqaza və Azərbaycana sülh Azərbaycanın ədalətli əsgərinin, ordumuzun süngüsü üzərində gələcək. Azərbaycan ordusu qələbə çalacaq və bütövlükdə ədalətli bərpa edəcək. Bundan başqa yol yoxdur. Əlbəttə, ATƏT-də həmsədrlik institutu dəyişəcək, bu diplomat gedəcək, digəri gələcək, amma Qarabağ problemi dəyişməyəcək. Prezident Putin deyirdi ki, bu məsələ mənim nəzarətimdədir. Onsuz da bunu Rusiya edib də. Nə fərqi var Qarbaçovun vaxtında, Yelsinin dönəmində və ya Putinin dövründə etdi. Bunun fərqi varmı? Dəyişməz siyasət budur. Bizdə də bir ara sevinirdilər ki, Lavrov belə dedi. Lavrovun kimliyi bilinir və haranı təmsil etdiyi də ortadadır.



- Donald Trampın hakimiyyəti zamanı İŞİD-in məhv ediləcəyinə inanırsınızmı?

-İŞİD ləğv edilə bilər. Məncə, bunda problem yoxdur. İŞİD-ın taleyi dünya güclərindən və onların arxasında duran güclərdən asılıdır. Amma İŞİD-i məhv edib əvəzinə ortaya başqa bir şey çıxaracaqlar. Bin Ladeni ləğv edib ortaya nəyi çıxardılar? Fikrimcə yeni proje olacaq və Donald Trampda indiki layihəni söndürüb yenisini alovlandırmaq üçün gətirilib.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Mirmahmud Mirəlioğlu: “Milli Şuranın adı və strukturu dəyişdirilməlidir”

    Mirmahmud Mirəlioğlu: “Milli Şuranın adı və ...

    14-01-2014, 12:33

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu