GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mən məcburiyyət qarşısında qalaraq 25 il Moskvada yaşamışam”

“Mən məcburiyyət qarşısında qalaraq 25 il Moskvada yaşamışam”

Tarix: 21-12-2016, 15:04 Bölmə :Müsahibə Baxış: 493
“Mən məcburiyyət qarşısında qalaraq 25 il Moskvada yaşamışam”

Ayaz Mütəllibov: “ Trampın dedikləri əsas verir ki, gələcəyə nikbin baxaq”

- Ayaz müəllim, hazırda işğal edilən Azərbaycan torpaqları ilə bağlı danışıqlar prosesi aprel-may aylarına nisbətən faktiki səngiyib. Biz görürük ki, Türkiyənin özündə vəziyyət yaxşı deyil. Suriyada baş verənlər göz önündədir. Bizim regionda gərginlik müşahidə edilə bilərmi?

- Hər halda indi real şəkildə bu təhlükə izlənilməsə də, bu halı fəaliyyətimiz zamanı nəzərdə tutmalıyıq. Çünki geosiyasi hadisələr elə inkişaf tapır ki, biz bu inkişafla hesablaşmalıyıq. Biz neytral dövlət olsaydıq bu, bizim xeyrimizə olardı. Ancaq biz neytral dövlət deyilik və buna da cəhd etməmişik. Odur ki, indiki vəziyyətdə ətrafda gedən prosesləri izləməli və təhlükələrin qarşısını almalıyıq. Qazandığımız nüfuz bizim üçün mühüm alətdir. Azərbaycanın beynəlxalq aləmdə indiki nüfuzu zəmin yaradır ki, biz mövcud olan vəziyyətdən istifadə edərək inkişaf edək, eyni zamanda xarici siyasətdə elə mövqe tutmalıyıq ki, heç kəslə düşmən deyilik, üçüncü dövlətə qulluq etmək istəmirik. Bu səpkidə siyasət aparılmalıdır. Çox səliqəli, incə və ehtiyatlı.

- Hazırda ABŞ-da yeni prezident Donald Tramp bir aydan sonra səlahiyyətlərinin icrasına başlayacaq. Nə düşünürsünüz, dünyada ciddi dəyişikliklər ola bilərmi?

- Çox güman ki, böyük müqavimətlə rastlaşmasına rəğmən Tramp prezident kimi fəaliyyətə başlayacaq. Tramp seçkilər zamanı müəyyən fikirlər və vədlər verib ki, bunlar xoşagələndir. Məsələn, Tramp bəyan etdi ki, ABŞ başqa dövlətlərdə hakimiyyətlərin devrilməsi ilə məşğul olmayacaq, Amerikanın gələcəyinə qulluq etməliyik və s. Bu deməyə zəmin yaradır ki, Azərbaycanın vəziyyəti, Qarabağla bağlı müsbət inkişafını tapa bilər. Çünki ABŞ-da elə qüvvələr var ki, onlar ikili standart işlədərək ölkəmizə o qədər xoş münasibət bəsləmir. Trampın dedikləri əsas verir ki, gələcəyə nikbin baxaq. Məndə belə bir inam var. Nəzərə alın ki, biz prezident Klintonun, prezident Buşun və digərlərinin fəaliyyətini izləmişik. Son 25 il ərzində qərb və ya Amerikanın köməyinə nail ola bilməmişik.

- Tramp həm də İranla nüvə razılaşmasına qarşı çıxıb, onun qüvvədən salınması çağırışını edib. Sizcə, bu bizim regionda münasibətləri nə dərəcədə kəskinləşdirəcək?

- Məncə, Tramp Ağ-Evin sahibi olsa İran və digər müsəlman ölkələrlə münasibətlərini saf niyyətlə quracaq. İran faktoru ən xatalı mərhələni keçib və ABŞ-la münasibətlərini qura bildi. Bu, İran üçün böyük uğurdur. Bundan sonra geri dönmək nə dərəcədə həqiqətə uyğun olardı? Mən İranla münasibətlərin pisləşəcəyini gözləmirəm.

- Tramp özü bəyan etdi ki, nüvə sazişinə yenidən baxılmalıdır...

- Amerika cəmiyyəti rəngarəngdir, müxtəlif siyasi qurumlar var. Prezident bunları nəzərə almalıdır. Mərkəzi Kəşfiyyat İdarəsi, ona bənzər qurumlar böyük rola malikdir. Prezident bunlarla da hesablaşmalıdır.

- Ayaz müəllim, VİP sədri Əli Əliyev sizi kəskin tənqid edib. Bu tənqidlərə münasibətiniz necədir?

- İndi hər kəsin ixtiyarı var ki, öz mövqe və fikirlərini səsləndirsin. Mən SSRİ-dən danışanda əslində keçmişi nəzərdə tuturdum və bu fikirlərimi indiki dövrlə əlaqələndirmirdim. Çünki o dövrdən 25 il keçib. İndi fikirlərimə belə reaksiya vermək və bunu hansı arqumentlərlə əsaslandırıldığını bilmirəm. Faktiki olaraq biz müstəqilliyimizi əldə etmişik. İndi hamımızın borcudur ki, müstəqilliyimizi qoruyaq, müstəqil dövlət kimi inkişafımızı davam etdirək. Bu aydın bir məsələdir və buna da heç kim etiraz etmir, edə də bilməz. Ancaq Mütəllibovun keçmiş dövlətlə bağlı fikirlərini bildirməsi heç kimin zərərinə deyil və mən burada xata görmürəm.

- Əli Əliyev sizin eks-prezident kimi dövlət tərəfindən aldığınız imtiyazlardan mərhum edilməsi haqda çağırış edib...

- Mən bu məsələyə toxunmaq istəmirdim. Birincisi, Azərbaycan dövləti keçmiş prezidentlər haqqında qanun qəbul edib. İkincisi, hesab edirəm ki, bunun üzərində hansısa siyasət qurmaq düzgün deyil.

- Sizə qarşı çıxış edənlərlə sizin ideoloji yönünüz fərqli olduğu üçün fikirləriniz kəskin reaksiyalara səbəb olur?

- Məncə, burada ideoloji əsaslar yoxdur. Onlar vaxtı ilə mənə müstəqillik haqqında Konstitusiya Aktına imza atanda mane olmadılar. O zaman şəxsən mənim düşüncəm üstün götürüldü. Təbii ki, SSRİ dövlət kimi öz sonuna çatırdı. Bu proses qanlı fəlakətlərlə nəticələnməsəydi yenə də dözmək olardı. Ancaq qanlı hadisələr, Qarabağda - Azərbaycan ərazisində təşkil edilən qarşıdurmalar məni vadar edirdi ki, öz fikirlərimi açıq deyim. Mən də fikirlərimi hər zaman SSRİ rəhbəri Qarbaçovun üzünə demişəm. Yəni mən var gücümlə Azərbaycanı müdafiə etmişəm, həqiqəti çatdırmışam. Burada hansı ideologiyadan söhbət gedə bilər? Bir ideologiya var: biz vətəni göz bəbəyimiz kimi qorumalıyıq.

- Biz ideologiya fərqi deyəndə daha çox 25 il əvvəl sizin nisbətən sol ideyalara yaxın, Əli Əliyevin təmsil olunduğu AMİP-in, AXC-nin isə radikal sağ mərkəzçi mövqedə olmasını nəzərdə tuturuq...

- Soruşmaq olar ki, siz o zaman Moskvaya qarşı sərt mövqedə çıxış edirdiniz və bu Azərbaycana nə verirdi? Münasibətlər pozuldu. AXC və digərləri özünə nüfuz qazana bilmədi. Bunun da isbatı odur ki, indiyə qədər müxalifətdə oturublar və bir nəticə əldə edə bilməyiblər. Siyasətdə isə maraq var. Sən öz marağının həllində müəyyən amillərdən istifadə edə bilərsən. Mən daima demişəm ki, Rusiyanın paytaxtı Moskva postsovet dövründə də böyük siyasi mərkəzdir və bununla hesablaşmaq lazımdır. Halbuki bizim Qarabağ dərdimiz var. Rusiya ilə elə rəftar etməliyik ki, Qarabağ münaqişəsinin həllinə nail olaq və bu prosesə zərər gətirməyək. Moskva ilə hesablaşmaq lazımdır. İndi bizim prezidentin siyasətinə baxanda həm Rusiya, həm Türkiyə, həm də qərb ölkələri ilə müəyyən münasibətlər qurmuşuq və bunun da bəhrəsini görürük. Ən azı gərginlik meydandan çıxıb və bu zaman kəsiyində Azərbaycan böyük nəaliyyətlər əldə edib.

- Əli Əliyev sizinlə bağlı deyib ki, cənab Mütəllibov əslində Azərbaycanı Avrasiya İttifaqına daxil olmasını istəyir. Bu nə dərəcədə doğrudur?

- Əvvəla, mənim bunu istəyib istəməməyim şəxsi işimdir. Buna qiymət vermək və təhlil etmək hər kəsin işi deyil. Bu mənim şəxsi mövqeyimdir və mən də bunu istifadə edə bilərəm, kimsə də mənə qadağa qoya bilməz. İkincisi, mən hələ 1990-cı illərin əvvəllərində dediyim kimi biz gərək keçmiş SSRİ məkanında olan respublikalarla elə iqtisadi əlaqələr qurmalıyıq ki, xalqımız və dövlətimiz xeyir görsün. Çünki biz 70 il ərzində bir sistem daxilində yaşamışıq və SSRİ dağıldıqdan sonra böyük boşluq əmələ gəldi. 70 il ərzində bir-birimizlə sıx inteqrasiya şəklində inkişaf tapırdıq. Sonradan böyük boşluq əmələ gələndə çətinliklər də yaranmışdı. Bu baxımdan siyasətdə “kimdənsə küsürəm, danışmıram” və ya “filan kəs mənim xoşuma gəlmir” fikirləri ola bilməz. Burada maraq məsələsi var. Elə siyasət aparılmalıdır ki, öz maraqlarımızı müdafiə etmək qabiliyyətini itirməyək və taleyimizi başqa iddialara qurban verməyək.

- VİP sədri açıq bəyan edib ki, Ayaz Mütəllibov Moskvanın Azərbaycanla bağlı planlarından daha çox məlumatlıdır...

- Bunların hamısı uydurmadır. Qətiyyən belə deyil. Mən Azərbaycan xalqının övladıyam, öz xalqıma xidmət etmişəm və bu gün də edirəm. Hazırda mənim çıxışlarım, irəli sürdüyüm təkliflər bu xidmətin bir göstəricisidir. Mən həmişə vətənə qayıtmaq istəmişəm və buna da nail olmuşam. Əlbəttə ki, Azərbaycan prezidentinin köməyi sayəsində bu baş verib. Bu da, mənim üçün şərəfli haldır. Odur ki, məni siyasi mənada Moskva ilə bağlamaq düzgün deyil.

İkincisi, əgər mənim iddia olunduğu kimi əlaqələrim varsa, bundan istifadə edib öz dövlətimə və xalqıma xeyir gətirə bilərəm. Bundan niyə istifadə etməyək? Əgər kiminsə Avropada, Amerikada yaxşı münasibətləri varsa, bundan istifadə edib vətəninə xidmət etsin. Burada nə pis iş var?

Üçüncüsü, mən məcburiyyət qarşısında qalaraq 25 il Moskvada yaşamışam. Çünki məni həqiqətən də ölkədən qovmuşdular. Moskvada siyasətdən kənar, sadə insan kimi yaşayırdım. Mən sadəcə Azərbaycandan Moskvaya gedib məskunlaşan insanlardan biri kimi yaşayırdım. Heç bir dövlət qurumunda işləməmişəm, heç belə dəvət də olmayıb. Moskvada iki dəfə mənim başıma oyun açıblar. Az qala məni həbs etmişdirlər.

AXC vaxtı ilə bəyan etdi ki, onların hakimiyyətə gəlməsi 9 ölkə ilə razılaşdırılıb. Bunlar hansı dövlətlər idi? Buyurub desinlər.

- Arif Hacılının Ali Sovetdə olan çıxışını nəzərdə tutursunuz?

- Bəli, həmin çıxışı nəzərdə tuturam. Özləri belə deyib.

- Rusiya və Ermənistanın birgə ordu qurması bir çox analitiklər tərəfindən Azərbaycana təhdid və təhlükə olaraq göstərilir. Siz doğurdanmı bu hərbi əməkdaşlığı Azərbaycana qarşı təhlükə kimi görmürsünüz?

- Yox. Düzü o dərəcədə deyil. Rusiya Azərbaycana çox böyük diqqət yetirir. Rusların mövqeyindən çıxış etsək, Rusiyada Azərbaycanın rolu, mövqeyi əhəmiyyət kəsb edir. Azərbaycanı qoyub Ermənistanla bizim ölkənin zərərinə münasibət qura bilməz. Bizim bölgədə nüfuzumuz çox artıb. Odur ki, bizimlə həm qərb maraqlanır, həm də Rusiya ilə həmsərhəd dövlətik. Bütün bunlar Rusiyanı vadar edir ki, Azərbaycanla əməkdaşlıq etsin. O ki, qaldır Rusiya-Ermənistanla əməkdaşlığına, bu bəlli məsələdir. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yoxuq. Ermənistan isə burada təmsil olunur və bundan istifadə edir. Ancaq bu o demək deyil ki, Azərbaycana qarşıdır.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan müsahibə almamalıdır”

    “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan ...

    10-12-2015, 14:20

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • Ayaz Mütəllibov 21 ildən sonra ilk dəfə səs verdi – (Foto)

    Ayaz Mütəllibov 21 ildən sonra ilk dəfə səs verdi ...

    9-10-2013, 16:06

  • 
  • Ayaz Mütəllibov nəvəsinə toy edib

    Ayaz Mütəllibov nəvəsinə toy edib ...

    21-01-2014, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu