Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Əbülfəz Elçibəy haqqında səsləndirdiyi ittihama münasibət bildirib.
Mirmahmud Mirəlioğlu bildirib ki, jurnalistlər belə adamdan müsahibə almamalıdırlar: “Belə bir söz deyibsə bu, artıq Ayaz Mütəllibovun sayıqlamasıdır. Təəssüflər olsun ki, bu yaşında, başı bu halda ola-ola jurnaslitlər də onu danışdırıblar. Bu adam sayıqlayır və bizim adət-ənənəmizə, aldığımız tərbiyyəyə, jurnalist etikasına görə də jurnalistlər belə adamlardan müsahibə almamalıdırlar. Ağsaqqal yaşına çatsa da ağsaqqallığını özü belə qəbul edə bilməyən adamlardan hörmət əlaməti olaraq müsahibə almaq düzgün deyil. Ayaz Mütəllibovun səsləndirdiyi fikir kökündən yalnışdır. Təəssüf olsun ki, indiki zamanda Azərbaycanda ağıllı adamlar həm də Ayaz Mütəllibovun əmrlərini, tapşırıqlarını yerinə yetirirlər. Onunla söhbət edib nəyisə müzakirəyə çıxarırlar. Bu keçmiş də olsa ağır xatırlamadır”.
Xatırladaq ki, Modern.az saytına müsabibə verən Ayaz Mütəllibov Elçibəyi primitiv millətçi adlandırıb: "Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?