GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Azərbaycanlıların təhsil, iş, inteqrasiya problemləri var”

“Azərbaycanlıların təhsil, iş, inteqrasiya problemləri var”

Tarix: 17-01-2017, 18:02 Bölmə :Müsahibə Baxış: 507
“Azərbaycanlıların təhsil, iş, inteqrasiya problemləri var”

Əhməd İmamquliyev: “İndi Gürcüstanda əsas ana müxalifət bizim partiyadır”

Gürcüstanda azərbaycanlıların təhsili, problemləri, məşğuliyyəti, gürcü cəmiyyətinə inteqrasiyası, siyasi proseslərdə iştirakçılığı və digər məsələlərlə bağlı bu ölkədə yaşayan ictimai-siyasi xadim Əhməd İmamquliyevlə müsahibəni təqdim edirik.

-Əhməd bəy, Gürcüstanda yaşayan soydaşlarımızın durumu, problemləri öz həllini tapırmı?

- Gürcüstanda yaşayan azərbaycanlıların problemləri çoxdur. Mənim fikrimcə, ilk ciddi problem gənclərlə bağlıdır. Məsələn, azərbaycanlılarım sıx məskunlaşdığı Marneuli rayonunda gənclər nə icra hakimiyyətində, nə də digər dövlət strukturlarında işləyir. Əvvəl deyirdilər ki, gürcü dilini bilmədikləri üçün gənclərimizi işə götürmürlər. Ancaq indi çoxlu sayda gənclər var ki, gürcü dilini dərindən bilirlər, universitetlərdə təhsil alıblar. Onlar icra hakimiyyətində və digər qurumlarda işləyə bilərlər. Amma çox təəssüflər olsun ki, bu gün də iş problemi mövcuddur. Marneulidə rayon sakinləri olan və dövlət qurumlarında işləyən şəxslərin sayı azdır.

İkincisi, Kvemo-Kartli deyilən ərazidə azərbaycanlılar sıx yaşayırlar və onlar əsasən əkinçiliklə məşğul olurlar. Hakimiyyət tərəfindən onlara lazımı qədər dəstək olmur ki, kənd təsərrüfatı məhsullarını daha keyfiyyətli yetişdirsinlər. Bu insanlara su, daha sonra bazar lazımdır. “Gürcü Arzusu” hakimiyyətə gəlməzdən əvvəl vəd vermişdi ki, kənd təsərrüfatı sahəsində işləyənlərə aşağı faizlə kreditlər veriləcək. Amma mən bildiyim qədər Kvemo-kartlidə insanlar belə kreditlər və dövlət dəstəyindən istifadə edə bilməyib.

Üçüncüsü, əhalinin əsas problemi işsizlikdir. Düzdür, bu problem ümumi Gürcüstanın problemidir. Amma eyni zamanda deyərdim ki, xüsusilə bizim regionda işsizlik problemi tüğyan edir. Dövlət tərəfindən bizim gənclərə dəstək yoxdur. Baxmayaraq bizdə yetərincə savadlı gənclər var və onlar müxtəlif yerlərdə işləyə bilərlər. Nə dövlət, nədə şəxsi biznesdə bizim gənclər işləmir. Baxın, Marneuli icra qurumlarında, banklarda və özəl biznesdə əsasən Tiflisdən və Rustavidən gələn gürcülər işləyirlər. Ancaq hansı ki, bu işlərdə elə bizim gənc kadrlarımız da işləyə bilər.

- Gürcüstanda azərbaycanlıların ilkin təhsil bazası, məktəblərdə tədris prosesi nə cür aparılır?

- Hesab edirəm ki, ən ciddi problemlərdən biri təhsil məsələsidir. Bu mənim şəxsi fikrimdir. İlk öncə deyim ki, bizim məktəblərimizə dövlət tərəfindən ciddi nəzarət yoxdur. Milli azlıqlar yaşayan regionlarda təhsil sistemində ciddi zəiflik var. Bu nə ilə bağlıdır? Təhsil sistemində gəncləşmə, yeni nəfəs, müəllimlərin sayında xüsusi artım yoxdur. Bəzən baxırsan ki, hansısa dövlət məmurunun oğlu, məktəb direktorunun qohumu heç bir pedaqoji təhsili olmadan, ali savadı ona məktəbdə tədris işləri aparmağa imkan verməsə belə, məktəblərdə müəllim olaraq işlə başlayır. Yəni belə hallar olur. Şübhəsiz ki, bu kimi hallar bizim övladlarımızın, gənclərimizin və gələcəyimizin qarşısını almaq yoludur. Hansı ki, mən Əhməd İmamquliyev olaraq bu məqamı ciddi problem kimi görürəm. Hesab edirəm ki, bu bizim gələcəkdə Gürcüstan dövlətinə inteqrasiyanın qarşısını alan addımdır.

- Hazırda azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası prosesi necə gedir?

- İndi Gürcüstanda hakimiyyətdə olan qüvvə müxalifətdə olduğu zaman bəyan edirdi ki, inteqrasiya prosesi ilə bağlı ciddi işlər aparacaq. Ancaq indiyə qədər biz bunu görməmişik. Hər şey atalar misalında olduğu kimi köhnə hamam, köhnə tasdır. Heç bir məktəbdə, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yenilik olmadı. Hətta gürcü dilini oxuyan gənclərimizə bir dəstək vermədilər.

- Vahid Milli Hərəkat Partiyasında parçalanma varmı?

- Bəli, parçalanma baş verib. Həqiqətən də Vahid Milli Hərəkat Partiyası iki yerə bölündü. 27 deputatdan 21 nəfəri bizim komanda da yer aldı, 5 deputat Saakaşvilinin partiyasında qaldı, 1 deputat Azər Süleymanov isə hələlik qərarını qətiləşdirməyib. Mən özüm də Saakaşvilinin yanında deyiləm, artıq yeni yaradılan Avropalı Gürcüstan Partiyasına daxil olmuşam.

- Parçalanmaya səbəb nə oldu?

- Səbəb 2016-cı il parlament seçkilərindən sonra yaranan durum olub. Daha doğrusu səbəb seçkidən sonra bizimlə indi Vahid Milli Hərəkat Partiyasında qalan insanlar arasında fikir ayrılıqları oldu. Biz parlament seçkilərindən sonra Saakaşvilinin düşüncələrinə zidd düşüncələr ortaya qoyduq, öz fikirlərimizi irəli sürməyə başladıq, alternativ yanaşmalarımız oldu. Saakaşvili bildirdi ki, 27 deputat parlamenti boykot etsin və partiya II tur parlament seçkilərinə qatılmasın. Biz isə Siyasi Şuranın verdiyi qərarla parlamentdə iştirak etdik və II tur seçkilərinə qatıldıq. Saakaşvili də bundan əsəbləşdi. Üstəlik onun tərəfdarları partiya daxilində parlamentə gedən deputatlara müxalif oldu, onları satqın adlandırmağa başladı. Biz də düşünürük ki, demokratiyada fikir ayrılığı olmalıdır. Odur ki, partiyadan ayrıldıq. Bunun səbəbkarı isə elə Saakaşvilinin özü oldu. Çünki cənab Saakaşvili onun qatı tərəfdarı olan və bizləri satqın adlandıran şəxsləri sakitləşdirmədi. Əksinə, onlara əsas verdi ki, bizimlə bağlı əsassız və artıq söhbət etsinlər. Son nəticədə də parçalanma baş verdi.

- Gürcüstanda Saakaşvilinin güclü elektoratı var. Bəs bu elektorat sizi müdafiə edəcəkmi?

- Mən deyə bilmərəm ki, Vahid Milli Hərəkat Partiyasının elektoratında necə faizi onları, neçə faizi isə bizi dəstəkləyəcək. Ancaq dəqiq deyərdim ki, Saakaşvilinin yanında olan şəxslər parçalanmadan əvvəl deyirdilər ki, Saakaşvilisiz biz sıfırıq. Biz də deyirdik ki, əvəzedilməz insan yoxdur. Üstəlik siyasi vəziyyətdə elektoratı yerli liderlər istiqamətləndirə bilir. Saakaşvili 2013-cü ildən sonra Gürcüstanda yoxdur. Mən Marenuilidə apardığım seçki kampaniyası təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, burada yerli əhali və seçicilərlə ünsiyyəti quran Saakaşvili deyil, mən idim. Bu baxımdan hesab edirəm ki, seçicilərin hansı tərəfə səs verəcəyi daha çox yerli liderlərdən asılıdır. Mən onu deyə bilərəm ki, Marenulidə elektoratın çoxu mənim tərəfimdədir.

- Vahid Milli Hərəkat Partiyasında olan digər azərbaycanlı deputat Azər Süleymanovla bu haqda müzakirələriniz olubmu, onun son qərarı necə olacaq?

- Mən sizə deyim ki, bu mövzuda Azər Süleymanovla cəmi bir dəfə söhbətimiz olub. Oturub onunla fikir mübadiləsi apardıq, məsələləri müzakirə etdik. Süleymanov seçkilərdən sonra parlamentdə iştirak etməyin tərəfdarlarından biri idi. Ancaq çox təəssüflər olsun ki, Azər Süleymanov açıq formada hansı tərəfi seçdiyini bizə bildirmədi. İnşallah, yanvarın 16-na qədər Azər Süleymanov qəti qərarını müəyyən edəcək. Mən onun yerinə cavab verə bilmərəm. Onu da qeyd edim ki, hazırda Vahid Milli Hərəkat Partiyasında qalan 5 deputat deyir ki, Azər Süleymanov onların yanında yer alacaq və onlar buna əsasən parlamentdə fraksiya quracaq. Bildiyiniz kimi Gürcüstan parlamentində fraksiya qurmaq üçün azı altı deputat olmalıdır.

- İndi Gürcüstanda əsas müxalifət partiyası kimdir?

- Artıq bu gün Gürcüstanda ana müxalifət partiyası Avropalı Gürcüstan Partiyası hesab oluna bilər. Çünki deputat sayının çoxluğu əsasən bizim yeni elan etdiyimiz partiyanın üzvləridir. Başqa sözlə, indi Gürcüstanda müxalifət partiyaları içərisində ən çox saya malik olan partiya bizim partiya hesab olunur. Parlamentdə hakim partiyadan sonra ən çox deputat bizimdir. Bu baxımdan indi ana müxalifət partiyası da Avropalı Gürcüstandır.

Onu da qeyd edim ki, parlament deputatlarından savayı Gürcüstanın siyasi elitasına mənsub olan şəxslərin çoxu da bizim tərəfimizdədir.

- Partiya quruculuğu prosesinə nə zaman start verəsdiniz?

- Təbii ki, partiya quruculuğuna başlanılacaq. Yaxın günlərdə partiyanın qurultayı keçiriləcək. Biz bir həftəyə yaxındır ki, bu siyasi dəyişikliklə bağlı işlərimizi aparırıq. Partiyanın özünün ofisi qurulacaq. Bundan sonra çalışılacaq ki, tez bir zamanda qurultayımız keçirilsin, təşkilatlanma işləri aparılsın. Çünki 2017-ci ildə Gürcüstanın yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Biz bu seçkilərə qatılmaq niyyətimiz var.

Onu da qeyd edim ki, Saakaşvilinin indiki komandası ilə bizim fikir ayrılığımız həm də bələdiyyə seçkiləri ilə bağlı idi. Saakaşvili deyirdi ki, partiya yerli özünüidarə etmə orqanlarına keçiriləcək seçkilərdə iştirakçılıq olmasın. Biz isə deyirdik ki, “Gürcü Arzusu” Partiyasını demokratik seçkilər vasitəsilə əvəz edə bilərik. Bunun üçün də, bütün seçkilərdə iştirak etmək və xalqla dərindən işləmək lazımdır.

- Elan etdiyiniz yeni partiyanın sədri kim olacaq?

- Mənim düşüncəmə əsasən və bu çoxluğun da fikridir ki, partiyamızın sədri David Bakradze olsun. O da, bizim komandanın üzvüdür. Böyük ehtimalla yeni partiyanın sədri o seçiləcək. Amma onu da, qeyd edim ki, bu məsələ üzərində işləmək mümkündür. Çünki siyasi elitanın üzvlərinin çoxluğu bizim tərəfdədir. Şübhəsiz ki, biz demokratik və şəffaf seçkilərlə partiyanın sədrini seçəcəyik.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər

    Gürcüstanda azərbaycanlılar etiraz aksiyası ...

    14-06-2013, 02:55

  • 
  • Gürcüstanda siaysi böhran: 10 səfir istefa verdi

    Gürcüstanda siaysi böhran: 10 səfir istefa verdi ...

    5-11-2014, 17:07

  • 
  • İlham Əliyev Marneulidə azərbaycanlılarla görüşdü

    İlham Əliyev Marneulidə azərbaycanlılarla görüşdü ...

    6-11-2015, 14:22

  • 
  • Gürcüstanda seçkilərin yekun nəticəsi elan edildi

    Gürcüstanda seçkilərin yekun nəticəsi elan edildi ...

    28-10-2013, 23:22

  • 
  • Gürcüstanda hərbi çevriliş həyəcanı

    Gürcüstanda hərbi çevriliş həyəcanı ...

    4-12-2012, 12:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu