Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin istefasının ardınca ölkənin xaricdəki 10 səfiri, habelə onların müavinləri istefa verib.
Virtualaz.org xəbər verir ki, bu barədə gürcü mənbələri məlumat yayıb. Xəbər verildiyi kimi Gürcüstanda siyasi böhran baş nazir İrakli Qaribaşvilinin müdafiə naziri, Gürcüstanın Avroatlantika məkanına inteqrasiyasının tərəfdarı olan İrakli Alasaniyanı vəzifəsindən kənarlaşdırmasından sonra başlayıb. Alasaniyanın istefası Gürcüstan ordusunda əsgərlərin kütləvi zəhərlənməsi ilə bağlı nazirliyin yüksək vəzifəli rəsmisinə qarşı başladılan cinayət işi ilə əlaqələndirilib. Noyabrın 4-də Gürcüstanda müdafiə naziri postundan uzaqlaşdırılan Irakli Alasania ötən gecə açıqlama verib. O, ölkədə siyasi böhran yarandığını deyib və onun dərinləşməsini önləməyin vacibliyini vurğulayıb.AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, Alasania noyabrın 4-də Rustavi 2 televiziyasına danışıb. Müdafiə Nazirliyinə qarşı son «kampaniya» ilə ölkənin xarici siyasət kursu arasında əlaqə olduğunu vurğulayıb.«Müdafiə Nazirliyinə qarşı son kütləvi hücum onun ölkənin Avro-Atlantik planlarını həyata keçirən əsas qüvvəyə qarşı kampaniya olduğunu deməyə əsas verir». Keçmiş müdafiə naziri Azad Demokratlar partiyasının Gürcü Arzusu hakim koalisiyasını tərk edəcəyi barədə heç nə deməyib.Azad Demokratlar koalisiyadan çıxsa, Gürcü Arzusu parlamentdə çoxluğu itirə bilər. Alasaniyanın vəzifəsindən uzaqlaşdırılmasının ardınca Gürcüstanın Qərbmeylli siyasi kursunun tərəfdarı olan xarici işlər naziri Pancikidze istefa verib. O, hakim Gürcü Arzusu koalisiyasından, eləcə də Demokratik Gürcüstan partiyasından çıxdığını bildirib. Pancikidzenin 4 deputatı – Davit Zalkaliani, Tamar Beruçaşvili, Davit Jalagania, və Vladimer Gurgenidze də istefa verib. Demokratik Gürcüstan partiyasını keçmiş baş nazir Bidzina Ivanisşviliyaradıb, hazırda bu partiyaya baş nazir Irakli Garibashvili sədrlik edir. Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Dövlət Naziri Aleksi Petriaşvili də noyabrın 4-də Alasania işdən çıxarılandan sonra istefa verib. Siyasi analitiklərə görə Gürcüstanda Bdzina İvanişvilinin adamı olan baş prokurorun və baş nazirin qərbmeylli nazirlərə təzyiqlərinin arxasında Rusiya dayana bilər. Baş verənlər ölkədə ciddi siyasi böhrana səbəb olub və Qərbdə narahatlıqla izlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?