GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əfsuslar olsun ki, İlham Əliyev bu addıma getdi

Əfsuslar olsun ki, İlham Əliyev bu addıma getdi

Tarix: 9-05-2013, 14:10 Bölmə :Müsahibə Baxış: 1 087
Əfsuslar olsun ki, İlham Əliyev bu addıma getdi
Arzu Abdullayeva: “İqtidar anlamır ki, sərtləşmə müvəqqəti effekt verə bilər”

“Gündəm Xəbər”in suallarına bu dəfə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva cavab verib. Hüquq müdafiəçisi əsasən Milli Məclisin qəbul etdiyi amnistiya aktından, bunun siyasi məhbuslara aid edilib-edilməyəcəyindən, ehtimal olunan əfv fərmanından, Azərbaycan iqtidarının davranış üslubundan və bunun verə biləcəyi acı nəticələrdən, habelə beynəlxalq qurumların seçki öncəsi ölkəmizə diqqətindən danışıb.

-Arzu xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təklifi əsasında mayın 7-də Milli Məclis amnistiya aktı qəbul edib. Bu qərar təxminən 9 min məhkuma tətbiq ediləcək. Bir hüquq müdafiəçisi olaraq bu hadisəni necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, bir hüquq müdafiəçisi olaraq mən istənilən humanist addımı dəstəkləyirəm. Əsas odur ki, insanlar uzun illərdən sonra öz ailəsinə qovuşsun, cəmiyyət üçün lazımlı şəxslərə çevrilsin. Biz hər zaman qeyd edirik ki, amnistiya əfvdən yaxşı tədbirdir. Çünki burada söhbət hansısa şəxslərdən deyil, maddələrdən gedir. Yəni bu maddə üzrə hər bir məhkum yaranan şəraitdən bəhrələnə bilir. Ancaq onu da qeyd etməliyəm ki, amnistiya aktı geniş və daha çox məhbusa şamil olunduğu və burada aktın konkret məhkuma deyil, maddələr üzrə tətbiq edilməsi korrupsiya üçün imkan yaradır. Daha doğrusu burada məhkumun yalvarıb-yaxarması üçün yer saxlanılır. Mən Amnistiya Aktı haqqında qanun layihəsinə diqqət eləmişdim. Orada incə bir məqam var idi. Məsəl üçün, qeyd edilirdi ki, amnistiya aktı bu və digər maddələrə tətbiq edilə bilər. Buna oxşar ifadə var idi, amma bunun qəbul edilən variantda qalıb-qalmadığını deyə bilmərəm. Lakin hər kəsə bəllidir ki, məhz bu ki, bu ifadəyə görə, kimlərsə yalvaracaq və ya rüşvət verməyə çalışacaq ki, onların həbsdə olan yaxınları bu amnistiya aktının təsir dairəsinə düşə bilsin. İkincisi, məqbul olunmayan məqam odur ki, siyasi məhbusların ittiham edildiyi maddələr ümumiyyətlə amnistiya aktına salmayıblar. Bu yaxşı hal deyil. Bütün hallarda biz ümid edirik ki, bu akt xəstə adamlara şamil oluna bilər. Digər tərəfdən, ağır cinayət törədən insanlar azad olunacaq, amma cinayəti olmayan və sifarişlə həbs edilən insanlar, habelə cinayəti çox olmayan məhkumlar həbsdə qalacaq. Bunun əvəzində daha ağır cinayət törədənlər, o cümlədən-dələduzlar, xuliqanlar azadlığa çıxa bilər. Mənim mövqeyim belədir ki, əgər bu aktın tətbiq ediləcəyi məhkum yaxşı insandırsa, cəmiyyət üçün təhlükəsi yoxdursa, onun həbsdən azad olunması müsbət haldır. Eləcədə bu akt təsadüfən hansısa siyasi məhbusa şamil olunsa və həmin şəxs azadlığa çıxsa, mən onu təbrik edəcəyəm.
- Əgər bu akt siyasi məhbus elan edilən insanlara tətbiq edilməsə, bu siyasi konyuktura hesab oluna bilərmi?
- Mən yuxarıda qeyd etdiyim kimi, aktda belə bir ifadə salınıb ki, bu amnistiya aktı bu və digər maddələrə tətbiq edilə bilər. Bəli, ola bilsin ki, burada əl yeri qoyulub. Yəni sən yalvarsan, xahiş eləsən, peşman olduğunu söyləsən, bu sənə münasibətdə də tətbiq edilə bilər. Bu artıq siyasi oyundur. Bizdə siyasi oyun gedir. Əlbəttə, bundan sonra əfv gözləniləcək. Düzdür, 28 May Respublika Günü münasibəti ilə hansısa əfvin veriləcəyi gözlənilmir. Ancaq kim bilir, bəlkə prezident seçkiləri qabağı belə bir əfv verildi. Məndə belə bir ehtimal var.
- Çoxlu sayda insan azadlığa buraxılacaq. Onlar işsizdirlər, çoxunun yaşaması üçün evi belə yoxdur. Üstəlik bu insanların yararlı şəxsiyyət kimi cəmiyyətə qaytarılması üçün reabilitasiya prosesi aparılmayıb. Bütün bunlar problem yaratmayacaq ki?
- Əslində mən bunu nəzərə alaraq yuxarıda qeyd etdim ki, cinayət törədən şəxslər, dələduzlar, cibgirlər və sair azad olaraq cəmiyyətin canına düşəcəklər. Bunun müqabilində siyasi əqidəsinə görə cinayət törətməyib sifarişlə həbs edilən günahsız insanlar isə həbsxanada qalmalı olacaqlar. Əlbəttə belə bir ordunun ortaya çıxması və üstəlik onlarla reabilitasiya prosesisinin aparılmaması cəmiyyətdə problem yaradır. Ancaq həm də bu maddələrə təsadüfi şəxslər düşə bilər. Eləcədə nəzərə alın ki, bizdə hansısa işə görə, məhkəməyə pul verərək işi udmaq, kimisə həbsə göndərmək adi məsələdir. Mən bu hala çox heyfslənirəm, amma reallıq bundan ibarətdir. Hesab edirəm ki, azadlığa buraxılan insanlarla bağlı ciddi iş aparılmalı, onların həbsdən sonrakı fəaliyyəti üçün şərait yaradılmalıdır. Əks təqdirdə, bu ciddi problem yaradacaq. Və bunun da zərbəsini cəmiyyət çəkəcək.
- Hazırda insan haqlarının durumunu necə qiymətləndirirsiniz, bizsə seçki öncəsi vəziyyət normaldır, yoxsa siyasi repressiya aparılır?
-Heç şübhəsiz ki, siyasi repressiya var və bu proses aparılır. İki gün əvvəl mənə məlumat verildi ki, DİN-in Müvəqqəti Saxlama Təcridxanasında inzibati qayda da cəza çəkən NİDA Gənclər Təşkilatının fəallarının başlarını məcburi şəkildə qırxıblar. Bu insanlara qarşı təqib həyata keçirilir. Ən acınacaqlısı budur ki, bu təqib həbsxanada aparılır. Bu çox pis haldır. Görünən budur ki, məqsəd bu gənc fəalları alçatmaq, mənliyinə toxunmaqdır. Həmdə bu cür tədirlərə əl atmaqla sanki bu gəncləri qorxudur, onlara təzyiq edirlər. Amma bu davranış həm də o deməkdir ki, qarşı tərəfin özü qorxu içindədir. Buna görə də, təzyiqlər göstərirlər k, başqaları bundan ibrət alaraq prosesə qoşulmasın. Çünki özlərinə təhlükə görürlər. Bu mənada bir növ qorxudurlar, çünki özləri qorxurlar. Amma bu daha pis haldır. Çünki cəmiyyət daha çox hirslənir və hiddətlənir, nəticədə nifrət artır. Əslində bu belə olmamaldır. Seçki öncəsi iqtidar gərək mülayim addımlar atsın, liberal düşüncəyə üstünlük versin. Başqa sözlə repressiyalar deyil, yaxşı sosial siyasət yeritsin. Çalışıb normal və sivil ölkələrdə olduğu kimi gerçək siyasi rəqabət aparsın. Eləcədə prosesləri insanlıq, qanun, əxlaq çərçivəsində aparsın, insan haqlarına riayət etsin. Daha repressiyalara əl atmaqla, insan haqlarını təftiş etməklə bunu aparmaq olmaz. Çünki nə zamansa bunun nəticəsi çox mənfi qurtaracaq.
- Nə mənada mənfi qurtara bilər?
- Yəni xalqın tam halda ayağa qalxması baş verə bilər. Daha doğrusu xalqın deyil, kütlənin ayağa qalxması baş verə bilər. Bu qorxulu amildir. Bir var siyasətçinin arxasında hansısa qüvvə və elektorat ayağa qalxır. Xalqın ayağa qalxması yaxşı haldır. Amma kütlənin ayağa qalxması çox pis durum yaradar, çünki bu artıq dağıdıcı qüvvəyə malikdir və heç nəyə baxmır.
- Yaxın dövr üçün belə bir ehtimal varmı?
- Bu birbaşa hakimiyyətin aparacağı siyasətdən asılıdır. Əgər normal seçki kampaniyası aparılsa, normal siyasət tətbiq olunsa bu yaxşı haldır. Amma hakimiyyət hər şeyə kinlə, istehza ilə yanaşırlar, repressiyalara üstünlük verirlər. Bu çox mənfi rol oynayacaq. Heç kimin sözünə baxmamaq, heç nəyə riayət etməmək heç də yaxşı nəticə verməyəcək. Ən pisi budur ki, bu davranış hər məsələdə mənfi nəticə verəcək. Qarabağ bizim üçün əzizdir və biz onu geri qaytarmaq istəyirik. Biz dünyada yaxşı dövlət olmalıyıq, özümüz haqqında müsbət rəy yaratmalıyıq. Ancaq indi Qarabağ bizdən uzaqlaşır. Çünki beynəlxalq təşkilatlar Ermənistana nə deyirlərsə, bu ölkə ona riayət edir. Ancaq Azərbaycan hər şeyə yox deyir. Bu baxımdan da Qarabağ bizdən uzaqlaşır. Baxın, Gürcüstan hakimiyyəti bu ölkəyə gəlmək istəyənlərə ümumiyyətlə vizanı götürdü. Xarici qonaqlar hava limanindan düşüb pasportu təqdim edirlər və sonrada sərbəst şəkildə bu ölkəyə daxil olurlar. Daha onlardan viza, əlavə sənədlər tələb edilmir. Ancaq Azərbaycan hava limanında belə viza sisteminin tətbiqini aradan qaldırdı və bu istiqamətdə qanunları sərtləşdirdi. İndi xaricdən Azərbaycana gəlmək istəyən şəxs daha çox problemlərlə üzləşir. Əlbəttə ki, belə addımlar bizi Avropadan uzaqlaşdırır, svilizasiyadan kənarda tutur. Bir neçə il əvvəl Gürcüstanla Azərbaycan daha inkişaf edən ölkə kimi sivil görünürdü.Ancaq indi Azərbaycanda daha da əyalətləşmə prosesi gedir.
- İlham Əliyev artıq seçkilərdə iştirakını anonsu edərək dedi ki, qarşıdan gələn 5 il müddətinə Azərbaycanda bütün problemlər öz həllini tapacaq. Sizcə, Əliyevin üçüncü dəfə prezident olması Dağlı Qarabağ ermənilərinin əlinə bəhanə verə və onlar dünyaya çar çəkərək ömürlük hakimiyyət altında yaşamaq istəmədiklərini söyləyə bilərlərmi?
- Əlbəttə, sizin bu yanaşmanızda həqiqət var və elə proseslər də buna doğru gedir. Avropalılar da bilir ki, bu legitim olmayacaq. Üstəlik iki dəfən artıq prezident seçilmək haqqında referendum dəyişkliyi İlham Əliyev prezident olduğu zaman qəbul edilib. Və qanuna əsasən bu ona tətbiq oluna bilməz. Ancaq çox əfsuslar olsun ki, İlham Əliyev bu addıma getdi.
-ATƏT Parlament Assambleyasının sədri Azərbayanda səfərdədir. Siz onunla görüşdünüznü?
-Bəli, görüşdüm.
- Belə iddialar var ki, hakimiyyətin kürü diplomatiyası öz bəhrəsini verib və hətta xaricdən gələn diplomatlar burada hakimiyyətin istədiyi və müəyyən etdiyi şəxslərlə görüşürlər...
- Yox, belə bir şey yoxdur. Mən iştirak etdiyim görüşdə hamı var idi. Əksəriyyəti də müstəqil QHT-lər idi.
- Beynəlxalq təşkilatlar Azərbaycanda nə dərəcədə aktiv fəaliyyət göstərirlər?
- Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar 2008-ci illə müqayisədə daha aktiv fəaliyyət göstərirlər. Bu açıq-aydın görünür. 2008-ci ildə ümumiyyətlə seçki hiss olunmurdu. Ancaq indi cəmiyyət də başqa cürdür, beynəlxalq təşkilatlar isə vətəndaş cəmiyyəti qurumları ilə görüşürlər, hakimiyyətlə danışıqlar aparırlar. Yəni vəziyyət pozitiv mənada yaxşıdır.
- Sizcə, seçkilərə zaman azaldıqca hakimiyyət yumşalacaq, yoxsa sərtləşmə xəttinə üstünlük verəcək?
-Məncə, iqtidar anlamır ki, sərtləşmə müvəqqəti effekt verə bilər, amma bütövlükdə bu onun ziyanına işləyəcək.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib

    Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə ...

    20-05-2016, 21:58

  • 
  • Amnistiya Aktının icrasına başlanıldı

    Amnistiya Aktının icrasına başlanıldı ...

    10-05-2013, 19:42

  • 
  • İlqar Məmmədov əfv oluna bilər

    İlqar Məmmədov əfv oluna bilər ...

    5-09-2013, 15:00

  • 
  • Amnistiya üçün parlamentə müraciət edildi

    Amnistiya üçün parlamentə müraciət edildi ...

    30-04-2013, 11:57

  • 
  • Amnistiya siyasi məhbuslara şamil edilməyib

    Amnistiya siyasi məhbuslara şamil edilməyib ...

    7-05-2013, 15:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu