Xəbər verdiyimiz kimi, Əfv Komissiyasının toplantısı və bəzi məhbusların indiki dövlət başçısı İlham Əliyevin xeyrinə bəyanat səsləndirməsi seçkiöncəsi əfv fərmanının olacağı barədə ehtimallar yaradıb.
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə bildirib ki, REAL hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınsa, azadlığa çıxması mümkündür. Onun fikrincə, keçmiş nazir Əli İnsanovun işinə Ali Məhkəmədə baxılması nəzərdə tutulur ki, bu, onun da azadlığa çıxa bilməsini düşünməyə əsas verir.
“Amma bütün hallarda bu adamların azadlığa çıxması bir nəfərin iradəsindən asılıdır”, - hüquq müdafiəçisi qeyd edib.
Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da belə bir fərmanın ola bilməsini mümkün sayıb. Onun fikrincə, ya seçki öncəsi, ya da seçkidən sonra Qurban bayramı (15 oktyabr) münasibətilə belə fərman ola bilər və bu sırada həbsdə olan digər şəxslərlə yanaşı siyasi məhbusların da azadlığa çıxması gözləniləndir.
Xatırladaq ki, Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova əfv məsələsinin müzakirə olunduğunu təsdiqləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?