GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Əgər Makkeyn müharibə istəyirsə Tram sülh əmin-amanlıq istəyir”

“Əgər Makkeyn müharibə istəyirsə Tram sülh əmin-amanlıq istəyir”

Tarix: 2-02-2017, 20:25 Bölmə :Müsahibə Baxış: 406
“Əgər Makkeyn müharibə istəyirsə Tram sülh əmin-amanlıq istəyir”

Elxan Mehdiyev: “Prezident Tramp elan edir ki, jurnalistlərin nə dediyi və nə yazdığı onu maraqlandırmır”

Politoloq Elxan Mehdiyev son bir neçə gündə ABŞ-da baş verən proseslər, xüsusilə prezident Donald Trampın atdığı addımlar, verdiyi qərarlar, Rusiya prezidenti Putinlə telefon danışığı və digər addımlarını şərh edib. Müsahibəni təqdim edirik.

- Elxan bəy, prezident Donald Trampın yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-a girişini ləğv etməsi Vaşinqton və Nyu-Yorkda ciddi etirazlara səbəb olub. Bu durumu necə qiymətləndirirsiniz?

- Bu durumu birmənalı qiymətləndirmək çətindir. Burada ilk olaraq Amerikanın milli təhlükəsizlik maraqları var. ABŞ-ın terrordan qorunmaq, lazımı addımarı atmaq üçün legitim hüquqları var. Terrora qarşı adekvat olaraq qərarlar qəbul etmək hüququ var.

İkincisi, bu yeddi müsəlman ölkəsinə qarşı qəbul edilən məhdudiyyət üç ay üçün nəzərdə tutulur. Fikrimcə, bu daha çox prezident Trampın 3 ay ərzində seçki zamanı platformasında qoyduğu tələbləri tam təhlükəsizlik mühitdə həyata keçirmək istəyindən doğur. Çünki ABŞ-da prezidentlərin yüz gün anlayışı var. Tramp da bu 100 günlük müddətdə ölkəsini terrordan qorumaq məqsədilə bu addımları atıb.

Üçüncüsü, Amerika prezident Administrasiyasının rəhbəri, hökumətin üzvü televiziya ilə çıxış etdi və bildirdi ki, bu yeddi müsəlman ölkəsi ilə bağlı verilən qərar Tramp deyil, Obama hökuməti zamanı qəbul edilib. Konqresdə bu qərarı dəstəkləyib. Sadəcə bu qərar həyata keçirilməyib, indiki ABŞ Administrasiyası bu qərarları qanuna çevirir və reallaşdırır.

Dördüncüsü, indi ABŞ-da müşahidə edilən etirazlar anti Tramp qüvvələrini, Demokrat Partiyasının əlində olan televiziya, radio və qəzetlərin barışmaz mübarizəsinin bir hissəsi kimi baxmaq olar. Nəzərə alın ki, Donald Tramp taxta 3-5 gündür çıxıb. Onun verdiyi bu qərara qarşı ABŞ-ı bürüyən etirazlar, medianın bu kampaniyanı aparması, məsələlərin qoyuluşu heç də ABŞ-ın təhlükəsizlik maraqlarından deyil, seçki mübarizəsinin davamı kimi də görünür. Məsələn, İraq müharibəsi zamanı Amerika Administrasiyası altı ay ərzində heç bir iraqlının ABŞ-a daxil olmaması qərarı qəbul edib. Ancaq bu qərar indiki qədər ajataj yaratmamışdı.

- Ancaq nəzərə alın ki, bir neçə Federal Məhkəmə prezidentin bu qərarını əsassız hesab edib...

- Nəzərə alın ki, Amerika hüquq dövlətidir. Orada hakimiyyət bölgüsü var. Bu baxımdan Nyu-York Federal Məhkəməsinin bu qərarı niyə verdiyinin səbəbləri ortadadır. Nəzərə alın ki, Vaşinqton, Nyu-York və başqa şəhərlərdə saxlanılan insanlar qanuni viza alıblar, bunun üçün necə aylıq yoxlama və müsahibələrdən keçiblər. Onlar faktiki olaraq təyyarədə olarkən prezident Tramp bu qanuna imza atıb. Bu baxımdan onların ABŞ-a endiyi zaman həbsi və ya geri qaytarılması qanunlarla ziddiyyət yaradır. Bu da, Federal Məhkəmənin əlinə qanunu bu cür şərh etməyə imkan verir. Buna görə də, qanuni viza alaraq ABŞ-a gələn adamların geri qaytarılmasının əleyhinə məhkəmə qərar çıxardı, qanunun bu cür halda tətbiq edilməsini dayandırdı.

- Yəni Nyu-York Federal Məhkəməsinin qərarı ümumilikdə Trampın yeddi müsəlman ölkəsinə dair verdiyi qərarın ləğvi anlamına gəlmir?

- Əlbəttə, gəlmir. Məhkəmənin qərarı dediyim məqamla bağlıdır. Adam qanuni viza alıb, təyyarəyə minib və ABŞ-a gəlib. O təyyarədə olduğu zaman ABŞ prezidenti məlum qərar verib. Məhkəmədə hesab edib ki, bu doğru deyil və belə halda qərar tətbiq edilə bilməz. Amma bu qərar ümumilikdə Trampın verdiyi fərmanın ləğvi və ya icrasının dayandırılması anlamına gələ bilməz.

- Prezidentin qərarlarını federal məhkəmələr ləğv edə bilərmi?

- İstənilən halda prezidentin verdiyi qərar hüquq sistemindən keçir. Yəni bundan sonra qərar verilir. Başqa sözlə, qərar göydən verilmir. Məsələn, bəzən icra orqanı hesab etdiyimiz Prezident Administrasiyasının verdiyi qərarlar ola bilər ki, ABŞ konstitusiyasının təməl prinsipləri ilə ziddiyyətlər təşkil edir. Bu halda hüquq dövləti olan Amerika məhkəməsi həmin qərarı basqıya alır, onun tətbiqini dayandırır. Məhkəmələr müstəqil olduğu üçün belə qərarlar vermək imkanında olur.

- Meksika ilə sərhəddə beton hasar çəkmək ideya və təklifi nə dərəcədə ağlabatandır?

- Fikrimcə, bu real görünür. Çünki Amerika hökuməti və sərhəddə yerləşən ştatlar Meksikadan gələn həm narkotik daşıyıcıları, həm də mütəşəkkil cinayət qruplarından boğaza yığılıblar. Üçüncüsü, nəzərə alın ki, təkcə Meksika deyil, Karib ölkələri Meksikaya axışır və oradan da ABŞ-a keçməyə çalışırlar. ABŞ hökuməti də bunun qarşısını almağa çalışır. Hesab edirəm ki, belə bir sərhəd hasarını tikmək Amerika üçün problem deyil. Nəzərə alın ki, Amerika İraq savaşında bir həftəyə iki milyard dollar xərcləyən dövlətdir. Bu divar ı tikmək üçün isə cəmi 10 milyard dollar tələb olunur. Faktiki bir ayın müharibəsinə xərclənən maliyyə.


- ABŞ-ın 16 ştatının baş prokuroru prezident Trampa etiraz məktubu yazıblar və 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını pisləyiblər. Bəyan edilib ki, ABŞ konstitusiyasına və dəyərlərinə zidd addımları rədd edirlər və heç bir prezident bu həqiqətləri dəyişdirə bilməz...

- Məncə, Trampın imzaladığı qərar qüvvədə qalacaq. Düzdür, indi bu qərarın içində bir çox elementlər var və onların yenidən işlənməsi prosesi aparılacaq. Həmin yeddi ölkədən kimlərinsə yaşıl kartları varsa, onların ABŞ-da seçkidə iştirakdan başqa hər cür hüquqları var. Məsələn, bu şəxslərlə bağlı heç bir problemin olmadığı deyilir. Ancaq ümumilikdə qərarın ləğv edilməsi müzakirə mövzusu deyil. Əlbəttə, federal məhkəmələrin qərarları ilə yanaşmalarının doğru olduğunu ifadə edirlər. Amma həmin yeddi ölkə ABŞ-ın milli təhlükəsizliyinə problem hesab edilir. Trampda hüququn bu arqumentlərinə söykənərək öz qərarını əsaslandırır. Amerika hüquq dövləti olduğu üçün əsas problemlərdən biri də hüququn necə tövsif edilməsidir.

- İndi məlum qərar əsasən yeddi ölkəni əhatə edir. Bəs yerdə qalan müsəlman ölkələri ilə bağlı vəziyyət necə olacaq?

- Əsas yeddi ölkə nəzərdə tutulub. Onlarda terrorun yuvası olan ölkələrdir. ABŞ hökuməti də daha çox dövlətin təhlükəsizliyi və daha çox Amerika siyasətinə yer verdiyindən bu addımları atır.

- Maraqlıdır, ABŞ İraqda müharibə apardı, Suriya proseslərinin başlanğıcında əsas rolu oynadı, nəhayətdə Tramp dönəminin ilk günlərində Yəməndə hərbi əməliyyat keçirildi. İndi də deyirlər ki, biz bu ölkələrin düzənini pozsaq da, başına bomba yağdırılan insanları qəbul etmirik. Bu faktiki olaraq ABŞ-a olan inamı məhv etməyəcəkmi?

- Əlbəttə, belə fikirlərdə söyləmək olar. Amma ilk növbədə ABŞ-ın təhlükəsizliyi prezident Tramp üçün əhəmiyyətlidir. Əgər Trampda Ərdoğan kimi hərəkət etsə, ölkəsinə 3-4 milyon qaçqını toplasa, Amerikada terror yuvasına çevrilərdi. Bu baxımdan Tramp ilkin təhlükəsizlik tədbirlərini həyata keçirir.

- Trampa qarşı etiraz mütəşəkkil və dalğavaridir. Sizcə, bu prezident Trampa problemlər yarada bilərmi?

- Bir daha qeyd edim ki, bu etirazlar kənarda prezident seçkiləri kampaniyasının bir elementi kimi görünür. Təbii ki, məşhur ulduzlar, elə hörmətli şəxslərdən olan Makkeyndə seçki kampaniyası zamanı anti Tramp çıxışları edirdi. Tramp açıq dedi ki, ilk olaraq Amerikanın təhlükəsizliyi əhəmiyyətlidir. Hazırda Konqres və Senat Respubliçıların əlindədir. Trampa qarşı güclü müxalifətin olacağını gözləməyi doğru hesab etmirəm.

- Amma Respublikaçıların da içərisində Trampa qarşı müxalifət var...

- Bəli, var. Trampın siyasəti və atdığımı addımlarla bölüşməyən respublikaçılar var. Amma hər halda həmin partiyanın öz prezidentini impincment etməsi ağlabatan deyil. Həm də buna əsas yoxdur.

- Ştatların etirazları hansı situasiya yarada bilər?

- Məsələ ondadır ki, ölkənin hava limanları və dəniz portları federal hökumətin əlindədir. Buna da prezident nəzarət edir. Trampın imzaladığı bütün qanunlar həmən yerlərdə qüvvəyə minir. Burada ştatların edə biləcəyi bir şey yoxdur.

- Tramp artıq prezident qismində Rusiya ilə ilk təmaslara başlayıb. Kəskin münasibətlərlə bağlı müsbət sonluqlar gözləyirsinizmi?

- Əgər ümumi sülh və barış perspektivindən yanaşsaq ABŞ-Rusiya normal münasibətlərin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasına dəstək verən faktordur. Bu baxımdan Tramp deyir ki, əgər Makkeyn müharibə istəyirsə, mən sülh və əmin-amanlıq istəyirəm.

- Tramp həm də deyir ki, Rusiyaya qarşı sanksiyalar davam edəcək...

- Çünki bu sanksiyaları Tramp qəbul etməyib. ABŞ-da sanksiyaları ləğv etmək asan deyil. Bu böyük bir prosesdir. İlk telefon danışığı ilə də, bu sanksiyaların ləğv edilməsi mümkünsüzdür. Amma Ağ-Evdən yayılan məlumatlar onu göstərir ki, bu sanksiyaların ləğvinə müsbət yanaşırlar.

- Tramp bir neçə mətbuat konfransında jurnalistləri aşağılayır, təhqir edir. Prezidentlə mətbuatın qarşıdurması nəyə gətirib çıxara bilər?

- Tramp jurnalistləri “şərəfsiz” adlandırdı. Açığı, Tramın bu mövqeyi səmimi və cəsarətli idi. Çünki mətbuatın seçki kampaniyası zamanı açıq tərəf tutması, lobbiçiliyi, fəaliyyəti heç də jurnalist peşəsinə uyğun deyildi. Jurnalist hər tərəfi işıqlandırmalıdır. Tramp da buna görə elə dedi. Onun belə ifadəsi işlətməsi çəkdiyi əzabın nəticəsi idi. Trampın televiziyası, qəzeti yox idi. Olanlar da Trampa qarşı idi. İndi hamını media- Tramp qarşıdurmasının nəticəsi maraqlandırır. Açığı, bu gün “Ne York Times”-a baxsanız görərsiniz ki, qəzetdə ki, 20 məqalənin onu Trampa qarşıdır. Hesab edirəm ki, ona qarşı kampaniya davam edir. Trampda geri çəkilmir, əksinə, hesab edir ki, tutduğu yol düzdür, Amerika üçün çalışacaq, iş yerləri açacaq və xalqın da dəstəyini qazanacaq. Demokratiyada adətən ikinci dəfə seçkini qazanmaq, öz siyasətlərini populyar etmək məqsədilə jurnalistlərdən bəhrələnirlər. Amma Tramp başqa cür düşünür. Hesab edir ki, görəcəyi işləri xalq dəyərləndirəcək. Yəni jurnalistlərin apardığı təbliğat elə özlərinə qalacaq. Ona görə də, deyir ki, jurnalistlərin nə dediyi və yazdığı onu maraqlandırmır. Amma prezidentin müşavir və nazirləri onun kimi hərəkət etmirlər, əksinə debatlara girirlər.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Müsəlman merdən Trampa cavab

    Müsəlman merdən Trampa cavab ...

    10-05-2016, 11:51

  • 
  • Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı - FOTOLAR

    Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı ...

    28-03-2016, 19:57

  • 
  • Trampın fərmanından sonra 720 əcnəbi ABŞ-a buraxılmayıb

    Trampın fərmanından sonra 720 əcnəbi ABŞ-a ...

    1-02-2017, 00:15

  • 
  • Tramp ilk dəfə seçilmiş prezident kimi amerikalıları təbrik edib

    Tramp ilk dəfə seçilmiş prezident kimi ...

    25-12-2016, 20:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu