Londonun yeni meri Sadik Xan vəzifə başına keçər-keçməz səs-küylü bəyanatı ilə gündəmə gəlib. Pakistan əsilli, müsəlman bələdiyyə sədri ABŞ-a getməyəcəyini bildirib.
gundemxeber.az atv.az-a istinadən bildirir ki, buna səbəb isə müsəlman düşmənçiliyi ilə seçilən prezidentliyə namizəd Donald Trampın dövlət başçısı postuna daha yaxın olmasıdır. Mətbuata açıqlama verən müsəlman mer bildirib ki, Tramp ziddiyyətli çıxışları ilə əslində heç xristianları da təmsil etmir.
"Əgər Tramp prezident olarsa, onunla danışılacaq mövzumuz yoxdur. Bu mənim dini əqidəmə də ziddir", - deyən Xan bununla belə təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Pakistanlı mer qeyd edib ki, onun Çikaqo və Nyu-Yorkdan olan həmkarları ilə sıx əlaqəsi var. Buna görə də Birləşmiş Ştatlara məhz Tramp seçilənə qədər getməyi düşünür.
Qeyd edək ki, antiislam çıxışları ilə tanınan Trampa Böyük Britaniyada da münasibət birmənalı deyil. Onun dini ayrı-seçkilik barədə fikirlərinə görə ingilislər Trampın Birləşmiş Krallığa gəlməsini istəmirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?