GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bu sənədlər qaldırılsa Əbülfəz Elçibəyin həbsində kimlərin rolunun nədən ibarət olduğu bəlli olar”

“Bu sənədlər qaldırılsa Əbülfəz Elçibəyin həbsində kimlərin rolunun nədən ibarət olduğu bəlli olar”

Tarix: 18-02-2017, 13:44 Bölmə :Müsahibə Baxış: 856
 “Bu sənədlər qaldırılsa Əbülfəz Elçibəyin həbsində kimlərin rolunun nədən ibarət olduğu bəlli olar”

Oqtay Qasımov: “Qardaşı oğlunun yas mərasimində iştirak etməyən adam haqqında danışmağın mənası yoxdur”

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin uzun illər köməkçisi vəzifəsində işləmiş, tanınmış ictimai-siyasi xadim Oqtay Qasımovla müsahibəni təqdim edirik. Oqtay Qasımov bir neçə gün əvvəl politoloq Zərdüşt Əlizadənin Elçibəylə bağlı iddialarına cavab verir.

- Oqtay bəy, zaman-zaman mərhum prezident Əbülfəz Elçibəy hədəfə gətirilir, onun haqqında müəyyən fikirlər, iddia və ittihamlar irəli sürülür. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Bilirsinizmi, son dövrlər Araz və Zərdüşt Əlizadə qardaşlarının ənənəvi çıxışlarına şahid oluruq. Açığı, bunu xüsusi bir hadisə və proseslərlə bağlamazdım. Məncə, bu daha çox Əlizadələrin daxilindəki kin, küdurət, qərəz və nifrətlə bağlıdır. Çünki bundan başqa ağla bir şey gəlmir. Sadəcə olaraq o zamanlar fikirlərinin qəbul olunmadığı, vəziyyətin onların istədikləri kimi olmadığı, proseslər arzuladıqları kimi getmədiyi üçün bu günə qədər qisas-nifrət hissi ilə yaşayırlar.

- Konkret olaraq Zərdüşt Əlizadə bəyan edib ki, Əbülfəz Elçibəy siyasi savadı olmayıb...

- Zərdüşt Əlizadə çox şey deyə bilər. Fikrimcə, bizim cəmiyyət olaraq nöqsanlı tərəflərimizdən biri də bu tip şəxsləri auditoriyaya çıxarır və dinləməyə maraqlı oluruq. Zərdüşt Əlizadə hesab edir ki, özü siyasi baxımdan çox savadlı , hərəkatın önündə gedən şəxslərdən biri özü id, amma Əbülfəz Elçibəyin siyasi savadı və ya təcrübəsi yox idi. Əgər o haqlıdırsa, onda nədən Zərdüşt Əlizadənin dəstəkləyib irəli sürdüyü ideya-xətt cəmiyyətdə və təşkilatın daxilində bir qarşılıq tapmadı, ancaq Əbülfəz Elçibəyin fikir və ideyaları toplumda qarşılıq aldı, qəbul edildi? Belə fikirlər səsləndirmək özündən müştəbehlikdir. Dünyasını dəyişən bir şəxs haqqında tənqidi fikirlər demək olar və kimsə buna etiraz etməz. Amma tənqid təhqirə, qərəzə və nifrətə çevrilirsə deməli adamın mənəviyyat, ədəb və tərbiyə problemi var. Onun müsahibəsində alt-üst ediləcək xeyli məqamlar var. Onun müsahibə zamanı ilk bir neçə suala verdiyi reaksiyalar göstərir ki, adamın patoloji problemləri mövcuddur. Siyasəti, ideologiyanı bir kənara qoyaq. İnsanlıq deyilən məhfum var. Əgər adamlar üç-beş manat Qrant puluna görə qardaşı ilə münasibətləri kəsib və bu bəs etməyibmiş kimi qardaşının vəfat edən oğlunun yas mərasimində iştirak etmirsə, məncə o adam haqqında danışmağın mənası yoxdur. Bu artıq həmin şəxsin daşıdığı dəyərlərin göstəricisidir. Bu baxımdan Zərdüşt Əlizadəyə çox baş qoşmaq bəlkə də doğru olmazdı.

Qeyd edim ki, Zərdüşt Əlizadə əvvəl Azərbaycan Xalq Cəbhəsində fəaliyyət göstərib, sonra Sosial Demokrat Partiyasını yaratdı. Sadəcə olaraq yeni nəsil Zərdüşt Əlizadənin o dövrdəki fəaliyyətini bilmir deyə, bu gün fikirlərinin müəyyən təsirləri ola bilər. 1988-ci ilin payızında Azərbaycan Xalq Cəbhəsi rəsmən yaranmamışdan bir neçə dəfə gizli toplantılarına qatılmışdım və Z. Əlizadəni oradan tanımaq imkanım olub. Bu şəxs Azərbaycanı müstəqil dövlət olaraq təsəvvür etmirdi. AXC təsis konfransında təşkilatın sədriliyinə Zərdüştün dəstəklədiyi Yusif Səmədoğlu yox, Əbülfəz bəyin seçilməsi ilə böhtan kompaniyasına start verilib. Elçibəy hakimiyyətə gəldikdən sonra Z.Əlizadənin fəaliyyəti yalnız hakimiyyətdə olan komandaya deyil, ümumilikdə Azərbaycan dövlətçiliyinə qarşı çevrildi. Prezident haqqında dəfələrlə təhqiramiz məqalələr yazdı. Amma buna görə məsuliyyət cəlb edilməsinə Elçibəy icazə vermədi. Bunu sübut etmək üçün xüsusi əziyyət çəkmək lazım deyil. Həmin dövrdə nəşr edilən və Z. Əlizadənin redaktoru olduğu “İstiqlal” qəzetini vərəqləmək yetərlidir ki, onun Azərbaycan dövlətinə olan münasibəti ortaya çıxsın. Hələ 1993-cü ilin Gəncə qiyamında Zərdüşt və Əlizadə qardaşlarının təlimatı ilə Sosial Demokrat Partiyasının Gəncə təşkilatının sədri Aypara Əliyevin hansı rol oynadığını demirəm. Bunlar bizim görüb yaşadığımız tarixdir. Adam o qədər ağlını qaçırıb ki, rus ordusunun Azərbaycandan çıxarılmasını həzm edə bilmir, buna hansısa don geyindirməyə çalışır. Bu normal insanın düşünəcəsinin məhsul deyil.

- Siz, Gəncə qiyamı zamanı Sürət Hüseynovun yanında əyləşən Aypara Əliyevi nəzərdə tutursunuz?

- Bəli. Aypara Əliyev Zərdüşt Əlizadənin sədri olduğu partiyanın Gəncə təşkilatının sədri idi. Və 1993-cü ilin qiyam hadisələri zamanı Sürət Hüseynovun yanında oturub ağıl verənlərdən və Gəncədə qanunu hökumətə qarşı təşkil edilən mitinqlərin aparıcı simalarından idi. Sözsüz ki, Aypara təlimatı Əlizadələrdən alırdı.

- Yəni faktiki olaraq Zərdüşt Əlizadə Gəncə qiyamına siyasi və mənəvi dəstək verib?

- Faktiki olaraq dəstək veriblər deyəndə, onlar birbaşa Gəncə qiyamında iştirak ediblər. Həmin dövrdə onların fəaliyyətini, çıxış və bəyanatlarını götürüb baxın, araşdırın. Görəcəksiniz ki, onlar birbaşa qiyamın içində yer alan, aktiv iştirak edən qrup olublar.

Zərdüşt Əlizadənin məsələsi 1989-cu ilin oktyabrında AXC Ali Məclisinin sessiyasında müzakirə edilərkən onun kommunist partiyasının daxilindəki bir qrupla əlaqələri haqda ifşaedici ittihamlar səslənmişdi. Həmin Məclisinin iştirakçısı olan şəxslər sağdırlar və bu məsələni onlarla da dəqiqləşdirə bilərsiniz.

Bu günlərdə bir jurnalist Əlizadəyə Azərbaycandakı iqtisadi problemlərlə bağlı sual vermişdi. Nə qədər gülünc olsa da adam bütün bunlarının səbəbkarının Əbülfəz Elçibəy olduğunu bildirmişdi. Bu pataloji problemin əlamətidir.

Adam başqalarına böhtan atır. Bir insanın etnik mənsubiyyəti qəbahət sayıla bilməz. Məsələn, mən türk deyil, ləzgi, talış və ya kürd olsaydım belə öz etnik mənsubiyyətimlə fəxr edərdim. Azərbaycanda da bu günə qədər bu sahədə problem yaşanmayıb. Təsəvvür edin ki, adam Əbülfəz Elçibəyə, İsa Qəmbərə, İsgəndər Həmidova, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya çamur atır, eyni zamanda özünün etnik mənsubiyyətini danır-deyir ki, mən azərbaycanlıyam. Özünü ziyalı sayan bu adam bilməlidir ki, millətimizin adı 1936-cı il Stalinin qadağasına qədər türk olub. O zamana qədər insanlarımızın pasportlarında milləti türk olaraq yazılıb. Zərdüşt Əlizadə isə bunu qəbul etmir, deyir azərbaycanlıyam. Məşhur atalar sözü var: əslini danan haramzadədir. Adam əslini, etnik mənsubiyyətini danır. Daha biz buna nə deyək? Bizim Zərdüşt Əlizadəyə bir tövsiyyəmiz ola bilər...

- Hansı tövsiyyəni nəzərdə tutursunuz?

- Bu məsələlərə çox qarışmasın. Əbülfəz Elçibəyə onların ailəvi münasibətlərinin kökündə əslində siyasi və ideoloji məsələlər deyil, başqa məqamlar durur. Bu məsələləri çox körükləməsin ki, biz də həmin məqamların üzərinə çox getməyək. Və məsələ burada da qapansın. Əbülfəz Elçibəyin məhkəməsi ilə bağlı stenoqram götürülüb araşdırılarsa, onun üzünə məhkəmələrdə kimlərin durduğu, kimlərin donos yazdığı məsələlər ortaya çıxar.

- Siz Zərdüşt Əlizadənin atası Məmməd Əlizadənin Elçibəy haqda KQB-yə donos yazdığını iddia edirsiniz?

- Bilirsinizmi, məhkəmə sənədləri var. Məhkəmədə çıxışlar, ifadələr var. Elçibəyə münasibətləri məsələsi ancaq siyasi və ideoloji məsələlərdən qaynaqlanmır. Məhkəmə sənədlərində hər şey var. Bu sənədlər qaldırılsa məlum olar ki, o zaman kimin Əbülfəz Elçibəyin həbsində oynadığı rol nədən ibarət olub. Kimlərin də kim olduğu bəlli olar.

- Ancaq mən bildiyim qədər Əbülfəz Elçibəyin Məmməd Əlizadə və Ziniyyət Əlizadə ilə tanışlığı, münasibəti olub...

- Yaxın dost münasibətləri olmayıb. Sadəcə olaraq Əbülfəz bəy universitetdə müəllim işləyib. Həmin vaxt Zərdüşt Əlizadənin valideynləri də universitetdə müəllim olaraq çalışıblar. Yaxın bir münasibətlər olmayıb.

- Zərdüşt Əlizadə sözügedən müsahibəsində Əbülfəz Elçibəyin millətcə kürd olduğunu bəyan edib. Siz uzun illər mərhum Elçibəyin yanında olan bir şəxssiniz. Bu iddianı nə dərəcədə ciddiyə almaq olar?

- Mən 8 il Əbülfəz bəyin köməkçisi olaraq çalışmışam, 4 ildən çox onunla birlikdə Kələkidə qalmışam. Söhbət ondan gedir ki, Əbülfəz Elçibəyin nəsil-şəcərəsi ortadadır, bu haqda mətbuatda, kitablarda yazılıb . Əbülfəz bəyin ulu babaları Təbrizin yaxınlığında yerləşən Kükəmər kəndindən Qarabağa, Qarabağdan da Zəngəzura -Qafan rayonunun Pirdavdan kəndinə gəliblər. 1918-ci il hadisələri zamanı isə buradan Naxçıvana qaçqın kimi gediblər. Əbülfəz bəy də orada doğulub. Ata-anası isə Pirdavdan kəndində doğulub. Yəni bu kəndlərin əhalisi dövrü qədimdən türk milli kimliyi daşıyıb, bu ərazilərdə tarixən türklər yaşayıb. Qafan rayonunda da türklər yaşayıblar. Odur ki, belə iddialar irəli sürmək qərəz və nifrətdən irəli gəlir. Zərdüşt Əlizadənin bir oxşarı da var idi, Nizami Süleymanov. O da 1995-1996-cı illərdə biabırçı kampaniya apardı ki, Əbülfəz Elçibəy yezidi kürdüdür, ermənidir və s. Atılan çamur Əbülfəz Elçibəyə, nə də müsahibədə adı çəkilən digər şəxslərə yapışmaz. Əbülfəz Elçibəylə bağlı deyilən bu kimi əsassız və nifrətdən irəli gələn iddialar rədd edilir. Zərdüşt Əlizadə zəhmət çəkib kimliyini ortaya qoysun. Əslində bu sualı vermək işimiz deyil, amma elə sözlər deyir ki, bu sualı ona verməyə bilmirik.

- Zərdüşt Əlizadə bəyan edib ki, atasının əsli Təbriz yaxınlığındakı Xamnə kəndindəndir...

- Tamam. Məşhur kənddir. Şeyx Məhəmməd Xiyabani, İranın indiki ali dini rəhbəri bu kənddən çıxıb. Əgər Xamnə kəndində bir nəfər desə ki, türk deyil, azərbaycanlıdır, o zaman Əlizadənin sözlərini qəbul edərdim. Ancaq iş ondadır ki, Zərdüşt Əlizadə deyir ki, azərbaycanlıdır. Hansı ki, belə bir millət olmayıb.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa məqamlar durur” - Oqtay Qasımovla müsahibə

    “Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa ...

    15-02-2017, 21:26

  • 
  • Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi

    Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi ...

    15-02-2017, 21:19

  • 
  • Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın iftiranı…”

    Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın ...

    26-05-2016, 16:58

  • 
  • Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər

    Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər ...

    15-05-2014, 18:53

  • 
  • Elçibəyin qardaşı da AXCP-Müsavata qəzəbləndi

    Elçibəyin qardaşı da AXCP-Müsavata qəzəbləndi ...

    24-01-2014, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu