GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Həmsədrlərdən biri Ermənistana kəşfiyyat avadanlığı, digəri isə raket kompleksi verib”

“Həmsədrlərdən biri Ermənistana kəşfiyyat avadanlığı, digəri isə raket kompleksi verib”

Tarix: 6-03-2017, 00:17 Bölmə :Müsahibə Baxış: 433
“Həmsədrlərdən biri Ermənistana kəşfiyyat avadanlığı, digəri isə raket kompleksi verib”

Tofiq Zülfüqarov: “İndi müharibə daha təhlükəli olub və bunu saxlamaq çox çətin olacaq”

Sabiq xarici işlər naziri, Azərbaycanın təcrübəli diplomatlarından olan Tofiq Zülfüqarovla müsahibəni təqdim edirik.

- Tofiq müəllim, fevralın 24-26-da cəbhədə gərgin vəziyyət müşahidə etdik, lokal döyüşlərin olduğu ortaya çıxdı. Sizcə, hansı səbəblərdən cəbhədə vəziyyət qəfildən kəskinləşdi ?

- Zənnimcə, apreldən sonra gedən prosesləri nəzərə almalıyıq. Gözləyirdik ki, danışıqlar prosesində real addımlar atılacaq, razılıq əldə olunacaq və s. Ancaq təəssüflər olsun ki, bu baş vermədi. Yəni apreldən əvvəl mövcud olan tendensiya indi daha da güclənib. Ermənistan və Azərbaycanda olan ictimaiyyət həmsədrlərə vasitəçi kimi inanmırlar, onlardan heç nə gözləmir. Bu baxımdan Ermənistanda revanşist fikir və şüarlar daha da güclənib. Hesab edirəm ki, bunun əsasları da ondan ibarətdir ki, apreldə uğursuzluq baş verib, onlar özləri üçün aprel səhifəsini bağlamaq və yenidən başlamaq niyyətindədir. Yəni millətçilik mentalitetinə uyğun səhvə açmaqdır və bunun üçün də cəbhə xətti vacib elementdir. Bir sözlə, yenidən başlamaq istəyirlər. Çünki Ermənistanın daxili siyasətində baş verən müəyyən tendensiyaları nəzərdən qaçırmamalıyıq. Nəzərə almaq lazımdır ki, Ermənistanın müdafiə və təhlükəsizliyi ilə bağlı elitasında dəyişikliklər baş verib. Əvvəlki müdafiə naziri, bir çox şəxslər işdən gedib, sonra isə elan edilib ki, bu şəxslər müdafiə ilə bağlı lazımı tədbirlər həyata keçirməyib, Azərbaycana uduzublar. İndi elitaya yeni simalar gəlib və təbii ki, onlar özlərini göstərmək, bir növ təsdiq etmək istəyirlər. Bu cür təxribatlar Ermənistanın daxili siyasəti üçün çox vacibdir və məncə, bundan sonra da olacaq.

İkincisi, Rusiyanın Ermənistana silah ötürməsi erməni ictimaiyyətində belə fikir yaradıb ki, onlar artıq gücləniblər və Azərbaycanla bərabər səviyyədə, hətta Azərbaycanı üstələyən müdafiə imkanlarına malikdirlər.

Digər tərəfdən, hesab edirəm ki, Azərbaycanın da mövqeyi bir qədər sərtləşib. Yəni Azərbaycan vasitəçilərə deyir ki, biz sizə inandıq, siz apreldə müharibəni dayandırdınız və söz verdiniz ki, real danışıqlar başlayacaq. Bu müddətə də danışıqlar olmadı. İndi də ictimaiyyət haqlı olaraq soruşur ki, nəyə görə bu baş verdi? Həmsədrlərə inam tam itib. Xüsusilə, xarici işlər naziri Lavrovun məlum bəyanatından sonra. İctimaiyyət həmsədrlərdən heç nə gözləmir. Bu tendensiyalar apreldən sonra güclənib və artıq təmas xəttində bu əhval ruhiyyə ilə yaşayan iki ordu üz-üzə dayanıb. Hansı ki, bu ordular silahlanıb, Azərbaycan əsgərinin isə daha güclü motivasiyası var. Fikrimcə, cəbhədə belə təxribat və provokasiyaların sayı artacaq, keyfiyyət baxımından daha da yüksələcək, təsirli silahların istifadəsi üstünlük təşkil edəcək. Bu tendensiya hazırda mövcuddur və getdikcə də güclənəcək.

- Bu tendensiya ötən ilin aprelində müşahidə etdiyimiz müharibəyə və ya ondan da masştablı qarşıdurmalara gətirib çıxardacağı gözləniləndirmi ?

- Mən bunu istisna etmirəm. Amma aydındır ki, bu hadisələr baş verir. Həm də demək lazım deyil ki, belə qarşıdurmalar kimin fikri əsasında baş verə bilir. Belə hallar təsadüfi də baş verə bilər.

- Təsadüfi necə baş verə bilər ?

- Məsələn, son hadisələrdə bizim şəhidlərimiz oldu. Allah onlara rəhmət etsin. Təsəvvür edin ki, onları danışıqlar yolu ilə deyil, silahlar vasitəsilə də evakulyasiya da etmək mümkün idi. Yəni silahlar danışardı, qarşı tərəfin səngəri darmadağın edilə və bundan sonra evakulyasiya etmək mümkündür. Ancaq gördüyünüz kimi həmsədrlər fəallıq göstərib, çalışıblar ki, bu danışıqlar yolu ilə baş versin. Başqa sözlə, mən deyən təhlükəni aradan qaldırmağa çalışıblar. Amma yenə də qeyd edirəm ki, bu tendensiyalar mövcuddur və növbəti dəfə Azərbaycan tərəfi, istisna etmirəm ki, erməni tərəfi də sərt addımlar atacaq. Məni bir məqamda narahat edir.

- Konkret hansı məqam sizi narahat edir?

- Rusiyanın Ermənistana verdiyi silah çox qəribə növlü silahdır. Əslində qalsa onu adi silahlar kimi çox münasib deyil. Əsasən bu növ raketlər taktiki nüvə silahı üçün nəzərdə tutulur. Nəyə görə, Rusiya tərəfindən məhz bu növ silahları veriblər? Mənim fikrimcə, əsas məqsəd ondan ibarətdir k, Rusiya tərəfinin iştirakı olmasa erməni tərəfi bu silahlardan istifadə edə bilməz. Əlbəttə, erməni tərəfi bəyanatlar verir ki, bu silahları ermənilərin özü istifadə edir və s. Amma bu silahların idarə edilməsi zamanı koordinatları təsdiq etmək, daha sonra hədəfi müəyyən etmək və sonda raketi buraxmaq lazım gəlir. Bunu həyata keçirmək isə Ermənistanın işi deyil. Başqa sözlə, Rusiyadan bu tip məlumatlar silahlara ötürülməsə heç vaxt atəş edə bilməz. Bunu adi hərbçilər də bilir. Səndə həmin silahın idarə edilməsi, koordinatların müəyyənləşdirilməsi, hədəfin müəyyən edilməsi imkanı olmasa, bu silahdan istifadə edə bilmərsən. Bu çox qəribə silahdır, ermənilərə verilsə də, onlar təklikdə bunu istifadə edə bilməz. Həmin silahlar 280 kilometrdə hədəfi vura bilər. Bu ekspert variantıdır. Çünki digər silahları sazişə görə Rusiya başqasına verə, texnologiyanı yaya bilməz.

Digər tərəfdən, Azərbaycanda olan silahlar təxminən 150 kilometrə qədər olan hədəfləri tuta bilər. Coğrafi baxımdan götürsək Azərbaycanın Naxçıvan və Qazaxdan imkanları daha münasibdir, nəinki ermənilərə verilən yeni silahlar. Ermənilər də anlayır ki, onlara elə silahlar veriblər ki, təkbaşına onu istifadə edə bilməzlər. Onlar bu silahı istifadə etsə, Azərbaycan onlara daha təsirli zərbə endirə bilər. Təsəvvür edin ki, “Qasırğa” dörd raketi buraxsa, onun partlayış gücü “İsgəndər” kompleksindən dörd dəfə çox olar. Bu baxımdan bizə qarşı İsgəndər raketləri istifadə edilərsə, birbaşa İrəvana daha ciddi zərbələr endirə bilərik. Bu kimi baxımdan indi müharibə daha təhlükəli olub və hesab edirəm ki, bunu saxlamaq da çox çətin olacaq. Mən hesab edirəm ki, indiki mərhələ həmsədrlər üçün sonuncu şansdır ki, danışıqlar prosesini başlasın. Əgər bu baş verməsə müharibə qaçılmazdır.

- Fevral hadisələrindən sonra siz danışıqlar prosesində aktivlik gözləyirsiniz ?

- Mən buna inanmıram. Çünki əsaslar yoxdur.

- Niyə ?

- Şanslar var idi ki, apreldən sonra Ermənistana təzyiqlər göstərərək irəliləyişlərə nail olunsun. Təəssüflə deyim ki, üç həmsədrdən ikisi fərqli mövqe tutdu. Həmsədrlərdən biri Ermənistana kəşfiyyat avadanlığı, digəri isə raket kompleksi verib. Bu mesajdır ki, həmin həmsədrlər danışıqların başlanması və ya status-kvonun dəyişməsini istəmirlər. İndi aktiv danışıqların başlanması üçün əsas görmürəm.

- Ötən ilin aprelindən fərqli olaraq bu dəfə beynəlxalq qurumların elə bir ciddi reaksiyası olmadı. BMT və ATƏT-in narahatlığını ifadə edən bəyanatlar oldu...

- Bilirsinizmi, Ukraynada, Suriyada və digər qaynar nöqtələrdə gedən proseslər və həm də təcrübə onu göstərir ki, bəyanat təsiredici amil deyil və belə bəyanatlarla hansısa hadisənin qarşısını almaq olur. Dəqiq başa düşmək lazımdır ki, beynəlxalq qurumlar bəyanat verə bilər, amma inanmıram ki, bu hansısa məsələnin həllinə ciddi təsir etsin. Yəni müxtəlif bəyanatlar və açıqlamaları ciddi qəbul etmirlər. Söhbət bizim münaqişədən getmir, mən ümumiyyətlə dünyada olan münaqişələri və ortada olan təcrübəni deyirəm.

- İndiki vəziyyətdə Azərbaycan hansı addımlar atmalıdır?

- Fikrimcə, hər şey göz qarşısındadır və bu addımlar atılır. Cəmiyyətdə stabillik olmalıdır. Hesab edirəm ki, idarəetmə mexanizmləri təkmilləşməlidir. Qarabağ məsələsi ilə məşğul olan hansısa qurum olmalıdır və o koordinasiyanı həyata keçirilməlidir. Təbii ki, prezident səviyyəsində bu məsələlər koordinasiya edilir. Fikrimcə, prezidentə yardımçı qurum kimi işlək orqan təşkil edilə bilər. Burada xarici siyasət, diplomatiya, iqtisadi məsələlər, qaçqınlara köməkdən tutmuş təbliğatın koordinasiyası cəmləşə bilər. Məncə, bu qurum da lazımdır. Aydındır ki, müdafiə məsələləri daima diqqət altındadır. Sözsüz ki, biz ictimaiyyət olaraq çox şeyləri görmürük, amma hiss edirik ki, müəyyən işlər də görülür.

- Siz ehtimal edirsiniz ki, qarşıda regionda müharibə alovlana bilər və təmas xəttində qeyri stabil durum müşahidə edə bilərik?

- Təəssüflər olsun ki, müsbət amillər çox azdır və mənfi amillər-toqquşmaya gətirib çıxara bilən amillər daha çoxdur. Bəlkə də, mən səhv edirəm.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gələcəkdə aprel hadisələrinin təkrarı istisna deyil”

    “Gələcəkdə aprel hadisələrinin təkrarı istisna ...

    27-11-2016, 23:57

  • 
  • Tofiq Qasımovun son fotosu - qürbətdə qocalan sabiq nazir

    Tofiq Qasımovun son fotosu - qürbətdə qocalan ...

    2-09-2016, 12:23

  • 
  • “Bu, şərəfsiz insanın şərəfli sürgünüdür” - Tofiq Zülfuqarovla MÜSAHİBƏ

    “Bu, şərəfsiz insanın şərəfli sürgünüdür” - Tofiq ...

    14-09-2016, 20:40

  • 
  • Cəbhədə vəziyyət gərgin olaraq qalır

    Cəbhədə vəziyyət gərgin olaraq qalır ...

    25-01-2014, 10:24

  • 
  • "Rusiya diplomatik cəbhədə ən vacib yüksəkliklərdən birini götürüb ki..."

    "Rusiya diplomatik cəbhədə ən vacib ...

    15-04-2016, 14:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu