GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ermənistan Azərbaycana hücum çəkməklə əslində Rusiyanı Azərbaycandan ayırmağa çalışır”

“Ermənistan Azərbaycana hücum çəkməklə əslində Rusiyanı Azərbaycandan ayırmağa çalışır”

Tarix: 14-03-2017, 20:09 Bölmə :Müsahibə Baxış: 597
“Ermənistan Azərbaycana hücum çəkməklə əslində Rusiyanı Azərbaycandan ayırmağa çalışır”

Rüstəm Məmmədov: “Bu gün xristian ideyası insan haqlarına hörmət prinsipindən daha güclüdür”

Prezident Administrasiyasının sabiq sektor müdiri, hüquq elmləri professoru Rüstəm Məmmədovla müsahibəni təqdim edirik.

- Rüstəm müəllim, Azərbaycan prezidentinin İran səfəri, orada apardığı müzakirələr, keçirdiyi görüşləri necə şərh edirsiniz?

- Mən ümumiyyətlə Azərbaycanın siyasi rəhbərliyinin, o cümlədən prezidentin bütün səfərlərinin öncədən düşünülmüş, məntiqli və ümumi işə xidmət edən rəsmi fəaliyyət kimi qəbul edirəm. Bu mənada qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İran İslam Respublikası ilə doğmalıq münasibətini qurmaqda əsas məqsədi Azərbaycanda yaranan siyasi varisliyi davam etdirməkdir. İranla siyasi cəhətdən dostluq münasibətinin qurulması uzun illər Azərbaycan siyasətində özünə xas gediş olub. Mərhum prezident Heydər Əliyev İran İslam respublikası ilə bu cür siyasət qururdu. Fikrimcə, indi Heydər Əliyev siyasətinin məntiqi davamını müşahidə edirik. Çünki İranla dövlətini Azərbaycandan bezdirmək, Azərbaycanla münasibətlərdə gərginləşdirməyə ehtiyac yoxdur. Bunu etmək olmaz və bu siyasi cəhətdən məntiqə də sığmır. Azərbaycan Respublikasının rəhbərliyi və prezident İlham Əliyev bu mənada siyasəti uğurla davam etdirir. Azərbaycan prezidentinin İran səfəri həqiqətən də düşünülmüş, məntiqli və uğurlu oldu. Həm də hesab edirəm ki, bu perspektivli və böyük imkanlar vəd edən bir səfərdir. Hər halda hesab edirəm ki, bu səfəri uğurlu qiymətləndirmək olar. Orada keçirilən görüşlər, aparılan müzakirələr əhəmiyyətli oldu.

- Sizcə, bu səfər ikitərəfli münasibətlərdə inkişafa xüsusi təkan verəcəkmi?

- Əlbəttə. Bu gün Azərbaycanla-Ermənistanın münasibətləri son nöqtədədir. Bundan sonra ya oyan, ya da bu yan olmalıdır. Bu baxımdan Azərbaycan özünə dostlarını seçir, bu dostluğu qoruyub saxlamağa, hətta möhkəmləndirməyə çalışır. Bu mənada Azərbaycan siyasəti düzgün olaraq İran İslam Respublikası istiqamətində mühüm addımlar atır.

- Ancaq görünən budur ki, İranla nə qədər yüksək əlaqələr qurmağa çalışsaq da, Tehranın Ermənistanla bağlı siyasətində ciddi dəyişikliklər olmur. Sizcə, bu dəyişikliyin baş verməsi üçün Azərbaycan daha hansı addımlar atmalıdır?

- İran dövlətinə siyasəti necə aparmaq lazımdır diktəsini heç kəs edə bilməz və etmir də. Bu mənada İran dövlətinin siyasəti xətti özü yetişməlidir. İran İslam Respublikasının əhalisinin özü də başa düşməlidir ki, Ermənistandan onlara dost olmaz. Onlar Ermənistanı özlərinə dost edə bilməzlər. Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin İranla yaxınlaşmağa üstünlük verməsi onu nümayiş etdirir ki, Azərbaycan İrana dost ölkədir, doğmadır. Azərbaycan faktiki olaraq belə bir siyasəti nümayiş etdirir. Bu mənada mənə elə gəlir ki, Bakının addımları İranda əhali arasında da rəğbətlə qarşılanır. Bu iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması hər iki ölkənin vətəndaşlarının da maraqlarına uyğundur.

- Son zamanlar müşahidələr göstərir ki, İran və Türkiyə arasında münasibətlər bir qədər gərgindir. Bu baxımdan Azərbaycan prezidentinin Tehran səfəri məlum gərginliyi aradan qaldırmaq baxımından stimul ola bilərmi?

- Bəli, bu səfər Ankara-Tehran münasibətlərinin yumşalmasında tranplin rolunu oynaya bilər. Azərbaycan həmişə Türkiyə-Rusiya və Türkiyə-İran arasında bir növ körpü rolunu oynamağa çalışıb və həm də bunu uğurla apara bilib. Mənə elə gəlir ki, Yaxın Şərq problemində, xüsusilə Suriya münaqişəsinə görə, Türkiyə ilə İran arasında mövcud olan narazılıqları aradan qaldırmaq üçün Azərbaycan körpü rolunu oynayır. Azərbaycanın siyasəti həm də bölgədə dostluq, əmin-amanlıq, sülhün yaranmasına töhvə verir.

- Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edib, Rusiya xarici işlər naziri Lavrovla müzakirələr aparıb. Bu səfər həm də Ermənistan xarici işlər naziri Nalbadiyanın Moskva səfərindən sonra təsadüf etdi. Bu mənada diplomatik təmasları necə qiymətləndirirsiniz?

- Əvvəla deyim ki, Ermənistandakı situasiya gərgindir, bu ölkənin vəziyyəti çox acınacaqlıdır. Ermənistan seçki ərəfəsindədir, heç özləri də bilmir ki, hara doğru gedirlər. Fikrimcə, Rusiya birmənalı olaraq erməniləri çarmıxa çəkib. Siz bunu bilməlisiniz. Bu çarmıxdan Sarksiyan hökumətinin necə çıxacağı maraqlıdır.

- Moskvada Qarabağ danışıqları əsas müzakirə mövzusu olacaq, yoxsa necə?

- Qarabağ sadəcə olaraq şərtdir. Əsas söhbət ondan gedir ki, Ermənistan bir dövlət olaraq gələcək siyasətini necə qurmaq niyyətindədir. Bu ölkə gələcək siyasətini Rusiya ilə quracaq, yoxsa qərblə və ya müstəqil siyasət aparmağa çalışacaq. Bu gün Ermənistanın siyasətində qeyri-sabatlıq mövcuddur. İrəvan özü də bilmir ki nə istəyir. Bu mənada Rusiya bu vəziyyətə bir ab-hava gətiməlidir. Və fikrimcə də, gətirəcək.

- Sizcə, hazırda Ermənistanın dövlət siyasəti nədən ibarətdir: Rusiya ilə sona qədər sıx əməkdaşlıq, yoxsa sonda qərbə doğru inteqrasiya?

-Reallıq odur ki, bu gün Ermənistan sayıqlayır. Onlar mütəmadi olaraq bir gözlə qərbə, digər gözlə Rusiyaya baxır. Hərdən də gözləri sayıqlayır və cənuba diqqət edir. Ancaq heç bir istiqamətdə bir məntiq tuta bilmir. Bax bu səbəbdən də Ermənistanın vəziyyəti çox ağırdır. Mənə elə gəlir ki, Ermənistanın dəqiq siyasəti xətti olmadığından bu durumla üzləşməli olub.

- Ancaq iş ondadır ki, həm prezident Sarksiyan, həm də Dağlıq Qarabağdakı separatçı rejim “İsgəndər” raket kompleksi ilə Azərbaycanı qorxutmağa çalışır, elan edir ki, bu raketlərlə Azərbaycanın istənilən nöqtəsini vura bilərlər...

- Qoyun versinlər. Onlardan, bu bəyanatlarından qorxmaq lazım deyil. Əgər vurmaq istəyəcəksə, deməli cavabını da alacaqlar. Bu mənada Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Əksinə, Azərbaycan onu hədəfə almaq istəyən Ermənistana layiqli cavab verə biləcək dövlətdir.

- İrəvanın hərbi ritorikaya üstünlük verməsi nədən qaynaqlanır?

- Onlar Azərbaycana xox gəlməyə, bizi qorxutmağa çalışırlar. Ancaq anlamırlar ki, Ermənistanın bu gün Azərbaycana hücum etməyə, məsələn neft kəmərlərini hədəfə almağa heç kim qoymaz və imkan verməz.

İkincisi, Ermənistan bu gün Azərbaycana hücum çəkməklə əslində Rusiyanı Azərbaycandan ayırmağa çalışır. Amma buna nail ola bilməyəcək.

- Lakin son vaxtlar həm də cəbhədə vəziyyət gərginləşir. Xüsusilə, fevralın 24-dən sonra biz hətta atışmaların, tələfatların olduğunu müşahidə etdik...

- Hesab edirəm ki, indi Ermənistanda daxili siyasi situasiya ürəkaçan deyil. Fikrimcə, son dövrlər cəbhə xəttində qarşıdurmanın olması da Ermənistanın daxili vəziyyətindən doğan nəticədir. Onlar bu yolla vəziyyəti stabilləşdirmək, erməni vətəndaşlarının diqqətini əsas problemlərdən yayındırmağa çalışırlar. Məqsəd budur. Odur ki, cəbhə xəttində belə gərgin vəziyyətin olmasında maraqlıdırlar. Bir sözlə, özlərini müharibəyə sürükləmək ideyası ilə insanları sakitləşdirməyə cəhd göstərirlər.

- Proqnozunuz necədir, yaz mərhələsində cəbhədə vəziyyət yenidən gərginləşəcək, yoxsa danışıqlar və diplomatik təmaslar güclənəcək?

- Məncə, bunu Rusiya ilə səfərdən sonra daha dəqiq bilinəcək. Hazırda müzakirələr gedir. Amma o dəqiqdir ki, Ermənistanda siyasi, iqtisadi, sosial durum çox ağırdır.

- Avropa Birliyi Gürcüstan və Ukrayna vətəndaşları üçün viza sistemini aradan qaldırdı. Azərbaycanla bağlı analoji qərar verilə bilərmi?

- Avropa bu gün öz fəaliyyət prinsiplərində doğurdanda dünya həqiqətləri və reallıqları, habelə ədalət prinsiplərinə əsaslanmır. Əksinə, ikili standartların şahidi oluruq. Məncə, bu gün xristian ideyası insan haqlarına hörmət prinsipindən daha güclüdür. Ancaq Azərbaycanda yaxın gələcəkdə belə bir hüquq qazanmaq şansına malikdir.

- ABŞ-ın yeni Şərq siyasətinin qurulması üçün daha bir neçə il lazım gələcək?

- Amerika qüdrətli ölkədir. Hesab edirəm ki, yeni Şərq siyasətinin qurulması bir ay müddətində həll edilə bilər. Orada institutlar, araşdırma mərkəzləri işləyir.

- Sizcə. yeni Şərq siyasətinin mahiyyətində nə duracaq?

- Mənə elə gəlir ki, Amerika inkişafa doğru gedəcək. Amerika "Ərəb baharı"ndan imtina edəcək. Çalışacaq ki, ərəb ölkələri ilə yeni siyasət daha səmimi əsaslar üzərində qursun. Çünki Yaxın Şərq siyasəti Amerika üçün iflasedici xarakter daşıyır. O cümlədən Vaşinqtonun Türkiyə siyasəti. Amerika faktiki olaraq Türkiyəni itirdi. İndi yeni ABŞ rəhbərliyi münasibətləri əvvəlki müstəviyə qaytarmaq üçün yollar tapmalıdır. Ya Fətullah Güləni Ankaraya qaytarmalıdır, ya da başqa yollar seçməlidir. Mən hesab edirəm ki, buna oxşar yeniliklər hökmən olacaq.

- Hazırda dünyada müşahidə edilən geosiyasi durumla bağlı nə deyə bilərsiniz?

- Hesab edirəm ki, geosiyasi vəziyyət çox təhlükəlidir. Geosiyasi durum mürəkkəbdir, çətin problemlərlə müşahidə edilir. Ən böyük çətinlik isə sözsüz ki, iqtisadi problemlərdir. İqtisadi durumun ağırlaşması dünyanı müharibəyə doğru sürükləyir. Mənə elə gəlir ki, Tramp siyasətini iqtisadi model üzərində işləyib dünyanı fəlakətli yoldan çəkindirməlidir.

- Bəzi analitiklər ehtimal irəli sürürlər ki, dünya III Dünya Müharibəsinin ərəfəsindədir...

- Əslində III Dünya Müharibəsi çoxdan gedir, sadəcə biz onu duymuruq. Lakin hesab edirəm ki, bu müharibənin daha geniş şəkildə alovlanmasına şans vermək olmaz. Bunun qarşısı alınmalıdır. Mənə elə gəlir ki, əsas məqsəd bundan irəli gəlir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Həsən Ruhani İlham Əliyevə zəng edib

    Həsən Ruhani İlham Əliyevə zəng edib ...

    5-07-2016, 12:49

  • 
  • Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

    Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib ...

    10-02-2016, 18:55

  • 
  • İlham Əliyevin İran səfərinə rəsmi- Şərh

    İlham Əliyevin İran səfərinə rəsmi- Şərh ...

    11-04-2014, 11:06

  • 
  • İlham Əliyev Həsən Ruhani ilə görüşdü

    İlham Əliyev Həsən Ruhani ilə görüşdü ...

    29-09-2014, 16:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu