GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » ‘O cümləni Heydər Əliyevin heykəlinin altına yazmaqla…’

‘O cümləni Heydər Əliyevin heykəlinin altına yazmaqla…’

Tarix: 16-03-2017, 21:30 Bölmə :Müsahibə Baxış: 450
‘O cümləni Heydər Əliyevin heykəlinin altına yazmaqla…’

Uşaqdı, etiraz edib. Onun da ağlı o cür kəsir. Etiraz edib ki, mən bu gül bayramını istəmirəm, buna xərclənən pulları istəyirəm bizə xərcləyəsiniz. Səhv deməyib ki? Bu da onun istəyidir də…”


Bayramın gəlhagəl günlərində şair Rüstəm Behrudi AzadlıqRadiosu-nun suallarını cavablandırır. Öncə bayramlaşır, ardınca səhhətindən sözə başlayır:

– Əməliyyat olunmuşam. Üç aydır yataqdayam. Əziyyətdi də. İndi bağda işləmək vaxtıdır, bacarmıram. Balıq mövsümü gəlir, balığa gedə bilməyəcəyəm. Gedə bilmirəmsə, deməli, işlər yaxşı deyil. Bir ay da hələ buna dözməliyəm. Çox əziyyətli əməliyyat idi. Beyin əməliyyat idi, çox ağır keçdi. Nəsə, keçib gedəcək bunlar. Əsas odur ki, Azərbaycandakı bu durum keçib getsin, durum dəyişsin. Qalan şeylər düzələcək.:

– Dəyişmə deyərkən, nəyi nəzərdə tutursunuz?

– Azərbaycanda adamların iqtisadi vəziyyəti çox acınacaqlıdır. Dünən bir qohumum danışır, marketə girib, bir qadının pulu yoxdur, ancaq nəsə almaq istəyir, başdan etmək üçün bir selofana 3 yumurta qoyublar ki, götür çıx get. Həmin qohum ona bazarlıq edib. Ürəyim ağrıdı, dedim ki, kömək etməsəydin, səni evə buraxmayacaqdım. Bir qadın mağazaya girib övladı üçün, yaxını üçün istədiyini ala bilmirsə… Azərbaycan nə boyda dövlətdir ki? Bu boyda var-dövlətin içində bunu bacarmırsa, deməli, Azərbaycan yaxşı durumda deyil.

– İlaxır çərşənbədə qapılara papaqlar, demək olar, atılmadı. Elə bil insanlar bir-birini utandırmaqdan çəkinirdilər…

– Bizim qapıya heç bir nəfər də papaq atan olmadı. Yəqin fikirləşdilər ki, şair xəstədir, ona görə gəlmədilər. Ancaq əvvəl çox gəlirdilər. Onu düz tutmusunuz, dünən heç kim gəlmədi.

– Bu durumda Rüstəm Behrudi necə şeir yaza bilir?

– İki-üç nəfər cavan uşağı tutublar. Onların işinə baxıram. Bu uşaqlar o cinayəti işləyiblərsə belə, məhkəmənin onlara bu qədər iş verməsi həm qanunsuzdur, həm də insafdankənar bir şeydir. Cavan bir uşağın ən gözəl illəri həbsxanada keçəcək, özü də heç bir cinayət törətmədən, qətl törətmədən, oğurluq etmədən. Bununla bağlı bir şeir də yazdım. Facebook-da paylaşmışdım. Adı “Qara kölgə”dir (mətni aşağıda – red.).

– Kimə həsr etmisiniz o şeiri?

– Biri cavan bloqqerdir. Bu adamları cəzalandırmağın başqa yolu var da. Amma bunu azadlıqdan məhrum etmək? Azadlıqdan ən qatı cinayətkarları məhrum edirlər. Qətl törətsə, namus üstündə… Bu adam neyləyib? İçindəki fikri açıq söyləyib. Buna görə adamı tutmazlar ki… 1988-ci ildə fevralın 19-da Bakıda yüz min tələbəni meydana təkbaşına mən aparmışam. İndi dostlarım mənə deyirlər ki, niyə susursan? Cavab verirəm ki, bu gün-sabah mənim 60 yaşım olacaq. Özü də mən bir də həbsxanaya düşsəm, ordan çıxmayacağam. Ürəyimdən əməliyyat olunmuşam, sonra beyin əməliyyatı keçirmişəm. Ancaq bu cür haqsızlıqların qabağında adam susa da bilmir. Mən həbsxanada təkadamlıq kamerada yatmışam. Onun bir gününün nəyə bərabər olduğunu yaxşı bilirəm. Məni ağrıdan da cavan uşaqları azadlıqdan məhrum etmələridir. Ağır bir şeydir. Onlar həbsxananı görməyiblər, axı. Mənim çox sevdiyim İsa peyğəmbərin bir sözü var: “Bir adam haqda mühakimə yürüdəndə özünü onun yerinə qoy. Verdiyin qərar ondan asılı olacaq”. İndi o adamlar həbsxananı görməyiblər, elə bilirlər gedib orda istirahət edəcəklər. Adi bir sözə görə birinə 2 il, birinə 5 il, o birinə 10 il iş verirlər. Düz deyil.

– Rüstəm bəy, beynəlxalq qurumlar da, hüquq müdafiəçiləri də Azərbaycanda fikir, ifadə azadlığına görə onlarla adamın həbs edildiyini bildirirlər. Məsələn, heykəl məhbusu kimi tanınan gənclər…

– Xəbərim var onlardan. O adamlar o heykəli yazıblarsa belə… Mərhum prezident Heydər Əliyev böyük adamdırsa, bu sözlər ona neyləyər, hə? Böyükdürsə, bu söz ona neyləyər? Onun üstündə bir adama 10 il iş vermək olar? Bir sözə görə, hə? Böyüklük o olardı ki, onu bağışlayasan! Vurub adam öldürüb ki, o qədər iş verirsən? Uşaqdı, etiraz edib. Onun da ağlı o cür kəsir. Etiraz edib ki, mən bu gül bayramını istəmirəm, buna xərclənən pulları istəyirəm bizə xərcləyəsiniz. Səhv deməyib ki? Bu da onun istəyidir də. Yəni o cümləni Heydər Əliyevin heykəlinin altına yazmaqla o böyüklükdən düşdü? Yox.

– Siz xalq hərəkatına qatılanlardan olmusunuz…

– Birincisi olmuşam. Bunu indi demək qorxuludur. Amma boynuma alıram. İndi “mənəm-mənəm” deyən adamlar onda qorxub kabinetlərində oturmuşdular. Mən yüz mini meydana təkbaşına aparmışam. Ancaq artıq yaş da keçib, ikincisi ağrıyıram. Di gəl, içimdə etiraz qalır. Hər şeyə etiraz var artıq. O şeiri də həmin tutulan uşaqlara yazmışam. Özüm dəhşətli ağrı içindəyəm, başımı tərpədə bilmirəm. Bununla belə, o şeiri yazdım.

– Hərəkat başlananda hamı fərqli, zəngin, demokratik bir Azərbaycan qurulacağına ümid bəsləyirdi. Bəs nə baş verdi ki, arzuladığınız, uğrunda meydanlara çıxdığınızı dediyiniz Azərbaycan qurulmadı?

– Ovaxtkı gəncliyin düşüncəsi nəydi? Biz neft ölkəsiyik, öz əlimiz öz başımız olsa, firavan yaşayacağıq. O şeylər baş vermədi. Firavan ölkə qurulmadı. İnqilabı qara kütlə edir, hakimiyyətə də ona layiq olmayanlar gəlirlər. Belə oldu. Mən mətbuatdan, sizin radiodan eşidirəm ki, Azərbaycandan 100 milyard dollar pul çıxarılıb. Hara çıxarılıb, bəlli deyil. O pul Azərbaycana neçə il bəs edərdi? Sabir Rüstəmxanlı da müsahibəsində deyib ki, biz belə azadlıq gözləmirdik.

– Hər nə qədər şablon səslənsə də, buna görə özünüzü, hərəkat yoldaşlarınız günahkar sayırsınız?

– Bizim çox günahımız olub, kim nə deyir desin. Hakimiyyətin dəyişməsinə göz yumduq. Hamımız bir-birimizi satdıq. Əbülfəz bəyin silahdaşlarının əksəriyyəti ona xəyanət etdi. Bizim də çox günahlarımız oldu. O vaxt Elçibəy layiq olmayan adamları vəzifəyə qoydu. Meydan hərəkatındakı ləyaqətli adamlar qaldı qıraqda, hay-küyçülər, qaragüruh vəzifəyə gəldi… Amma fikirləşirəm, naümid baxmaq olmaz. Nazim Hikmətin gözəl şeiri var ki, biz gözəl günlər görəcəyik, dostlar. Görəcəyik. Mən yaşda adam da Azərbaycanın gələcəyinə ümidlə baxır. Azərbaycanın gələcəyi təkcə bu Azərbaycandan asılı deyil. Azadlıq hərəkatının mərkəzi nə qədər Təbrizə keçməyib, problemlər həll olunmayacaq.

– Sizcə, hələ də dar ağacına salam vermək istəyənlər var?

– Mən Türkiyədə əməliyyat olunanda, bu ölkədə yaşayan nə qədər azərbaycanlı gəldi yanıma, Mərənddən, Ərdəbildən gəldilər. Dar ağacına salam vermək istəyənlərin əksəriyyəti gəldi. Bu adamlar varsa, deməli, mübarizə də davam edir. Elə qurdağızlı uşaqlar var ki, mən mübarizədə onlara arxayınam. Ləyaqətsiz, harın zümrə də var, düzdür, ancaq ona qarşı dayanan, millətin taleyində müstəsna rol oynayacaq gənclik də var. Mən onu da görürəm. Bədgüman olmaq olmaz!

– Amma Azərbaycanın adı beynəlxalq qurumların hesabatlarında axırıncı yerlərdə qərarlaşır, ölkə beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur, nüfuzlu platformalardan çəkilir, qonşular burada baş verənləri “kötü örnək” kimi göstərir, bu yolun yanlış olduğunu söyləyərək, öz ölkələrində buna dirəniş göstərməyə çağırırlar…

– Ağa Məhəmməd şah Qacarla Vaqifin başına gələnləri bilirik. Sürətli qloballaşma, inteqrasiya dövründə hadisələr bir gecənin içində də dəyişə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sağlam ayağı kəsilən qadının digər ayağı da amputasiya edildi

    Sağlam ayağı kəsilən qadının digər ayağı da ...

    26-06-2016, 13:04

  • 
  • `Həkimdəm çox bilməyəcəksən ki?` - Hamilə qadının ölüm səbəbi

    Həkimdəm çox bilməyəcəksən ki? - Hamilə qadının ...

    3-06-2016, 16:39

  • 
  • “Ağlı olan burda çimməz, bunlar üstəlik pul da verirlər”

    “Ağlı olan burda çimməz, bunlar üstəlik pul da ...

    3-06-2016, 02:11

  • 
  • Zəfər Quliyevdən Rüstəm İbrahimbəyova etiraz

    Zəfər Quliyevdən Rüstəm İbrahimbəyova etiraz ...

    20-12-2013, 01:35

  • 
  • Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ

    Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ...

    9-12-2013, 11:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu