Zəfər Quliyevdən Rüstəm İbrahimbəyova etiraz “ Heç gözləməzdim görkəmli ziyalımızdan ” “Yeni Müsavat” qəzetinə müsahibə verən görkəmli kino-dramaturq Rüstəm İbrahimbəyov deyib ki, kim Milli Şuraya qarşıdırsa, deməli o, iqtidara işləyir. Yaşlı sənətkarın bu iddiası bir çoxları kimi, tanınmış politoloq Zəfər Quliyevdə də narazılıq yaradıb. Milli Şuranın qurucu üzvlərindən olan Zəfər Quliyev öz etirazını Facebook sosial şəbəkəsində yazdığı statusla bildirib. Müsavat.com politoloqun həmin statusunu təqdim edir. **** «Kim Milli Şuraya qarşıdırsa hökumətə işləyir» (Rüstəm İbrahimbəyov). Çox qəribə və bolşeviksayağı məntigdi. Heç gözləməzdim görkəmli ziyalımızdan. Onda istənilən partiya, təşkilat, ya da lider bu məntiqi rəhbər tutaraq, deyə bilər: kim bizə ya mənə qarşıdırsa hökumətə işləyir. Bu cür neobolşevizm yanaşmanı düzgün hesab etmirəm!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?