GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Həbs edilməyimlə bağlı sifariş Əli Həsənovdan gəlib

Həbs edilməyimlə bağlı sifariş Əli Həsənovdan gəlib

Tarix: 15-05-2013, 17:10 Bölmə :Müsahibə Baxış: 1 003
Həbs edilməyimlə bağlı sifariş Əli Həsənovdan gəlib
Şirin Cəfərli: “Bizə qarşı irəli sürülən ittiham absurd, qurama və saxtadır”

Bəlli olduğu kimi Azərbaycan Mətbuat Şurası başda olmaqla bir qrup məmur “Gündəm Xəbər” qəzetini susdurmaq, onun təsisçisi Şirin Cəfərini isə həbs etdirmək niyyətindədir. Bu məqsədlə də, qəzetlə bağlı əsassız məhkəmə işi aparılıb, bu işin istintaqı isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “aparılıb”. Qəzeti susdurmaq, azad sözü boğmaq məqsədilə Vergilər Naziriyindən istifadə edilib. Bir sözlə, niyyəti həyata keçirmək üçün bütün imkanlardan istifadə edilib. Artıq ötən gün Gəncə şəhəri Kəpəz rayon məhkəməsində baş tutan məhkəmə prosesi zamanı prokuror Şirin Cəfərlinin 5 il müddətinə həbs edilməsini təklif edib. Görünən budur ki, hakimiyyətdəki mürtəce qüvvələr “Gündəm Xəbəri”in taleyini “Xural” qəzetinin gününə salmaq, Şirin Cəfərlini isə Əvəz Zeynallı kimi əsassız olaraq həbsə atmağı planlaşdırır. Bütün bu məsələlərlə bağlı suallara Şirin Cəfəri cavab verib.
- Son məhkəmə prosesi zamanı dövlət ittihamçısı sizin 5 il müddətinə azadlıqdan mərhum edilmənizi təklif edib. Nəyə görə, sizin timsalınızda “Gündəm Xəbər” qəzeti məhkəmələrə çəkilir, bu işin arxasında kimlər durur?
- İki il öncə Azərbaycan Mətbuat Şurası Əflatun Amaşovun imzası ilə “Gündəm Xəbər” qəzeti ilə bağlı olaraq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. Əlbəttə ki, bu müraciətin arxasında hər hansı sübut və fakt durmurdu. Bunu Baş Prokurorluğun nümayəndələri də qeyd etdilər. Hətta onların özləri də, bu şikayətin nə ilə əlaqədar olduğu və nəyə görə onlara ünvanlandığını anlamadıqlarını da qeyd etmişdilər. Əflatun Amaşovda bu məsələyə aydınlıq gətirə bilməmişidi. Sonradan isə məlum oldu ki, bu sifarişdir və həyata keçirilməlidir. Nəhayət Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Vergilər Nazirliyini bu prosesə cəlb elədi. Məqsəd süni şəkldə hüquqi əsas yaradaraq bizimlə bağlı sifarişi həyata keçirmək idi. Vergilər Nazirliyidə qondarma səyyar vergi yoxlaması adı altında yoxlama aparıb cərimə rəqəmi çıxardı. Guya ki, biz 68244 manat vergidən qaçmışıq. Beləcə istintaq aparıldı. Sonra isə yekunlaşaraq aidiyyəti üzrə Kəpəz rayon məhkəməsinə göndərildi. Bildiyiniz kimi mayın 13-də Gəncə şəhər Kəpəz rayon məhkəməsində bizim sayca altıncı məhkəmə prosesimiz keçirildi. Proses zamanı gözlənilməyən bir hadisə baş verdi. Mən məhkəmə prosesində şoka düşdüm. Dövlət ittihamçısı Mail Hacıyev bizim təqdim etdiyimiz vəsatətə qarşı çıxdı, onun qəbul olunmamasını tələb etdi. Hakim də vəkilimin vəsatətini rədd elədi. Göründüyü kimi Azərbaycanda baş verən qanunsuz hadislərin-azad mətbuata qarşı basqıları, dövlət qurumlarında vəzifəli şəxslərin söz azadlığına qarşı olduğu bəllidir. Burada sirli bir şey də yoxdur. Biz bilirik ki, bizimlə bağlı siyasi sifariş var. Bu sifarişin nə dərəcədə ciddi olduğunu biz məhkəmə prosesi zamanı açıq müşahidə edirik. Biz bir daha gördük ki, bu sifariş hələdə qüvvədədir və onu nəyin bahasına olursa-olsun həyata keçirmək haqqında düşüncə var. Hərçənd ki, biz güman edirdik ki, prokurorluq bu məsələdə ədalətli addım atacaq, işi obyektiv şəkildə araşdıracaq. Bunun əvəzində biz prokurorun ifasında bu qurumun sifarişi necə can-başla yerinə yetirməyə hazır olduğunu müşahidə etdik. Mən açığı bundan şoka düşdüm. Necə ola bilər ki, əsası olmayan bir işə görə, prokuror durub 5 il cəza istəsin? Deməli sifariş var. Bu sifarişi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. Bütün bu işlərin arxasında məhz Əli Həsənov durur. Onun kimlərə bağlı olduğu da hər kəsə məlumdur. Bizə qarşı başlanan bu əməliyyat Mətbuat Şurasının əli ilə həyata keçirilib. Mətbuat Şurasının sədrini kimin təyin etdiyini, bu qurumun kim tərəfindən idarə olunduğu da sirr deyil. Biz bütün bunları bilirik və cəmiyyətə çatdırırıq. Mən hesab edirəm ki, dövlətin yüksək ali hakimiyyətində təmsil olunan insanlardan kimsə bu prosesə dayan komandası verəcək. Ümid edirəm ki, prezident bu məsələdə haqq və ədalətin yanında duracaq. Əslində haqq və ədalətin yanında durmaq bizim kimi azad mətbuatın təmsilçilərinə dəstək olmaq kimi bir haldır. Çünki biz ədalətdən savayı bir şey istəmirik və elə bunun üçündə çalışırıq.
- Redaksiya ilə Mətbuat Şurasının münasibətləri hansı səviyyədə olub və bu münasibətlər nədən pisləşib və niyə Əflatun Amaşovun qəzetdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etməsinə qədər kəskinləşib?
- Bizimlə Mətbuat Şurasının münasibətləri əvvəllər heç zaman pis olmayıb. Onların nümayəndələri var ki, indidə bizimlə yaxşı münasibətdədirlər və arada salam-sagol var. Amma bu insanlar konkret sifarişə işləyirlər. Bu gün sənə salam verib, dost deyə bilər. Amma sabah ona sifariş verən şəxsin yanında durmalı və səni əzib keçməlidir. Daha burada haqlı və ya haqsız tərəf əsas deyil. Mətbuat Şurasının işi bundan ibarətdir. Onlar pultla idarə olunan adamlardır. Həmdə Mətbuat Şurasında bizimlə bağlı məlum qərar çıxarılanda mən bu iclasda iştirak etməmişdim. Təsəvvür edin ki, Mətbuat Şurasının İdarə Heyətinin dörd üzvü mənə bildirdilər ki, onların özləri də bu iclasda iştirak etməyiblər. Bu qurum nə gündədir ki, onun İdarə Heyətinin dörd üzvü iclasda iştirak etmir, amma kvormu yaradıb hansısa qərar qəbul edirlər. Əslində onlar qanun pozuntusuna yol veriblər. Daha doğrusu Əli Həsənovun sifarişini dərhal yerinə yetiriblər. Əli Həsənov həm də deyib ki, belə bir qurum yaradaq və nəticədə dövlətin büdcəsini dağıdaq, yeyək və dövlətə böyük ziyan vuraq. Bu adamların fikri bundan ibarətdir. Əslində isə bu dövlət Əli Həsənova babasından qalmayıb. Bu dövlət Azərbaycan xalqınındır. Azərbaycan hakimiyyətinin mənbəyi xalqdır. Bura da xalqımızın vətəni və məmləkətidir. Bu məmləkət yiyəsiz deyil. Biz quldur dəstələrin simasını var gücümüzlə açıb ortaya qoyacağıq. Yəqin ki, gələcəkdə bunlarla bağlı daha ciddi ölçülər götürüləcək və atılmış olan qanunsuz addımlar bağışlanmayacaq.
- Siz müdafiə işi ilə bağlı hansı tədbirlər görürsünüz, planlarınız nədən ibarətdir?
- Biz müdafiə işini aparırıq və işə aidiyyəti olan nə qədər real sənət, sübut varsa məhkəməyə təqdim etmişik. Elə istintaqa da ciddi sübutlar təqdim etmişdik. Məsələn, qəzet yayımı ilə məşğul olan firmalara, eləcədə mətbəələrə sorğu ilə müraciət etdik və gündə nə qədər tirajla çap olunduğumuzu, hansı sayda qəzet satdığımızla bağlı rəsmi məlumat əldə etdik. Biz əvvəllər həftədə bir dəfə və sonralar üç dəfə nəşr olunmuşuq. Ən yuxarı tirajımız da 2 mindən çox olmayıb. Bu vergi yoxlaması zamanı fəaliyyət göstərdiyimiz dövrlə bağlı dəqiq informasiyalardır. Hər gün hansı sayda çap olunduğumuz, hansı firmaya nə qədər qəzet verdiyimizi, bunun nə qədərinin satıldığını və müqaviləyə əsasən bizə nə qədər maliyyə ödənildiyini açıb ortaya qoymuşuq. Eləcədə şahidlərin dindirilməsi, təqdim etdiyimiz sənədlər, habelə mənim ifadəm bir-birini tamamlayır. Amma Vergilər Nazirliyinin çıxardığı qərarı nə şahidlər təsdiqləyir, nə sübut, nə də dəlil ortaya qoyur. Ümumiyyətlə bu qərarın doğru olduğunu sübut edən heç bir dəlil mövcud deyil. Biz inanmağa çalışırıq ki, Azərbaycan məhkəmə sistemi belə əsassız və absurd bir sənədə əsaslanaraq azad sözü cəzalandırmayacaq.
- Vergilər Nazirliyinin qəzetlə bağlı çıxardığı qərar nədən ibarətdir?
- Vergilər Nazirliyi iddia edir ki, guya biz redaksiya olaraq külli miqdarda vergidən yayınmışıq, 213.2.2 maddəsi ilə redaksiyamıza qarşı qərar çıxarılıb. Bu qərarda guya bizim 71428 manat maliyyəni vergidən yayındırmışıq. Bu absurd və əsassız rəqəmdir. Belə bir şey yoxdur və ola da bilməz. Mən çox arzu edərdim ki, qəzetimizin gündəlik tirajı 80 min olsun. Amma bu gün fakt odur ki, qəzet satışı çox zəifdir. Bunu hər kəs bilir. Dünyada informasiya texnologiyaları srətlə inkişaf edir, sürətli internet mövcuddur, minlərlə internet portalı var. Belə davam etsə qəzetlər öz fəaliyyətini dayandıra bilər. Çünki satış yoxdur. Mən bunları deyəndə oliqarxlar tərəfindən idarə olunan və maliyyələşən qəzetləri nəzərdə tutmuram. Əksinə, mən müstəqil və özü-özünü saxlayan qəzetləri nəzərdə tuturam. Belə qəzetlərin fəaliyyəti yaxın zamanlarda dayanacaq. Əgər satışdan pul gəlmirsə, qəzet necə çap oluna bilər? Bu saat mənim özüm çətinlik çəkirəm. Qəzetin çap olunduğu mətbəəyə bizim 7-8 min manat borcumuz var, əməkdaşlarımızın pulunu ödəməyə çətinlik çəkirik. Mən özüm də görürəm ki, artıq fəaliyyətimiz daralır, qəzetimizin durumu ağırlaşır. Burdan da mənim 5 il müddətinə həbsim istənilir. Əgər məqsəd bizim qəzeti susdurmaq və ya bağlatmaqdırsa, bunun üçün məni həbs etməyə ehtiyac yoxdur. Qəzet onsuzda öz-özünə dayanır. Qəzetin sponsoru yoxdursa o nə ilə çıxa bilər? Əlbəttə, heç nə ilə. Belə davam eləsə azad və müstəqil qəzetlərin taleyi heç də yaxşı olmayacaq. Çünki internet mediası qəzet bazarına getdikcə daha ciddi təsir edir. Azərbaycan əhalisinin isə yarısı artıq internetdən istifadə edir.
- Həbs olunmağınızı gözləyirsizmi?
- Mən düşünürəm ki, həbs olunma ehtimalım çox yüksəkdir. Çünki sonuncu məhkəmə prosesi zamanı dövlət ittihamçısı təmsil etdiyi orqanının mövqeyini ortaya qoydu, bu sifarişdə hansı rolu oynadıqlarını göstərdi. Daha konkret ifadə etsək dövlət ittihamçısı mənim 5 il müddətinə həbs olunmağımı istədi. Bu sifarişdir və böyük əksəriyyət bu sifarişin həyata keçirilməsində müticəsinə iştirak edəcək. Nəticədə də mən həbs ediləcəyəm. Amma hesab edirəm ki, ölkədə daha bir jurnalistin və qəzet təsisçisinin həbsi hakimiyyətin əleyhinə işləyəcək, onun imicinin pisləşməsinə səbəb olacaq. Bu hakimiyyətə başucalığı gətirməyəcək. Mən artıq prezident İlham Əliyevə müraciət etmişəm. Fikrimcə, cənab prezident araşdırıb görməlidir ki, onun idarəçiliyi altında fəaliyyət göstərən məmurlar hansı haqsızlığa və yaramazlığa əl atırlar. Ümid edirəm ki, prezident bu məsələyə reaksiya verəcək və bizim haqsız yerə cəzalandırılmağımıza razı olmayacaq. Biz prezidentdən bu məsələdə dəstək gözləyirik.
- “Gündəm Xəbər”ə qarşı edilən bu haqsızlığa qarşı olaraq azad sözə ictimai dəstək hansı səviyyədədir?
- İctimai dəstək o qədər də qanedici deyil və zəifdir. Biz müstəqil qəzet buraxırıq, nə müxalifətin, nə də hakimiyyətin nəzarəti altında deyilik. Mətbuatın özündən bizə yetərli dəstək yoxdur. Əlbəttə ki, biz siyasi partiyaları qınayıb deyə bilmərik ki, bizi müdafiə etsinlər. Bu doğru da olmazdı. Ancaq həm də demokratiya, söz azadlığı uğrunda mübarizə aparan partiyalar bizə dəstək verməlidirlər. Çünki biz azad sözü təmsil edirik. Amma belə bir dəstəyi də hiss etmirik. Özünü müxalifət sayan partiyaların dəstəyini hələ görmürük. Yalnız KXCP bizə dəstək ifadə edib. Mayın 13-də keçirilən məhkəmədən dərhal sonra KXCP bəyanat yayaraq haqsızlığın aradan qaldırılmasını tələb edib. Hesab edirəm ki, KXCP millətin uğrunda mübarizə aparan siyasi qüvvədir. Hələlik Müsavat Partiyasının və AXCP-nin addımlarını görmürük, amma buna ehtiyacımız var. Mən həmdə qeyd edirəm ki, bizə qarşı belə addım atanları qəlbinə allah insaf salsın. Onlar baxıb görsünlər ki, bu millətnə gündədir. Onlar bu millətin firavanlığı uğrunda mübarizə aparsınlar, azad mətbuatı susdurmaq üçün mübarizə aparmasınlar.
- Növbəti məhkəmə prosesindən nə gözləyirsiniz?
- Növbəti proses gələn həftə keçiriləcək və biz son sözümüzü deyəcəyik. Biz məhkəmədən ədalətli hökm gözləyirik. Çünki bu prokurorluq orqanı yox məhkəmə institutudur. Başqa sözlə, hesab edirəm ki, məhkəmə institutunun nümayəndələri prolurorluqdan tamam fərlənirlər və onlar ədalətsizliyə yox deməyi bacara bilərlər. Bu mənada ümidimiz və gözləntilərimiz böyükdür.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20

  • 
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02

  • 
  • Daha bir baş redaktorun başı cəncəldə - Bu gün Şirin Cəfəri həbs oluna bilər

    Daha bir baş redaktorun başı cəncəldə - Bu gün ...

    15-10-2015, 12:49

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə son söz üçün 1 həftə vaxt verildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 14:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu