GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Türkiyənin söz sahibi kimi çıxması Avropa dövlətlərinin dərin qatlarında arzu edilmir”

“Türkiyənin söz sahibi kimi çıxması Avropa dövlətlərinin dərin qatlarında arzu edilmir”

Tarix: 28-03-2017, 20:43 Bölmə :Müsahibə Baxış: 384
“Türkiyənin söz sahibi kimi çıxması Avropa dövlətlərinin dərin qatlarında arzu edilmir”

Zəlimxan Məmmədli: “Zəif Türkiyə Rusiyanın da, İranın da maraqlarına uyğundur”

“Borçalı” Cəmiyyətinin sədri, Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edirik. Müsahibimiz son zamanlar Türkiyə ilə Avropa ölkələri arasında yaranan skandal diplomatik əlaqələri haqqında danışıb və mövcud vəziyyəti qiymətləndirib.

- Zəlimxan bəy, hazırda Türkiyə ilə Avropa Birliyi ölkələri arasında münasibətləri gərginləşməsini necə qiymətləndirirsiniz?

- Türkiyə uzun müddət Avropa Birliyi qapısı ağzında gözlədi. Türkiyənin uzun illər prioriteti Avropa Birliyinə üzv olmaq idi. Amma qarşı tərəf insan hüquqları, demokratik islahatlarla bağlı şərtlər irəli sürürdülər. Türkiyə siyasi sistemi də bu şərtləri zaman-zaman həyata keçirirdi. Amma son dövrlər Avropa Birliyinin qadağası, Türkiyəyə qarşı ikili standartlardan çıxışı Ankaranı məcbur etdi ki, alternativlər axtarsın. Çünki dünyada ciddi hərbi qarşıdurmalar, Türkiyənin terrorla təhdid edilməsi, o cümlədən terror təşkilatlarına Avropa dövlətlərinin birmənalı olmayan mövqeyi təbii ki, Türkiyənin fərqli siyasət aparmasına gətirib çıxardı. Beləcə Avropa Birliyinə qarşı bir kampaniya başladı və bu kampaniyanın təməllərində Avropa Birliyinin qeyri səmimi münasibətinin təzahürü özünü büruzə verirdi. Baxmayaraq ki, mən Avrasiya zolağında Türkiyə kimi nəhəng dövlətin Avropa Birliyinə daxil olmasının tərəfdarıyam və gec-tez bu məsələnin müzakirəsi gündəmə gələ bilər. PYD, PKK ilə bağlı mövqelərdə fərqlilik Türkiyəni məcbur etdi ki, alternativ axtarışlarına çıxsın. Təbii ki, sonda da vəziyyət indiki situasiyaya gətirib çıxardı.

- Bir neçə gün əvvəl Türkiyə ilə Almaniya arasında bir gərginlik yarandı, Almaniyanın federal hökuməti AKP-yə imkan vermədi ki, burada yaşayan 1 milyon 400 min türklə görüş keçirsin. Sizcə, niyə?

- Mənim Almaniyada özəl kanallarla qaçqın düşərgəsində PKK-nın təbliğatının aparılması, o cümlədən ərəb dövlətlərindən gələn kürdlərin PKK-ya dəstək üçün hazırlanmasına dair informasiyam var. Mən də bu haqda ictimai çıxış etmişəm. Bu təbii ki, Türkiyənin də diqqətindən yayınmır. Türkiyədə siyasətinin yenidən qurulmasın da milli təhlükəsizlik, ərazi bütövlüyü və onu təhdid edənlərə adekvat olmasını istəməyi təbiidir. Avropa Birliyi dövlətləri, o cümlədən də Almaniya Türkiyənin güclənməsi və bölgədə ciddi güc mərkəzinə çevrilməsində maraqlı görünmür. Ola bilsin ki, bu da xaç yürüşlərindən, Osmanlı dönəmindən qalan hal kimi də ola bilər. Mənim fikrimcə, Orta Şərq layihəsində zəif, idarə olunan və iddiasız Türkiyə modeli var. Yəni bu bölgədə Türkiyənin güclü olması nəzəri cəhətdən terror mənbələrinin aradan qalxmasına, o cümlədən Türkiyənin ətrafında baş verən hərbi münaqişələrin daha dinc yolla həllinə gətirib çıxara bilərsə, buna müsbət yanaşmaq lazımdır. Amma təəssüflər olsun ki, bir sıra dövlətlər Türkiyənin zəifləməsin də daha çox maraqlı görünürlər. Bu savaşdan Türkiyənin dik, söz sahibi kimi çıxması Avropa dövlətlərinin dərin qatlarında arzu edilmir. Bu da, Türkiyə ilə sərhəddə yerləşən Avropanın davranışlarıdır və sizə deyim ki, 80-cı illərdə də belə vəziyyət olub. İndinin özündə də Almaniyanın Türkiyənin Avropa Birliyinə daxil olması məsələsində ciddi tərəddüdlər ifadə etməsi, qaçqınlardan PKK-ya himayə formulunun ortaya çıxması indiki durumu yaradıb.

- Ancaq ilk baxışdan daha çox problemin Türkiyədə ki, referendumla bağlı olduğu görüntüsü var...

- Təbii ki, indi Türkiyənin referendum keçirərək siyasi sistemdə yeniləşmələr aparması nəzəri və praktiki baxımdan dövlətin daxili işi ola bilər. Ən azından siyasi sistemin necə olmasını xalqın özü müəyyən edəcək. Bundan Almaniya və ya Hollandiyanın narahat olması üçün əsasları haradandır? Və ya Böyük Britaniya Avropa Birliyindən çıxmaq üçün referendum keçirib HƏ qərarı alırsa, nədən Londonun üzərinə belə basqılar olmadı? Hesab edirəm ki, bunlar düşündürücü suallardır. Niyə hədəf olaraq Türkiyə götürülür? Mən siyasətdə etnik, dini faktorların arxa planda olduğunu düşünürəm, amma görünür ki, müəyyən mənada bu kimi tarixi faktorlar yaddan çıxmır. O mənadakı Türkiyənin bu qarmaqarışıq, müharibələrin hökm sürdüyü mərhələdən güclü çıxması, yeni hədəfləri, enerji daşıyıcıları üzərində nəzarət qazanması imkanları strateji olaraq həmin dövlətlərin maraqlarına cavab vermir. O cümlədən heç Rusiyanın da maraqlarına uyğun deyil. Biz təhlil edəndə görürük ki bu gün Rusiya-Türkiyə müttəfiqliyi mövcud olsa da, əslində Moskva güclü Türkiyənin olmasında maraqlı deyil. Çünki Türkiyə Rusiya çevrəsində Orta Asiya türk dövlətləri, Azərbaycan var. Azərbaycanda inkarçı cərəyanlar var, amma onlar hara qədər inkişaf etsə belə, Türkiyə türk dövlətləri və müsəlman aləmi üçün örnəkdir, demokratiyası oturuşmuş cümhuriyyətdir. Həm də bizim varlığımızın qaran larından biridir. Bu baxımdan Qafqaza yürümək, artıq paylar əldə etmək baxımından zəif Türkiyə Rusiyanın da, İranın da maraqlarına uyğundur. Bu savaşdan güclü Türkiyə çıxarsa güneydəki milyonlarla soydaşlarımız üçün də fərqli situasiya yaranardı. Bu baxımdan güclü Türkiyə formulunda çoxlu ölkələrin maraqları təmin edilmir. Onları Türkiyənin zəifləməsi, parçalanması, iç savaşa sürüklənməsi, etnik zəmində qarşıdurmaların olması kimi formullar təmin edir. Amma Türkiyədə hakimiyyətin bir əldə cəmləşməsi bəzi formulları imkansız hala gətirir. Təbii ki, mən mütləq demokratik, güclü sivil və mülkü cəmiyyətin tərəfdarıyam. Amma dünya dəyişir, diplomatiya arxa plana keçir və təəssüflər olsun ki, hərb ön olana çıxır. Sanki siyasətin yerini hərb tutur. Bax, bu mərhələdə Türkiyənin daha monolit, daha güclü və bir mərkəzdən idarə edilən modelinə ehtiyac duyuram. Görünür, indiki situasiyada Türkiyəni çox partiyalı sistemlə laxlatmaq imkanları geniş olduğu üçün yaxın 10 illik belə modelə keçidə ehtiyac var. Və görünən odur ki, Türkiyənin güclənməsini istəməyən bəzi ölkələrdə bu modelə dirəniş göstərir.

- Hollandiya dövləti Türkiyə xarici işlər nazirinin təyyarəsinin Rotterdama enişinə imkan vermədi, habelə Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin konsulluğuna buraxılmadı, ondan dərhal ölkə sərhədlərini tərk etməsi tələb olundu. Bu aqressiv durumu necə qiymətləndirmək olar?

- Təbii ki, Hollandiyada, Almaniyada kompakt yaşayan, işləyən Türkiyə vətəndaşları var və həm də onların seçmək hüququ var. Onlar arasında seçki kampaniyasının aparılması təbiidir. Ancaq həm də əski dövrlərdən diplomatik normalar var. Bir dövlətin elçisinə, rəsmisinə toxunmaq yasaqdır, onun toxunulmazlıq hüququnu tanımaq ehtiramdır. Üstəlik diplomatlarla bağlı VİP xətt var. Bu xətdə dindirilmə, izahatlar alına bilər, danışıqlar aparıla bilər. Ancaq bunlar olmadan Türkiyə xarici işlər nazirinin təyyarəsinin enməsinə imkan verməmək həqarətdir, diplomatik normaların pozulmasıdır. Xüsusilə, bir dövlətin xarici siyasət kursuna rəhbərlik edən şəxsə qarşı belə hərəkət anormaldır, Avropa dəyərlərinə ziddir, beynəlxalq hüquqa sayğısızlıqdır. Hollandiyanın nə işinə qalıb ki, Türkiyədə hansı siyasi sistem olacaq. Bu məsələ Türkiyə seçicisinin səsi ilə müəyyən ediləcək məsələdir. Bu sənin içini niyə yandırmalıdır ki, sən də Türkiyə dövlət rəsmisinə belə davranış nümayiş etdirirsən? Məncə, Avropa dövlətləri içərisində müəyyən zərərli cərəyan var, bu cərəyan içərisində anti-türk ovqatı var. Onların seçki və siyasi platformasında Türkiyəyə bir həqarətli yanaşma var. Qeyd edim ki, bu yaxınlarda mənim Avropa səfərim oldu və duydum ki, orada əsassız olaraq qəribə bir xof var, türkfobiya hakimdir. Əlbəttə, bu haldan seçkilərdə istifadə edə, xaç yürüşlərini yada sala və insanları qorxuda bilərlər. Nəzərə alın ki, bununla paralel olaraq artıq XXI əsrdir, texnologiya, elm, insan beyni bu qədər inkişaf edirsə dəyərlərə bu qədər xəyanət etmək olmaz. Sözsüz ki, Hollandiya dövlətinin təhlükəsizliyini təhdid edən hər hansı bir ehtimal vardısa, bunu Türkiyə rəsmi qurumları ilə diplomatik yolla çözə bilərdilər. Amma diplomatik sədləri aşaraq nümayişgarənə şəkildə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın Türkiyənin konsulluğuna buraxılmaması, ölkəni tərk etməsi haqda tələblər, xarici işlər nazirinin təyyarəsinin enişinə imkan verilməməsi Türkiyəyə, türkçülüyə bir həqarətdir. Çox xoflu tendensiyadır. Avropa məkanında Avrasiya zolağında belə qarşıdurmaya rəvac verilməsi məsuliyyətini Avropa dövlətləri, konkret olaraq Almaniya, Hollandiya və arxasınca Danimarka daşıyır. Bu gələcəkdə Avropa məkanında etnik zəmində qarşıdurmalar üçün əsas ola bilər. Mənə elə gəlir ki, çox təcili və təxirə salmadan diplomatik mexanizmlər işə düşməli, məsələnin çözümü tapılmalıdır. Baxın, mən dövlət daxilində müxalifətdə ola bilər. Azərbaycan timsalında mən indiki hakimiyyətə qarşı müxalifətdəyəm və tənqidlərimi edirəm. Amma mənim dövlətimin başçısı eyni zamanda mənim təmsilçimdir, simvollarımdan biridir. Bir başqa millət və ya dövlət həqarətli yanaşarsa həm də mənə həqarətli yanaşmadır. Onun qarşısında da bir vətəndaş olaraq mən olmalıyam. Bu gün Mövlüd Çavuşoğluna edilən həqarət türklüyə, insanlığa, demokratiyaya qarşı olan həqarətdir. Biz bunu qınayırıq. Buna görə, Hollandiya izahat verməlidir, üzr istəməlidir. Təəssüflər olsun ki, baş verəcək bütün neqativ göz önündədir və Hollandiya birbaşa məsuliyyət daşıyır. Avropa Birliyinin, NATO-da olan ABŞ-ın mövqeyi çox önəmlidir. Fikrimcə, bu mövqe Türkiyənin yanında olan mövqe olmalı, eyni zamanda Hollandiyaya basqı olmalıdır. Bu cür davranışlar yolverilməzdir. Normalda Hollandiya türk vətəndaşlarına mitinq icazəsi verməyə bilərdi və bu onların haqqıdır, əsaslandıra bilərdilər ki, filan məsələyə görə, aksiya olmaz. Amma bir dövlətin baş diplomatının göydən yerə enməsinə imkan verməmək təhqiredici davranışdır. Belə şeylərə görə, hətta dövlətlər arasında müharibələr olub. Bunlar arzu edilən olmasa da, Avropanı daha ciddi gərginliyə sürükləyirlər. Fikrimcə, bu krizis diplomatik yolla həll edilməli, Türkiyənin nüfuzuna gələn zərər hansısa formada kompensasiya edilməlidir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İŞİD-ə qarşı mübarizə Türkiyə üçün əlavə şanslar yaradacaq”

    “İŞİD-ə qarşı mübarizə Türkiyə üçün əlavə şanslar ...

    8-10-2014, 13:57

  • 
  • Avropa Birliyi Türkiyəyə maliyyə yardımını dayandırır

    Avropa Birliyi Türkiyəyə maliyyə yardımını ...

    13-03-2017, 00:05

  • 
  • Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi...

    Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi... ...

    19-12-2014, 00:25

  • 
  • Ankara Avropa Birliyini terrora dəstəkdə ittiham etdi:"Güzəşt olmayacaq!"

    Ankara Avropa Birliyini terrora dəstəkdə ittiham ...

    17-05-2016, 18:53

  • 
  • “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror təşkilatıdır” – Federika Moqerini

    “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror ...

    24-02-2016, 15:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu