Zəlimxan Məmmədli: “Kərkükdə türklərin zülmə məruz qalması Ankaranın yanlış siyasətinin nəticəsidir”
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Moderator.az-a açıqlamasında Türkiyənin İŞİD-ə qarşı mübarizəsini və bu mübarizənin mümkün nəticələrini şərh edib: “Türkiyənin İraq əməliyyatında ABŞ-la müttəfiqlikdən imtina eləməsi tarixi yanlışlıqdır. Əgər zamanında Türkiyə ABŞ-la ortaq əməliyyatlara qatılsa idi Mosul və Kərkük üzərində nəzarəti ələ keçirməklə Şimali İraqda PKK hakimiyyətinin qurulmasını əngəlləyə bilər və dünya düzənində daha üstün yer tutardı. Təəssüf ki, bu uğursuz tarixdir. Kərkükdə türklərin zülmlərə məruz qalması da Türkiyənin vaxtı ilə apardığı yanlış siyasətin nəticəsidir. Türkiyənin İŞİD-ə qarşı və Suriya rejiminə qrşı koalisiyaya qoşulması fikrimcə Türkiyə üçün gec də olsa əlavə şanslar yaradacaq. Bir şey unudulmamalıdır ki, Türkiyənin İsraillə Davosdan başlayan düşmənçiliyinə son verilməsə Türkiyə uduza və daha zəif düşə bilər. Əgər Türkiyə bu vəziyyətdə ABŞ vasitəçiliyindən istifadə edərək İsraillə münasibəti tənzimləyə bilsə, Türkiyənin dünyanın yenidən bölüdürülməsində payı kifayət qədər olar ki, bu da birbaşa və ya dolayı formada türk dünyasının dünyada layiqli yer tutmasına şərait yaratmış olar”.
Sorğu
Yeni dizaynımız necədir?