GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İtirdiyim adamların hansıyam?

İtirdiyim adamların hansıyam?

Tarix: 10-05-2017, 23:29 Bölmə :Müsahibə Baxış: 748
İtirdiyim adamların hansıyam?


Özümü tapa bilmirəm. Axtarışdayam neçə gündür. Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, hardan yıxıldım? Nə qədər fikirləşirəm, yadıma gəlmir. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarımı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay allah?

Bəlkə atam bilər:

– Mən hardayam?

– Evdə...

– Yoxam axı, otağıma baxdım indicə.

İnanmadı atam.

– Yalan deyirsən. Bayaq gördüm, uzanmışdın çarpayına. Yerinin içində qurcalanırdın. Bir-iki dəfə çağırdım, hay vermədin.

– Niyə?

– Bilmirəm. Gözlərin açıqıydı, üzün də tüklü. Bir gecəyə saçların uzanmışdı, saqqal basmışdı səni.

– İnanmırsan gedək bir yerdə baxaq otağıma. Vallah, yoxam, ata! Yorğanımın altı boşdur.

Atam bərk əsəbiləşdi, əlimdən tutub otağıma keçdi:

– Korsan? Görmürsənmi yorğanın altındasan?

– Hanı?

Atam yorğanı qaldırdı. Gördü yoxam.

– Bəs indicə burdaydın axı, bir dəqiqə qabaq yerində gördüm səni.

– Bəlkə anam bilər?

Anamı çağırd:

– Balam hardadı?

– İndicə hamama girdi əl-üzünü yumağa. Gözlə, çıxacaq bir azdan.

Nə qədər gözlədim hamamın qapısının ağzında. Çıxmadım. Qapını azca araladım, gördüm heç kim yoxdu içəridə.

Anam:

– Bəs bura girdi axı indicə.

Bacımdan soruşdum yerimi.

– Qardaşın hardadı?

– İndicə hamamdan çıxıb otağına girdi. Yəqin əynini geyinir.

– Bəs bayaqdan durmuşam axı burda. Çıxdığımı görmədim.

Otağa baxdım, yoxuydum. Nə qədər axtardım, çarpayımın altına baxdım, sonra asılqana, ordan da kitabların arasına göz gəzdirdim, orda da yoxuydum.

Heç kəs tapa bilmədi məni. Nə atam, nə anam, nə bacım, nə də qardaşım...

Onda gedim iş yerimə. Neçə gündü axtarıram özümü. Telefonuna zəng də çatmır. Bu adam hardadı, görəsən? Elə bil yer yarıldı, içinə girdi.

– Hə, yəqin, işdədi – anam dedi.

Mütləq. İş yerim hara buradı. Amma eybi yox. Necə olur olsun tapmalıyam özümü. Özümə bircə kəlmə sözüm var. Daha doğrusu, oturub söhbət eləmək istəyirəm ətraflı. Görüm nə istəyirəm. Sözümə baxmasa tüpürəcəm onun üzünə. Alçaq!

Düzdü, iş yerim çox uzaqdadı, amma bir göz qırpımında gəlib çatdım.

– Mən hardayam? – qapıda mühafizəçidən soruşdum.

– İndicə girdin içəri, yuxarı çıxdın, get, görəcəksən.

Tələm-tələsik qalxdım yuxarı, qapını yavaşca aralayıb stuluma baxdım, yoxuydum. Əllərimi stulun üstünə sürtdüm. Bəlkə burdayam, görmürəm. Şöbə müdirimdən soruşdum. Dedi, iki dəqiqə qabaq burdaydı, çölə çıxıb, gələr indi. Gözlədim, yenə gəlmədim.

Mühafizəçini çağırdım:

– Bəs deyirsən, burdayam?

– Vallah, indicə girdin içəri. Yəqin harasa çıxmısan. Gələrsən indi... Gözlə!

Gözlədim saatlarla. Gəlmədim. Harda axtardımsa tapmadım özümü. Bilmədim, neyləyəm. Axırda şəklimi də götürüb polisə üz tutdum. Ərizə yazdım ki, neçə gündü yoxa çıxmışam, məni tapın. Əlamətlərimi dedim. Boyum 1 m, 78 sm, çəkim 70 kq. Gözlərimin rəngi şabalıdı. Uzun saçlarım var, üzüm də tüklü. Xahiş edirəm, məni tapın. Necə olur-olsun, tapın məni. Təcili lazımam.

Polis bölməsindən çıxıb balaca daşın üstündə oturub fikirləşməyə başladım. Görəsən, mən itirdiyim adamların hansıyam? Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, harda yıxıldım? Nə qədər fikirləşirəm yadıma gəlmirəm. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarmı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay allah?

Məni kim tapa bilər, əlini qaldırsın
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Anamla atam sevişmə səhnələrimi bəyəndi” - VİDEO

    “Anamla atam sevişmə səhnələrimi bəyəndi” - VİDEO ...

    4-02-2015, 22:53

  • 
  • Xalq artisti: "Atam müğənni olmağımı istəmirdi"

    Xalq artisti: "Atam müğənni olmağımı ...

    15-11-2015, 13:29

  • 
  • 15 yaşında ərə verilən qızın həyat dramı...

    15 yaşında ərə verilən qızın həyat dramı... ...

    10-07-2015, 13:00

  • 
  • Məşhur rejissorun qızı: "Atam mənə təcavüz etdi"

    Məşhur rejissorun qızı: "Atam mənə təcavüz ...

    3-02-2014, 00:50

  • 
  • Fikrət Fəraməzoğlunun övladları Ramil Usubova məktub yazdı

    Fikrət Fəraməzoğlunun övladları Ramil Usubova ...

    4-04-2017, 09:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (338)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu