GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 15 yaşında ərə verilən qızın həyat dramı...

15 yaşında ərə verilən qızın həyat dramı...

Tarix: 10-07-2015, 13:00 Bölmə :Ölkə Baxış: 0
15 yaşında ərə verilən qızın həyat dramı...

Yetkinlik yaşında ərə verilən və gəncliyini iki uşaqla ata evində keçirməyə məcbur qalan Aynur Səlimova (ad şərtidir-red.) "Azadlıq" radiosuna müsahibəsində erkən nikahın yaralarından danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Aynur, hər şey necə başladı?

- 16 yaşım tamam olmamışdı, qəfildən elçi gəldi. Evdən dedilər ki, gedəcəksən. Əvvəlcə atam razı olmadı, amma anam, nənəm, babam “bu adamla evlənəcəksən” deyib durdular. O adam məndən 10 yaş böyük idi. Beləcə, məni qurban verdilər...​

- Nəyin qurbanı?

- O, işadamı idi, əmimgil də onunla çalışırdı. Atam da, nənəm də qorxdu ki məni o adama verməsələr, o da acığa düşüb əmilərimlə işləməz. Ağlayıb-sızladım, “getmərəm” dedim... Özümü öldürmək - eyvandan atmaq istədim. Amma nənəmlə babam dirəndilər və atama dedilər ki, qızını bu ailəyə verməsən, sən adlı oğlumuz yoxdur.

- Məktəbə gedirdin?

- Gedirdim. 10-cu sinifdəydim.

- Məktəbdə necə qarşıladılar?

- Pis. Müəllimlərim də, sinif yoldaşlarım da pis qarşıladılar. Dedilər ki, 15 yaşın var, ailə qurmaq üçün çox tezdir...

- Səni nişanlayan kimi toy elədilər?

- Nişan qoydular və dedilər ki, 18 yaşın tamam olunca toy edərik. Amma nişandan iki ay sonra gəlib, basqı elədilər ki, toy edirik. Toy edib apardılar. Məni zor gücünə ər evində saxladılar... Başımı qatırdılar ki, gələn ay anangilə aparacağıq. Mən də o həvəslə yalşayırdım ki, bu ay, ya da gələn ay anamgilə gedəcəyəm... Beləcə, zorla məni saxladılar.

- Aynur, 15 yaşında qızın ərlə, qaynata-qaynana ilə münasibəti necə olur?

- Heç nə bilmir. Bilmir ki, əriylə nə etməli, qaynata-qaynanayla necə davranmalıdır. Orada iki aydır gəlin idim, bilmirdim ərimin paltarını necə verim, onu necə yola salım. Qaynanamla necə yola gedəcəyimi də bilmirdim. Məni çox sıxırdılar. Münasibətlər yaxşı deyildi.

Evlənəndən bir ay sonra - bir aylıq hamiləliyim dövründə yoldaşım məni qoyub getdi və yarım ildən sonra qayıtdı. O müddətdə məni bircə dəfə də axtarmadı...

- Anangil nə deyridi bu duruma?

- O, Rusiyaya getməzdən qabaq küsüb anamgilə getmişdim. Daha doğrusu, anama demişdim ki, gəlib məni aparmasan, özümü öldürəcəm. Yoldaşım arxamca gəldi, dedim getməyəcəyəm. O vaxt atam da Rusiyada idi, zəng elədi ki, getdiyin evdən meyitin qayıda bilər ancaq. Məcbur qalıb elə həmin gün yenidən ər evinə döndüm. Anamgil də deyirdilər ki, pis də olsalar, boşana bilməzsən. Nədi-nədi, camaat deyə bilər ki, filankəsin qızı ərdən qayıtdı...

- Səninlə evlənməyi yoldaşının özü istəmişdi?

- Özü görüb bəyənmişdi. Demişdi ki, nə olur-olsun, o qızla evlənəcəyəm. Nişanlı vaxtı onunla parkda görüşdüm və dedim ki, səni istəmirəm. Dedim ki, məni sənə zorla verirlər, evdəkilərin qərarını dəyişməyə gücüm yoxdur, amma sən kişisən. De ki, məni istəmirsən, yazıq deyiləmmi. Dedim, səninlə zorla necə evlənəcəyəm, axı mənim gələcəyim var. Amma o dinləmədi. Heç uyuşa bilmədim. Heç nədə fikrmiz ust-üstə düşmədi. Bir paltar seçəndə də hərəmiz bir şey deyirdik.

- Bununla belə iki üşağın oldu...

- İki yox, dörd hamiləlik yaşadım. Birincidən sonra, doğuma az qalmış, iki dəfə uşağı itirdim. Sonuncu Nərminə doğuldu. Amma o da dünyaya xəstə gəldi. Birinciyə hamilə qalanda yoldaşım heç sevinmədi, bir dəfə olsun başıma sığal çəkmədi. Dedi, mən hazır deyiləm.

Amma mən bu uşağın doğulmağını çox istəyirdim. Düşünürdüm ki, bəlkə uşaqdan sonra ərimə isnişərəm. İkinci uşağa hamilə qaldığımı gec bildim. Alınmadı, uşaq ölü doğuldu.

Sonra - doğuşa az qalmış, üçüncü hamiləliyim də pozuldu. Nərminə də başında ciddi problemlərlə doğulmuşdu. İndi hər ay onu Bakıya - müalicəyə aparmalıyam. Ümid edirəm ki, müalicənin xeyri dəyəcək və heç olmasa uşaq sağalıb özünə baxa biləcək.

- Aynur, 16 yaşında ana olmusan, körpəyə qulluq edə bilirdin?

- Çox çətin idi, heç nə bilmirdim. Elə gəlincik kimi geyindirib-soyundurmağı bilirdim. Paltar alıb geyindirir, bəzəndirirdim, amma ağlayanda anlamırdım ki, bəlkə qarnı acdı, süd verim... Bəzən süd verməyi unudurdum. Niyə ağladığını bilmirdim... 15-16 yaşında uşaq bunları hardan bilsin axı?

- Ayrılmaq qərarı vermisən. Atan bu dəfə nə deyir?

- Bu dəfə susub, çünki yoldaşım da boşanmaq istəyir. Atam qaynatamla danışıb dedi ki, sizə 15 yaşında qız verdim, yiyə çıxmadınız. Amma atamın danışmağa haqqı yoxdur. Başıma nə gəlibsə, səbəbkarı odur. Mənə o, yiyə çıxmadı. Saxlamadı məni, qovdu...

Qaynanamgilə getdim. Orda da onlar mənə sahib durmadılar, atamgilə qayıtdım. Atam qovdu, yenə oraya getdim. Beləcə, günlərim avtobuslarda keçdi. Yoldaşım daha çox Rusiyada olurdu. “Məni də apar” deyəndə, aldadırdı. Hətta pasport da aldı ki, guya aparacaq, amma aparmadı. Mənə ordakı sevgililərindən danışırdı... Adam da qadınına belə şeyləri deyər?

- Beləcə, 20 yaşında, həm də iki uşaqla təkbaşına qaldın...

- Düşünürəm ki, həyat məndən ötrü indən belə başlayacaq. İki uşağım üçün ayaqda durmağı bacarmalıyam, ata-anam nə qədər baxacaq uşağıma? Özümə bir iş qurmağı düşünürəm, təhsil alacaq, bir peşə öyrənəcək, bir sənət yiyəsi olacağam.

Ailə qurmağı hələ düşünmürəm, bəlkə də nə vaxtsa... Hələlik, ikinci uşağımın müalicəsi ilə məşğulam. Hər ay xəstəxanada bir həftə - 10 gün müalicə almalıdır. Bilirsiniz, içimdə necə bir hiss var? Sanki həyata yeni gəlmişəm, nə olsun iki uşağım var?!. Mən 15-16 yaşımdan bəri yaşamamışam.

İndi yenidən geri qayıdıb o yaşıımı yaşamaq istəyirəm. Mən erkən nikahın qurbanıyam. Atalar, analar, balanızı az yaşlarında ərə verib bədbəxt etməyin. Gedəcəyi yerdə qarşısında qulluqçu işləsə, əri çox yaxşı adam olsa da, 15-16 yaşında qızın evliliyə hazır olmadığını yaddan çıxarmayın. Axı hələ uşaqlığından ayrılmayıb... Hər şey ona oyun kimi gəlir, evcik-evcik oynayırlar ha uşaqlar, elə baxırsan hər şeyə və düşünürsən ki, sənə deyəcəklər, bəsdir oynadığın, gecdi, get evinə.

İkincisi də sevmədiyi adamla evlənməyə məcbur etməyin. Yanlış qərar verəcəksə də bu, onun qərarı olmalıdır. Sabah gəlib valideyninə deməyəcək ki, günahkar sizsiniz. Mənsə... Mənsə hec vaxt ata-anamı bağışlamayacağam...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Öz anası tərəfindən satılan qız: "Evimiz fahişəxana idi"

    Öz anası tərəfindən satılan qız: "Evimiz ...

    15-08-2017, 15:28

  • 
  • Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 yaşlı bacımı da pis yola çəkdi”

    Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 ...

    5-02-2015, 01:01

  • 
  • Azərbaycanda 8-ci sinif şagirdini 38 yaşlı kişiyə ərə verdilər - Foto

    Azərbaycanda 8-ci sinif şagirdini 38 yaşlı kişiyə ...

    8-06-2021, 11:19

  • 
  • Əməkdar artist: "Həyat yoldaşım məndən 12 yaş kiçik idi"

    Əməkdar artist: "Həyat yoldaşım məndən 12 ...

    5-07-2016, 16:06

  • 
  • 23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər

    23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər ...

    18-10-2015, 20:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu