Demokratik Gənclər İnstitutunun sədri Nurlan Quliyevlə müsahibə:
Nurlan müəllim, rəhbəri olduğunuz təşkilatın əsas hədəfi nədir?
- əslində yaradılan hər bir ictimai qurum konkret olaraq ictimai zəruri problem olduğuna görə meydana gəlir. Bu mənada Azərbaycanda azad sahibkarlığın və azad biznesin olmaması və eyni zamanda məmurların biznes sektorunu inhisara alması təəssüf ki, günümüzün reallığıdır. Əlavə olaraq qeyd edim ki, bu gün gənclərin də ölkədə xeyli problemi vardır. Çox təəssüf ki, korrupsiyanın səviyyəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlədən birini tutur. Deyilən problemləri nəzərə alsaq Azərbaycanda mövcud olan problemlərə qarşı Azərbaycanda gəncləri müasir və problemlərə qarşı müqavimət hissiylə hazırlamağa ciddi ehtiyac vardır. Lakin biz təşkilatın fəaliyyətində yalnız problemləri sadalamağı deyil, eyni zamanda problemdən çıxış yollarını da göstərməyə çalışacağıq. Nəzədə tuturuq ki, hər hansı problem və situasiya ilə bağlı tövsiyyələrimizi də göstərək.
Konkret olaraq bu gün hansı problemlər Azərbaycanda gənclərin inkişafına mane olur?
- Demək illərdir ölkədə davamlı inkişafa söykənməyən, istehsal üzərində qurulmayan və lüzumsuz xərclərin, eyni zamanda korrupsiya elementlərinin fövqündə bu gun iqtisadiyyatımız bərbad gündədir. Təsəvvür edin ki, neftdən gələn milyardlarla gəlir səmərəsiz xərclər və dövlət büdcəsinə transferlər vasitəsilə ərimişdir. Ölkədə həyata keçirilən infrastruktur layihələrinə lazımsız pullar xərclənmişdir. Bu isə bayaq dediyimiz korrupsiya əlamətləridir. Bu situasiyada ölkədə gənclərin müasir, demokratik düşüncəli formalaşması qeyri-mümkündür. Eyni zamanda belə bir şəraitdə gənclərin sahibkar kimi formalaşması və biznes qurmaları da müşkül görünr. Nurlan müəllim, dediyinizə görə problem kifayət qədər ciddidir. Bu problemlərə qarşı mübarizə aparmaqda nə kimi özünüzü hazır hiss edirsiniz? – Əvvəla qeyd edim ki, təşkilatımızda kifayət qədər gənclər vardır, eyni zamanda ətrafımızda xeyli normal insanlar vardır. Biz müxtəlif tədbirlər keçirərək maarifləndirmə işləri aparmağı hədəfləyirik. Biz belə hesab edirik ki, insanlara mövcud situasiya ilə bağlı məlumat verməli və vəziyyətdən çıxış yolunu göstərmək lazımdır. Bu zaman cəmiyyətdə müqavimət hissi formalaşacaq və gənclər qanunların verdiyi imkanlar barəsində məlumatlı olacaqlar ki, öz fəaliyyətləri zamanı məmurların onlara əngəl olmasına imkan verməsinlər. Azərbaycan gəncliyinin problemləri və çıxış yolları haqqında gənclər maariflənərsə biz bir neçə ildən sonra daha potensialı və dünyagörüşlü gənclər nəsli görə bilərik. Çünki, gənclər potensial qüvvədir, sadəcə onlara düzgün istiqamət vermək lazımdır.
Sorğu
Yeni dizaynımız necədir?