Korrupsiyaya və İnhisarçılığa Qarşı Mübarizə İctimai Birliyinin sədri Allahverdiyev Elşənlə müsahibə:
Elşən bəy, təşkilatın əsas hədəfi nədir?
- əslində yaradılan hər bir ictimai qurum konkret olaraq ictimai zəruri problem olduğuna görə meydana gəlir. Bu mənada Azərbaycanda azad sahibkarlığın və azad biznesin olmaması və eyni zamanda məmurların biznes sektorunu inhisara alması təəssüf ki, günümüzün reallığıdır. Əlavə olaraq qeyd edim ki, korrupsiyanın səviyyəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlədən birini tutur. Deyilənləri nəzərə alsaq demək təşkilatın adı kifayət qədər dəqiq və problemə uyğun seçilib. Lakin biz təşkilatın fəaliyyətində yalnız problemləri sadalamağı deyil, eyni zamanda problemdən çıxış yollarını da göstərməyə çalışacağıq. Nəzədə tuturuq ki, hər hansı problem və situasiya ilə bağlı tövsiyyələrimizi də göstərək.
Konkret olaraq bu gün hansı problemlər Azərbaycan iqtisadiyyatının inkişafına mane olur?
– Demək illərdir ölkədə davamlı inkişafa söykənməyən, istehsal üzərində qurulmayan və lüzumsuz xərclərin, eyni zamanda korrupsiya elementlərinin fövqündə bu gun iqtisadiyyatımız bərbad gündədir. Təsəvvür edin ki, neftdən gələn milyardlarla gəlir səmərəsiz xərclər və dövlət büdcəsinə transferlər vasitəsilə ərimişdir. Ölkədə həyata keçirilən infrastruktur layihələrinə lazımsız pullar xərclənmişdir. Bu isə bayaq dediyimiz korrupsiya əlamətləridir. Bundan savayı ölkədə istehsal müəssisələrinin yaranmaması bu gün elementar istehlak məhsullarınının xaricdən alınmasını qaçılmaz edir. Məhz bu kimi amillərə görə devalvasiya ilə yanaşı bahalaşmanın da qarşısını almaqda çətinlik çəkirik.
Elşən bəy, dediyinizə görə problem kifayət qədər ciddidir. Bu problemlərə qarşı mübarizə aparmaqda nə kimi özünüzü hazır hiss edirsiniz?
– Əvvəla qeyd edim ki, təşkilatımızda kifayət qədər gənc iqtisadçılar və ətrafımızda aktiv insanlar var. Biz müxtəlif tədbirlər keçirərək maarifləndirmə işləri aparmağı hədəfləyirik. Biz belə hesab edirik ki, insanlara mövcud situasiya ilə bağlı məlumat verməli və vəziyyətdən çıxış yolunu göstərmək lazımdır. Bu zaman cəmiyyətdə müqavimət hissi formalaşacaq və insanlar AzTV-dən aldığı məlumatlara inanmayacaqlar. Əgər biz bu gün hökumətin təbliğat aparatına qarşı əsaslı arqumentlərlə çıxa bilsək ictimaiyyətdə inam yarada bilərik. Azərbaycan iqtisadiyatının bu günkü durumu haqqında ictimaiyyət düzgün məlumat almalıdır. İmitasiya aradan qalxmalı və bütün cəmiyyət həqiqətin nədən ibarət olduğunu bilməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?