...Bizim təbii ki, vicdanlı və dövlət maraqlarını müdafiə edən polislərimiz və ya təhlükəsiz orqanı əməkdaşlarımız olsa da, zaman-zaman qoçuluq fəaliyyəti ilə məşğul olanlar da olmuşdur...
Teymur bəy, Sizcə hansı problemlərin həllinə ehtiyac duyulur? – Əslində problemlər kifayət qədər var, bunları sadalamaq söhbətimizin mövzusunun fokuslaşmasına mane ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, ölkəmizdə sahibkarlığın və biznesin müstəqil olmaması və eyni zamanda məmurların biznes sektorunu inhisara alması təəssüf ki, günümüzün reallığıdır. Əlavə olaraq qeyd edim ki, korrupsiyanın səviyyəsinə görə də dünyada “qabaqcıl” yerlədən birini tuturuq. Bu deyilənlər, kifayət qədər ciddi problem kimi qarşımızı kəsib və bizim inkişafımızı illərlə ləngidir. Buna görə də biz tez bir zamanda və sözün həqiqi mənasında islahatlar aparılmalıdır. Çünki, dünyada korrupsiyaya qarşı aparılan mübarizə günbəgün artır. Bizim sosial, səhiyyə, sənaye, təhsil sektorlarında isə rüşvəti yeni metodlarla alırlar. Konkret olaraq bu gün hansı problemlər Azərbaycan iqtisadiyyatının inkişafına mane olur? – Demək illərdir ölkədə davamlı inkişafa söykənməyən, istehsal üzərində qurulmayan və lüzumsuz xərclərin, eyni zamanda korrupsiyaya uğrayan iqtisadiyyatımız bərbad gündədir. Təsəvvür edin ki, neftdən gələn milyardlarla gəlir səmərəsiz xərclər və dövlət büdcəsinə transferlər vasitəsilə ərimişdir. Ölkədə həyata keçirilən infrastruktur layihələrinə faktiki xərclənəndən artıq vəsait sərf edilmişdir. Bu isə bayaq dediyimiz korrupsiya əlamətləridir. Bundan savayı ölkədə istehsal müəssisələrinin yaranmaması bu gün elementar istehlak məhsullarınının xaricdən alınmasını zəruri edir. Məhz bu kimi amillərə görə milli valyutanın ucuzlaşması ilə yanaşı bahalaşmanın da qarşısını almaqda çətinlik çəkirik. Teymur bəy, ölkənin güc struturları və hüquq mühafizə orqanları var. Sizcə sadaladığınız bu ciddi faktlar yəni nəzərdən qaçır? – Əvvəla qeyd edim ki, korrupsiyanın və ya gərəksiz xərcləmənin qarşısını almaq o qədər də asan deyil. Ona görə ki, ilk növbədə bu prosesin arxasında yüksək çinli məmurlar dayanır. İkincisi, biz vaxtilə Azərbaycanda Hacı Məmmədovun, yaxın tarixdə isə MTN-lə bağlı baş verənlərin şahidi olmuşuq. Bizim təbii ki, vicdanlı və dövlət maraqlarını müdafiə edən polislərimiz və ya təhlükəsiz orqanı əməkdaşlarımız olsa da, zaman-zaman qoçuluq fəaliyyəti ilə məşğul olanlar da olmuşdur. Buna görə də çox ciddi kadr dəyişikliyi baş verməlidir ki, səlahiyyətli orqanların əməkdaşları neqativ hallara qarşı lazımi formada mübarizə apara bilsinlər. Mənim fikrimcə H.Məmmədovun, A.Çovdarovun əlaltılarının hələ də hakimiyyət orqanlarında təmsil olunmaq ehtimalı var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?