GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bu xaotik haldan qaçmaq üçün dəyişikliklər qaçılmazdır

Bu xaotik haldan qaçmaq üçün dəyişikliklər qaçılmazdır

Tarix: 21-05-2013, 00:40 Bölmə :Müsahibə Baxış: 991
Bu xaotik haldan qaçmaq üçün dəyişikliklər qaçılmazdır
Natiq Cəfərli: “Hökumət narazılığın qarşısını almağı həbslər, təqiblər və repressiyalarda görür”
“Gündəm Xəbər”in suallarına Respublikaçı Alternatib (ReAL) Hərəkatının icra katibi Natiq Cəfərli cavab verib. Müsahibimiz əsasən həbsdə olan sədrlərinin durumundan və seçki hazırlığından, müxalifət düşərgəsində birliklə bağlı atılan addımlardan və REAL-ın bu prosesdən kənarda qalmasının səbəblərindən, habelə hakimiyyətin apardığı repressiv siasət, onun səbəb olacağı nəticələrdən bəhs edib.
- İlqar Məmmədovun həbs müddəti daha üç ay uzadıldı, hazırda ReAL sədrinin səhhəti, durumu necədir, planları nədən ibarətdir?
- Dediyiniz kimi İlqar Məmmədovla bağlı həbs qətimkan tədbiri qeyri-qanuni olaraq daha üç ay müddətinə uzadıldı. Buna səbəb kimi mayın əvvəllərində İlqar Məmmədova qarşı mülkiyyətə külli miqdarda ziyan vurma maddəsinin irəli sürülməsi olub. Əlbəttə ki, bu absurd, əsassız və yalan iddiadır. Əslində hamı bilir ki, İsmayıllıda kütləvi narazılıq ayın 23-də gecə saatlarında baş verib, insanlar oteli yandırıblar və s. Bunu həm xarici ictimaiyyət, həmdə daxildə hər kəs bilir. Amma hakimiyyət İlqar Məmmədovu prezident seçkilərinə qədər həbsdə saxlamaq niyyətindədir və bu yolla onun seçkilərdə iştirakının qarşısını alır. Bu yeni ittihamın irəli sürülməsinin kökündə də bu məqam dayanır. Bu maddə üzrə İlqar Məmmədova ittiham vermək hakimiyyətə imkan yaradacaq ki, sədrimizi daha 3 ay həbsdə saxlaya bilsin. Hazırda İlqar Məmmədov özünü əla hiss edir, sağlamlığı yerindədir, heç bir problemi yoxdur. Kiçik problem odur ki, müvəqqətisaxlama təcridxanasında İlqar Məmmədovun istədiyi qəzetlərlə tanış olmasına qadağa var. Bu da qeyri qanunidir. Məhbusların istədikləri qəzeti almaq hüququ var. Onu deyim ki, həftədə iki dəfə İlqar Məmmədov əzuqə ilə təmin olunur. İlqar Məmmədovun özü həbsdə olmasına baxmayaraq ciddi şəkildə seçkilərə hazırlaşır. Həbsxnada müəyyən sənədlər, təkliflər və proqramlar üzərində işləyir. REAL-da öz növbəsində seçkilərə hazırlaşmaqdadır.
- ReAL-ın aktiv siyasi fəaliyyətdə olduğunu demək olarmı?
- Bu aktivliklə bağlı baxışlardan və kriteriyalardan asılıdır. Təəssüflər olsun ki, son illərdə Azərbaycanda aktivlik kriteriyaları aksiyalarla bağlı olub. Yəni siyasi aktivliyin əsas kriteriyaları küçə mitinqləri və aksiyalarla ölçülür. Əslində isə bu düzgün deyil. Çünki siyasət ancaq küçələrdə həll edilmir. Şübhəsiz ki, sərbəst toplaşmaq hüququ və insanların özlərini ifadə etmək hüququ çox vacibdir. Konstitusiyada təsbit olunan bu hüquq Azərbaycanda işləməlidir və biz bunu tələb edirik. Əgər siyasi fəaliyyətin kriteriyası bu hesab olunursa deyim ki, bizim üçün aktivliyin kriteriyaları bir qədər fərqlidir. Hazırda biz böyük sənədlər üzərində işləyirik və işimiz də başa çatmaq üzrədir. Bura həm proqram sənədləri, həm də görüləcək islahatların, Azərbaycanda yeni idarəçiliyə keçilməyin yolları addım-addım göstərilir. Biz belə sənədlərlə işləməklə, insanlarla tez-tez görüşməklə fəaliyyətimizi davam etdiririk. Onu da qeyd edim ki, gənclərin ReAL-a güclü axını var. Biz həftdə iki dəfə 15-20 nəfərlik qruplar la görüşürük, onları maraqlandırılan suallara cavab verirəm, təşkilatlarımız haqqında informasiyanı diqqətlərinə çatdırırıq. Bizim üzvlərimizin sayı son aylarda üç dəfə artıb. ReAL-a ciddi diqqətin olduğu göz önündədir. Biz regionda da ciddi işləyirik, amma bu işin media hissəsini qabartmırıq. Çünki insanları təhlükəyə atmağı məqbul hesab etmirik. Artıq 6-7 rayonda REAL-ın dəstək qrupları fəaliyyət göstərir. Yaxın zamanlarda isə daha bir neçə bölgədə dəstək qruplatı təsis olunacaq. Bir sözlə, ReAL-da həm proqram sənədlərin hazırlanmasında, həm təşgilatlanma istiqamətində, həm də cari işlərin görülməsi sahəsində işlər öz axarı ilə gedir. Yeganə problemimiz sədrin həbsdə olması və bunun da vaxt itkisinə səbəb olmasıdır. Çünki sənədlərin və mövqelərin razılaşdırılması lazım gəlir. Nəzərə alın ki, REAL kollegial orqandır və İdarə Heyəti üzvlərinin bir səsi var. Əlbəttə ki, belə məsələlərdə sədrin fikri və təklifləri nəzərə alınır. Odur ki, vəkillər vasitəsilə bu məsələlərin həlli ciddi vaxt itkisinə səbəb olur, bəzi işlərimizin sürətlənməsinə maneə olur. Bundan savayı fəaliyyətdə ciddi problem olmur.
- Nədən ReAL müxalifətdə olan ciddi siyasi qüvvələrlə əməkdaşlıq etmir, özünü bir növ onlardan üstün tutur?
- Bu yersiz iddiadır. Seçkilərə bir ildən də çox zaman qalanda biz səmimi şəkildə birlik ideyasını, onun modeli haqqında təşəbbüslə çıxış etdik, ortaya mövqe qoyduq. Biz o zamanda əsas problemin vahid namizəd olması üzərində olduğunu nəzərə alaraq təklif etdi ki, ilk növbədə proqram sənədləri hazırlasın, ortaq məxrəcə gələndən sonra komanda formalaşdırılsın. Ən sonda da konsensusa gəldikdən sonra vahid namizədi elan etmək mümkündür. Bunu biz ötən ilin avqustunda təklif edirdik. Biz hətta açıq şəkildə qeyd edirdik ki, bizim üçün vahid namizədin kim olmasının əhəmiyyəti yoxdur. Bu uzun illər müxalifətçiliyi çiyinlərində daşıyan İsa Qəmbərdə, Əli Kərimli də, Eldar Namazovda və ya birbaşqasıda ola bilər. Yəni ism əhəmiyyətli deyildi. Bir sözlə, biz təməl prinsiplərini razılaşdırdıqdan sonra vahid namizədi dəstəkləməyə hazır idik. O vaxt heç İlqar Məmmədovda həbsdə deyildi. Ancaq bizim təkliflərimizə ciddi reaksiya verilmədi, hətta ən tutarlı cavab bu oldu ki, “indidən tezdir, seçkilərə uzun müddət var, indidən bu prosesə başlamaq yersizdir”. Halbuki dünyanın bütün ölkələrində demokratik dəyişik istəyən qüvvələr bir seçki bitdikdən sonra digər seçki hazırlığına başlayırlar. Bizdə seçkilər həm iqtidar, həmdə ənənəvi müxalifətdə olan dostlarımız tərəfindən təbliğat-təşviqat dövrü kimi anlaşılır. Biz hesab edirik ki, bu səhv yanaşmadır və bir seçki bitən kimi qarşıdan gələn digər seçkilərə hazırlaşmaqla bağlıs start verilməlidir. Bu ona görə edilməlidir ki, seçkidə qələbəyə nail olaq. Ona görə də, insanlarda suallar yaranırdı ki, nədən ReAL Milli Şura ideyası ortaya gələndə bu ideyaya ciddi cavab vermədilər. Söhbət ondan gedir ki, bizim bir il öncə irəli sürdüyümüz təşəbbüs bu gündə gündəmdədir. Biz təməli şərtlərinin razılaşdırılmasında, qərarvermə mexanizminin şəffaf olmasında maraqlıyıq. Gələcəkdə yaranacaq böyük birliyin ümumi məqsədlərindən və bu məqsədə çatma yollarının tam elan olunmasının tərəfindəyik. Əlbəttə, müxalifətin əsas məqsədi demokratik keçidi təmin etməkdir. Biz soruşandakı Milli Şura niyə yaranır. Cavab alırıq ki, bu demokratik dəyişikliklər, sistem dəyişikliyi üçündür. Bunu əlbəttə bilirik, hamımız buna çalışırıq və arzumuzda bundan ibarətdir. Amma söhbət ondan gedir ki, bunun təməl şərtləri nədən ibarət olacaq, qərarlar hansı mexanizm əsasında veriləcək. Bütün bu suallar hələ də açıq olaraq qalır. Milli Şuranın təsisçilərinin siyasi partiyalar və ya şəxslər olacağı bəlli deyil. Biz məsələlərə öz əqidəmiz və prinsiplərimizlə yanaşmışıq. Başqa partiyalar isə bu birliklə bağlı danışıqlar apararkən yer alveri etməyə üstünlük verirlər. Ancaq ReAL-ın bu barədə problemi yoxdur. Biz prinsiplərimiz əsasında siyasət aparmağa çalışırıq. Başqa tələbimiz də yoxdur. Hətta bir qədər irəli gedərək bəyan edirik ki, əgər Milli Şura yaradılacaqsa, vahid namizəd həll olunacaqsa, ReAL-ın bu prosesdə olub-olmamasından asılı olmayaraq prosesi dəstəkləyəcəyik. Odur ki, bizi müxalifətin birliyini istəməməkdə ittiham eləmək yersizdir. Tam səmimi olaraq aylardır ki, bu yolda öz mövqeyimizi bəyan etmişik.
- Ölkədə həbslər davam edir, hakimiyyət nədən kütləvi həbslər aparır, məqsəd nədir?
- Bu gün hakimiyyətin problemləri həddən artıq çoxdur. Və hakimiyyətdə olan insanlarda anlayırlar ki, bu sistem uzun sürə bilməz. Yəni sistem o dərəcədə absurdlaşıb və sərtləşib ki, hər hansı bir xırda etirazlardan belə qorxur. Bu əlbəttə ki, sistemin gücünü deyil, zəifliyinin göstərir. Hakimiyyət tədricən özünə inama şübhə edir. Artıq idarəetmə sistemi elə hal alıb ki, xırda islahatlara belə getmək haqqında düşünmürlər. Çünki ən kiçik islahatlar belə sistemi çökdürə bilər. Bunu hakimiyyətdə olanlar anlayırlar. Və xalqın daxilində olan etiraz potensialından da xəbərdardılar. Bilrilər ki, ciddi narazılıq var. Bu ancaq əhalinin az təminatlı hissəsi ilə bağlı deyil. Birmənalı deyə bilərik ki, əhalinin bütün kateqoriyaları indiki situasiyadan narazıdırlar. Söhbət iş adamlarından, orta və xırda sahibkarlardan, məmur-biznesmen təbəqəsindən, kasıblardan, tələbələrdən, müəllimlərdən və həkimlərdən gedir. Hakimiyyət bu narazı potensialın üzə çıxmaması üçün basqıya, həbsə, polis dəyənəyinə üstünlük verir. Daha doğrusu, bu narazı potensialını aradan qaldırmaq üçün polis dəyənəyindən başqa bir şey ağıla gətirmirlər. Çünki illərdir buna öyərişiblər. Baş verən həbslər və təqiblər buna hesablanıb. Hətta çox absurd şəkildə qanunları sərtləşdirirlər. Məsələn, icazəsiz aksiyalara görə, maliyyə sanksiyalarını on dəfələrlə artırdılar, sitkalıq həbsləri iki ay müddətinə qaldırmaq haqda qərar aldılar. Fikrimcə, beləcə polis rejiminin qurulması və möhkəmləndirilməsi narazılığı boğmağa hesablanıb. Hökumət bunun yolunu həbslərdə, təqiblərdə və repressiyalarda görür. Amma bu səhv yoldur. Dünyada Azərbaycan hakimiyyətindən də qəddar diktaturalar mövcud olub və bundan da sərt metodlardan istifadə ediblər. Amma bu heç bir nəticə verməyib. Azərbaycan hakimiyyəti oturub düşünə bilsə, görər ki, bu metodla yalnız sistemin ömrünü müvəqqəri uzada bilər. Burada iki yol var. Birincisi, hakimiyyət öz səhvlərini anlayaraq, ciddi islahatlara start verərək azad seçki keçirsə, sərbəst toplaşma, iqtisadi azadlıqlara, korrupsiyaya qarşı mübarizəyə kompleks qərar versə, bu yolla hakimiyyətin dəyişməsi baş verir. Bu əlbəttə ki, Azərbaycanı daha irəliyə aparar. Yox əgər, indiki siyasət davam edəcəksə, polis rejimi ilə prosesin qarşısını almağa çalışacaqlarsa, bu daha pis hal alacaq. Bu da Azərbaycanın özünə və daha çox hakimiyyətə ziyan vura bilər. Bu xaotik haldan qaçmaq üçün dəyişikliklər qaçılmazdır. Hakimiyyətin Azərbaycan xalqına azda olsa hörməti və sevgisi varsa bu keçidin qaçılmaz olduğunu düşüb buna şərait yaratmalıdırlar. Amma çox təəssüf ki, hakimiyyət sistemin ömrünü uzatmağa çalışması görünür. Son atılan addımlar onu da göstərir ki, hakimiyyətin içində müəyyən qüvvələr anlayırlar ki, sistemin dəyişməsi labüddür.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlqar Məmmədovun həbs müddəti 2 ay uzadılıb

    İlqar Məmmədovun həbs müddəti 2 ay uzadılıb ...

    15-03-2013, 10:27

  • 
  • İlqar Məmmədova həbsdə hücum olub

    İlqar Məmmədova həbsdə hücum olub ...

    31-07-2015, 00:05

  • 
  • Qurban Məmmədovun həbs müddəti uzadıldı

    Qurban Məmmədovun həbs müddəti uzadıldı ...

    1-08-2013, 19:23

  • 
  • REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə aksiyası keçirdilər

    REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə ...

    5-08-2013, 11:04

  • 
  • REAL sədrinin köməkçisi həbs edildi

    REAL sədrinin köməkçisi həbs edildi ...

    6-08-2013, 18:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu