Dünən Nəsimi rayon məhkəməsi REAL hərəkatının lideri İlqar Məmmədovun həbs müddətini 2 ay uzadıb, bu barədə hərəkatın icraçı katibi Natiq Cəfərli bildirib. Öz növbəsində, vəkil Fuad Ağayev qeyd edib ki, istintaq həbs müddətinin uzadılması zərurətini Məmmədovun istintaqdan yayınması ehtiamlı ilə əsaslandırıb. Vəkil bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir. Prosesdə iştirak edən Məmmədov özü isə istintaqın ona qarşı irəli sürülmüş iddiasını “böhtan” adlandırıb. Xatırladaq ki, İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini İsmayıllıda 23-24 yanvar iğtişaşlarının təşkilində ittiham olunur. Onlar 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Sorğu
Yeni dizaynımız necədir?