GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Ərdoğanın baş sözçüsü: "FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub"

Ərdoğanın baş sözçüsü: "FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub"

Tarix: 31-05-2017, 14:30 Bölmə :Müsahibə Baxış: 552
Ərdoğanın baş sözçüsü: "FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub"


Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş sözçüsü, akademik Seyid Sərtçəlik ölkə.az-a müsahibə verib.

gundemxeber.az müsahibəni təqdim edir:

- Bakıya nə zaman gəlmisiniz?

- Bakıya iki gün öncə, Astanada keçirilən bir toplantıdan gəlmişəm. Səfərin əsas məqsədi qondarma erməni soyqırımından bəhs edən kitabımın Azərbaycan dilində nəşrinin təqdimatıdır.

- Azərbaycanla bağlı təəssüratınız necədir?

- Azərbaycan, paytaxt Bakı hər gün daha çox gözəlləşir. Doğrudan da Prezident İlham Əliyev Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Hətta, bura ilk gələn an həyat yoldaşım mənə söylədi ki, Bakı Parisdən daha gözəl şəhərdir. Doğrudan da Bakının həm gündüzləri, həm də gecələri göz oxşayır. Bir türk şəhəri olan Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi bizi yalnız qürurlandırır.

- Azərbaycanda kimlərlə görüşmüsünüz və ya görüşəcəksiniz?

- Bayram olmasına baxmayaraq, bu gün Prezidentin köməkçisi cənab Əli Həsənovla və bir neçə azərbaycanlı millət vəkilləri ilə görüşmüşəm. Sabah isə ola bilsin ki, Bakıda keçiriləcək neft-qaz sərgisində cənab Prezident İlham Əliyevlə görüşüm.

- Zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr mövcud olub və bunun yaxın gələcəkdə də olması istisna deyil. Sizcə, Azərbaycan-Türkiyə dostluğu bu cür qüvvələrə qarşı adekvat addımlar atmağa nə qədər hazırlıqlıdır?

- Türkiyə-Azərbaycan dostluğu bir millət, iki dövlət prinsiplərinə söykənir. Ona görə də bu dostluq münasibətlərini pozmağa nail olmaq heç bir kəsin həddi deyil. Kimsə, Azərbaycan-Türkiyə münasibətlərini poza bilməz. Biz eyni xalq və soydanıq. Ona görə də dünyada Türkiyə-Azərbaycan dostluğunu poza biləcək dövlət və ya qüvvə yoxdur.

Digər tərəfdən isə bildirim ki, 2015-ci ildə ermənilərin böyük ümidləri var idi ki, qondarma soyqırım iddialarının "100-cü ildönümü"nü qeyd etsinlər. Amma ermənilərin bütün fəaliyyətləri yalnız Avropa parlamentinin qərəzli qərarı və Roma papasının qınamasından o yana keçə bilmədi. İnanmıram ki, ermənilər bundan sonra da nə isə əldə etsinlər. Çünki Fransa və İsveçrə məhkəmələrinin qərarları da erməniləri məyus edib.

Tarixən də Azərbaycan və Türkiyə torpaqlarında əsl soyqırımı törədən türklər deyil, ermənilər olub. Bunun bariz nümunəsi kimi 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı söyləmək olar. Əgər Avropa soyqırımı törədənlərdən hesab tələb edirsə, o zaman gedib ermənilərdən Xocalının hesabını istəsin! Ermənilər dünyanın gözü qarşısında Xocalıda yüzlərlə dinc və günahsız insanları qətlə yetirib. Nə üçün Xocalı soyqırımını törədənlər cəzalandırılmır? Niyə Avropa konkret görüntüsü, faktı, dəlili olan Xocalı məsələsi ilə bağlı səsini çıxartmır? Bütün bunlar xristian-müsəlman ayrı-seçkiliyi deyilmi? Ona görə də hesab edirəm ki, Türkiyə-Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmağı qarşıya məqsəd qoyub. Bu baxımdan da dünyada yaşayan Azərbaycan və Türkiyə soydaşlarımız ayrı-ayrı diaspora kimi deyil, bir diaspora kimi fəaliyyət göstərirlər. Bütün siyasətçilərimiz və diplomatlarımız bu məsələdə birgə iş aparırlar. İnanıram ki, bu birgə faəliyyət çox böyük uğurlar qazanacaq.

- Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bütün bu kimi görüşlər bir daha onu göstərir ki, qardaş Türkiyənin dünyada mövcud olan nüfuzu daha da artır. Sizcə, bütün bunların fonunda Türkiyə rəhbərliyi Donald Trampın diqqətini Qarabağ məsələsinin həllinə yönəldə biləcəkmi?

- Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün ən böyük rolu Rusiya oynayır. Ancaq çox təəssüf ki, indiyədək Rusiya bu münaqişənin tezliklə həllində ciddi maraq ortaya qoymayıb. Baxmayaraq ki, Rusiya zaman-zaman Qarabağla bağlı danışıqlarda təşəbbüs ortaya qoyub. Ancaq bu görüşlərin indiyədək müsbət nəticəsi əldə olunmayıb. Bu gün Rusiyanın Cənubi Qafqazda ən böyük müttəfiqi işğalçı Ermənistandır. Bu səbəbdən də Ermənistanda hələ də Rusiyanın hərbi bazası yerləşir. Rusiyanın Azərbaycanla münasibətləri nə qədər yaxşı olsa da, ancaq Kremlin işğalçı Ermənistana dəstək verməsi hər kəsə yaxşı məlumdur. Düşünürəm ki, bu səhv addımdır. Rusiya region dövləti olaraq ədalətli mövqe nümayiş etdirməlidir.

- Yaxın zamanlarda Azərbaycanla Ermənistanın təmas xəttində hərbi əməliyyatların yenidən alovlanması nə qədər realdır?

- Azərbaycan və erməni hərbçiləri arasında döyüşlər zaman-zaman baş verir. Mən bu cür döyüşlərin yenə də baş verəcəyini düşünürəm. Amma inanmıram ki, bu döyüşlər aprel müharibəsi kimi şiddətli olsun.
Ümumiyyətlə, bu gün işğalçı Ermənistanın Azərbaycan ordusuna qarşı müharibə etməsi ağılsızlıqdır. Çünki Azərbaycan ordusu 1991-ci ildən bəri çox dəyişib və güclənib. Hətta, bu gün türk respublikaları arasında Türkiyədən sonra ən güclü ordu Azərbaycana məxsusdur. Əminəm ki, Azərbaycanın müasir və qüdrətli ordusu bundan sonra daha da güclənəcək.

- Rəsmi Ankaranın bəyənatlarına əsasən, son zamanlara qədər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən və təhdid edən qüvvələr arasında başda gedəni "FETÖ" üzvləri idi. Bəs hazırda vəziyyət necədir, sizcə bu münasibətlər "FETÖ" təhlükəsindən tam xilas ola bilibmi?

- İlk növbədə onu söyləyim ki, ötən ilin 15 iyulunda törədilən xain qiyama cəhd hadisələrindən sonra türk respublikaları arasında bu hadisəni birmənalı olaraq qınayan və Türkiyəni ən çox dəstəkləyən Azərbaycan Prezidenti olub. Həmin ərəfələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulurdu. Ancaq Türkiyədə törədilən xain terror aktından sonra bu səfər təxirə düşdü. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük bir qardaşlıq nümayiş etdirərək, özü Ankaraya səfər etdi və öz dəstəyini nümayiş etdirdi.
Həmçinin, "FETÖ"-ya ən böyük zərbə Azərbaycanda vurulub. Hələ 15 iyul hadisələrindən əvvəl Azərbaycanda fəaliyyət göstərən "FETÖ" məktəbləri bağlanılmışdı. Sonradan digər sahələrdə çalışan "FETÖ" üzvləri də işdən azad edildi. Bildiyim qədər, həmin "FETÖ"-çülər artıq Azərbaycandan gediblər. Bütün bunlar qardaş Azərbaycanın Türkiyəyə verdiyi dəstək idi. Ona görə də biz bundan çox məmnunuq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir

    İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir ...

    6-05-2015, 12:20

  • 
  • İlham Rəhimov Ərdoğanın müşavirini Bakıya gətirdi

    İlham Rəhimov Ərdoğanın müşavirini Bakıya gətirdi ...

    6-10-2016, 00:31

  • 
  • “Tam məxfi”: “Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır” (FOTO)

    “Tam məxfi”: “Mehriban Əliyeva dünyanın ən gözəl ...

    14-01-2014, 13:54

  • 
  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ...

    16-04-2017, 23:06

  • 
  • Putinin sözçüsü Ərdoğanın mətbuat katibinə "sataşdı": "Onun yerinə olsaydım..."

    Putinin sözçüsü Ərdoğanın mətbuat katibinə ...

    26-03-2016, 17:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu