Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hüquq məsələləri üzrə müşaviri Özlem Zengin bu gün Azərbaycana səfərə gəlib.
Publika.az xəbər verir ki, səfər yeni yaradılan Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimovun dəvəti ilə reallaşıb. Səfər zamanı Ərdoğanın müşaviri bu gün Bakıda keçirilən Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın beynəlxalq iclasında iştirak edir. İclasın sonunda xanım Özlem Zenginin də iştirakı ilə Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın yekun Protokolunun imzalanması nəzərdə tutulur. Qeyd edək ki, imzalanacaq protokola əsasən, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiya Bolqarıstanda dövlət qeydiyyatına alınacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?