Arif Yunus: “Rusiya indiki hakimiyyəti dəstəkləməyəcək” Suallara politoloq Arif Yunus cavab verib. Siyasi şərhçi əsasən son zamanlar Azərbaycan-Rusiya münasibətlərindən, baş verən proseslərdən, xüsusilə Eurovision mahını müsabiqəsindən sonra yaranan vəziyyətdən, Azərbaycan rəsmilərinin intensivləşən Moska səfərlərindən bəhs edib, münasibətlərin gələcək perspektivindən danışıb. - Arif bəy, xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfəri başa çatıb. Səfər zamanı Məmmədyarov bəyan edib ki, rəsmi Bakı Praqa prosesi çərçivəsində aparılan danışıqları dəstəkləyir, habelə nazir Nalbadiyanın Madir prinsipləri əsasında danışıqların davam etdirilməsi haqda bəyanatını təqdir edir. Rusiya xarici işlər naziri Lavrovda Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsinin vacibliyini bəyan edib. Bu mövqelərdən sonra biz danışıqlarda yeni hərəkətlər gözləməliyik?
- Qısa şəkildə desəm xeyr. Sadəcə olaraq son illər arada bir regiona ATƏT-in Minsk qrupunun həmsədrləri gəlirlər, nəsə deyirlər. Eləcədə bunun nəticəsi olaraq kimlərdəsə ümidlər yaranır, düşünürlər ki, Qarabağ münaqişəsi həll olunacaq və s. Amma əslində bütün proseslər 2007-ci ilə gedir. Məhz bu ildə Minsk qrupunun həmsədrləri bəyan ediblər ki, məsələ həll edilib. Yəni hər iki tərəfə Madrid prinsipləri adlı sənəd təqdim edilib. Bundan sonra hörmətli həmsdərləri gözləyirlər ki, prezidentlər nə zaman bu sənədə qol çəkəcəklər. O vaxtdan bu yana düz altı il keçib. Biz bu illər ərzində görürük ki, Qarabağla bağlı nəsə deyilir. Xüsusilə bu haqda Azərbaycan tərəfi danışır, keçirilən görüşlərdə Dağlıq Qarabağın məsələsini qaldırır. Ancaq əsas məsələ nəticədir. Yəni bu istiqamətdə nəticə olacaqmı, yoxsa olmayacaq. Sizi də maraqlandıran budur. Məndə cavab verirəm ki, xeyr, nəticə olmayacaq. Əvəzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki durum necə varsa eləcədə qalacaq.Əlbəttə ki, müəyyən söz-söhbətlər də olacaq. Amma problem həll edilməyəcək. Həmdə biz nəzərə almalıyıq ki, Rusiya bu münaqişənin həllində maraqlı deyil. Əksinə, onlar istədilər ki, Qarabağ konfliktinin nəticəsi olaraq Azərbaycan da Ermənistan kimi Rusiyadan asılı vəziyyətə düşsün.
- Elmar Məmmədyarovun Moskva səfəri, apardığı danışıqlar Azərbaycan-Rusiya münasibətlərində yaranan soyuqlugu və mövcud olan fikir ayrılıqlarını aradan qaldıracaqmı?
- Burada əsasən iki məsələ var. Birincisi, geosiyasi məsələdir. Yəni son vaxtlar Yaxın Şərqdə müəyyən proseslər gedir. Habelə Suriya və İran ətrafında hadisələr baş verir. Bundan başqa, Azərbaycanın baş diplomatı İsrailə səfər edərək müəyyən görüşlər keçirib və s. Həmdə Rusiya-Amerika arasında olan münasibətlər də bizə müəyyən mənada təsir edir. Biz nəzərə almalıyıq ki,aparıcı rol oynamayan dövlətik. Regionda aparıcı rol oynayan əsas iki qüvvə Vaşinqton və Moskvadır. Onlar isə bizə nəsə təklif edilir və ya biz bu iki əsas oyunçudan birinin tərəfini saxlamalı oluruq. İkinci məsələ isə Eurovisiondan sonra yaranan durumdur. Siz də yaxşı bilirsiniz ki, Eurovisiondan iki dövlət arasında problem yarandı. Əlbəttə, bu mahını müsabiqəsinə qədər də Azərbaycan-Rusiya münasibətləri bir o qədər də yaxşı deyildi. Son illər biz görmüşük ki, Rusiyadan təzyiqlər edilir. Azərbaycan tərəfindən isə şimala qarşı neqativ addımlar atılır. Burada Qəbələ Radiolokasiya məsələsi var, eləcədə Moskvada “Milyarderlər ittifaqı” adlı qurum yaradıblar. Biz açıq deməliyik ki, Rusiyanın müəyyən tələbləri və istəkləri var. Moskva istəyir ki, Azərbaycan Avrasiya İttifaqına qoşulsun, habelə vahid gömrük müqaviləsinə imza atsın. Əslində Rusiya istəyir ki, bütün keçmiş sovet ölkələri bu müqaviləyə qoşulsun. Çünki burada söhbət keçmiş SSRİ məkanında Rusiyanın nüfuzunun bərpa olunmasından gedir. Rusiya hər hansı bir formada sovet məkanında nüfuzunu qaldırmaq, SSRİ unutdurmamaq istəyir. Bir müddət əvvəl Avrasiya İttifaqı ilə bağlı Rusiyanın rəsmi Bakıya etdiyi təklif qəbul olunmayıb. Sonradan İlham Əliyev hətta Aşqabad sammitinə getməyib. Yəni hər şey Avrasiya İttifaqı ilə bağlıdır. Ancaq, əlbəttə ki, arada ortaya başqa məsələlərdə çıxa bilir. Məsələn, son zamanlar ortaya Eurovision məsələsi çıxıb, Məmmədyarov Moskvada olan zaman səs-küy qalxıb, çünki Rusiya tərəfi bundan narazı qalıb. İş ondadır ki, SSSRİ məkanında nədənsə Eurovisiona ciddi fikir verir və bəzən siyasiləşdirirlər. Bu ilk növbədə Rusiyada və Azərbaycanda belə olur. Müsabiqənin təşkilatçıları rəsmən bəyan ediblər ki, Azərbaycandan Rusiyaya xal verilməyib. Bu da Rusiya ictimaiyyətinə nədənsə təsir edib və nəticədə bizə qarşı neqativ fikirlər səslənir. Avropada is bu yarışmaya siz deyən ciddi diqqət etmirlər. Bununla belə mən inanmıram ki, bu səfərdən sonra Dağlıq Qarabağla bağlı yenilik olsun. Eləcədə Azərbaycan-Rusiya münsibətlərində yaxın zaman üçün biz yenilik eşitməyəcəyik. Bu günə qədər proseslər necə idisə, bundan sonra da həmin istiqamətdə davam edəcək.
- Biz bilirik ki, indi iqtidarı qarşıdan gələn prezident seçkilərində dəstək məsələsi xüsusi maraqlandırır. Bu mənada Məmmədyarovun Moskva səfərində bu mövzu müzakirə oluna bilərdimi?
- Məmmədyarov Moskvadan öncə İsrailə səfər etmişdi. Bu səfər yüz faiz qarşıdan gələn prezident seçkiləri ilə bağlı olub. Çünki orada əsas məsələ yəhudi diasporasının seçkilərdə rolu ilə bağlı idi. Amma mən inanmıram ki, Moskvada seçkilərlə bağlı müzakirə aparılsın. Bu əslində inandırıcı deyil. Çünki bu məsələdə hər şey aydındır. Rusiya bu gün dəstək verməyəcək. Burada əsas söhbət İlham Əliyevlə Putin arasında olan soyuq münasibətdən gedir. Bu soyuq münasibətlər aadan qaldırılmasa Rusiyanın seçkilərə münasibətinin necə olacağı aydındır.
- Bu münasibət necə ola bilər ki?
- Məncə, bu münasibət neqativ olacaq. Başqa necə ola bilər ki? Amma burda bir məqam var. Rusiya üçün seçkilər məsələsi əsas deyil. Rusiya üçün ən vacib məsələ Avrasiya İttifaqıdır. Əgər Azərbaycan bu ittifaqa daxil olmağa razılıq versə, seçkilərlə bağlı problem ortadan qalxacaq. Yox əgər Azərbaycan bu ittifaqa razılıq verməsə, əlbəttə ki, Rusiya bu seçkilərdən alət kimi istifadə edəcək. Ancaq bundan hansı formada və necə istifadə olunacağı ayrı məsələdir. - Azərbaycan Avrasiya İttifaqına daxil olmasa Moskva indiki hökumətin namizədini dəstəkləməyəcək. Amma bütün hallarda kiməsə dəstək verəcək. Sizcə, belə situasiya yaransa Moskva hansı namizədə dəstək verə bilər? - Rusiya tərəfi ilk öncə vəziyyətə diqqət edəcək. Hesab edirəm Rusiyanın münasibəti belə olacaq: Moskva anlayır ki, hazırda İlham Əliyev 2013-cü il prezident seçkilərində hakimiyyətini qoruyub saxlayacaq. Bu halda ruslar daha çox seçkilərlə bağlı məsələləri qabartmağa çalışacaqlar. Necə ki, vaxtı ilə ATƏT, Qərb ölkələri Azərbaycanda seçki saxtakarlığının baş verdiyini qeyd edirdilər. İndi də Rusiya seçkilərə obyektiv yanaşa bilər. Çünki bu onların maraqları ilə üst-üstə düşür. - Azərbaycanın müdafiə naziri Səfər Əbiyevdə Moskvaya səfər edəcək. Sizcə, bu səfər nə ilə bağlı ola bilər? - Bildiyim qədər bu səfər hansısa tədbirlə bağlıdır. Moskvada müdafiə nazirləri arasında görüşlər olacaq. Amma bu səfər zamanı da Qarabağ məsələsinin qaldırılacağı istisna deyil. - Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də Rusiyaya səfər edəcəyi haqqında xəbərlər yayılıb. Bu səfərlər sizə nə deyir? - Bir var məsələnin fiormal tərəfi. Yəni gündəlikdə hansısa məsələlər var və onun ətrafında tərəflər diskusiya aparır.Bu formaldır. Yəni Səfər Əbiyevin Qarabağla bağlı aparacağı danışıqlar formal hesab oluna bilər. Amma faktiki bu gün Azərbaycan və Rusiya arasında soyuq müharibə gedir. Azərbaycan tərəfi daha çox istəyir ki, bu məsələ həll edilsin. Bəs Rusiya buna gedəcəkmi? Əslində daha yaxşı olardı ki, bu məsələyə bir neçə gündən sonra qayıdaq. Çünki gələn həftə mən Moskvaya gedirəm. Əlbəttə ki, orada siyasi xarakterli şəxslərlə ünsiyyətdə olacağam. Bu zaman həmdə informasiyamız olacaq. - Belə bir iddia var ki, hakimiyyətdə olan bir qrup şəxs prezidentin Qərblə münasibətlərini pozaraq onu Rusiyaya yaxınlaşdırmaq xətti tutub. Digər bir qrup isə prezidentin Rusiya və İranla münasibətlərinin kəskinləşdirilməsində maraqlı olaraq onun qərblə yaxınlaşmasına maraq göstərir. Sizcə, bu nə dərəcədə mümkündür? - Mən belə şeylərə qətiyyən inanmıram. Hesab edirəm ki, hər şey nəzarətdədir. Yəni proseslərə şəxsən İlham Əliyev nəzarət və idarə edir. - Bəs onda Eurovisionla bağlı Azərbaycanın narazılığı nə ilə bağlıdır, şəxsən prezident səsvermənin nəticələrinin araşdırılmasını tapşırıb... - Mən heç şübhə etmirəm ki, bizimkilər bunu rusların acığına ediblər. Amma heç düşünməyiblər ki, Rusiya tərəfindən belə bir sərt reaksiya ola bilər. Bu reaksiyanı görəndən sonra özlərini elə aparırlar ki, guya üçüncü tərəf bunu təxribat məqsədilə edib. Halbuki əslində Eurovision rəhbərliyi bəyan edib ki, onlar rəsmi səsvermənin nəticələrini açıqlayıblar. Başqa sözlə, biz özümüz rus ifaçısına səs verməmişik və burada əsas kimi siyasi münasibətlər götürülüb. İntəhası Rusiyanın buna belə formada reaksiya verəcəyini heç gözləməmişik. Rusiya əslində bu mahını müsabiqəsinə siyasi prizmadan yanaşırlar və onlar bunu unutmayacaqlar. Əlbəttə ki, Rusiya nəsə edəcək. Bizimkilərdə çaş-baş qalıblar və ona görə də məsələ qaldırıblar ki, guya Almaniyada səs sayma zamanı təxribat olub və s. Əlbəttə biz özümüz səslərimizi Moskvaya verməmişik. - Prezidentin göstərişindən sonra səslərin sayılması zamanı diqqətsizliyə yol verildiyi üçün kimlərsə cəzalana bilərmi? - Ola bilsin ki, hansı operator qurban getsin. Hər şeyi də onun boynuna yıxacaqlar. Əslində isə bunun səbəbini Prezident Administrasiyasında axtarmaq lazımdır. HÜSEYN ABBASOGLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?