GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “İrana qarşı hərbi addımları gözləmirəm”

“İrana qarşı hərbi addımları gözləmirəm”

Tarix: 20-06-2017, 12:34 Bölmə :Müsahibə Baxış: 417
“İrana qarşı hərbi addımları gözləmirəm”


Zərdüşt Əlizadə: “Olmayan bir hərbi blok qoşunlarını necə Əfqanıstana göndərə bilər?”

Politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edirik.

- Zərdüşt bəy, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sonuncu toplantısında Jirinovski təklif etdi ki, təcili Ankara ilə danışıqlar başlansın, bütün xarici qüvvələr Əfqanıstandan çıxarılsın və bura Şanxay Əməkdaşlıq Təşkilatının qüvvələr daxil edilsin. Bununla Rusiya nə mesajı vermək istəyirdi?

- Birincisi, ŞƏT-ə daxil olmaq istəyən ölkələr bunun üçün özləri müraciət edirlər. Özləri ərizə yazırlar və ŞƏT-in müəyyənləşdirdiyi şərtləri həyata keçirdikdən sonra təşkilata üzv ola bilərlər. Təbii ki, əgər istəsələr. Türkiyə və İran ŞƏT-də yalnız müşahidəçi kimi iştirak edir. Onlar hələlik heç bir ərizə verməyiblər və ŞƏT-ə üzvlük üçün tələb olunan tədbirləri görməyiblər. Yəni, Jirinovskinin bu bəyanatını bizim məişət dilinə tərcümə etsək, belə alınar: fərz edin ki, bir oğlanın evinin qapısı döyülür, qızın atası gəlir və deyir: sizdən xahiş edirəm, mənim qızımı oğlunuza alasınız. Təbii ki, bu zaman həmin kişiyə – qızın atasına düşük, tərbiyəsiz, səfeh bir adam kimi baxarlar. Yəni, əgər Rusiya, yaxud bütövlükdə ŞƏT fərqli addımlar atsa, Türkiyəyə üzvlük üçün müraciət etsə ki, sən Allah, gəl bizə üzv ol, onlara deyərlər, başınız xarabdır?! Deyərlər ki, biz özümüz bilərik, istəsək, daxil olarıq, istəsək olmarıq.

İkinci məsələyə, yəni Əfqanıstandakı NATO qoşunlarını ŞƏT-in qoşunları ilə əvəz etmək üçün ilk növbədə sual vermək lazım gəlir – ümumiyyətlə, ŞƏT-in qoşunları var? Məgər bu, hərbi blokdur? Xeyr. ŞƏT hərbi blok deyil və onun qoşunları, komandanlığı, operativ planları, idarəetmə strukturları yoxdur. Olmayan bir qoşunu Əfqanıstana necə yerləşdirmək olar?! Yəni bu, tamamilə məntiqsiz, yalnız və yalnız cahil adamların diqqətini cəlb etmək üçün deyilmiş əsassız sözlərdir.

-Jirnovski bunu deməklə Rusiyanın, Çinin bu məqsədlə hansısa əlahiddə qoşun yaratmasını nəzərdə tutmurmu?

-Çini nəzərdə tutmur. Çünki bilir ki, Çində Jirinovskini tanıyan yoxdur. Amma Rusiya əhalisi maymaq, cahil və avam məxluqatdır. Onlara Rusiyanın əzəməti, böyüklüyü, dünya hadisələrində həlledici rolu barədə cürbəcür nağıllar danışmaq olar. Onlar da uşaq kimi bu nağılları rahatlıqla həzm-rabedən keçirirlər.

-ŞƏT-in Astanada keçirilən sammitində Pakistan və Hindistanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi nəyi dəyişə bilər?

-Həm Pakistan, həm də Hindistan nüvə dövlətidir. Aralarında dərin münaqişə var və barışmaz mövqeyə malikdirlər. Hindistan Pakistanın, Pakistan da Hindistanın güclənməsinə çox ehtiyatla baxır. Hindistan Pakistanın ŞƏT-ə qoşulmaq istədiyini görəndə özü qaçaraq təşkilata qoşuldu. Astana sammitində hər ikisi təşkilata üzv oldu. Onlar bununla öz aralarındakı pariteti saxladılar. İkisi də ŞƏT-in üzvüdür, ikisi də orda müzakirələrdə iştirak edib səs verir. Onların biri digərinə ŞƏT-dən istifadə etməyə heç cür imkan verməz. Onların məqsədi budur. Digər tərəfdən, bəli, ŞƏT-ə üzvlük hansısa iqtisadi layihələrdə iştirak imkanları yaradır. Bu ölkələr istəsələr, beynəlxalq iqtisadi layihələrdə də iştirak edə bilərlər. Əgər sifətlərinə fikir verdinizsə, Narendra Modi də, Nəvaz Şərif də çox ehtiyatlı, gərgin oturmuşdu. Heç bir-birlərinə də baxmırdı. Əsas o idi ki, öz dövlətlərinin qarşılıqlı paritet siyasətinə nail olmuşdular. İkisi də nüfuzlu, sayılan bir beynəlxalq təşkilatın üzvü olmuşdular və bir-birlərini elə orada da neytrallaşdırmağa qadir olduqlarını hiss etdirirdilər.

-ŞƏT həqiqətənmi nüfuzlu beynəlxalq təşkilatdır?

- Bəli, sayılır. Amma ŞƏT hələlik amorf təşkilatdır. Hələlik onun fəxr ediləsi hansısa müsbət nəticəsi yoxdur. Amma bu bir meydançadır. Güclü, böyük, varlı, əhalisi çox olan dövlətlər bu meydançada görüşürlər və müzakirələr aparırlar. Elə məsələləri müzakirə edirlər ki, onların BMT-də müzakirəsi fayda vermir. Çünki BMT-də başqa dövlətlər var ki, orda nüfuz sahibidirlər, böyük təsirlərə malikdirlər. Onlar BMT çərçivəsində işlərin belə getməsinə, belə qərarların qəbul edilməsinə imkan verməzlər. Amma onlar ŞƏT çərçivəsində bu müzakirələri apara və istədikləri qərarı çıxara bilərlər. Yəni, bu qərarlar yalnız onlara aiddir. Qərbə, Avropaya, Amerikaya, Afrikaya, Latın Amerikasına aid deyil. Bu, yalnız Avrasiya məkanının məsələləridir və Avrasiya məkanının oyunçuları burda oturub öz məsələlərini müzakirə edirlər. Bu baxımdan ŞƏT onlar üçün faydalı platformadır. Amma təsirli olub-olmadığını deyə bilmərəm. Çünki hər hansı ciddi qərar ikitərəfli müzakirələr vaxtı qəbul oluna bilər. Məsələn, Rusiya və Çin hər hansı ciddi qərar qəbul etdikdə bunu ŞƏT çərçivəsində deyil, öz aralarında müzakirə edib qəbul edirlər.

- Yəni, digər ölkələrin elə böyük rolu olmur?

- Yox, yenə deyirəm, müzakirə meydançası, forum kimi çox dəyərli forumdur. Sən fikrini deyirsən, öz mövqeyini açıqlayırsan, başqa dövlətlərə öz siyasətlərini sənin istəyinə uyğun qurmasına imkan yaradırsan. Öz niyyətlərini açıqlayırsan və sənin hərəkətlərin əvvəlcədən nə qədər anlaşılan olsa, sənin siyasətin də bir o qədər uğurlu olar. Nə etmək istədiyini bilməyən ölkəni heç kim anlamır, nə istədiyini bilmir, ona çox ehtiyatla yanaşırlar. Bir də var ki, dövlət öz mövqeyini açıq-aşkar ortaya qoyur və hamı da bilir ki, bu dövlətin istədiyi budur. Məsələn, Çin deyir ki, mən tarixi İpək Yolunu bərpa etmək istəyirəm. İstəyirəm ki, quru yolla Avropa, Asiya bazarlarına çıxım, ola bilsin Afrika bazarlarına da çıxdım. Ona görə də, deyir, ŞƏT üzvləri, gəlin əl-ələ verək, siz də öz faydanızı götürün. Gəlin bu nəqliyyat dəhlizini quraq. Bundan Rusiya da, Əfqanıstan da, Qazaxıstan da faydalana bilər.

- İranda prezident seçkiləri keçirildi və Həsən Ruhani II müddətə prezident seçildi. Seçkilər və onun nəticəsi haqda nə deyə bilərsiniz?

- Birincisi, bu onu göstərdi ki, islam demokratiyası çərçivəsində gerçək rəqabət oldu. Yəni orada namizədlər 90,80 və ya 75 faiz səs toplamır. Üstəlik seçkilərdə ciddi rəqiblər olur, onlar seçki kampaniyası aparır və kifayət qədər səs toplaya bilir. Bu seçkilərdə Ruhani qalib oldu. Başqa sözlə, İran xalqları düşündü ki, Ruhani I müddət prezidentliyi dövründə İrana yaxşı rəhbərlik edib və insanların etimadını qazanıb. Bununla da, xalq Ruhaniyə bir müddət də şans tanıdı və ona İranı irəliyə aparmaq şansı verdi.

- Bu seçkilər İran cəmiyyətinin bölünməsini ortaya qoymadımı?

- Yox. Mən sizin kimi düşünmürəm.

- Amma Həsən Ruhaninin əsas rəqibi olan Rəisi də az qala 15 milyon seçici səsi alıb...

- Əgər əhali quruluşa inanırsa, deməli səs bölgüsü cəmiyyətin sağlamlığına işarədir. Yox, əgər əhali quruluşa inanmırsa, o zaman belə səs bölgüsü narahatlığam gətirib çıxarır. Xatırladım ki, Əhmədi Nicatın ikinci seçkisində Musəvinin tərəfdarları küçələrə tökülüşdü və nəticələrə qəti etiraz etdi. Böyük qarşıdurma oldu, narazıları həbs etdilər və s. O zaman belə ciddi qarşıdurma var idi, çünki insanlar quruluşa inanmırdı, onu ədalətli hesab etmirdi. İndi Rəisinin tərəfdarları etiraf edirlər ki, təmiz seçkilər keçirildi və Həsən Ruhani qalib gəldi.

- Beynəlxalq konyunkturanın İran seçkilərinə təsiri hansı formada oldu?

- Sözsüz ki, oldu. Amma nəzərə alın ki, beynəlxalq konyunkturanın bütün ölkələrdə keçirilən seçkilərə təsiri olur. Məsələn, ABŞ-da prezident seçkilərində rus mövzusu mühüm məsələ idi. İranda da qərblə münasibətlər mövzusu üzdə olmasa da, səhnə arxasında ciddi rol oynayırdı. Çünki əhali unutmur ki, Ruhani qərblə münasibətləri tənzimləyib. Onun dövründə nüvə proqramı razılaşması əldə edilib, İran üzərindən müəyyən cəza tədbirləri götürülüb. Bu əslində Ruhaninin qələbəsinə təsir edən ciddi faktor idi.

- Demək istəyirsiniz ki, İran cəmiyyəti həm də qərblə əməkdaşlıq siyasətinin davam etməsinə səs verdi?

- Bəli, tamamilə doğru anladınız. Ümumiyyətlə İran cəmiyyətinin qərbə mühüm rəğbəti var. Unutmayın ki, İran qərbdən çox müsbət şeylər götürə bilib. Yəni iqtisadiyyatını, təhsilini, elmini inkişaf etdirib. İran cəmiyyəti özünəməxsus mühafizəkar tərzdə yaşsa da, pərdə açıq olub. Xüsusilə indiki zamanda internet, kompüter, komunukasiyalar İran əhalisini dünya elminə açıq edib. Yalnız onu demək kifayətdir ki, İran kinosu dünya kinosunun qabaqcıl kinolarından biridir. İran elmi getdikcə yüksək qiymətləndirilir. Dünyanın aparıcı elmi jurnallarında İran alimlərinin məqalələrinin sayı artıb və artıq rus alimlərinin məqalələrinin sayı ilə bərabərləşib. İran yüksək texnologiyaları almaq niyyətini elan edib, habelə qərbin qabaqcıl neft şirkətlərini milli sərvətlərinin istismar etməsinə buraxmağa hazır olduğunu elan edib. Bütün bunlar göstərir ki, İran qərb dünyasına açıqdır. Əgər qərbin İranla bağlı bəd niyyəti olmasa, onlar İrandan təhlükə görməməlidir.

- İran seçkiləri həm də qərbin Tehrana qarşı siyasi, iqtisadi və hərbi təhdidləri ilə müşayiət olunurdu. Bu baxımdan seçkidən sonra İran-qərb münasibətləri hansı ssenarilər üzrə inkişaf edə bilər?

- Əvvəla İran rəsmən İsraili tanımır və tanımaq niyyəti də yoxdur. Məncə, bu məqam İran xarici siyasətinin qüsurudur. İran İsraili tanımalıdır. Ancaq İsrailin də haqqı yoxdur ki, Fələstini tapdalasın, torpaqlarını işğal etsin. Yəqin ki, nə vaxtsa bu məsələlər düzələcək. İsrail siyasəti günün birində fələstinliləri əzdiyinə görə peşman olacaq. İndi isə İsraildə qeyri ədalətsiz və zalım siyasətin tərəfdarları çoxdur.

İrana qarşı təzyiqlər və hədələr, sanksiya açıqlamaları İrana ciddi təsir edə bilməz. Çünki bu ölkə qərbin ədalətsiz və zalım siyasəti ilə yaşamağa çoxdan öyrənib. Bilir ki, qərbdə mənəvi dəyərlər yox dərəcəsindədir, əsas onların siyasi, iqtisadi dəyərləri rol oynayır. Bu baxımdan qərb də hamısı ağa qara deməyi məqbul sayır, təki maraqlar təmin olunsun. Onlar yalanı həqiqət səviyyəsinə qaldırmağı bacarırlar. Tarixdən azca məlumatı olan insanlar bilirlər ki, qərb nə qədər yalan deməyi bacarır. Elə İraq, Liviya, Yəmən və Suriya məsələsində, insan haqlarına ikili yanaşması göz qabağındadır. Ancaq ağıllı adamlar deyirlər ki, qərbin bu cür nisbi əxlaqa söykənən mövqeyi ilə yanaşı həm də böyük nəaliyyətləri də var. Ağıllı dövlət başçıları qərbdən nəsə götürmək istəyir, onunla münasibətləri normal formaya gətirməyə çalışır. Amma qərbdə öyrəşib ki, öz tərəf müqabillərini aşağılasın, daha böyük mənfəət əldə etsin. Bunun üçün də informasiya müharibəsindən istifadə edir. Uzağa getməyək, elə Qarabağ münaqişəsində qərbin mövqeyi necədir? Tamam əxlaqsız mövqedir! Terrorçuları dəstəkləmək, onları müdafiə etmək, işğala məruz qalanı aşağılamaq. Bu qərbin mövqeyidir. İkili münasibətin olduğu bəllidir. Amma bir daha deyirəm ki, İranda da, başqa yerlərdə də qərbə münasibət yaxşıdır, hamı istəyir əməkdaşlıq etsin, münasibətlərdən faydalansın.

- Yəni İran-qərb münasibətlərində hərbi istiqamət gözləmirsiniz...

- Mən gözləmirəm. Bəli, oğul Buşun prezidentliyi zamanı hərbi qarşıdurma və müharibə ola bilərdi. Ancaq İran da öz tədbirlərini görmüşdü.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz açıqlama

    Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz açıqlama ...

    25-11-2016, 13:02

  • 
  • KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

    KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib ...

    13-07-2015, 17:55

  • 
  • Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi

    Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi ...

    15-02-2017, 21:19

  • 
  • 6 dövlətdən Amerikaya ciddi zərbə: DOLLARDAN İMTİNA EDİLİR - VİDEO

    6 dövlətdən Amerikaya ciddi zərbə: DOLLARDAN ...

    16-12-2014, 21:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu