"Mən oğulumun ölməsi haqda informasiya yaymış adama nifrət edirəm. O, Azərbaycan vətəndaşı deyil, ermənipərəst insandır. Müdafiə Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm ki, bu məsələni tez bir zamanda araşdırdılar". Bunları ARB telekanalına həlak olması haqda müxalifətçi bloger Həbib Müntəzirin xəbər yaydığı Azərbaycanın hərbi qulluqçusu Əli Əkbərinin atası deyib. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu informasiyanı tezliklə təkzib etdi və sağ Əli Əkbərinin həlak olması haqda informasiyanı şəxsən yalanladığı canlı videoyazı yaydı. Sonra bloger Həbib Müntəzir də yaydığı yanlış informasiyaya görə üzr istədi. Ancaq telekanal qeyd edir ki, bu kifayət deyil. Çünki Azərbaycan əsgərlərinin həlak olması haqda yoxlanılmamış informasiyanı yayarkən ilk növbədə onların valideynlərinin hansı hissləri keçirəcəkləri barədə düşünmək lazımdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?