GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “İrana qarşı hərbi hərəkətlilik gözləmirəm”

“İrana qarşı hərbi hərəkətlilik gözləmirəm”

Tarix: 1-08-2017, 14:41 Bölmə :Müsahibə Baxış: 426
“İrana qarşı hərbi hərəkətlilik gözləmirəm”


Keçmiş diplomat: “Sanksiyalar ciddiləşsə İran nüvə sazişinə yenidən baxacaq”


ABŞ Konqresinin Nümayəndələr Palatası “ABŞ-ın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə” adlı qanun layihəsini qəbul edib. Qanuna əsasən İran, Rusiya və Şimali Koreyaya ciddi sanksiyalar tətbiq edilə bilər. Bu sanksiyaların İrana təsiri, Tehranın buna qarşı atacağı addımlar, hərbi qarşıdurma ehtimalları, Şimali İraqda Kürdüstanın muxtariyyət referendum və digər mövzularda İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə müsahibəsini “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edir.

- Əfşar bəy, iyulun 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyalar haqqında qanun layihəsini qəbul edib. Qanuna əsasən Rusiya və Şimali Koreya ilə yanaşı İranada ciddi sanksiyalar tətbiq ediləcəyi gözləniləndir. İran hakimiyyəti və cəmiyyəti bu sanksiyalar haqqında nə düşünür?

- İranda bu məsələni yaxşı qarşılamadılar, lakin o qədər də əhəmiyyət vermədilər. Çünki bu sanksiyalar keçmişdə olub, indi də var. Odur ki, o qədər önəmli məsələ deyil.
İkincisi, İran tərəfi özünə o haqqı tanıyır ki, əgər bu sanksiyalar təsirli olacqsa, başqa məsələlər meydana çıxacaqsa, o zaman İran nüvə sazişinə yenidən baxsın.
İran tərəfi bu sanksiyalar qanunu nüvə haqqında imzalanan sazişə adekvat görmür və hesab edir ki, bu iki addım bir-birinə uyğun deyil. ABŞ Konqresi İran millətinin hüququnu pozmamalıdır. Yəni bu İran xalqlarının hüquqularının pozulması kimi qiymətləndirilir.

- Prezident Tramp elan etdi ki, yaxın 3 ay müddətində İranın 5+1 formatında imzaladığı nüvə sazişinin ciddi monitorinqi aparılacaq, çünki İran tərəfi bu sazişdə üzərinə götürdüyü öhdəlikləri pozur. Bu pozuntu üzə çıxarsa, o zaman Tehrana qarşı ciddi addımlar atılacaq...

- Ümumiyyətlə Prezident Tramp ABŞ-da ilk prezidentdir ki, yalan danışır. Əslində ABŞ prezidentləri o qədər də yalançı olmurdular. Biz görmüşdük ki, şəffaf danışırdılar, yalan demirdilər, hətta bir yerə hücum edəndə səbəblərini açıqlayırdılar. Baxmayaraq ki, harasa hücum səhv addım idi, lakin onlar müəyyən səbəbləri deyirdilər. Ancaq Tramp sadəcə yalan danışır. Üstəlik də ABŞ-da reytinqi 35 faizə düşüb ki, bunun da səbəbləri var. ABŞ tərəfi sözügedən sazişə uyğun davranmır. ABŞ Dövlət Departamentinin rəhbəri bir neçə gün əvvəl bəyan edib ki, İran tərəfi nüvə sazişinə dair bütün öhdəliklərini yerinə yetirib. Eyni zamanda nüvə sazişində iştirak edən digət 4 dövlətdə İranın sazişdən gələn öhdəlikləri yerinə yetirdiyini bildirir. Başqa sözlə, onlar ABŞ-ın bu mövqeyini qəbul etmədi. Əksinə, ABŞ-a deyildi ki, siz də öhdəliklərinizi yerinə yetirməlisiniz. Çünki bu ikitərəfli saziş deyil. Söhbət 6 ölkənin iştirakı ilə əldə edilən beynəlxalq sazişdən gedir. Buna da, tərəflər əməl etməlidir. İndi İranın bu sazişə əməl etmədiyində israr etmək sadəcə yalançılıqdır.

- Son sanksiyalar qanunun İran hissəsinə Avropa ölkələri qoşulacaqmı?

- ABŞ-ın bu addımını Avropa təqdir etməyib. Əksinə, Vaşinqqtondan tələb ediblər ki, öhdəliklərini yerinə yetirsin. Mən deyə bilmərəm ki, yaxın gələcəkdə nə olacaq. Amma fikrimcə, Avropada çoxlu ölkələrin Trampa inam azdır. ABŞ-ın özündə də bu inam azalmaqdadır. Hələ seçkilərdə rusların Trampın xeyrinə işləməsinə dair hər gün ortaya yeni faktlar, sənədlər çıxır və bu proseslə bağlı araşdırmalar gedir. Məncə, Tramp hər gün İranın və ya Şimali Koreyanın əleyhinə danışmaqla daxildə gündəm təşkil edən məsələləri kölgədə saxlamaq məqsədinə xidmət edir. Digər tərəfdən, bu sanksiyalar haqqında müzakirə getdiyi bir ərəfədə Fransadan Total Şirkəti gəlib İranda neft sahəsinə dair 5 milyard dollarlıq kontrakt imzalayır. Ayrıca 2 milyard dollarlıq kontrakt da imzalanıb. Bu göstərir ki, Fransa və Avropa Birliyi Trampın İran əleyhinə çıxışlarına ciddi yanaşmır. Əslində sanksiyaların İrana ciddi çətinliklər yaradacağı gözlənilmir. Dünya da buna müsbət yanaşmır. İran tərəfi də bununla bağlı hansı addım atacağını da yəqin müəyyən edir.

- Bu sanksiyalar Tehran-Moskva münasibətlərini bir qədər də möhkəmləndirə bilərmi?

- Bu qanun layihəsi Senata getməli və orada təsdiq edilməlidir. Daha sonra prezident tərəfindən imzalanmalıdır. Belə yanaşma da var ki, prezident bunu imzalamaya və qanun yenidən Konqresə qayıda bilər. Bunlar zaman aparacaq. Bu müddətdə isə ABŞ-da və ya regionda çoxlu hadisələr baş verə bilər.
Əlbəttə, İran-Rusiya münasibətləri var və davam edir. Lakin bu münasibətlərin dediyiniz məqama görə daha da sürətlənəcəyi nəzəri cəhətdən mümkündür, lakin o qədər də irəli gedə bilməz. Rusiyanın özünün də ABŞ-la problemləri var.

- Türkiyə-ABŞ arasında da ciddi fikir ayrılığı var. Üstəlik sanksiya məsələsi İran hakimiyyətini narahat etməyə bilməz. Bu amillər İran-Türkiyə əlaqələrinin yaxınlaşması üçün stimul rolunu oynaya bilərmi?

- Əlbəttə, belə hallar müvəqqəti olaraq münasib atmosfer yarada bilər, lakin dərin təsir göstərə bilməz. Çünki İran-Türkiyə münasibətləri ümumi əlaqələri ehtiva edir. Başqqa sahələr üzrə əlaqələr dərin olmur. İran və Türkiyənin Suriya məsələsində, Fars Körfəzində, İraqda bəzi ixtilafları var. Bu imkan vermir ki, iki ölkənin maraqları üst-üstə düşsün. Səbəblər isə siyasi və regional amillərlə bağlıdır, üstəlik sünni və şiə məsələsinə təsir göstərir. Bunlar həll edilmədən münasibətlərdə ciddi yaxınlaşma olacağına inanmıram. Tərəflər mövqe baxımından bir-birinə yaxınlaşsa münasibətlər irəliyə aparıla bilər. Lakin mən indilikdə bunun baş verəcəyini görmürəm.

- Fars Körfəzində ABŞ hərbçiləri İranın gözətçi gəmisinə xəbərdarlıq atəşi açdı, Gürcüstanda NATO təlimləri başlayır, Baltik regionunda bu təlimlər ötən ay başa çatdırılıb. Rusiya da buna qarşı cavab verir. Məsələn, Gürcüstanın separatçı ərazilərində təlim keçib, sentyabrda Belarusda təlimlərə start verəcək. Sanki regionda hərbi hərəkətlilik daha çox müşahidə olunur. Müharibə perspektivi və ehtimalları nə dərəcədə realdır?

- Mən hərbi qarşıdurma görmürəm. Hərbi manevrlər başadüşüləndir. NATO daha çox Rusiya qarşısında hərbi manevrlər edir. Adətən Baltik regionunda imkanlarını genişləndirir, Şərqi Avropada ordusu var, hərbi avadanlıqlar, raket sistemi quraşdırıb. Gürcüstanda da NATO təlimləri keçiriləcək. Belarusda Ruusiya təlimləri isə NATO-ya cavab xarakterlidir. Ancaq elə bu qədər olar. Rusiya-NATO arasında hərbi qarşıdurma və real müharibə gözləmirəm. Eyni zamanda İranla ABŞ arasında da müharibə ehtimalını görmürəm.Hələlik müşahidə edilənlər siyasi məsələlər, mövqelər və dedi-qodulardır.
ABŞ daxilində Trampın mövqelərinin zəifləməsi, xaricdə ona inamın azalması, NATO qüvvələri arasında ona inamın güclü olmaması faktları var. Bu halda ABŞ-ın həm Rusiya, həm də İranla hərbi qarşıdurması ağlabatan deyil.

- ABŞ-İran müharibəsi olmasın, olsun Ərəb-İran müharibəsi...

- Əlbəttə, bəzən Səudiyyə Ərəbistanı İran qarşıdurması haqqında söhbətlər eşidilir. Xüsusilə, Səudiyyədə yeni vəliəhd Məhəmməd Bin Salmanın gəlməsindən sonra da belə perspektiv görmürəm. Çünki Səudiyyə Ərəbistanı və digər ölkələrin özlərinə aid çoxlu problemləri var. Baxın, Səudiyyə Ərəbistsnı Yəməndə yaxşı durumda deyil, Qətərlə münasibətlərdə problem yaşayır, İranla əlaqələr yoxdur. Üstəlik Ər-Riyad-Ankara münasibətləri o qədər isti deyil. Belə bir durumda Səudiyyə Ərəbistanı-İran hərbi qarşıdurması real görünə bilməz. Digər tərəfdən, neftin qiyməti aşağı düşüb, iqtisadi problemlər var və s. Siyasi, iqtisadi sahədə qarşıdurmalar ola bilər, amma bunun müharibəyə çevrilmə ehtimalını görmürəm.

- Sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyəti müstəqillik referendumu keçirmək qərarını verib. Rəsmi Ankaraa buna etiraz edir. Bəs İranın bu məsələyə dair mövqeyi nədən ibarətdir?

- İran rəsmən elan edib ki, bu referendum doğru deyil, İraqın ərazi bütövlüyü bölünməzdir, İraq konstitusiyası imkan vermir ki, Kürdüstan müstəqilliklə bağlı referendum keçirsin. Bu aydın mövqedir. Avropada, ABŞ-da zahirən buna münasibətini bildirib.

- Regionda yeni bir dövlətin yaranmasını İran özü üçün təhdid hesab edirmi?

- Məncə, İranın İraqa baxışı dini və ya keçmişdən gələn baxış deyil. İran sadəcə İraqdakı millətlərin və məzhəbləri iraklı hesab edərək hesab edir ki, onlar İraq adlı bir ölkədə yaşamağda davam etməlidir. Yox, əgər orada bir dövlət olacaqsa, fikrimcə, bu daha çox Türkiyəyə təsir edə bilər. İranda yaşayan kürdlər heç vaxt müstəqil olmaq isstəməyiblər. Əlbəttə, kürdlərin İrandan bəzi tələbləri olub, amma İrandan ayrılmaq kimi bir niyyətləri heç vaxt olmayıb. Ancaq belə reallıq Suriya və Türkiyə üçün gələcəkdə problemlər yarada bilər. Mən İran üçün belə təhlükə görmürəm. Əgər kürd dövləti yaranarsa mümkündür ki, İranda da kimlərinsə fərqli baxışları ola bilər, lakin güman etmirəm ki, bu o qədər də önəmli bir məsələ olsun.

HÜSEYN ABBASOĞLU
"Gündəm Xəbər"

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

    ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır ...

    18-07-2017, 14:44

  • 
  • ABŞ Şimali Koreyaya xəbərdarlıq etdi

    ABŞ Şimali Koreyaya xəbərdarlıq etdi ...

    9-02-2016, 12:02

  • 
  • ABŞ-dan “Şahdəniz”ə sanksiya?

    ABŞ-dan “Şahdəniz”ə sanksiya? ...

    15-07-2017, 12:10

  • 
  • Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

    Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi ...

    29-04-2014, 10:25

  • 
  • ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran qanunu təsdiqlədi

    ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran ...

    28-07-2017, 13:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu