GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Milli Şuranın yaradıldığı bildirilən günü onun tərkibi ortaya qoyulmalı idi

Milli Şuranın yaradıldığı bildirilən günü onun tərkibi ortaya qoyulmalı idi

Tarix: 5-06-2013, 14:13 Bölmə :Müsahibə Baxış: 658
Milli Şuranın yaradıldığı bildirilən günü onun tərkibi ortaya qoyulmalı idi
Xaliq Bahadır: “Siyasi proseslər elə bir müstəviyə gəlib dirənib ki, başqa yol yoxdur”
Bu dəfə müxalifət düşərgəsində baş verən son proseslərə, Milli Şuraya, onun perspektivinə, vahid namizədin müəyyən edilib-edilməyəcəyinə, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin Milli Şuraya bağlılığına və digər məsələlərə Xaliq Bahadır cavab verib.

- Xalid bəy, siz Azərbaycan siyasətçilərini çox dərindən tanıyan nadir jurnalistlərdənsiniz. Milli Şura vahid namizəd məsələsini həll edə biləcəkmi?
- Hələ bir il əvvəl mən sizindən dərindən tanıdığınız və iti ağlına şübhə etmədiyiniz jurnalist dostlarımızla dərindən müzakirələr aparmışam. Hətta demişəm ki, vahid namizəd problemini həll etmək üçün hansı istiqamətdə iş aparılmalı, addımlar atılmalıdır. Məhz o zaman demişəm ki, İctimai Palata vahid namizəd məsələsini həll edə bilməyəcək. Mən hətta bunu proqnoz formasında demişəm. Və az sonra mənim dediklərim doğruldu. O zaman qeyd etmişdim ki, ümid ona qalır ki, yeni və ciddi birlik yaradılsın, Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsün. Bunu bir il əvvəldən demişəm və əgər sizdə şübhə varsa aydınlaşdıra bilərsiniz.
- İctimai Palatanın nüvəsini təşkil edən AXCP və Müsavat Partiyası indi Milli Şurada təmsil olunur. İsa Qəmbər namizədliyini elan edib, Əli Kərimlinin namizədliyi məsələsi yaxın ətrafı tərəfindən irəli sürülür. Bu iddialı siyasətçilər Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına güzəştə gedə bilərlərmi?
- Mən bu siyasətçiləri tanıdığım üçün öncədən deyirdim ki, İctimai Palatada vahid namizəd problemi çözülməyəcək. Çünki orada olanlar 20 ilin adamlarıdır. Milli Şura isə tamam ayrı qurumdur və orada vahid namizəd məsələsi həll edilə bilər. Rüstəm İbrahimbəyov vahid namizəd ola bilər. Bunu sizə inamla deyirəm. Çünki Milli Şurada buna qarşı hansı partiya lideri çıxsa siyasətdən dışlanacaq. Məhz bu qorxudan iddialı siyasi xadimlərdə susmalı olacaq.
- Siz inanırsınızmı ki, Milli Şurada təmsil olunan Rəsul Quliyev, Əli Kərimli, İsa Qəmbər və ya Lalə Şövkət vahid namizəd məsələsində bir mədəniyyət xadiminə güzəştə getsin?
- Bəli. Siz nəzərə alın ki, onların başqa yolları yoxdur. Əlbəttə, adını çəkdiyiniz siyasətçilərin hər biri istəyər ki, vahid namizəd onların özü olsun. Amma bu gün siyasi proseslər elə bir müstəviyə gəlib dirənib ki, başqa yol yoxdur. Hamı istər-istəməz Rüstəm İbrahimbəyova razılıq verəcək. Çünki bu dəqiqə Rüstəm İbrahimbəyovun alternativi yoxdur. Elə əsas işdə bundadır.
- İsa Qəmbər deyirdi ki, nəyin bahasına olursa-olsun seçkiyə gedəcək. Hətta başqan vahid namizədi şxta babaya belə bənzətmişdi...
- İsa bəy indiyə qədər çox şeylər deyib və bu onun haqqıdır. Nə dediyini, nəyə əməl etdiyini də özü bilər. Ancaq siz bu gün üçün mənim mövqeyimi soruşursunuz və məndə fikrimi deyirəm. Əslində isə mən heç danışmaq istəmirəm. Çünki həqiqəti deyən kimi üzərimə gəlirlər, barəmdə olmazın sözünü deyir və məni təhqir edirlər.
- Amma siz burada ehtimallar irəli sürürsünüz, konkret kimisə ittiham və ya təhqir etmirsiniz...
- Təbii. Bu gün bütün xalqı düşündürən məsələ budur. Və məndə bu səbəbdən cavab verirəm. Hesab edirəm ki, bu gün proseslər elə bir nöqtəyə gəlib çıxıb ki, kimsə Rüstəm İbrahimbəyova qarşı çıxa bilməyəcək. Çünki başqa variant yoxdur. Bunun xaricində olan bütün variantlardan ya istifadə edilib, ya da tükənib.
- Sizin özünüzü Milli Şuraya dəvət ediblərmi?
- Xeyr etməyiblər.
- Bu gün Arif Hacılı Azərbaycan xalqının gələcəyini düşündüyü üçün Milli Şurada təmsil olunmayacağı haqqında bəyanat verib. Bunu necə qiymətləndirirsiniz?
- Mən bu suala cavab vermək istəmirəm. Çünki xeyri yoxdur. Söz deyib qarşılığında təhqir və ya söyüş eşidirsən. Siz bilmirsiniz. Mən gerçəyi deyəndən sonra üzərimə gəlirlər.
- Siz Milli Şuraya dəvət almamısınız, ancaq bu qurumu dəstəkləyirsiniz, Arif Hacılı Milli Şuraya dəvət alsa da, deyir ki, Azərbaycanın gələcəyini düşündüyü üçün bu prosesi dəstəkləmir...
- Məndə Azərbaycanın gələcəyini düşündüyüm üçün Milli Şurada olsam da, olmasam da uğurlar arzu edirəm. İstəyirəm ki, Milli Şura uğurlar qazansın. Mənim üçün mənim uğurum o qədər də önəmli deyil, daha yaxşı olardı ki, xalqımla birlikdə uğurum olsun. Təki xalqım uğur qazansın, mənim üçün harada olmağım ciddi rol oynamır. Amma görünən budur ki, Arif Hacılı üçün belə məsələlər rol oynayır. Özü bilər, gedib nə istəyirsə etsin.
- Siz güman edirsiniz ki, Milli Şuraya gəlməkdən imtina edənlər, habelə bura dəvət edilməyən şəxslər kənarda müxalifətçilik adına oyun oynaya bilməyəcəklər?
- Məncə, kənarda qalmaqla oyun oynamaq mümkün olmayacaq. Proseslər gətirib o yerə çatdırıb ki, bu mümkün deyil. Süleyman Dəmrəlin gözəl bir sözü var: dün dündür, bu gün bu gundur. Dünən qaldı dünəndə. Bu gün proseslər elə həddə çatıb ki, başqa yol yoxdur. Kim Rüstəm İbrahimbəyovun namizədliyinə qarşı çıxsa kimliyindən asılı olmayaraq uduzacaq.
- Siz Müsavat Partiyasının Milli Şuradan çəkilməsini ehtimal edirsinizmi?
- Mən öncədən də, fikrimi dostlarıma demişəm. Amma siz məni xataya, şərə salacaqsınız.
- Siz suala siyasətçi deyil, xalqını sevə ziyalı olaraq cavab verin...
- Mən demişəm ki, Müsavat Partiyası Milli Şurada olmasa uğur qazanmaq mümkün olacaq. Yox əgər Müsavat Milli Şurada olsa uğur qazanılmayacaq. Təbii ki, mən bunu bütün müsavatçılara hesablayaraq demirəm. Heç şübhəsiz ki, Müsavatın sıralarında çox dəyərli insanlar var. Mən bunu Müsavatın başqanlığında olan üç-dörd adam üçün deyirəm. Müsavatın Milli Şurada olması Milli Şuraya uğur qazandırmayacaq. Bu gün Arif Hacılının çıxışı mən deyənlərin həqiqət olduğunu göstərir. Yeri gəlmişkən, bu gün Pənah Hüseyndə çıxış edərək deyib ki, vahid namizəd yalnız İsa Qəmbər ola bilər. Bir sözlə, artıq bütün bunların nə olduğu aydındır.
- Nə aydındır ki?
- Bu bəri başdan işi pozmaqdır. Başqa adı yoxdur.
- Siz bir zamanlar İctimai Palatada hakimiyyətin adamı kimi təqdim etdiyiniz şəxslər hazırda Milli Şura ilə bağlı aparılan danışıqlardan kənarda saxlanılıb. Bu halı necə qiymətləndirirsiniz?
- Milli Şura ilə bağlı çox şeylər danışılır. Biri deyir Rusiyaya bağlıdır, digəri deyir hakimiyyətə bağlıdır. Amma bu gün baş verənlər barometrdir. Hələ bilmək olmaz ki, bu adamlar sona qədər hansı mövqedə duracaqlar. Sonda biz sözümüzü açıq deyə bilərik. İndidən konkret söz demək bir qədər çətindir. Əgər bu adamlar Milli Şura ilə bağlı aparılan danışıqlardan kənarda saxlanılıbsa, demək mən həqiqəti demişəm.
- Nə mənada həqiqəti demisiniz?
- O mənadakı hakimiyyət iddia edir ki, Milli Şuranı Rusiya yaradıb.
- Amma siz Milli Şuranın Rusiya tərəfindən yaradıldığını demirsiniz axı...
- Mən deyirəm ki, bu saat proseslər yaxşı gedir və mənim sözüm yoxdur. Nəzərə alın ki, Milli Şuranın siyahısı açıqlanmayıb. Mən siyahının açıqlanmasını da gözləyirəm. Görüm tərkibdə kimlər var. Hazırda bu mövzuda danışmaq siyasi etikaya uyğun deyil. Çoxları tənqid edirlər. Mən isə bunu doğru iş hesab etmirəm. Çünki ortada siyahı yoxdur. Siyahı dərc olunsun və bizdə baxaq görək orada kimlər var. Bundan sonra isə sözümüzü deyək.
- Niyə Milli Şuranın tərkibi açıqlanmır?
-Mən bunu deyə bilmərəm çünki bu prosesdə yoxam. Mənim fikrimcə, əslində Milli Şuranın yaradıldığı bildirilən günü onun tərkibi ortaya qoyulmalı idi. Başqa sözlə, siyahının ortaya qoyulması ilə Milli Şuranın elan edilməsi normal bir hal olardı. Ancaq siyahının indiyə qədər ortaya qoyulmaması anormallıqdır.
- Sizcə, nədən Milli Şuranın tərkibini ortaya çıxarmırlar, narazılıq ola bilərmi?
- Bunu nə siz, nə də mən bilirəm, çünki informasiyamız yoxdur. Onu da deyim ki, bu vəziyyətdən xalq da narahatdır. Şəxsən mənə adi insanlar zəng edib soruşurlar ki, nədən Milli Şura elan edilib, amma onun tərkibi elan edilmir. Təsəvvür edin ki, rayonlardan belə zəng edib maraqlanırlar. Görünür hansısa narazılıqlar var, nələrdəsə uzlaşmaya gələ bilmirlər. Ona görə də, siyahı açıqlanmır. Bu da, düzgün deyil və şübhələrə yol açır. Bu Milli Şuranın başında duranların əleyhinə işləyən haldır. Siyahı açıqlanmadıqca ortaya çox söz-söhbətlər çıxacaq.
- Xalid bəy, belə fikir var ki, bu gün Azərbaycanda vəziyyəti dəyişmək üçün yüzlərlə təşkilatın birləşməsinə deyil, əsl siyasi lider fakktoruna ehtiyac duyulur. Siz bu fikirlə razısınızmı?
- Gördünüz ki, İctimai Palata yaradılandan az sonra mən pessimist proqozlar verdim. Niyə? Çünki orda, eləcədə Koordinasiya Şurasında toplaşan insanlara görə. Ancaq mən Milli Şuranın gələcəyi ilə bağlı nikbinəm. Çünki burada daha böyük spektrdə güclər və şəxslər var. Ən başlıcası Rüstəm İbrahimbəyov kimi şəxslərdə təmsil olunur. Mən ümid edirəm ki, bu insanlar indiyə qədər olmayanları olduracaqlar.
- İbrahimbəyov Rusiyanın adamı ola bilərmi, iddia var ki, Milli Şuranın yaranması ideyası əslində Moskvada yaradılan və rəsmi Bakıya təzyiq məqsədi daşıyan “Milyarderlər İttifaqı” tərəfindən irəli sürülüb?
- Mənim düşüncəm aydındır. Fikrimcə, bu gün Rusiyada kifayət qədər yetişən və zənginləşən azərbaycanlılar var. Onlar böyük pulları idarə edirlər və zaman keçdikcə Rusiya onlara diskonfort yaradır. Çünki Rusiyanın özündə böyük milyarderlər qruplaşması var və getdikcə azərbaycanlıları sıxışdırırlar. Azərbaycanda isə maliyyə və imkanlar baxımından cəmi bircə nəfər güc var. Bu da, hakimiyyətin başında duran şəxsdir. Rusiyadakı milyarderlər istər-istəməz pulları bura yönəldir. Mən hesab edirəm ki, onların Milli Şuraya bağlılığı ola bilər, həmçinin Azərbaycana qayıdıb iş qurmağa, biznesini vətəninə köçürməyi istəyənləri var. Bu normaldır. Təbii ki, onların içərisində pisi də, yaxşısı da var. Başlıcası budur ki, onlar bizim soydaşlarımızdır, azərbaycanlıdırlar. Təbii ki, onların bura gəlməyə maraqları var. Amma bütün bunları Rusiyanın agenturası və şipionu kimi təqdim etməyi də doğru hesab etmirəm. Mənim bu milyarderlərlə heç bir tanışlığım və işim yoxdur, amma mən reallıqdan çıxış edirəm. Çünki bu milyarderlərdə öz torpaqlarına bağlıdırlar və burada gəlib kök atmaq istəyirlər. Fikrimcə, buna təbii baxmaq lazımdır. Odur ki, bu insanları düşmən kimi təqdim etməyi də anlamıram.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şura ehtiyat vahid namizəd məsələsini həll edə bilmədi

    Milli Şura ehtiyat vahid namizəd məsələsini həll ...

    19-08-2013, 17:34

  • 
  • Bu gün müxalifət daha bir vahid namizədin adını açıqlayacaq?

    Bu gün müxalifət daha bir vahid namizədin adını ...

    19-08-2013, 11:22

  • 
  • “Vahid namizəd olmağa razılıq vermişəm”

    “Vahid namizəd olmağa razılıq vermişəm” ...

    28-06-2013, 19:22

  • 
  • Müxalifət və iqtidar üçün ortaq problem; “vahid namizəd”

    Müxalifət və iqtidar üçün ortaq problem; “vahid ...

    21-04-2013, 13:04

  • 
  • Mehman Əliyev: “Təəssüf ki, problemlə üzləşmişik”

    Mehman Əliyev: “Təəssüf ki, problemlə üzləşmişik” ...

    21-08-2013, 00:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu