Milli Şuranın hələ də davam edən sessiyasından özəl xəbər var.
Hazırda sessiyanın keçirildiyi Müsavat Partiyasının qərargahında olan virtualaz.org saytı əməkdaşının əldə etdiyi məlumat görə, ehtiyat namizəd məsələsi bu sessiyada da həll edilmədi.
Məlumata görə, ACP, ALP, KXCP və El Hərəkatı ötən sessiyada olduğu kimi yenə də Rüstəm İbrahimbəyovdan başqa namizədi dəstəkləməyəcəklərini bildiriblər.
Sessiya hazırda davam edir. Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli də konkret olaraq seçkiləri boykot məsələsini gündəmə gətirməsə də seçki mühitinin olmadığını, indiki vəziyyətdə seçkilərə getməyin doğru olmadığını bildirərək dolayı yolla boykot mesajları verib. Müsavat Partiyasının qərarı isə hansı halda olursa olsun seçkilərdə iştirak etməkdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?