GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Şeyxin qudası: Oğlu 2 rükət namazı güclə qılır

Şeyxin qudası: Oğlu 2 rükət namazı güclə qılır

Tarix: 20-09-2017, 11:00 Bölmə :Müsahibə Baxış: 364
Şeyxin qudası: Oğlu 2 rükət namazı güclə qılır


gundemxeber.az " Şeyxin qudası, son günlər oğlunun həbsi ilə bir daha mətbuatın gündəminə gələn sabiq deputat Hacı Qalib Salahzadənin "Yeni Müsavat"a müsahibəsini təqdim edir:


- Hacı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxlə bağlı yazılara cavab olaraq yaydığı bəyanatı oxudunuzmu?

- Oxudum. Sizə bir söz deyim: Qafqaz Müsəlmanları İdarəsi nə deyirsə, düz deyir. Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur...

- Amma bəyanatda sizə ünvanlı da gizli bir eyham var. Belə çıxır ki, sizin Şeyxlə münasibətinizdə hansısa problemlər yaranıb?

- Mənim Şeyxlə münasibətlərimdə nə problem ola bilər? Heç bir problem yoxdur (gülür). Ağsaqqaldır, belə məsləhət bilir, belə də deyir.

- Son günlərdə Şeyxlə görüşünüz, ya telefon danışığınız olubmu?

- Telefon danışığımız olub. Amma görüşümüz olmayıb.

- Dediklərinizə görə sizə iradları oldu, yəqin...

- Yox. Nə irad? Dediklərimə görə mənə heç kim irad tutmur. Belə məsləhətdir, qurtardı getdi.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlərlə bağlı deyilir ki, “QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur”. Bu, sizə ünvanlanmış mesajdır...

- Şeyxin oğlunun Türkiyəyə getməsi düzdür. Amma deyir, elə-belə gedib. Mən elə bilirdim, birdəfəlik köçüb. Amma onlar deyirlər ki, yox, müvəqqəti gedib, işləri var, qayıdacaq.

- Hacı, necə bilirsiniz, Şeyxin adı niyə bu qədər geniş hallandırılır? Burada məqsəd-məram nə ola bilər?

- Onu Şeyxin özündən soruş.

- Özü ilə danışmaq imkanımız yoxdur, təəssüf ki...

- Vəssalam da.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilir ki, yayılan dezinformasiyaların “erməni kəşfiyyat orqanları tərəfindən yayılması” istisna olunmur...

- Yəqin, Şeyx bir şey bilir ki, elə də deyir. Yoxsa mən Bilgəhdən qırağa çıxmıram. Nə bilim ki, nə var-nə yox. Şeyx bir şey bilir ki, belə deyir.

- Bütün bunları QMİ-nin ləğv olunması planının tərkib hissəsi sayanlar var. Eyni zamanda, Şeyxin biznesinin davasının getdiyi versiyası səslənir. Bir ehtimal da bundan ibarətdir ki, sizin “Şeyxin varisi oğludur” sözləriniz ona qarşı təzyiqləri artırıb. Bu barədə nə deyə bilərsiniz?

- Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin varisi kim ola bilər? Dedim ki, mənim varisim oğlum deyil? Şeyxin də varisi oğlu olar da... Yəni Şeyxin var-dövləti oğluna qalar da. Sonra sözü fırlatdılar ki, Şeyxin varisi oğlu olacaq. Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar? Mən necə o uşağı Şeyx kimi nəzərdə tuta bilərəm? Şeyxin özündən başqa kim bilir ki, kim savadlıdır, kim savadsızdır?

- Hər halda, Şeyx istefa verməyə hazırlaşmır, eləmi?

- Şeyx cavan adamdır, nə istefa, nə bir şey! (gülür). Xahiş edirəm, bütün bunlar barədə onun özündən soruşun...

- Oğlunuzun həbsi barədə mətbuata geniş danışmısınız. Hazırda vəziyyət necədir?

- Oğlumun bir dənə təqsiri var, o da Hacı Qalibin oğlu olmağı. Vəssalam, şüttamam. Yoxsa bu adamlar bayram günü gəliblər, qapını döyüblər, pul tələb ediblər...

- Nə qədər su pulu borcu olub ki, məsələ bu qədər böyüyüb?

- Guya 69 manat su pulu borcu olub. Onu da ayda, ya ay yarımda bir dəfə qoca kişi var, pulu alır, sonra qəbzi gətirir. Bu gələnlər isə nə su pulu yığandır, nə də... Oğlanın anası çıxıb bayıra, görüb 3 nəfər qapıda dayanıb. Soruşub ki, kimsiniz? Deyiblər, biz su idarəsindənik. Deyib, axı bir kişi gəlib, su pulunu aparır. Deyiblər, bundan sonra biz pulu yığacağıq. Qayıdıb ki, ay balam, sayğac var, biz özümüz gedib ödəməliyik, siz kimsiniz? Qayıdıb ki, “ağzının danışığını bil”. Kəlmə-kəlmə deyirəm sənə... Bir sözlə, anasını təhqir edib. Oğlan da çıxıb bayıra. Müdaxilə edəndə deyiblər ki, sən kimsən? Əlini uzadıb ona sarı. Bu da bir dənə çəkib, çənəsi sınıb. Bu adamı həkimə aparıblar, əməliyyat etdiriblər. Onlar da kişi adam çıxdılar, dedilər ki, biz şikayət etmirik. Yazılı şəkildə tədqiqatçı Əziz Əzizova yazıblar ki, bizim bu adamdan şikayətimiz yoxdur. 10 gündən sonra isə prokurorluq başlayıb ki, sən vəzifə başında olan adamı vurubsan. 315.2 maddəsini veriblər. Hansı ki, dövlət qulluqçusu, ya polisə qarşı eyni hərəkət olsa, bu maddə düşürdü. Amma heç su idarəsinin rəisi də dövlət qulluqçusu deyil. Götürüb yükləyiblər buna ki, dövlət qulluqçusunu döyüb.

- Hesab olunur ki, Şeyxin Çexiyadakı biznesi ilə bağlı məlumatların yayılması, oğlunun Türkiyəyə köçməsi ilə eyni vaxtda onun qudasının oğlunun həbs olunması arasında əlaqə var. Bu cür fikirlər barədə nə deyə bilərsiniz?

- Mənim oğlumun məhkəməsi sentyabrın 13-ü, axşam saat 8-də olub.

- Bu hadisələr arasında əlaqə görürsünüzmü?

- Yox.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi: "Şeyxi çox pərişan gördüm"

    Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi: ...

    17-09-2017, 14:27

  • 
  • Əlixan Musayev Hacı Şahindən nə istəyir?

    Əlixan Musayev Hacı Şahindən nə istəyir? ...

    14-05-2014, 10:14

  • 
  • Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına qarşı

    Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına ...

    19-08-2014, 18:06

  • 
  • Şeyxin qardaşından “Frankfurt bazarlığı” açıqlaması

    Şeyxin qardaşından “Frankfurt bazarlığı” ...

    10-07-2013, 14:59

  • 
  • Çingiz Qənizadə: "Şeyxin qudası 500 nəfəri Həccə göndərməkdənsə, kasıb tələbələrə kömək etməli idi"...

    Çingiz Qənizadə: "Şeyxin qudası 500 nəfəri ...

    17-08-2017, 15:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu