GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Sadəcə qərbdəki sistem elədir ki, Tramp istədiyini edə bilmir”

“Sadəcə qərbdəki sistem elədir ki, Tramp istədiyini edə bilmir”

Tarix: 20-09-2017, 15:10 Bölmə :Müsahibə Baxış: 378
“Sadəcə qərbdəki sistem elədir ki, Tramp istədiyini edə bilmir”


Elçin Şıxlı: “Saakaşvili prosesi siyasi layihədir, özfəaliyyət deyil”

“Ayna-Zerkalo” qəzetinin rəhbəri, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edirik. Müsahibimiz Ukrayna hadisələrindən, Saakaşvili layihəsindən, Kürdüstanın müstəqillik referendumundan, Suriya böhranında, Qərb-ABŞ qarşıdurmasından danışıb.

- Elçin bəy, qəfildən Mixail Saakaşvilinin Polşada peyda olması, tərəfdarlarının səyi ilə Ukrayna ərazisinə daxil olması, siyasi bəyanatlar verməsi kortəbii prosesdir, ya necə?

- Hesab edirəm ki, bu kortəbi, özfəaliyyət deyil, siyasi layihədir. Ukraynada baş verənlər Qərb-Rusiya arasında mövcud olan “soyuq müharibənin” təzahürüdür. Daha sonra keçmiş SSRİ-də yaşayan və hazırda müstəqil olan dövlətlərin Rusiyanın təsir dairəsindən çıxmaq cəhdidir. Bu məsələdə də Saakaşvilin şəxsiyyəti, xarakterinin xüsusiyyətləri və digər keyfiyyətlərindən istifadə olunur. Məncə, bu layihədir. Nəzərə alın ki, dəstəksiz və arxasız heç bir şəxs belə hərəkət edə bilməz. Və təbii ki, Ukrayna daxilində olan qüvvələr mövcud olan vəziyyətdən xoşhal olmayanlar var. Onlar da Saakaşvili layihəsindən bəhrələnir. Nəzərə alaq ki, Saakaşvili başdan-ayaqa rüşvət və korrupsiyadan əziyyət çəkən, Rusiyanın tapdağı altında olan Gürcüstanı qısa müddətdə qanunları işlək olan ölkəyə çevirə bilib. Fikrimcə, indi bu təcrübəni digər ölkələrə də yaymaq istəyirlər.

- Demək istəyirsiniz ki, Ukraynada Saakaşvili layihəsi baş tutsa qısa müddətə digər ölkələrə də yayılacaq?

- Yox. Mən deyə bilmərəm ki, yayılacaq. Məsələn, Tacikistana aftomatik yayıla bilməz.

- Amma təsirləri ola bilər?

- Bəli təsirləri mütləq olacaq. Bu proses Rusiya rəhbərliyində duran komandanın burnunu ovmağa yönəlib. Onların nə özləri yaşayır, nə də ətrafda olanlara yaşamağa imkan verirlər. Elə deyirlər ki, gəlin başınıza qapaz vurum, sərvətinizə sahib olum və siz də mən istədiyim kimi yaşamalısınız. Qardaş, mən öz istədiyim kimi yaşamaq istəyirəm. Bax bunu Rusiya rəhbərliyi istəmir.

- Ancaq mürəkkəb vəziyyət təkcə Ukraynada deyil. Myanmada müsəlmanları qırırlar, İraqda yenidən vətəndaş müharibəsi gözlənilir, Suriya böhranı hələdə davam edir, Şimali Koreyadan hər gün təhdidlər gəlir. Sanki dünya dağılma ərəfəsindədir...

- Nəzərə alın ki, indi kommunikasiya, texnologiya çox inkişaf edib. Bunun sayəsində Myanmada baş verən qırğından dərhal xəbər tuturuq. Unutmayaq ki, Myanmada müsəlmanları ancaq indi qırmırlar axı. 10 ildən çoxdur ki, həmin ölkədə müsəlmanlarla bağlı problem yaşanır. Sadəcə olaraq indi müsəlmanlarla bağlı vəziyyət qızışıb. Həm də dəhşət odur ki, Myanmada yaşayan müsəlmanların heç vətəndaşlıqları yoxdur. Üstəlik Suriyada, İraqda qırğınlar gedir. Məncə, Suriyada baş verən prosesin bu qədər uzanmasının günahkarı Moskvadır. Rusiya Suriyaya girməsəydi və sabiq ABŞ prezidenti Obama da yumşaq hərəkət etməsəydi, Suriya problemi həllini tapacaqdı. Yəni ciddi qarşıdurma olmayacaqdı. Ya Bəşər Əsəd istədiyini edəcəkdi, ya da hakimiyyətdən gedəcəkdi. Bu proseslərin hamısı Rusiya-Qərb qarşıdurmasının sərt təzahürləridir. İraqda da eyni vəziyyətdir. Biz bilməliyik ki, Qərbdəki həyat tərzi, onların özləri üçün qurduqları həyat yaxşıdır. Amma iş ondadır ki, ABŞ prezidentinin və ya digər Qərb qüvvəsinin İraqda insanların necə yaşaması vecinə deyil. Onlar sadəcə olaraq ölkə rəhbərliyi ilə maraqlarına uyğun siyasət yürüdür. Əgər həmin ölkədə hakimiyyətdə olan şəxs başından böyük danışmırsa, sinəsinə döyüb demirsə ki, dünyanı dağıdaram, bu halda heç kim həmin şəxsin üzərinə gəlmir. Məsələn, Səddam Hüseynə heç kim dəyəsi deyildi. Amma Səddam durduğu yerdə Küveyti işğal etdi. Küveyt də İraqın tayı deyildi, zəngin ölkə idi və görünür Qərbində orada böyük maraqları mövcud idi. Səddam bu hərəkətlərini dayandırmadı və sonda onun burnunu əzdilər. Qərb də İraqda onlara uyğun vəziyyətin olmasını istəyirdi. Ancaq onlar İraqa daxil oldular, Səddamı cəzalandırdılar, lakin istədikləri vəziyyəti yarada bilmədilər.

- Tramp yarada biləcək?

- Donald Tramp şoumendir. ABŞ-da seçki kampaniyası da əslində şou kimi bir şeydir. Tramp şounun nə olduğunu bildiyi üçün onu qazandı. Hələ mən bu qələbədə Rusiyanın dəstəyinin olub-olmadığını bir kənara qoyuram. Nəticə odur ki, Tramp seçkiləri qazandı, lakin bundan sonra ölkənin başında durmaq artıq siyasətdir. Bunun üçün sən siyasət adamı olmalısan, heç olmasa diplomatiyadan anlayışın olmalıdır. Trampda elə bilir ki, dövləti idarə etmək də şou kimi şeydir. İndi şounu udsa da, işləyə bilmir. Bu da bir problemdir. İndi dünyada böyük şəxsiyyətlər yoxdur. Sadəcə qərbdəki sistem elədir ki, Tramp istədiyini edə bilmir. Baxın, Tramp deyir ki, ölkəyə xaricdən mühacirlər gəlməsin, hansısa ştatın prokuroru da deyir ki, bu qanunauyğun addım deyil və mən prezidentin bu sərəncamını ləğv edirəm.

- Bir neçə gündən sonra İraqın şimalında müstəqil Kürdüstan dövlətinin qurulması üçün referendum keçiriləcək. Necə düşünürsünüz: sentyabrın 25-dən sonra İraq qansız parçalanacaq, yoxsa vətəndaş müharibəsi başlayacaq?

- İraq çoxdan dağılıb və bölünüb. De-yure olmasa da, de-fakto belədir. Mənə elə gəlir ki, bu saat İraq Kürdüstanında olan sakitlik və nizam-intizam İraqın digər bölgələrində yoxdur. Heç Şimali İraq Kürd Muxtariyyətində terror və ya partlayış olması haqda xəbər eşitmisiniz? Yox. Onlar referendumu keçirəcək. Çünki 10 illərdir ki, silahlı mübarizə aparırlar və indi də siyasiləşiblər. Üstəlik görünən odur ki, dünyada olan böyük güclərin də tələblərinə uyğun şəkildə özlərini aparacaqlarına söz veriblər. Referendumda keçiriləcək. Referendumun nəticələrini kimin tanıyıb, tanımayacağı ayrı mövzudur.

Türkmanlara gəldikdə deyim ki, onlar elə bizik. Təəssüflər olsun ki, onlar zamanında təşkilatlanmadı və Türkiyə başda olmaqla müstəqil türk dövlətləri onların dərdlərinə həyan olmadı. Kərkük, Mosul həm də neftlə zəngin əraziləridir. Təbii ki, İraq kürdləri də bu əraziləri ələ keçirəcək, çünki dolanışıqları ordan olacaq.

Mən Məsud Bərzaninin BBC-yə verdiyi müsahibəyə baxdım. Bərzani siyasi baxımdan çox savadlı danışdı. Ona dedilər ki, türkmənlər və digər etnik qruplar var. O da, açıq dedi ki, biz referendumu keçirəcəyik, istəməyən yox deyə bilər. Üstəlik Bərzani dedi ki, Kərkükü zorla kürdləşdirmək niyyətləri yoxdur. Ancaq yalan deyir. Açıq mesaj verdi ki, onların müstəqilliyinə qarşı çıxan və əlinə silah alan şəxslərə qarşı sona qədər vuruşacaqlar. Bizim xoşumuz gəldi-gəlmədi, kürd milləti var və onlar da müstəqil olmaq istəyir. Məncə, buna təbii və normal baxmaq lazımdır. Deyirlər ki, mən bu mağarada, kaha da yaşayıram və mövcudam, müstəqillik də istəyirəm. Sadəcə sivil yollarla onların istəyinin nəzərə alınmalıdır. O da məlumdur ki, İraq ərazisində kürdlərin dövləti qurulacaqsa, bu zəncirvari proses kimi digər bölgə dövlətlərinə də təsir edəcək. Başqa sözlə, Suriyadan, İrandan və təəssüflər olsun ki, Türkiyədən də ərazilər qoparıla bilər. Və ya mümkündür ki, böyük mərkəzlər kürdlərə deyəcək ki, götürdüyünüz torpaqlar bəsinizdir və səs-küy salmayın. Bunun necə olacağını zaman göstərəcək. Amma bütün hallar da bu dövlətin qurulması təhddidir və zəncirvari reaksiyaya səbəb ola bilər. İndiki türk iqtidarı üçün bu böyük problem olacaq, çünki vaxtında ciddi səhv buraxıblar. Türkiyə NATO ölkəsidir, amma gedib Putinin ətəyindən yapşıb. Problemlərdən biri də budur.

- İraq və Suriyadan torpaq qormarmaq mümkündür, çünki bu dövlətlər zəifdir və mərkəzi hakimiyyət də faktiki hökmünü keçirə bilmir. Türkiyə və İran kimi yüz illik dövlətçilik təcrübəsi olan dövlətdən torpaq qoparmaq mümkündürmü?

- Yaxın Şərq artıq qana boyanıb. Millət bir-birini qırır. Partlayışları da nə alman, nə fransız, nə də ingilis edir. Elə özümüz, müsəlmanlar edir. Sadəcə uşaq faxtı fitil qoyulub, indi də dayanmır. Proses təəssüflər olsun ki, gedir.

Dünən Almaniyada beynəlxalq Funkfurt Avtomobil Sərgisi keçirilib. Kansler Merkeldən tutmuş federal torpaq rəhbərliyinə qədər hər kəs orada iştirak edirdi. Həmin sərgidə çıxış edən sahə nazirləri deyirlər ki, 2020-ci ilə qədər Almaniya alternativ enerji və benzinlə işləməyən avtomobillərin inkişafına, habelə infrostrukturunun yaradılmasına 40 milyard avro pul ayıracaq. Bu o deməkdir ki, 20-30 ildən sonra nə neftə, nə qaza,nə də daş-kömürə ehtiyac qalmayacaq. Bir sözlə hidrogen, hibrd, elektrik enerjisi ilə işləyən avtomobillər ortaya çıxacaq. Müsəlmanlar isə hələ də neft və qaz hayındadır. Dünya dəyişir, müsəlmanlar isə orta əsrlərdə olduğu kimi düşünür. Problemimiz bundan qaynaqlanır.

- Elçin bəy, başa vurduğumuz həftədə Aşıq Ədaləti də itirdik. Aşıq Ədalət haqqında nə deyə bilərsiniz?

- Dədə Ədaləti şəxsən tanıyırdım. Həm cavanlıq dövrünü, həm orta yaşında olan çağlarda, həm də ahıl dövrünü görmüşəm, sazına qulaq asmışam. Ədalət böyük ustad idi. Onun barmaqları qızıl idi. Mən bilmirəm, ikinci dəfə belə barmaqlar görəcəyik, ya yox? Allah rəhmət eləsin. Bizim mədəniyyətimiz, folklorumuz və millətimiz üçün böyük itkidir. Əslində, sizə deyim ki, dəfnlə bağlı detallardan xəbərim olmayıb. Ancaq Ədalət Qazaxda dəfn edilsə belə, onun üçün Bakıda mütləq vida mərasimi təşkil olunmalı idi. Hesab edirəm ki, bunun olmaması bizim cəmiyyətimizin naqisliyidir. Bu saat cəmiyyət qəribə işlərlə məşğuldur. Sənətkar rəhmətə gedir və bundan sonra “beş on nəfər allah rəhmət eləsin” deyir. Bu qədər. Bəzən kimsə nə istəyirsə edir, hamı ağzına su alıb baxır. Hesab edirəm ki, Ədalətə Bakıda vida mərasiminin təşkil edilməməsi də, bu kimi halların nəticəsidir. Sonradan da dizimizə döyüb deyirik ki, niyə belə oldu. Hamı biganələşib, insanların əlində telefon, bir-birinə mesaj yazmaqla məşğuldur.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulu az çıxsın” - VİDEOMÜSAHIBƏ

    Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə ...

    23-07-2015, 19:29

  • 
  • Saakaşvili “Bu Rusiya üçün sərfəli deyil”

    Saakaşvili “Bu Rusiya üçün sərfəli deyil” ...

    26-09-2013, 10:53

  • 
  • “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” – ELÇİN ŞIXLI

    “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” ...

    11-09-2017, 17:27

  • 
  • “Ukrayna Mixail Saakaşvilini həbs etmək fikrində deyil”

    “Ukrayna Mixail Saakaşvilini həbs etmək fikrində ...

    17-09-2017, 20:15

  • 
  • Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirdi

    Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirdi ...

    28-11-2016, 21:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu