BMT Baş Assambleyasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın regiondakı rolu və keçmiş SSRİ respublikalarına təsirindən danışıb.Saakaşvili çıxışı zamanı keçmiş sovet respublikasının ən güclü ölkələrindən olan Ukrayna, Moldova, Ermənistan və Azərbaycan Rusiya üçün sərfəli deyil:
“Siz hesab edirsiniz ki, Putin Ermənistanın Azərbaycanla münaqişədə üstün tərəf olmasını istəyir? Xeyr. Bu, Ermənistanı çox güclü və çox müstəqil ölkə edərdi. Yoxsa hesab edirsiniz ki, əks halda, Moskva Bakının İrəvan üzərində üstünlüyünü istəyir? Xeyr, onlar ümumiyyətlə kiminsə qələbə qazanmasını istəmir və məhz münaqişə onların əsas məqsədidir. Çünki bu xalqlara azad olmağa mane olur və onların Avropa Birliyinə inteqrasiyasını dondurur”.
Demək olar ki çıxışınının böyük hissəsini Rusiyaya həsr edən Saakaşvilinin bu mövqeyinə qarşı tərəf də özünəməxsusu cavab verib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Gürcüstan prezidentinin psixi vəziyyətinin “professional qiymətləndirmə” tələb etdiyini bildirib. Eyni zamanda bu çıxışın nəinki antirusiya, həmçinin rusofobiya, anti provaslav xarakter daşıdığını qeyd edib.
Onu da qeyd edək ki, Saakaşvilinin çıxışı zamanı Rusiya nümayəndə heyəti zalı tərk ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?