GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bölgədə yeni qarşıdurma və xaos ortaya çıxa bilər”

“Bölgədə yeni qarşıdurma və xaos ortaya çıxa bilər”

Tarix: 10-10-2017, 13:28 Bölmə :Müsahibə Baxış: 392
“Bölgədə yeni qarşıdurma və xaos ortaya çıxa bilər”


Toğrul İsmayıl: “Sərhədlər bağlanarsa oradakı insanlar aclığa, ölümə və səfalətə sürüklənəcək”

Şimali İraq Regional Rəhbərliyinin keçiridiyi müstəqillik referendumu, bunun nəticəsi, müharibə ehtimalı və mümkün ssenarilər mövzusunda “Gündəm Xəbər” Türkiyədə yaşayan politoloq Toğrul İsmayılla müsahibəni oxucularına təqdim edir.

- Toğrul bəy, dünən Kürdüstanda referendum keçirildi və nəticələr açıqlandı. Bundan sonra müstəqil Kürdüstan dövləti ifadəsini işlədilə bilərmi?

- Əvvəlcə, Kürdüstan ifadəsinin terminoloji tərəfinə diqqət edək. Tarixdə Kürdüstan adı var, amma onun sərhədləri haradır, necədir məsələsi çox mübahisəlidir.
İkincisi, referendumun keçirildiyi ərazinin rəsmi adı Şimali İraq Regional İdarəçiliyidir. Əlbəttə, qərb, Rusiya və bəzən Türkiyədə belə bura kürd idarəçiliyi, Kürdüstan kimi təqdim edilir. Əlbəttə, Rusiya daha irəli gedərək “İraq Kürdüstanı”, “Suriya Kürdüstanı” deyə çağırırlar. Ancaq bu həmin dövlətin konyukturasından doğur.
Üçüncüsü, referendumun keçirildiyi ərazinin adı bəllidir. Amma bu referendum İraq konstutisiyasına ziddir. Birincisi, referendumun hüququ əsaslarının olduğuna dair ciddi şübhə var. İraq konstutisiyası, parlamenti və hökuməti bu referendumu qəbul etməyib. Böyük dövlətlər, qonşu dövlətlər bu referendumun qanuniliyini qəbul etmir. Kimin könlündə nə var, bu ayrı məsələdir. Amma referendumun beynəxlaq gözləntilərinə baxdığımızda ciddi boşluqlar görürük. Bu referendumun qanuna uyğunluğu, bu qurumun dövlət müstəqilliyinin qısa zamanda tanınacağını mümükn olmadığını göstərir. Belə şərtlər altında yeni dövlət-Kürdüstan dövləti doğacaq məsələsi real görünmür. Bəziləri bura Kürdüstan deyə bilər. Bu mübahisəli məsələdir, kürdlər dağınıq olaraq bir neçə ölkədə yaşayır. Referendum keçirilən bəzi ərazilərdə əvvəlcə etnik oyunlar aparılıb. Ərəb və türkmən əhalisinin çoxluq təşkil edilən ərazilərdə də referendum oyunu keçirilib. Əslində bu təhlükəli məqamdır.

- Dünən ki, referendumdan sonra bölgədə yeni müharibə gözləyirsinizmi?

- Bərzanin və komandasının etdiyi ilə İŞİD-in etdiyi arasında ciddi bir fərq yoxdur. Hər ikisi də bölgəni qanunsuz ələ keçirərək öz dövlətini qurmağa çalışır. Siz dediyiniz müharibəni reallaşdıracaq təhdid isə İraq hakimiyyətinin Şimali İraqa tətbiq edə biləcəyi sanksiyalardır. Bildiyiniz kimi Mosul əvvəl İŞİD tərəfindən ələ keçirilmişdi. Sonra İraq ordusu buranı İŞİD-dən təmizlədi. İndi İraq yenidən Mosulda və bölgədə ərazi bütövlüyünü təmin etmək, nizam-intizam yaratmaq istəyərsə, bölgəyə ordu yeridə bilər.
İkincisi, müharibəyə səbəb olacaq digər təhdid isə Bərzani və komandasının istifadə etdiyi xəritələrdir. Böyük Kürdüstan xəritəsinə baxanda İraq, Suriya, İranın və hətta Azərbaycanın bəzi ərazilərinin bu xəritəyə daxil edildiyini görürük. Beləcə Şimali İraq Regional Muxtariyyəti qonşu ölkələrin ərazisinə iddia edir. Əslində bu hərəkət Azərbaycan üçün məlum hərəkətdir. Necə ki, qonşu Ermənistanın Böyük Ermənistan davranışı və Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri oldu. İndi İraqın Şimalında baş verənlər Dağlıq Qarabağ proseslərinin başlanması kimi bir prosesdir. Əgər bu alınmasa, böyük təhlükələr olacaq.

- Türkiyə Şimali İraqa ordu yeridə bilərmi?

- 1926, 1946 və 1983-cü il anlaşmaları əsasında Türkiyənin bu bölgəyə müdaxilə etmək haqqı var. Xüsusilə, 1926-cı ildə ki, Ankara müqaviləsinə əsasən İraqın ərazi bütövlüyü pozulduğu təqdirdə Türkiyənin bu bölgədəki türkman yaşayış yerləri və bölgəni nəzarətə almaq haqqı verilir. Lakin Türkiyə hüquq dövlətidir və bütün fəaliyyətini beynəlxalq hüquq, ikili anlaşmalar çərçivəsində həyata keçirir. Əslində Şimali İraqda aparılan referendum və istifadə edilən təbliğat, habelə xəritələr bu bölgənin Türkiyənin ərazi bütövlüyünə qarşı olduğunu göstərir. Bu da, Türkiyənin bölgəyə müdaxiləsini qanuni edə bilər. Lakin Türkiyənin beynəlxalq atmosferi nəzərə alaraq hərəkət edəcəyini düşünürəm.

- İranın Şimali İraqa hərbi müdaxiləsi mümkündürmü?

- İran qoşun sala bilər və bu haqqa sahibdir. Onsuz da, İran Şimali İraqda bəzi nöqtələri vurdu. Əslində baş verənlər ciddi təhlükədir. Beynəlxalq aləm üçün yeni narahatçılıq deməkdir. Bölgədə yeni qarşıdurma və xaosun ortaya çıxmasına səbəb ola bilər. Ütəlik bu cür davranış İran və Türkiyə ərazisində olan bəlli kürd qruplarını həyacana gətirib. Bir hərəkat başlana, separatizmi daha gücləndirəcək halları ortaya çıxa bilər. Şimali İraqda baş verənləri ortalığı qarışdıracaq proses kimi qiymətləndirə bilərik.

- Dünən İraqın şimalında baş verənlər Yaxın Şərq xəritəsində dəyişikliklər yaradıbmı?

- Əlbəttə. Biz tam yeni situasiya haqqında danışırıq. Bu dövlətin ortaya çıxması üçün bəlli dövlətlərin istəyi var. İsrail bunu çox istəyir. Diqqət edirsinizsə, Rusiya da buna qarşı çox çıxmadı. Rusiyanın ciddi neft anlaşmaları var. Ancaq durum ciddi şəkildə dəyişir. Onsuz da Orta Şərqdə xəritələrin yenidən çəkiləcəyi məsələsi gündəmdə idi. Suriyada da, İraqda da bu başladı.

- Əgər bu məsələ gündəmdə idisə, nədən 1 il əvvəl bu addıma gedilmədi, məhz 2017-ci ilin 25 sentyabrına kilidlənildi?

- Referendumdan öncə müəyyən bölgələrdə etnik oyunlar həyata keçirmək lazım gəlirdi. İŞİD layihəsi ortaya atıldı. Necə oldu İŞİD ortaya çıxdı, bunu kimlər yaratdı, məqsəd nə idi, çoxlu sayda dövlətlər İŞİD-i yox edə bilmirdimi və s suallar var. İŞİD böyük əraziləri işğal etdi, daha sonra qəfildən zəiflədi. İŞİD-in Şimali İraqda tutduğu ərazilərdə etnik oyunlar baş verdi. Etnik köçlər baş verdikdən sonra bəlli güclər bu əraziləri İŞİD-dən aldı. İndi də referendumla böyük layihənin bir hissəsini həyata keçirməyə çalışırlar.
Bu arada qeyd edim ki, Belçikada PKK-çılara qarşı əfv qanunu çıxarılıb. Rusiya onsuz da PKK-nı terror təşkilatı saymır. Baxın, Türkiyə Belçikadıkı separatçı qrupları dəstəkləsəydi, bu saat Avropa bar-bar bağırırdı. Və ya Rusiyadakı Tatarıstana Mərkəzi Türküsütan desəydi, Moskvada dayanmadan bağırarlar. Bir sözlə, bu dövlətlər öz daxillərində belə separatizmə izn vermirlər, amma qonşu dövlətlərdə belə prosesləri arzu edirlər.
Qeyd edim ki, belə bir hərəkət dünyada qəbul edilirsə, pressident olacaq. Beləcə dünyanın istənilən ərzisində hər kəs bu prosessi başlada bilər.
Xüsusilə vurğulamaq istəyirəm ki, Avropa Birliyinin son illər qəbul etdiyi qərarlarda bir millətin öz taleyini təyin etmək haqqını yaşadığı dövlətin ərazisində sakit şəkildə gerçəkləşdirə bilər hüquqununun olduğu qeyd olunur. Avropalılar belə qanunları qəbul edir, amma iş özlərinə gəldikdə unitar quruluşu əsas götürürlər. Azərbaycana, Ukraynaya və digər ölkələrə gəldikdə belə qanunlar işləyə bilir. Bu da dünya xaosuna səbəb olacaq haldır.

- İran və Türkiyə Şimali İraqa sərhədləri bağlayarsa, İraq Şimali İraqdakı quruluşa qarşı sanksiyalar tətbiq edərsə, bu halda Bərzani geriyə addım atmaq ehtimalı yarana bilərmi?

- Artıq geri addım atmaq məsələsi yoxdur, referendum keçirilib. Burada geri addım atmaq kimi məsələ ola bilməz. Mümkündür ki, bu təzyiqlərin qarşısında müstəqillik elan edilməsin. Üstəlik elan olunacaq dövlətin tanınmaması məsələsi var, lakin tanınmaq risqi də var. Nəzərə almaq lazımdır ki, böyük dövlətlər siyasi oyun oynayırlar. Məsələ budur ki, ortaya qığılcım atılıb. Burada insan taleyi də var. Düşünün ki, bir qrup siyasətçi siyasi qərar qəbul edərək bu addımı atıb, oyunu həyata keçirib. Bu halda orada yaşayan kürd və digər xalqların günahı nədir? Qapıları bağlamaq oradakı insanları aclığa, ölümə və səfalətə sürükləməkdir. Bu nə dərəcədə insani davranışdır? Əslində bunlar ciddi məsələlərdir. Mən milli duyğuları bir kənara qoyaraq sırf mütəxəssis baxışını deyirəm. Ümumiyyətlə insani məsələləri bir kənara atdığımız zaman insanlıq dramı yaşana biləcək bir vəziyyət olacaq. Həm müharibə baş verə bilər, həm dövlətlər sərhədlərini bağlayarsa dram yaşanar. Üstəlik bəllidir ki, belə olacağı təqdirdə bu insanlar Türkiyəyə sığınacaq. 1990-cı illərdə Şimali İraqda problem oldu, nəticədə 1,5 milyon kürd Türkiyə ərazisinə qaçdı.

- Şimali İraq Regional Muxtariyyət ərazsiində kürd-ərəb, türkman-ərəb qarşıdurması, vətəndaş müharibəsi başlaya bilərmi?

- Bu riskdə çox böyükdür. Əgər orada yaşayan xalqların, toplumların istəklərini nəzərə almasanız, təbii ki, bunun acı nəticələri olacaq. Xüsusilə, Kərkük, Mosul və digər qarışıq xalqların yaşadığı ərazilərdə.

- Siz, İraq dövlətinin bu əraziyə ordu yeridib-yeritməyəcəyinə dair proqnozunuz necədir?

- Əgər İraq öz ərazi bütövlüyünü təmin etmək istəyirsə, ordu yeridəcək. Lakin burada ABŞ və digər böyük güclərin təzyiqi var. İraq bu təzyiqlərlə baş-başa gələ bilməz. Ehtimal edirəm ki, məhz bu səbəbdəndir ki, İraq hakimiyyəti Türkiyə və İranla məsləhətləşmələr aparır. Əgər qərarlı olarsa İraq həm özü, həm də qonşu ölkələrdən yardım alaraq ərazi bütövlüyünün təmini üçün bölgəyə müdaxilə edə bilər.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq müstəqillik referendumu keçirmək niyyətindədirlər

    İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq ...

    14-08-2017, 12:44

  • 
  • Azərbaycan kürdləri “müstəqil Kürdüstan”a dəstək verdi

    Azərbaycan kürdləri “müstəqil Kürdüstan”a dəstək ...

    24-07-2014, 17:13

  • 
  • İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan Dövləti açıqlaması

    İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan ...

    24-01-2013, 10:42

  • 
  • İran kürdlərin müstəqillik referendumu keçirmək niyyətinə etiraz edir

    İran kürdlərin müstəqillik referendumu keçirmək ...

    11-06-2017, 21:23

  • 
  • Milli Məclisdə "Kürdüstan"a dəstək verən MƏMURA CƏZA TƏLƏBİ

    Milli Məclisdə "Kürdüstan"a dəstək ...

    2-10-2017, 13:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu