GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bəlkə Milli Şurada səmimi niyyətlə dəyişiklikliyi arzulayan insanların çoxluq təşkil etdiyi xətt önə çıxacaq

Bəlkə Milli Şurada səmimi niyyətlə dəyişiklikliyi arzulayan insanların çoxluq təşkil etdiyi xətt önə çıxacaq

Tarix: 15-06-2013, 13:54 Bölmə :Müsahibə Baxış: 752
Bəlkə Milli Şurada səmimi niyyətlə dəyişiklikliyi arzulayan insanların çoxluq təşkil etdiyi xətt önə çıxacaq

Fazil Qəzənfəroğlu: “Əbülfəz Elçibəyə layiqli qiymətin verilməməsinə səbəb mədəni səviyyənin aşağı olmasıdır”

Bir həftədən sonra sabiq prezident, Azərbaycan Milli Azadlıq Hərakatının lideri, rus ordusunu ölkədən çıxarmaq və müstəqilliyimizin əldə edilməsində əsas rol almaqla adını tarixə həkk edən Əbülfəz Elçibəyin 75 illik yubileyi qeyd olunacaq. Xatırladaq ki, millətini özü qədər sevən Elçibəyin yubiley tədbirləri dövlət səviyyəsində deyil, ayrı-ayrı siyasi və ictimai təşkilatlar tərəfindən anılacaq, doğulduğu Kələki kəndində isə bayram şənlikləri təşkil olunacaq. Müasir Azərbaycan dövlətçiliyinin M.Ə.Rəsulzadəyə olduğu kimi Əbülfəz Elçibəyə də münasibətdə ögey mövqe tutduğuna zərrə qədər də şübhə yoxdur.

Bu mövzu və günümüzün aktual məsələləri haqqında suallarımıza BQP sədri, deputat Fazil Qəzənfəroğlu cavab verib.

- Fazil bəy, bir neçə gündən sonra eks prezident Əbülfəz Elçibəyin 75 illik yubileyi tarixi qeyd ediləcək. Sizcə, Əbülfəz Elçibəy kimdir və onun ad günləri necə qeyd edilməlidir?

- Əbülfəz Elçibəyin adı Azərbaycan Milli Azadlıq Hərəkatının lideri kimi tarixdə həkk edilib. İkincisi, Elçibəy Azərbaycanın demokratik yolla seçilən ilk prezidenti kimi tarixdə öz yerini alıb. Bu iki fakt kifayət edir ki, bu şəxsiyyəti Azərbaycan dövləti və cəmiyyəti dəyər versin. Elçibəyin fikirləri, baxışları, görüşləri kimisə qane edə və ya etməyə bilər. Əsas Elçibəyin niyyəti, bu niyyətin həyata keçməsi üçün hansı işləri görməsidir. Bu da Azərbaycan cəmiyyətində öz layiqli qiymətini almalıdır. Elçibəyin niyyəti Azərbaycanın dövlət müstəqilliyinə qovuşması idi. Ola bilsin ki, çoxları müstəqilliyin möhkəmlənməsi və ya bu yöndə göstərdiyi roldan danışa bilər. Amma bu müstəqilliyin əldə olunması faktından sonra baş verən hərəkət kimi qiymətləndirilir. Amma faktdan əvvəl baş verən fəaliyyətə xüsusi diqqət yetirmək lazım gəlir. Hamının ümidsiz olduğu, dövlət müstəqilliyinə qovuşmağı real hesab etmədiyi bir zamanda Əbülfəz Elçibəy bunu Azərbaycan üçün mümkün olan bir gələcək kimi qiymətləndirərək bir nəslin yetişməsində xüsusi rol oynayıb. Və sonda da bu arzuya nail olub. Bu müstəqilliyə nail olan bir şəxsiyyətə qarşı bu qədər sayğısızlıq göstərən bir ölkə haqqında yalnız mədəni səviyyənin xeyli aşağı olduğunu demək olar. Bəlli bir əxlaq dəyərləri çox aşağıdır. Çünki bu qiymətləndirmə bu gün üçün lazım deyil. Nəzərə alın ki, artıq Əbülfəz Elçibəy namizədliyini irəli sürən deyil, hansısa partiyanın rəqibi deyil, kiməsə mane olmur və ya yolunu kəsmir. Bu əbədiyyətə qovuşan bir şəxsiyyətdir. Belə bir vəziyyətdə haqq dünyasında olan bir adama bu qədər sayğısız yanaşmağın heç bir adı yoxdur. Azərbaycan üçün o qədər dəyərsiz insanlar var ki, onlar üçün adlar, titullar, xatırlanmaları üçün müəyyən işlər görülüb. Adam buna baxıb təəssüf edir, düşünür ki, axı bu insanlar Azərbaycan üçün nə ediblər. Bu haqda düşünmək çox ağır və həmdə ağrılıdır. Amma bu gün Əbülfəz Elçibəyin, Nuru Paşanın, Məmməd Əmin Rəsulzadənin, Nəsib Bəy Yusifbəylinin xatırlanmaması, Fətəli Xoyskinin arxa planda saxlanılmasının heç bir məntiqi izahı yoxdur. Bu da Azərbaycanın hələ mədəni ölkə olmadığının bir göstəricisidir. Ona görə də, bu mədəni səviyyəyə çatmağa ciddi ehtiyacımız var. Fikrimcə, belə haqsızlığa əsas səbəb mədəni səviyyənin aşağl olmasıdır.

- Doğurdanmı indiki quruluş təkcə Rəsulzadənin deyil, həmdə Əbülfəz Elçibəyin adının yaşamasından qorxur ?

- Mənim qənatətimcə, bu addımlar qorxmaq mənasında deyil. Nədən və niyə qorxacaqlar?. Bu tarixi şəxsiyyətlər artıq həyatda deyil və heç kimə də mane olmurlar. Sadəcə olaraq bu bir mədəniyyətsizlik məsələsidir. Mən düşünmürəm ki, bu qorxu ilə əlaqəli olsun. Guya Əbülfəz Elçibəyin və ya Rəsulzadənin adını hallandırsalar ölkədə nə dəyişəcək. Sadəcə bu kimi məsələlərdə bir qədər ağıllı addımlar atılmalıdır. Bunu bacarmadıqlarına görə, insanlara bəlli ideyaların aşlanması, dövlətə bağlılıq, dövlətin varisliyi prinsiplərinin qorunması baxımından çox az şeylər aşılanır. Bu da millətin gələcəyi üçün keçmişinə sayğısız yanaşmağa əsas verən məsələdir. Keçmişdə elə şeylər var ki, ona sayğısız yanaşmaq olar. Çünki bu bəlli problemlərə gətirib və yaxud xalqın inkişafına mane olan proseslərdə kimlərsə rol alıb. Ancaq Əbülfəz Elçibəy birbaşa xalqın müstəqillik əldə etməsində əsas rol alan, bunun ideyasını verən nadir tarixi şəxsiyyətlərindən biridir. Mən bir daha qeyd edirəm ki, bu gün onun hansısa görüşlərini, idarəetmə tərzini bəyənməmək olar. Bu siyasəti hətta tənqid etmək də mümkündür. Şəxsən mənim özümdə bu siyasətin bəzi tərəflərini, bəzi görüşləri tənqid edirəm. Amma bu onun dəyərini azaltmaq üçün edilmir. Əksinə, tənqidlər bu günümüzün qurulması üçün edilir və dünənimizin qurulmasında onun əvəzsiz rolu olduğunu əsla inkar etmir. Bunu da unutmaq olmaz və bu mümkün də deyil.

- Bir neçə gündən sonra Əbülfəz Elçibəyin 75 illik yubileyi müxtəlif qruplar tərəfindən qeyd ediləcək. Kələki də, xüsusi şənliklər təşkil olunacaq. Siz bu tədbirlərdə iştirak edəcəksinizmi?

- Mən Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlərə bir neçə gün əvvəldən qatılacağam. Yəni Fəxri Xiyabanda onun məzarını ziyarət edəcəyəm. Çünki ayın 23-də Strasburqa səfər edəcəyəm. Qeyd edim ki, iyunun 23-27-də Avropa Şurasının sessiyası keçiriləcək. Gündəlikdə Azərbaycanla bağlı məsələ yoxdur. Onu da deyim ki, biz iyunun 21-də özümüz tədbir təşkil edib anım mərasimi keçirəcəyik. Açığı, mən bir sıra qüvvələrin Əbülfəz Elçibəyin vəfatından sonra ona yaranmış sevgilərinə münasibətim bir qədər fərqlidir. Sağlığında dəyər verməyən, müəyyən dərəcədə onu incidən çoxlu sayda insanlar bu gün onun adından tavan kimi istifadə edirlər və mən onların sırasında görünməyi özüm üçün yaxşı hal hesab etmirəm. Ona görə də, bu tədbiri ayrıca qeyd edirik və bunun da ziyanı yoxdur. Əsas odur ki, insanlar ruhən Əbülfəz Elçibəyin dəyərini versinlər, onun yaşaması üçün gücləri çatan işləri görsünlər.

- Sizin Milli Şura haqqında fikirləriniz nədən ibarətdir?

- Mən hələ Milli Şuraya qiymət verməyə tələsmirəm. O baxımdan ki, bu şuranın yaradılması əsasları məntiqli əsaslar üzərində olmadı.

- Nə baxımdan?

- Faktik olaraq müxalifətin barışmaz hissəsinin İctimai Palata modeli var idi. Məncə, bu daha uğurlu model idi. Yəni ad və seçin olaraq fərqli təşkilatlanma forması ortaya qoyulmuşdu. Milli Şura isə tariximizdə üç dəfə yaranıb. Birinci Milli Şura Zaqafqaziya Seymindən, ikincisi isə Ali Sovetdən yaranıb. Demək olar ki, hər ikisinin legitimlik problemi olmayıb. Üçüncü Milli Şuranın legitimlik əsası yoxdur. Əsas olmayanda isə müəyyən problemlərlə qarşılaşmalı olacaq. Ona görə də, ideyanı legitimlik əsası olmadan çürütmək və yersiz hədəfə çevirmək doğru deyil. Amma bu onların hədəfidir və bu seçimi ediblərsə ümid edək ki, Azərbaycanın gələcəyi, demokratiyanın bərqərar olması, islahatların keçirilməsi üçün hakimiyyətə kifayət qədər ciddi təzyiqlər ediləcək. Və beləcə gözlənilən islahatlarda baş verəcək. Mən ancaq buna ümid edirəm. Ona görə də, indidən onların fəaliyyətinin qaralanmasını doğru hesab etmirəm. Çünki müxalifət konstitusiyaya görə istənilən birlik yaratmaq hüququna malikdir. Bir halda ki, bu birlik Azərbaycanın matraqlarına xidmət edən anlayış olsun. Birdə ki, Milli Şuranın tərkibində olan müəyyən şəxslərlə bağlı iradlar var. Məncə, bu da doğru deyil. Siyasətçilərə ideoloji sfera kimi baxılmamalıdır. Məncə, belə baxış bir xəstəlikdir. Dünən Heydər Əliyevin yanında olub və bu gün işdən çıxarıldığına görə Milli Şuradadır. Bu taktiki, siyasi maraqlardır. Taktiki maraqlarda öz arzuladığı ideyaların həyata keçməsinə insan maraq göstərirlər. Dünən bu liderlə davam etmək uyğun idi, bu gün isə uyğun deyil. Azərbaycan kimi cəmiyyətlərdə t insanlar heç nəyin inkişafını, dinamizmini qəbul etmirlər. Oturuşmuş fikir var ki, dünən bir liderlə olan bu gün ondan imtina etdi və s. Nəyə görə bir şəxs 30-40 il bir liderin arxasınca sürünüb sonunda ümidsizliyə düçar olmalıdır? Əgər siyasətdə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, hətta bizim xoşumuza gəlməyən insanları belə qucaqlamaq modeli tapılırsa, buna ancaq sevinmək lazımdır. Milli Şura Azərbaycanın maraqlarına xidmət edən, daxili impluslarına söykənən bir fəaliyyət izləyəcəksə bunun müsbət məqamları ortaya çıxacaq. Amma xarici faktorla bağlı yol izlənəcəksə, bu ola bilsin ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq. O zamanda biz də mövqeyimizi ortaya qoyacağıq.

- Abbas Abbasovun son bəyanatını necə qiymətləndirirsiniz?

- Fikrimcə, bu bir siyasi bəyanatdır. Bu bəyanatda bir neçə məsələyə toxunulub. Əgər biz buna formal bəyanat nəzərindən baxsaq görərik ki, normal yanaşmadır və Abbas Abbasov istəyir ki, Rusiya ilə münasibətlərin pozulmasına rəvac verilməsin. Amma orada normal olmayan məqamlarda var. Bu məqamlar odur ki, Abbas Abbasov bu xalqları birləşdirmək, Rusiyanın Azərbaycana yaxın olmasını ifadə etmək istəyir. Amma bu ifadə doğru deyil. Çünki Qarabağ probleminin törədicisi Rusiyadır. Odur ki, Rusiyanın Azərbaycana səmimi davrandığını iddia etmək doğru deyil. Məncə, bu siyasi bəyanatdır və siyasi çevrələr tərəfindən təhlil edilməlidir. Amma burada təhdid, hədəf və ya Azrbaycanın milli maraqlarına saldırı yoxdur ki, bu məqamı qeyd edək. Məncə, Abbas Abbasovda bir siyasətçi kimi öz fikirlərini ifadə etmək hüququna malikdir və onun haqqında indidən qaralayıcı fikirlər söyləmək də doğru olmazdı. Onun siyasi baxışı bundan ibarətdir. Əgər milli maraqlarımıza bir təhdid olacaqsa, təbii ki, bizdə mövqeyimizi ortaya qoyacağıq.

- Rusiyanın Azərbaycanı təhdid, təzyiq etməsi haqqında fikirlər səslənir, hətta Milli Şuranın onların ideyası olduğu haqqında iddialar səslənir. Doğurdanmı Rusiya Azərbaycaa təzyiqlər edir və onun hansısa ssenariləri var?

- Hər halda elə bu günki Azərbaycan Rusiya və ABŞ-ın birgə ssenarisi əsasında mövcudluğunu qoruya bilir. Yəni bu bölgədə nə proses baş verirsə, onun bir ucu Rusiyaya, digər ucu isə Amerikaya gedib çıxır. Biz öz gücümüzlə ayaqda duran bir ölkəyə çevrilməmişik. Ona görə burada nə proses baş versə bu iki dövlətə bağalanacaqdır. Həmdə bəzi məsələlərə erkən qiymət vermək olmaz. Çünki burada ayrı-ayrı insanların haqqına girmiş oluruq. Bəlkə hqiqətən səmimi niyyətlə ölkədə dəyişikliklər etməyi arzulayan insanların çoxluq təşkil etdiyi xətt önə çıxacaq. Ona görə də,mən bilavasitə Rusiyanın Azərbaycanda təşkilat yaratmaq və onu idarə etmək düşüncəsində olduğunu güman etmirəm, amma Rusiyanın ölkəmizin iç işlərinə qarışmaq niyyətində olduğunu da hiss edirsən. Yəni son açıqlamalar və yanaşmalar ortadadır. Rusiyanın bunu necə edəcəyini yaxın zamanlar göstərəcək. Bütün hallarda Azərbaycana Rusiya, İran və ABŞ-dan təzyiqlər var. Sadəcə hakimiyyətin ən böyük səhvi odur ki, Azərbaycan cəmiyyətinin impluslarına dayanan bir siyasət izləməməsidir. Yəni Azərbaycan iqtidarı daxili siyasi qüvvələrlə dialoq halına girmir. Hakimiyyət həddən artıq özündən razı davranır və heç kimsənin mövcudluğunu qəbul etmir. Əgər daxildə mədəni və sivil münasibətlər formalaşsa, başqa bir ölkənin Azərbaycanda hədəfləri o qədər də keçərli olmayacaq.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

    Bu gün Əbülfəz Elçibəyin doğum günüdür ...

    24-06-2013, 00:46

  • 
  • Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər

    Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər ...

    15-05-2014, 18:53

  • 
  • Əbülfəz Elçibəyi öldürüb eyvandan atmaq istəyənlər kimlər olub?

    Əbülfəz Elçibəyi öldürüb eyvandan atmaq ...

    8-11-2014, 02:14

  • 
  • Milli Məclisdə Xocalı abidəsi və Elçibəyin yubileyi ilə bağlı təkliflər verildi

    Milli Məclisdə Xocalı abidəsi və Elçibəyin ...

    14-05-2013, 13:08

  • 
  • “Elçibəyin zəhərlənməsi” işindən nə xəbər?

    “Elçibəyin zəhərlənməsi” işindən nə xəbər? ...

    25-06-2013, 11:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu