GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm”

“Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm”

Tarix: 25-10-2017, 18:40 Bölmə :Müsahibə Baxış: 547
“Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm”


Ayaz Mütəllibov: “Bunların hamısı onların oyunlarıdır”

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov regionda müşahidə edilən siyasi proseslər, Azərbaycan dövlət müstəqilliyi və digər mövzuda suallara cavab verir.

- Ayaz müəllim, Rusiya Ermənistana 200 milyon dollar kredit verir və bu kreditlər ermənilərin müasir silah almağına yönələcək. Sizcə, niyə Rusiya belə addımlar atarkən Azərbaycanın maraqlarını nəzərə almır?

- Buna növbəti biznes oyunu kimi baxmaq lazımdır. Həm də, burada maraqlar məsələsi var. Əsas məsələ kimin hansı marağı olmasındadır. Əlbəttə, biz bu prosesdən kənarda dura bilmərik və mövqeyimizi ifadə etməliyik. Sözsüz ki, Azərbaycanda silah-sursat əldə edir və bunda haqlıdır. Qarşı tərəfin bu addımı bizə qarşıdır. Ancaq mən təfərrüatlar haqda bir söz deyə bilmərəm. Belə razılaşmalar pərdəarxasında baş verir.

- Rusiya-Azərbaycan münasibətləri normaldır, Rusiya Minsq Qrupunda vasitəçidir və məntiqlə bitərəfliyini qorumağa borcludur. Bu halda nədən belə addımlar atır?

- Buna müəyyən oyunlar kimi baxmaq lazımdır. Sözsüz ki, bu oyunların arxasında siyasi və iqtisadi maraqlar durur. Bu danılmazdır. Siyasətdə maraqlar əsasdır. Ermənilərin marağı silah əldə etməkdir. Ancaq təkcə bu da deyil. Hesab edirəm ki, biz də ehtiyatımızı əldən buraxmamalı, özünüzü də lazımı qədər silahlandırmalıyıq.
Bu prosesdə Rusiyanın da marağı var? Nəzərə alın ki, Rusiya ilə Ermənistan Avrasiya İqtisadi Birliyində, Vahid Gömrük Təşkilatında, habelə Kollektiv Müqaviləsi Təşkilatında müttəfiqdirlər. Yəni bir-birlərinə kömək etməlidir. Erməni tərəfi də, bu məqamları nəzərə alaraq ruslardan maddi kömək istəyir. Beləcə siyasi maraqlar naminə buna nail olublar. Bizim də marağımız var. Və bu maraqlar deyir ki, biz də silahlanmalıyıq. Özümüzü və maraqlarımızı bu prosesdən kənarda qoymamalıyıq. Üstəlik dediyiniz məqamı da problem etmək lazım deyil. Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yaxşıdır. Ancaq sözsüz ki, Rusiyanın məlum addımları narahatlıq yaradır. Ümumiyyətlə Cənubi Qafqazda aparılan siyasət bizi məcbur edir ki, diqqətimizi cəmləyək və bu kimi məsələlərdən nə kənarda qalaq, nə də biganə olaq. Öz sözümüzü deməli, tədbirlərimizi görməliyik. Silah məsələlərinə gəldikdə deyim ki, bu işləri prezident başqa olmaqla şərti ilə bütün ölkə görür. Üstəlik Azərbaycanın hərbi potensialı lazımı qədər yüksək səviyyədədir. Buna əsla şübhə yoxdur.

- Türkiyənin 3 deputatı AŞPA-da Azərbaycan əleyhinə olan qətnaməni dəstəkləməsi cəmiyyətdə birmənalı qarşılanmır. Siz bu haqda nə düşünürsünüz?

- Türkiyə üçün hər zaman dövlət marağı var. Onlar siyasətdə milli maraqlarını əsas götürürlər. Ancaq bu deputatların addımının türk milli siyasəti ilə əlaqəsini görmürəm. Hesab etmirəm ki, Türkiyə Azərbaycan əleyhinə hansısa addımlar ata bilər. Bu mümkün deyil.
İkincisi, son zamanlar Türkiyə-Amerika münasibətlərində bir gərginlik müşahidə edilir. Bu gərginlik Avropa-Türkiyə münasibətlərində də ana xətti təşkil edir. Biz nəzərdə tutmalıyıq ki, hazırda Türkiyə qərb münasibətləri gərgindir. Ola bilsin ki, bunun da dediyiniz duruma təsiri ola bilər. Nəhayətdə Türkiyə özü də, bu kimi hallarda diqqətli olmalı və daima Azərbaycanı dəstəkləməlidir.

- Ancaq iş ondadır ki, bu yaxınlarda bir neçə türk vətəndaşı Ermənistana və Ermənistan üzərindən Azərbaycanın işğal edilən ərazilərinə qanunsuz səfər ediblər...

- Ermənistan qərblə əlaqəli “dövlətdir”. Odur ki, mümkün qədər hər vasitədən istifadə edilir. Ermənistan daima qərbdəki böyük və güclü diaspora imkanlarından istifadə edib. Əslində Türkiyədə də bunu gözəl bilirlər. Bu şəxslərin qanunsuz səfəri pislənməlidir. Türkiyənin Qarabağ məsələlərində rolu biz düşündüyümüz şəkildə böyük deyil. Biz bu qanunsuz səfərlə bağlı münasibətimizi ifadə etməliyik və narahatlığımızı bildirməliyik. Eyni zamanda bu prosesi yaxından təqib etməliyik.

- Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirdi. Siz, bu dinləmələrdən nə gözləyirsiniz?

- Açığını deyim ki, bunların hamısı ermənilərin oyunlarıdır. Ermənipərəst qüvvələr bu kimi tədbirləri təşkil edir, hər yerdə Azərbaycanın əleyhinə işləyir. Bu dəqiq olan bir reallıqdır və buna şübhə əsla yoxdur. Mənim dövvrümdə də buna oxşar halları görürdük. Düzdür, biz o zaman SSRİ-nin son dövrlərini yaşayırdıq. O zaman bu proseslər geniş deyildi. Ancaq Ermənistanın qərb imkanlarından, diasporadan istifadə etmək istəkləri bizim dövrümüzdə də baş verirdi. Sadəcə o zaman indiki qədər geniş deyildi. Çünki Ermənistan və Azərbaycan SSRİ daxilində fəaliyyət göstərirdi. Amma buna rəğmən ermənilər xaricdəki lobbilərindən istifadə edirdilər. Onsuzda ermənilərin lobbilərindən başqa bir şeyləri yoxdur.

-18 Oktyabrda Müstəqillik Gününün elan edilməsi sizin prezident olduğunuz dövrə təsadüf edib. Həmin dövrü necə xatırlayırsınız?

- O zaman çox mürəkkəb proseslər gedirdi. Bütün bu risklərə baxmayaraq, biz müstəqilliyimizlə bağlı qərarı qəbul etdik. Mən 1991-ci il oktyabrın 18-də həmin qərara imza atdım. Şükürlər olsun ki, biz indiyədək müstəqilliyimizi qoruyub saxlamışıq. Bu sona qədər davam etməlidir. Mən müstəqillik aktına imza atan prezident olsam da, bütövlükdə burada xalqımızın rolu böyük olub. Bunu etiraf etmək lazımdır. Zaman elə gətirdi ki, bu tarixi missiya mənim payıma düşdü. Mən də həmin sənədə böyük məmnuniyyətlə imza atdım. Yaxşı xatırlayıram ki, biz digər SSRİ üzvü olmuş ölkələrdən daha tez bu qərarı qəbul etdik. Yəni, 1991-ci il oktyabrın 18-ə qədər digər SSRİ ölkələrindən hələ heç biri müstəqillik haqqında bəyanat verməmişdi.

-Ancaq həmin dövrdə müstəqilliyin əleyhinə olan qüvvələr də var idi və məntiqlə onların kimliyi indi də bəllidir…

-Bəli. Sadəcə olaraq, mən onlara qarşı çıxmaq istəmirdim. Düşünürdüm ki, biz demokratik cəmiyyət qurmaq istəyiriksə, bu cür adamlar da olmalıdır. Hətta, bəzən onlara qarşı çıxanda, AXC-Müsavat üzvləri məni anti-demokratik addımlar atmaqda ittiham edirdilər, qınayırdılar və s. Mən də bütün qüvvələrə şərait yaradırdım, onlara fikir və mövqe bildirmək qadağası qoymurdum. Bəlkə də buna görə mən hakimiyyətdə çox qala bilmədim. Prezident idim, bütün güc orqanları mənə tabe idi. Mən də istəsəydim, müxalifətə qarşı güc tətbiq edə bilərdim. Amma bunu etmədim. Düşündüm ki, demokratik cəmiyyətdə müxalifət də olmalıdır. Amma nəticəsi necə oldu? Onlar bu azadlıqlardan, demokratiyadan sui-istifadə etdilər. Müxalifətə açıq şəkildə dedim ki, gəlin bir olaq, Dağlıq Qarabağ problemini həll edək, bir il sonra özüm hakimiyyətdən geri çəkiləcəm. Seçki keçirilər, qalib gələn prezident olar. Onlar buna razı olmadılar, məni devirməyə çalışdılar. Məni Moskva ilə əməkdaşlıq etməkdə ittiham edirdilər. Baxın, 1991-ci il 18 oktyabrda SSRİ var idi. Heç kəsin ağlına belə gəlməzdi ki, SSRİ dağılacaq. Amma mən müstəqillik əldə etməyimizlə bağlı sənədə imza atdım, xalqın müstəqillik uğrunda mübarizə aparmasına mane olmadım. Qarabağın azad olunması uğrunda hərbi əməliyyatlar keçirirdim. Bəlkə də buna görə məni cəzalandırıb Qarakənd faciəsini törətdilər, əsas komandamı itirdim.

-Ancaq o zaman AXC sizə müxalifətdə idi və həm də tələb edirdi ki, ölkə müstəqilliyini elan etsin…

- Bizə qarşı amansızcasına müharibə aparırdılar. Mən isə heç zaman prezident postumu möhkəmləndirmək barədə düşünmürdüm. Mənim əsas fikrim Qarabağ problemini köklü həll etmək idi. Hətta, mən Qarakənd faciəsində həlak olmuş komandamı yığanda da, onlara başlıca vəzifə kimi Qarabağ problemini birdəfəlik həll etməyi tapşırmışdım. Onlara bildirmişdim ki, nə yolla olursa olsun, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və Qarabağ problemi köklü şəkildə həllini tapacaq. Bunun üçün SSRİ rəhbərliyi ilə danışıqlar da aparırdım. Əfsuslar olsun ki, Qarabağ problemini həll etmək üçün mənə imkan vermədilər. Konkret olaraq, AXC, Müsavat və digər siyasi qüvvələr mənə imkan vermədi ki, bu problemi həll edim. Nəticədə də komandamın əsas üzvləri vertolyotda həlak oldular. Onların hamısı Azərbaycanın vətənpərvər oğulları idi. Heç bir vəzifə, təmənna güdmədən bu ağır yükün altına girmişdilər. Onların heç biri vəzifə, pul hərisi deyildilər. Ürək ağrısı ilə bu yükün altına girmişdilər. Mənə Qarabağ məsələsinin həllində özləri kömək etməyi təklif etmişdilər. Allah onlara rəhmət etsin. Sadəcə olaraq AXC-Müsavat qüvvələri qorxurdular ki, mən Qarabağ problemini həll edərəm, bunlara heçnə qalmaz, nüfuzdan düşərlər. Onlar Qarabağ məsələsini özləri üçün pay hesab edirdilər. Düşünürdülər ki, Ayaz Mütəllibov bu problemi həll etsə, xalqın gözündə ucalacaq, onlara yer olmayacaq. Mənə müxalif olan qüvvələr arasında bu cür düşünən adamlar çox idi. Çox təəssüf ki, onlar bununla çox böyük səhv edirdilər. Bunun nəticəsində də ermənilər torpaqlarımızı işğal etdi. Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm. Azərbaycan xalqı onların kim olduğunu çox yaxşı bilir. Qoy hər kəs öz payını götürsün.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • Ayaz Mütəllibov nəvəsinə toy edib

    Ayaz Mütəllibov nəvəsinə toy edib ...

    21-01-2014, 12:10

  • 
  • “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan müsahibə almamalıdır”

    “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan ...

    10-12-2015, 14:20

  • 
  • Ayaz Mütəllibov 21 ildən sonra ilk dəfə səs verdi – (Foto)

    Ayaz Mütəllibov 21 ildən sonra ilk dəfə səs verdi ...

    9-10-2013, 16:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu