Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramiz Yunusun onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.
Fazil Mustafa Ramiz Yunusu “ermənidən törəmə” adlandırıb:
“Leyla Yunusun Ramiz Yunus adlı qaynı Cavanşir Quliyevi dəstəkləmə şərhi yazıb və şəxsimi də Milli Məclisdəki “milli otxod” adlandıırıb. Bax, burada ilk dəfə Nuri Paşanı qınayıram ki, Bakıya girmişkən bu ermənilərin axırına çıxsaydın, bu gün onların törəməsi olan Ramiz Yunus ABŞ-da oturub bizi “milli otxod” adlandırmazdı”. Xatırladaq ki, professor Qulu Məhərrəmli və millət vəkili Fazil Mustafa “Günaz TV” internet kanalında yayımlanan “Mətbuat aynasında” verilişində Bayraq bayramı ilə bağlı çıxış ediblər. Çıxışçılar verilişdə bayramın əhəmiyyətindən danışıblar. Professor Qulu Məhərrəmli verilişin linkini öz feysbuk statusunda paylaşıb. Statusa şərh yazanlar, o cümlədən bəstəkar Cavanşir Quliyev deputat Fazil Mustafanı tənqid edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?