GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

Tarix: 13-01-2015, 18:00 Bölmə :Ölkə Baxış: 0
Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

Ötən gün ANS telekanalında yayımlanan "Şəxsiyyət vəsiqəsi" proqramında Fazil Mustafanın çıxışı gənclər arasında etiraza səbəb olub.

Etatist.com-un məlumatına görə, verilişdə Babəkin qəhrəman olub-olmaması müzakirə olunub və verilişdə qonaq qismində iştirak edən millət vəkili F.Mustafa Babəki tənqid edib:

"Nə türklük baxımından, nə İslam baxımından Azərbaycan cəmiyyətinə dəxli olmayan, Sovet sistemi tərəfindən sırınmış, M.Ə.Rəsulzadə tərəfindən ayıb olaraq göstərdiyi bir simadır. Bu simanın da hələ də Azərbaycanda Milli Qəhrəman olaraq tanınması utanc verici bir haldır".

Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə istinad eləyib XIX əsrə qədər Babək adının uşaqlara verilməsinin ayıb olduğunu qeyd edir:

"Bu ilk dəfə olaraq Sovet dövründə Cəfər Cabbarlının "Od gəlini" əsərində, təxminən onun obrazının Elxan personajı ilə yaradılması ilə başlayan. Sonradan da İslama qarşı, İslamın ərəb dini olduğu, ərəb istilası kimi xarakterizə olunmasını məqbul sayan Sovet ideoloji aparatının bir kəşfi idi".

Deputat bildirib ki, Babək məhz SSRİ-in təbliğatı ilə Milli Qəhrəman kimi tanınmağa başlayıb.

Millət vəkilinin bu fikirləri millətçi gənclər tərəfindən birmənalı qarşılanmayıb, gənclər sosial şəbəkələrdə Fazil Mustafanı tənqid atəşinə tutublar.

Jurnalist Natiq Cavadlı da gənclərin etirazına qoşularaq bildirib ki, Fazil Mustafa azadlıq aşiqi olan liderindən imtina edib:

"Deputat Fazil Qəzənfəroğlu ANS-də Babək Xürrəmdini yalançı, uydurma qəhrəman sayır. Ancaq Qəzənfəroğlunu anlamaq olar, çünki adam azadlıq və müstəqillik aşiqi olan liderindən imtina edib gedib oturub saxta parlamentdə. Belə adam Azadlıq nə olduğunu hardan bilsin.
Babək Xürrəmdin isə Azadlıq aşıqi idi.

Adam ərəblərin mənbələrin oxuyub gəlib studiyaya. Necə ki, sovet tarixçiləri ADR haqqında ağızlarına və ağıllarına gələni yazırdılar".

Bundan sonra millət vəkili facebook sosial şəbəkəsindəki səhifəsində status yazaraq onu tənqid edən gəncləri "tərbiyəsiz" adlandırıb. Onun bu ifadəsi gənclər tərəfindən sərt tənqid olunub. Gənclər Fazil Mustafanın ona qarşı olan hər kəsə qarşı qeyri-etik ifadələr işlətdiyini bildirərək ondan bunu dayandırmağı tələb ediblər.

Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

Fazil Mustafa isə gənclərə "zavallı cahillər” deyə müraciət edərək bildirib:

"Bir gün hamınız türklüyə, İslama dönəcəksiniz, zavallı Xürrəmi cocuqları”.

"Erməni bizim tariximizə qara yaxırsa, bunun kimilər də onların dəyirmanına su tökür"

Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

Millətçi Gənclər Təşkilatı facebook sosial şəbəkəsində Fazil Mustafaya qarşı geniş kampaniyaya başlayıb. Millətçi gənclər millət vəkilinin səhifəsində yazdığı statusa "Vaterlo serjantı" rəyi yazaraq, ona öz etirazlarını bildiriblər. Millətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşviq Vəliyev Etatist.com-a açıqlamasında bildirib ki, Fazil Mustafa Babək haqqında danışarkən radikal dindarlardan fərqli danışmırdı:

"Fazil Mustafa mövzuya sırf dini aspektdən yanaşmışdı. Radikal dindarlardan fərqi yox idi. Babək, həmçinin Şah İsmayıl haqqında məzhəbçi yaxınlaşması var idi. Biz sivil şəkildə etirazımızı bildirirdik, özü girdi təhqir elədi etiraz edənləri. Bu, bir millət vəkilinə yaraşmayan hərəkətdir. Biz etirazımızı bildiririk ki, ən azından Elçibəy məktəbini görmüş adamın belə fikirlər yürütməsi, tariximizə qarayaxmalar, nurçu mövqeyi göstərməsi qıcıq doğurur. O da, bizə "cahillər, savadsız cahillər” deyə müraciət edirdi. Nə qədər ki, o, tariximizə dini aspektdən yanaşacaq, biz də etirazımızı bildirəcəyik. Erməni bizim tariximizə qara yaxırsa, bunun kimilər də onların dəyirmanına su tökür. Fazil Mustafanın çıxışlarından bir nəticə də çıxarmaq olar ki, XI əsrə qədər bura türk torpağı olmayıb. Halbu ki, tarixçilər də konkret faktlarla sübut eləyir ki, Səlcuqlardan öncə də burda türklər olub”.

Qeyd edək ki, F.Mustafa bir neçə gün öncə Fransadakı terroru pisləyənləri də "nadan" adlandırmışdı.

Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot
Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür

    Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür ...

    6-03-2018, 12:15

  • 
  • Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...

    Fazil Mustafanın açıqlamaları erməni mətbuatında ...

    7-08-2019, 13:41

  • 
  • Bu gün Rəsulzadənin anım günüdür

    Bu gün Rəsulzadənin anım günüdür ...

    6-03-2021, 10:12

  • 
  • Babək haqqında veriliş qalmaqal yaratdı - VİDEO

    Babək haqqında veriliş qalmaqal yaratdı - VİDEO ...

    13-01-2015, 17:27

  • 
  • Deputatdan ABŞ-da yaşayan politoloqa — SƏRT CAVAB

    Deputatdan ABŞ-da yaşayan politoloqa — SƏRT CAVAB ...

    11-11-2017, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu