GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Avropa hər zaman Turanla müqayisədə İrana simpatik yanaşıb”

“Avropa hər zaman Turanla müqayisədə İrana simpatik yanaşıb”

Tarix: 14-11-2017, 13:35 Bölmə :Müsahibə Baxış: 376
“Avropa hər zaman Turanla müqayisədə İrana simpatik yanaşıb”


Məşhur türkoloq: “Yaponlar türk deyil, amma bizim qohumlarımızdır”

Türkçülük ideologiyası mövzusunda tanınmış aydın, ictimai-siyasi xadim, türkçülükdə yeni nəzəriyyə və konsepsiyaları ilə diqqəti çəkən Zimmur Aqliyllimla müsahibəsini “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik.

- Zimmur bəy, özünüz haqqında qısaca məlumat verə bilərsinizmi?

- Məni Tatarıstanda tatar milli hərəkatının qurucularından biri olaraq təqdim edə bilərsiniz. Biz 1990-cı illərdə küçələrə minlərlə insan çıxara bildik. O, zaman parlamentin qarşısında on minlərlə insan topladıq və Tatarıstan müstəqilliyinin elan edilməsinə nail olduq. Bundan sonra mən tatar millin hərəkatının rəhbəri seçdilər. 1992-1993-cü illəri bu cür yaşadıq. Daha sonra çalışdıq ki, müstəqilliyi referendumla daha da gücləndirəcək. Əhalinin 63 faizi müstəqillik tərəfdarı çıxdı, bir neçə ay sonra konstitusiya qəbul edildi. Daha sonra müəyyən işlər gördük. 1994-cü ildə saziş imzalandı. Lakin bu saziş sənəd üzərində qaldı. Maarifçilikdə rus və tatar dilində məktəblər yaradıldı. Ədəbiyyat və tarix fənləri tatar dilində keçirildi və s. Ancaq son dövrlər bunun əksi baş verir. Bu faktiki olaraq biz tatarların dilini itirməsi təhlükəsidir.

- Bakı səfəriniz nə ilə bağlıdır?

- Səbəblərdən biri bizim vəziyyətimizi anlatmaqdır. Ən mühüm səbəb isə bizim hazırladığımız yeni konsepsiyanı tanıtmaqdır. Bu konsepsiyada strateji məsələlər var. İndi daha çox türkçülük nəzəriyyəsi, tarixi üzərində işləyirik. Çünki biz artıq küçələrə çıxa bilmirik, odur ki, məcburuq türkçülüyün nəzəriyyəsi, ideologiyası ilə məşğul olaq. Bizim işimiz ancaq tatarlar üçün deyil, bütövlükdə türklər üçündür. Əgər türk dünyası birləşərsə, Azərbaycan da. Qazaxıstan da, elə Tatarıstan da güclü olar. Türk dünyasının güclənməsi lazımdır. Məsələn, biz niyə Kazan dövlətini, Kazan Xanlığını itirdik? Çünki islamın çətiri altında zəiflədik. Sonda da Kazan Xanlığını itirdik. Son 100 ildə isə biz türk dünyası olaraq geriyə düşmüşük. Əlbəttə, islam bir tərəfdən yaxşıdır, digər tərəfdən pisdir. İslam əlamətimizi müəyyən qədər dəyişdi. Daha sonra SSRİ dəyişdi. Ancaq bu proses islamla başladı. Məsələn, ərəblər bizə yaxındır. İslam ərəblərə daha yaxındır, nəinki biz türklərə. Və ya Azərbaycan kommunistlərinə rus, erməni, qazağ kommunistləri daha yaxındır, nəinki azərbaycanlılar. İdeologiya tanınma əlamətlərini belə dəyişir, özününkü və ögey ayrımları gətirir. Ancaq biz indi türk əlamətlərinə dönürük. Türklər hər yerdə türk olduğunu bilməlidir. Bu məsələdə onların harada yaşamasının əhəmiyyəti yoxdur. Biz türklər bir qanın daşıyıcılarıq. Bunu mən sübut edə bilərəm. Bir millət sadəcə üz siması əlaməti ilə tanınmır. Əksinə, millət dil, ruh və tarixi ilə tanınır. Biz Turan tablosuna aiddik. Hər doğulan uşaq belindəki əlaməti ilə Turan coğrafi məkanına aiddir və bu hər doğulan uşağın belində ki, işarətlə bilinir. Bi ciddi dəlildir. Biz də, azərbaycanlılar da bura daxildir. Hətta yaponlar və koreyalılar da bura aiddir. Bizim üzümüz dəyişsə də, qanımız dəyişməyib.
Sizə bir maraqlı əhvalat danışım. Mən Türkiyədə xəzərlərlə söhbət etdim. Onlar Əfqanıstan xəzərləridir. Faktiki olaraq fars dilində danışırlar, amma türk mədəniyyətinin daşıyıcılarıdır. Heç biri türk dilində danışmır. Mən onlara sual etdim ki, gənclər, siz hansı dildə danışırsınız? Dedilər tələbəliyik, əfqanıstanlıyıq. Dedilər mədəniyyət baxımından özbəklərə yaxınıq, amma dilimiz farsdır. Mən qısa müddətə onlara sübut etdim ki, türklərdir. Bədən əlamətlərini dedikdən sonra dərhal mənimlə razılaşdılar. Dedim bu Turan damğasıdır. Mənə təşəkkür etdilər, dedilər zamanla dilimizi dəyişmişik. Baxmayaraq ki, mənə qədər fars dilində danışırdılar və özlərini əfqan hesab edirdilər. Sözsüz ki, biz onlara dəstək verməsək, başa salmasaq farslaşmaqda davam edəcəklər.

- 100 il əvvəl Azərbaycanda da, digər türk ölkələrində də türkçülük ciddi inkişaf edib, böyük türkoloqlar ortaya çıxıb, Turançılıq nəzəriyyəsini irəli sürüblər. Sizin Turançılıq haqqında düşüncələriniz nədən ibarətdir?

- Bildiyiniz kimi Qumilev və digərlərinin Avrasiya nəzəriyyəsi var. Məsələn, onların araşdırmalarının bəziləri bizim əleyhimizədir. Turançılıq və türkçülük bir qədər fərqlidir. Yaponiya, Koreya, hətta Macarıstanda Turana daxildir. Sözümün canı odur ki, Turançılıq türkçülük deyil, amma türkçülüyə çox yaxındır. Turan torpaq deyil, bizim ailə, mədəniyyətdir. Məsələn, Ural-Altay ailəsi var, bu əslində Turan ailəsidir. Yaponlar türk deyil, amma bizim qohumlarımızdır. Yəni bizim yaxın qardaşımız var, uzaq qardaşımız var.

- Xatırlayıram ki, Cənubi Koreyanın Bakıdakı səfiri mətbuata demişdi ki, əslində biz bir millət üç dövlətik...

- Əslində dediyi fikirlər də məntiq var. Koreya da türklərə yaxındır. Bizim qədim babalarımız hunlardır. Qumilevdeyirdi ki, türklərin hamısı hunlar deyil, amma hunların da hamısı türklər deyil.

- Tatarıstan hər zaman türkçülük və turançılıq ideologiyasında baza rolunu oynayıb, öndə gedib. Biz Yusif Akçura, Qaspiralı, Mirzə Kazım bəy və digərlərinin adını çəkə bilərik. Hazırda Tatarıstada böyük türkçülər varmı?

- Əlbəttə, Tatarıstanda böyük türkçülər var. Hətta hakimiyyətdə təmsil olunanlar da var. Məsələn, Rəfail Hakimov. Akademik Mirfateh Zəkiyevin də adını çəkə bilərəm. Mən onların fikir və düşüncələri ilə tanışam. Sabah mən hazırladığım konsepsiyamı bakıda tədim edəcəm. Fikrimcə, bu sizin sualınıza əsaslı cavab ola bilər. Tatarıstan hər zaman türkçülükdə odeoloji baza olub və bu mövqeyini heç zaman itirməyib. Məsələn, Krım tatarları 1990-c ilin əvvəllərində SSRİ-də milli hərəkatların öncül liderliyini edirdi. Hətta Pribaltikadan da öndə gəlirdi. Ancaq indi onlarda ideologiya zəifləyib, durumları bir qədər fərqlidir. Əlbəttə, bu bizim üçün yaxşı bir əlamət deyil. Biz də, VII cildlik Tatar Tarixi əsəri yazılıb. Bu əslində türk tarixidir. Maraqlısı odur ki, bu əsəri Amerika, Yunanıstan, Fransa və Rus tarixçiləri yazıb. Hansı ki, əslində bu araşdırmanı bir tatar alimi edib. Lakin müəllif türk və ya tatar deyil. Sabah kimsə deyə bilməz ki, bir türk özləri haqqında belə əsər yazıb.

- Tatarıstanda fikirlərinizi ifadə etmək üçün türkçülərin qəzet, internet saytı və ya jurnalları varmı?

- Rusiyada bütövlükdə “Türk Görüşü” adlı mətbuat var. Bunu mənim tələbələrim buraxır və rus dilindədir. Ancaq medianın böyük hissəsi nəzarət altındadır. Bununla belə ideoloji jurnallar davamlı olmasa da mövcuddur. Eləcədə Elmlər Akademiyasının buraxılışları olur.
Ümumilikdə insanlara bunlar lazım deyil. Çünki hər yerdə olduğu kimi türk məmləkətlərində də əhalinin 50 faizi çörək, pul haqqında düşünür, yəni praqmatikdir. Ehtiyac yaranarsa, belə istiqamətli media orqanları da yaranacaq. Məsələn, 20 il əvvəl biz konsepsiya hazırladıq. Hətta Türkiyəyə getdik, bunu təqdim etdik, rəsmlərlə görüşdük. Ancaq o zaman hakimiyyətə AKP gəlmişdi. Bir qədər bizim konsepsiyaya maraq göstərdilər, lakin sonradan dövlətçilik ideologiyası olaraq Əhməd Davudoğlunun konsepsiyasını seçdilər. Bu da, ondan doğur ki, AKP Yeni Osmançılıq nəzəriyyəsinə daha çox yaxın idi. Bizim konsepsiyamız boşuna getmədi, məsələn Macarıstanda keçirilən Hun-Turan qurultayı bizim konsepsiyam əsasında keçirilir.

- Sizin Bakıda təqdim etmək istədiyiniz konsepsiyada nə nəzərdə tutulur ?

- Bu metodoloji xarakterdədir. Bunu anlayan yüz il əvvəl nələrin olduğunu və yüz ildən sonra nələrin olacağını müəyyən edə bilər. Biz bu sahədə yeniyik. Ancaq elə xalqlar var ki, bunu yüz illər əvvəldən bilir. Kahinlər bunu daha yaxşı bilir. Amma biz türklər də kahinlər heç vaxt olmayıb. Məsələn, məncə, Məhəmməd Peyğənbəri, Lenini, Marksı kahin saymaq olar. Yəni gələcəyi görən, onu planlaşdıran şəxsiyyətlər.

- Tatarıstanda hansısa qurumda işləyirsinizmi?

- Mən əvvəllər Kazanda, Şallıda və digər şəhərlərin universitetlərində konfranslar, məruzələr edirdim. Ancaq indi bütün qapılar bizim üzümüzə bağlıdır. Bizi tanıdıqları və millətçi olduğumuz üçün işləməyə yer yoxdur. Adətən evdə, bağımda işləyirəm. Üstəlik tələbələr də yetişdirirəm.

- Dünyanın Turançılıq ideologiyasına yanaşması necədir?

- İran-Turan məsələsini yəqin ki, bilirsiniz. Firdiovsinin Şahnaməsi və s. Avropa hər zaman Turanla müqayisədə İrana simpatik yanaşıb. Bu həqiqətdir. Üstəlik Turana qarşı xristian Avropa bloku var. Bizim vəzifəmiz bu planı pozmaqdır. Onlar hər zaman öz ideya və konsepsiyaları uğrunda iş aparıblar. Bizim konsepsiya və ideyalarımız hanı? Vacibdir ki, biz öz konsepsiya və ideyalarımız uğrunda iş aparaq. Bunun üçün beyn mərkəzləri, institutlarımız olmalı, araşdırmalar aparmalıdır. Çünki düşmənlər bizi içimizdə problem yaradır, bölür.

- Ancaq Avropa dövlətləri 100 il öncə bir-birilə müharibələr aparsa, qanlı qırğınlardan çıxsa da, indi Avropa Birliyi və digər qurumlar formatında birləşə biliblər. Türklər də dil, din, qan yaxınlığı daha çox olduğu halda niyə bizdə belə birliklər mümkün olmur?

- Alman fəlsəfəsi var. Bunun üçün almanlar çox çalışdı. Bizdə bu proses yeni-yeni başlayır. Avropa inkişaf etdikcə birləşdi. Üstəlik onlarda siyasi mədəniyyət daha öndədir. Demokratiya olanda fikir rəabəti olur, ən əhəmiyyətli fikirlər qəbul olunur. Bizə dmokratiya lazımdır, ancaq bu demokratiya bizi dağıdırsa, ona vacib instrument kimi baxmaya da bilərik. Türk birliyi olub. Tarix bunu deyir. Yəni bu ənənə var və gələcəkdə də olacaq. Bir zamanlar türklər dünyada lider idi, amma ideologiya baxımından uduzdular. Roma İmperiyasını Atilla istila etdi. Sonradan hunları daxildən ayırdılar, dağıtdılar. Göytürklərə qədər türklər birgə idi. Uyğurlar hakimiyyətə gəldikdən və bolqarlar xristianlığı qəbul etdikdən sonra türk dünyasında parçalanma baş verdi. Əlbəttə, özümüz də böyük günah oldu. Çünki bizdə ciddi beyn mərkəzləri olmadı. Bizdə belə mərkəzlərin olması vacibdir.

- Azərbaycanın Qarabağ problemi var. Sizin bu haqda məlumatınız varmı?

- Sözsüz ki, bu problemdən xəbərim var və ola bilsin ki, informasiyam da sizdəkindən genişdir.

- Qarabağ problemi haqqında nə düşünürsünüz?

- Mən Qarabağ məsələsində uzman deyiləm. Ancaq müəyyən fikirlərimi demək istərdim.
Birincisi, Qarabağ münaqişəsinin mənfi və müsbət tərəfləri var. Müsbət tərəfi odur ki, Qarabağ probleminə qədər Azərbaycan xalqı yatırdı. Məhz bu münaqişədən sonra zərbaycanlılar ayıldı.
İkincisi, bu münaqişəyə qədər azərbaycanlılar özünü türk saymırdı. Amma bu münqaişədən sonra özlərini türk saymağa başladılar. Çünki ermənilər bu münaqişədə azərbaycanlılara türk kimi baxırdılar.
Üçüncü müsbət tərəfi odur ki, Azərbaycan xalqı indi hər zaman hazırlıqlıdır. Bu həyatda vacib məsələdir. Sülh içində yaşamaq istəyirsənsə, müharibəyə hazır ol deyimi var.
Məsələyə ermənilər tərəfindən və geniş formada baxsaq görərik ki, erməni tərəfi strateji səhv buraxıblar. Ola bilsin ki, taktiki baxımdan onlar qalibdir, amma strateji baxımdan ermənilər uduzan tərəfdir. Qonşularla müharibə etmək olmaz, hörmətlə yanaşmaq lazımdır. Qonşu ilə müharibə etsən həyatın qarmaqarışıq olacaq. Xüsusilə, nəzərə almaq lazımdır ki, əgər ermənilər Azərbaycanın yarsını belə işğal etsəydilər, azərbaycanlılar heç vaxt təslim olmayacaqdı.
Bir mühüm məqamı da qeyd etmək istərdim. Azərbaycanda Səfəvilər, Səlcuqlar kimi dövlət olub. Söhbət böyük dövlətdən gedir. Sonuncu türk azərbaycan dövlətiniz Qacarlar dövlətidir. Yəni dövlətçilik təcrübəsi var. Bax, ermənilər də bu yoxdur.
Onu da, deyim ki, ermənilər öz xalqını faktiki olaraq zərbə altında qoyublar. Çünki bu münaqişəni yaradanlar, onu alovlandıran ermənilərin heç biri Ermənistanda yaşamırlar. Onlar milyonçudur və xarici dövlətlərdə yaşayıb diaspora işi ilə məşğul olurlar. Müharibənin isə onlara aidiyyəti yoxdur. Müharibə daha çox sadə erməni xalqına təsir edir. Sonra nə olacaq? Mən falçılıq etmək istəməzdim. Əgər ermənilərin uzaqgörənliyi olsa, bu məsələdə Azərbaycanla anlaşmaya getməlidir. Yox, əgər müharibə olacaqsa, burada müharibə qanunları öndə gələcək. Mən istərdim ki, bu münaqişə sülhlə həll edilsin. Çünki Rusiya, Amerika uzaqdadır, amma sən hər zaman Azərbaycanla qonşu olacaqsan. Sabah sən güclüsən, iki gündən sonra rəqibin səndən 3 dəfə güclü ola bilər. Əlbəttə, bunlar mənim şəxsi fikirlərimdir.
Ermənilər nəzərə almalıdır ki, 25 il əvvəllə müqayisədə indi vəziyyət dəyişir. Təsəvvür edin ki, sabah müharibə başladı. Bu halda məntiqlə ermənilərin köməyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan müttəfiqləri gəlməlidir. Sizcə, bu qurumda olan özbək, qırğız, türkman və hətta tacik gəlib Azərbaycana və azərbaycanlılara qarşı vuruşarmı? Bəlkə də 25 il əvvəl bu mümkün idi, ancaq indi mümkün deyil. Çünki onlar da bilir ki, Azərbaycan, azərbaycanlılar kimdir. Heç Belarus da ermənilərə dəstək verməz. Yeganə dəstəyi Rusiyadan ala bilərlər. Zaman irəlilədikcə, hər şey Ermənistanın əleyhinə işləyəcək. Mən dediyim kimi, ola bilsin ki, ermənilər bu gün taktiki uduş əldə ediblər, amma strateji baxımdan məğlub tərəfdirlər.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kazan türk dünyasının paytaxtı olacaq

    Kazan türk dünyasının paytaxtı olacaq ...

    8-04-2014, 10:40

  • 
  • İlham Əliyev Rusiya və Tatarıstan prezidentlərinə başsağlığı verib

    İlham Əliyev Rusiya və Tatarıstan prezidentlərinə ...

    18-11-2013, 13:14

  • 
  • İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

    İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə ...

    23-07-2016, 01:27

  • 
  • Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTO (YENİLƏNİB)

    Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan ...

    24-12-2015, 19:03

  • 
  • Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi - (Fotolar)

    Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar ...

    5-11-2014, 13:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (204)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu