GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elmira Axundovanın oğlu ittihamlara cavab verdi

Elmira Axundovanın oğlu ittihamlara cavab verdi

Tarix: 22-11-2017, 13:19 Bölmə :Müsahibə Baxış: 379
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi


Həbib Ramiz oğlu Axundov – Milli Məclisin deputatı Elmira Axundovanın oğlu redaksiyamıza bir sıra KİV-də ona qarşı böhtan xarakterli kampaniyanın başlanması ilə bağlı açıq məktub ünvanlayıb.

gundemxeber.az-ın 1news.az-a isinadən verdiyi xəbərə görə, məktubunda o, Miss Lafarella müsabiqənin iştirakçısı Günel Mirzəyevanın ölümündə əlaqədar olması ilə bağlı ona qarşı aparılan çirkin kampaniyaya öz tutarlı cavabını qeyd edib.

Həbib Axundovun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

...2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.
... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq...

Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi.

Faciənin ilk günü sahildə olan söhbətlərə gizli-gizli qulaq asan və oğrun baxan yad insanları gördük. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda oldular. Dəfn zamanı isə qəbristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir.

Bu adam öz maşınında dəfələrlə mərhumun evi önündə gəzərək nələrəsə boylanırdı. Düşündüm ki, tezliklə yeni sifarişli məqalələri gözləmək lazımdır. Və, yanılmadım. Günelin dəfn günü bir jurnalist mənə zəng edərək dedi ki, əlində mənim və bu qız haqqında məqalə var. O, bunu dərc etmək istəmir. Və əgər sifarişçiləri əhəmiyyətli məbləğlə "mükafatlandırsam” məqalənin dərci dayandırılacaq.

Açığı bu, məni şoka saldı. Bədbəxt qızın ölümündən istifadə edən, bundan şou yaratmaq istəyən hadisələrin arxasında dayanan adam necə insandır?! Reket jurnalisti cəzalandırmaq qərarına gəldim və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Mərhumun ləyaqətini alçaldacaq məqalənin dərc olunmayacağı qarşılığında əvvəlcədən hazırlanmış və qeydə alınmış pullar həmin jurnalistə verildi. Yeri gəlmişkən, bu jurnalist Azərbaycan saytlarından birinin rəhbəridir.

Həmin şəxs yerindəcə saxlanıldı. Araşdırma artıq sona çatdı və tez bir zamanda o, məhkəmə qarşısında dayanacaq. Hazırda isə həmin jurnalistə yaxın mətbuat onu vicdanlı adam kimi qələmə verərək qurban kimi təqdim etməyə çalışır. Jurnalistin özü isə yaxın zamanlarda verdiyi müsahibələrin birində heç vaxt qanunu pozmadığını söyləyib (?!)

Bu çirkin sifarişin arxasında dayanan insana gəldikdə isə, həmin şəxs saxtakarlıq və fırıldaqlarını davam etdirərək mənə qarşı "dəlillər” axtarışındadır. Həmin adam bir neçə ay Fövqəladə Hallar Nazirliyinə (FHN) gedərək öz vəkillərinə 24 iyun hadisəsilə bağlı 7 suala cavab vermələrini tələb edib.

Onu qane edən cavabı əldə edə bilməyərək bu adam işə kriminal.az saytının rəhbəri Anar Şahin oğlu Məmmədovu da cəlb edib. Noyabrın 2-də bu saytda "Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub” adlı məqalə dərc edilib. FHN-in dərc edilmiş cavabı ilə baş vermiş hadisə arasında bir sıra uyğunsuzluq və qeyri-dəqiqliklər qeyd olunub. Elmira Axundova bu uyğunsuzluqlara mətbuatın diqqətini cəlb edərək yeniçaq.az saytının suallarını cavablandırıb.

Bütün bunlar mənə və ailəmə qarşı yeni kampaniyanın başlanmasına səbəb oldu. Və bu hadisədə ən xoşagəlməz məqam – bəzi saytların ucuz sensasiya dalınca qaçaraq, bütün əxlaqi normaları unudaraq mərhumun adının ləkələməsi, şəxsi şəkil və videolarını dərc etməsi, bununla da Günelin ailəsi və yaxınlarına yeni əzablar vermələridir. Günelin ailəsi bütün bunlardan məndən də artıq hiddətlənib və bildiyim qədər hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanlayıblar.

Sual olunur: əgər düşmənlərimin mənə qarşı hansısa etirazı varsa, o zaman nə üçün öz haqlılıqlarını sübuta yetirmələri üçün məhkəməyə müraciət etmirlər? Nə üçün çirkin kampaniyalar aparmaları üçün mətbuata müraciət etməsini üstün tuturlar? Və bütün bunlara mərhum Günel Mirzəyevanın nə aiddiyyatı var? Cavab aydındır: bu insanlar üçün müqəddəs heç nə yoxdur və onlar bütün əxlaqi dəyər və qadağaları tapdalayaraq öz istəklərinə nail olmağa çalışırlar.

Fövqəladə Hallar Nazirliyinin cavablarına gəldikdə isə, bütün bunlar həqiqətən də saxtalaşdırılıb. Vəkillərimizin sorğusundan sonra Nazirliyin rəsmi cavabını aldıq: "17 oktyabr 2017-ci il tarixdə "Criminal.az” saytının baş redaktoru Anar Şahin oğlu Məmmədov tərəfindən Günel Rəşid qızı Mirzəyevanın ölümü ilə bağlı bədbəxt hadisə barədə informasiya sorğusu verilmişdir (əlavə olunur).

30 oktyabr 2017-ci il tarixdə informasiya sorğusunda verilən suallardan biri cavablandırılmış, digər suallarla bağlı məlumatın nazirlikdə olmaması barədə ərizəçiyə cavab verilmişdir. Cavaba məktubunun surəti əlavə olunur”.

Cavab nazirliyin Sənədlərlə və Vətəndaşların Müraciəti ilə İş İdarəsinin rəisi Mehriban Səadətxan tərəfindən imzalanıb. Beləliklə də fərziyyələrimiz tamamilə öz təsdiqini tapdı...

Mənə gəldikdə isə, adi insanam, məndən hansısa bədheybət və ya avara düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, zəhmətkeş insan kimi səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün müxtəlif illərdə 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vicdanla işləyərək, vaxtı-vaxtında vergi də ödəyirəm.

Bir sözlə, binesimlə istər ətrafımdakı insanlara, istərsə də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur. Hətta yol hərəkəti qaydalarına da riayət edirəm. Hər-halda Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun məni cərimələməyib.

Mən ailəmi, Azərbaycanımı və Prezidentimi çox sevirəm. İnanın bu, gurultulu sözlər deyil. Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar. Belə olan halda soruşmaq istəyirəm: "Mühakim kimdir?”

Kriminal.az saytının saxtakaqlığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Fürsətdən istifadə edərək Baş Prokurorluğun kriminal.az saytı tərəfindən FHN-in cavablarının saxtalaşdırılması faktını araşdırmasını və günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Həmçinin mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.

Məktuba FHN-in rəsmi cavabı, eləcə də Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunun cavabı da əlavə olunub.

Xatırladaq ki, Günel Mirzəyeva 2017-ci ilin iyunun sonunda Bilgəh qəsəbəsində katerdə dəniz gəzintisi zamanı faciəvi şəkildə həlak olub. Mərhumun meyiti iyunun 29-da sahildə tapılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Xəzərdə batan modelin ailəsi müraciət yaydı

    ​Xəzərdə batan modelin ailəsi müraciət yaydı ...

    6-11-2017, 17:30

  • 
  • Dənizdə sirli şəkildə batan model Günel Mirzəyeva hamilə imiş

    Dənizdə sirli şəkildə batan model Günel Mirzəyeva ...

    10-11-2017, 16:36

  • 
  • Millət vəkili modelin ölümündə oğlunun günahı olmadığını bildirib

    Millət vəkili modelin ölümündə oğlunun günahı ...

    4-11-2017, 21:44

  • 
  • Sabir Rüstəmxanlının bacısı oğlu deputatın oğlunu şantaj edirmiş

    Sabir Rüstəmxanlının bacısı oğlu deputatın oğlunu ...

    1-07-2017, 21:00

  • 
  • Modelin batdığı yaxtada deputatın oğlu da olub - Rəsmi təsdiq

    Modelin batdığı yaxtada deputatın oğlu da olub - ...

    4-11-2017, 14:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu