GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Onların bu qərara sərt etiraz göstərmək imkanları yoxdur”

“Onların bu qərara sərt etiraz göstərmək imkanları yoxdur”

Tarix: 13-12-2017, 17:08 Bölmə :Müsahibə Baxış: 369
“Onların bu qərara sərt etiraz göstərmək imkanları yoxdur”


Zərdüşt Əlizadə: “Bundan sonra terrorçular tərəfindən öldürülən hər bir amerikalının qanı Trampın üstündə qalacaq”

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Orta Şərqdə yaranan mürəkkəb vəziyyətlə bağlı ərəbşünas Zərdüşt Əlizadənin müsahibəsini “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik.

- ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqda qərarını necə qiymətləndirirsiniz?

- Bu tamamilə məntiqidir. Cənab Tramp dedi ki, bu qərar ABŞ-ın milli maraqlarına cavab verir. Sözsüz ki, Tramp haqlıdır. Çünki ABŞ-ın milli maraqları tələb edir ki, bu ölkənin Yaxın Şərqdə imperalist siyasətində əsas alət olan İsraili sərhədsiz müdafiə etsin. İsrail xalqının deyil, məhz İsrail xalqının daxilində olan ifrat dini radikalları, ABŞ imperalist siyasətində əsas vasitə olan qüvvələri müdafiə etsin.
Bundan belə çıxır ki, beynəlxalq hüququ, fələstin xalqının hüququnu pozaraq, müsəlman dünyasının ləyaqətini alçaldaraq Tramp cənabları ABŞ-ın milli maraqlarını dünyanın mənafeyinə zidd olsa da, müdafiə edə bilər. Başqa sözlə, Tramp Amerikanın sifətini açdı, onun Yaxın Şərq siyasətində vasitəçi rolunu heçə endirdi, müsəlman dünyasını, beynəlxalq hüquqi sistemin və dünyada ədalətin düşməni olduğunu ortaya qoydu. Nəyin naminə? İsraili müdafiə etmək naminə. Niyə? Çünki İsrail ABŞ-ın transmilli şirkətlərinin Yaxın Şərqdəki keşikçisidir.

- Bu qərar hansı nəticələr yarada bilər?

- Xüsusi bir nəticə yaratmayacaq. Ərəb dövlətlərinin mütləq əksəriyyəti Amerikanın müştərisi, alətidir. Xüsusilə də Səudiyyə Ərəbistanı, Qətər və digərləri. Onların bu qərara sərt etiraz göstərmək imkanları yoxdur. Qalan dövlətlər, daha çox İran və Türkiyə etirazlarını bildirir. Ancaq onlarla hesablaşan yoxdur.

- Avropa Birliyindən tutmuş BMT-yə qədər Trampın son qərarına etiraz ifadə edilir...

- Bəli. Hətta London və Berlində buna etiraz edib. Məsələ ondadır ki, ABŞ dünyada özünə elə yer edib ki, heç kəslə hesablaşmır. Nə BMT-ni, nə beynəlxalq hüququ, nə qanunları sayır, nə də insafı, allahı, buddanı, xristianlıq ilə hesablaşmır. Özlərini elə vəziyyətə gətiriblər ki, əllərində güc, pul, qüvvə, dünyaya nəzarət və s var. Bu hadisəyə baxıb bir söz deyə bilərəm: bundan sonra terrorçular tərəfindən öldürülən hər bir amerikalının qanı Trampın üzərinə düşəcək. Çünki bu qərar beynəlxalq miqyasda terrorizm üçün əlavə stimul yaradacaq.

- Bu qərardan sonra Yaxın Şərq qarışmayacaqmı, terror daha qabarıq ortaya çıxmayacaqmı?

- Terror nədir? Terror ədalətdən məyus olan, ədalətin bərqərar olacağı ümidini itirən insanların çarəsizlikdən əl atdığı intihar üsuludur. Ağlı başında olan, düzgün düşünən, dünyada ədalətə və məhkəməyə inanan insan terrora əl atmaz. Terrora o adamlar əl atır ki, dünyada ədalətin olmadığını görür. Cənab Tramp bu qərarı ilə sübut etdi ki, dünyada ədalət yoxdur. Beləcə terrorizmin mənəvi dayaqlarını gücləndirdi.

- Bu, hansısa yeni terror qruplarının ortaya çıxmasına səbəb ola bilərmi?

- Yox! Terror qrupları onsuz da mövcuddur. Hansı ortaya çıxacaq?
İndiyə qədər istənilən qədər terror qrupları yaradılıb. Elə ediblər ki, bu terror qruplarına geniş maliyyə axını gedir, silah, başdan xarab icraçılar, əxlaqsız maliyyəçilər var. Yəni bu mexanizm işləyirsə yeniləri nə üçün yaranmalıdır? Əl-Qaida, İŞİD, Taliban var.

- Bu qərardan sonra Fələstin-İsrail münaqişəsinin taaleyi necə olacaq?

- Bu münaqişə 70 ildir mövcuddur və bundan sonra da davam edəcək.

- Bəzi şəxslər qeyd edirlər ki, dünyada səmavi dinlər üçün 3 müqəddəs şəhər-İstanbul, Məkkə və Qüds bu günə qədər müsəlmanların əlindədir. Bu halda Qüdsün müsəvilərin nəzarətinə keçməsi normaldır...

- Əslində bu səfeh, əsası olmayan sözlərdir. Bir də unutmayaq ki, əsas iqtisadi maraqlardır. Digər başqa- dini, məfkurəvi məsələlər əslində iqtisadi maraqları gizlətmək üçün istifadə edilir. ABŞ transmilli şirkətlərinin Yaxın Şərqdə maraqlarını qorumaq üçün ən gözəl vasitə İsraildir. İsraili qorumaq üçün də istənilən qiyafədən, ilk növbədə dini qiyafədən istifadə etmək olar. Reallıqda isə dinlərin buna heç bir dəxli yoxdur. Əvvəla Məkkənin yəhudiliyə və xristianlığa heç bir aidiyyəti yoxdur. İstanbul vaxtı ilə xristianlığın paytaxtı olub, ancaq 500 ildir ki, həm müsəlman şəhəridir, həm də burada xristianlara heç bir maneə yoxdur. Qüds də 3 dünya dininin beşiyi olaraq azad şəhər kimi qalsaydı, bu ən doğru addım olardı. Ancaq ortodoks ifrat yəhudi dinçilərinin israrına görə Qüdsün İsrailin vahid və toxunulmaz paytaxt elan edilməsi Qüdsün azad şəhər kimi statusunun üzərinə xətt çəkir. İkincisi də, münaqişəni daha çıxılmaz vəziyyətə, ölüm-dirim səviyyəsinə çatdırır.

- Trampın qərarının davamı olaraq Həmasa qarşı ciddi zərbələrin vurulması ehtimalı nə dərəcədədir?

- Həmasa qarşı nə edəcəklər ki? Etdiklərini ediblər də. Həmasın maliyyə qaynaqlarını kəsiblər. Bundan başqa, nizami qoşun və aviasiya vasitəsi ilə Həmasa ağır zərbələr vurublar. Həması mühasirəyə alıblar və s. Həmasda indi Fələstin Azadlıq Təşkiları ilə birləşib və vahid Fələstin hökuməti mövcuddur. Bundan artıq nə edəcəklər ? ABŞ Həmasa gedən maliyyə qaynaqlarını kəsməyə müvəffəq oldu.

- Düşünürsünüz ki, müsəlman aləmi, ərəb coğrafiyası başını aşağı salıb yaşamaqda davam edəcək?

- Yox, başını aşağı salmayacaq. Nəsə edəcəklər, amma etdiklərinin təsiri o qədər də güclü olmayacaq.

- Hazırda bu qərara daha çox Türkiyə etiraz edir, Ərdoğanın can-fəşanlığı göz önündədir. Bu mənada etirazçı müsəlman ölkələrinin Tütkiyə ətrafında toplanması ehtimalı varmı?

- Əvvəla deyim ki, Türkiyə bu məsələdə can-fəşanlıq etmir. Sadəcə olaraq bir müsəlman kimi cənab Ərdoğan öz qəzəb və etirazını bildirir. Burada can-fəşanlıq məsələsi yoxdur. Beynəlxalq miqyasda dünyada ədalətin bərqərar olmasını istəyən şəxs mövqeyini bildirməsini can-fəşanlıq kimi təqdim edilməməlidir.

- Fakt odur ki, Türkiyə daha fəaldır...

- Bəli, Türkiyənin bu fəallığı ərəb ölkələri ilə müqayisədə ortaya çıxıb. İran da ciddi etiraz edir. İran həm də Beynəlxalq Qüds Günü elan edib, ildə bir dəfə toplaşaraq müsəlmanlığı və Qüdsü xatırlayırlar.
Sözsüz ki, cənab Ərdoğanın bu fəallığı və mövqeyi müsəlman və ərəb dünyasında ona rəğbəti gücləndirəcək.

- Söz Ərdoğandan düşmüşkən, onun 65 ildən sonra Afinaya səfərini necə şərh edərsiniz?

- Türkiyə prezidenti Ərdoğanın 65 ildən sonra Yunanıstan paytaxtı Afinaya rəsmi səfərini yüksək qiymətləndirmək lazımdır. Gərgin də olsa danışıqlar danışıqların olmamasından daha yaxşıdır. İlk öncə bu səfər və müzakirələr mövqeləri müəyyən edir, fikir ayrılıqların nədən ibarət olduğunu ortaya çıxarır və az da olsa müəyyən məsələdə ümumi razılığa gəlməyə kömək edir, hansısa şübhə və qorxuları aradan qaldırır.
Bu səfərlə müəyyən edilir ki, hansı məsələlərdə danışmaq mümkündür, hansı məqamları sonraya saxlamaq lazımdır. Yunanıstanla Türkiyə arasında zəngin tarix var. Yunan xalqının təsəvvüründə indiki Türkiyə torpaqlarının əksəriyyəti qədim yunan torpaqlarıdır. 500 il indiki Yunanıstan Türkiyənin ərazisi, müstəmləkəsi olub. Sonradan rusların və Avropanın köməyi ilə yunanlar Türkiyə əsarətindən çıxaraq müstəqil dövlət olub. Yəni zəngin və mürəkkəb tarix var. Yunanlar özlərini Bizansın varisi hesab edirlər. Bizansın paytaxtı olan Konstantinapol da indiki İstanbuldur, Türkiyə ərazisidir. Bu, onların keçmişidir. Ancaq həm Türkiyə, həm də Yunanıstan NATO kimi hərbi ittifaqın üzvləridir və qonşudurlar. Onların tarixlərində inamsızlıq və ədalətsizliklə yanaşı dostluq və sevgi hadisələri də var. Danılmaz tarixdir ki, bu xalqların bir-birinə mədəniyyətdə, musiqi və adət-ənənələrdə böyük təsirləri olub. Türklər yunanları əsla inkar etmirlər, hətta yunan tarixini öz tarixinin tərkib hissəsi sayır. Bu da türklərin əqli üstünlüyünün göstəricisidir. İndiki halda yunan-türk çəkişməsi və ədavəti ilə yanaşı danışıqlar prosesi də gedir. Qərb dövlətləri arasında Yunanıstan əzmlə Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olmasını dəstəkləyir və bunu özü üçün xeyirli hesab edir. Bilir ki, vahid ərazi olsa ədavət də azalar. Mən cənab Ərdoğanın Yunanıstan səfərini yüksək qiymətləndirirəm və bu sülhə xidmət edən addımdır.

- Ancaq arada Kipr problemi də var...

- Bu problemdə yunanların da, türklərin də günahı var. Yunanların günahı odur ki, türkləri qırmağa və etnik təmizləməyə məruz qoyamağa başlamışdılar. Türklərin də günahı odur ki, bu əraziləri tutanda xeyli yunanı qovub. Ancaq digərlərindən fərqli olaraq Kipr məsələsində Türkiyə və Yunanıstan bir-birinə qarşı müsbət addımlar atıb. Deyərdim ki, Türkiyə daha çox müsbət addım atıb, güzəştə getməyə hazır olduğunu göstərib. Annan planı vardı. Bu planı Türkiyə qəbul etdi, amma Kipr yunanları qəbul etmədi. Bu göstərdi ki, Ankara konstruktiv mövqe tutur, barışa hzırdır. Bu da Türkiyənin dövlətçilik təfəkkürünü aydın nümayiş etdirdi.
Nəzərə alın ki, həm Türkiyədə yunan icması, həm də Yunanıstanda türk icması mövcuddur. Bu hər iki xalq və dövlət üçün mübət amildir. Onu göstərir ki, xalqlar arasında etnik ədavət yoxdur. Yunanıstandakı türk icması və Türkiyədə ki, yunan icmasının olması bu iki xalqın birgə yaşamasının mümkünlüyünün göstəricisidir. Ərdoğanda bu məqamı nəzərə alır. Bu mənada hesab edirəm ki, Ərdoğanın Yunanıstan səfəri vaxtında və zamanında atılan doğru siyasi addımdır. Məncə, bu səfərin əhəmiyyəti və nəticəsi olacaq, iki xalq bir qədər də yaxınlaşacaq.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp bu gün qərar verir: İslam dünyası şokda

    Tramp bu gün qərar verir: İslam dünyası şokda ...

    6-12-2017, 15:42

  • 
  • Yaxın Şərqdə yeni müharibə ocağı: Bu savaş daha dəhşətli olacaq

    Yaxın Şərqdə yeni müharibə ocağı: Bu savaş daha ...

    6-12-2017, 15:57

  • 
  • Trampın Qüds qərarı: Livandakı ABŞ səfirliyi qarşısındakı nümayiş zamanı zorakı toqquşmalar baş verib

    Trampın Qüds qərarı: Livandakı ABŞ səfirliyi ...

    11-12-2017, 10:39

  • 
  • ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdı

    ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdı ...

    6-12-2017, 22:49

  • 
  • BƏƏ Trampın Qüdslə bağlı qərarını "terrorçulara hədiyyə" adlandırıb

    BƏƏ Trampın Qüdslə bağlı qərarını ...

    10-12-2017, 14:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu