Livanda prezident Donald Trampın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımaq qərarına qarşı ABŞ səfirliyinin yaxınlığında keçirilən aksiya zamanı zorakı toqquşmalar baş verib.
Təhlükəsizlik qüvvələri Beyrutda səfirliyin yaxınlığında bayraq yellədərək etiraz edən kütləni dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Bundan əvvəl Ərəb Liqası ABŞ-ın qərarını tənqid edib. Liqa bildirib ki, ABŞ hazırda Yaxın Şərqdə sülh yaradıcısı ola bilməz. Aksiya iştirakçıları səfirliyin yaxınlığında olan küçədə daş və fişəng atıb. Təhlükəsizlik qüvvələri səfirlik kompleksinə aparan əsas yolu barrikadalayıb. Yerli media məlumat verib ki, bəzi aksiya iştirakçıları kompleksə girişi yararaq tikanlı məftillərə dırmanmağa çalışıb. Əksəriyyəti qara və ağ şərf geyinmiş nümayişçilər cənab Trampı pisləyən şüarlar səsləndiriblər. Bir qrup isə ABŞ prezidentinin müqəvvasına od vurub. Livan İsraildən qaçmış yüz minlərlə Fələstin qaçqınının sığınacaq yeridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?