GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Amerika dərin dövləti Trampın hakimiyyətdən uzalaşdırmağa hazırlaşır”

“Amerika dərin dövləti Trampın hakimiyyətdən uzalaşdırmağa hazırlaşır”

Tarix: 8-01-2018, 12:17 Bölmə :Müsahibə Baxış: 385
“Amerika dərin dövləti Trampın hakimiyyətdən uzalaşdırmağa hazırlaşır”


Sülhəddin Əkbər: “Onun hədəfləri əslində Rusiya və Çinin hədəfləri ilə üst-üstə düşür”

ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Milli Təhlükəsizlik Strategiyası dünyada ciddi müzakirə mövzusudur. Bu mövzuda “Gündəm Xəbər”in suallarına təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər cavab verərək sözügedən sənəd, onun başlıca hədəf və məqsədləri haqda danışıb.

- Sülhəddin bəy, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik strategiyasını açıqlayıb. Bu sənədlə bağlı ilkin təəssüratınız nədən ibarətdir?

- Söhbət 70 səhifəlik sənəddən gedir. Hələlik bu sənədin ana xəttləri və başlıca istiqaməti ilə tanışıq. Görünən odur ki, Tramp seçki öncəsi verdiyi vədlərin milli təhlükəsizlik strategiyası sənədində əks etdirilməsinə çalışıb. Sənəddə hər şeydən öncə ABŞ-ın milli maraqlarının qorunması ön plana çəkilib və bu da təbiidir. Hər bir dövlət ilk növbədə öz milli maraqlarını öndə tutur.
İkincisi, Tramp seçkiqabağı kampaniyasında “Hər şeydən öncə Amerika” şüarını səsləndirirdi, deyirdi ki, Amerikanı böyük etmək niyyəti var. Bu mənada çalışıb ki, milli təhlükəsizlik strategisiyasında da bu şüar öz əksini tapsın.
Üçüncüsü, ABŞ-ın oturuşmuş milli təhlükəsizlik konsepsiyası var. Bu mənəda Trampın təhlükəsizlik strategiyasında Rusiya və Çinin başlıca qlobal təhdid kimi göstərilməsi də gözləniləndir. Eyni zamanda İran və Şimali Koreyanın təhdid kimi qeyd edilməsi də başa düşüləndir. Prinsipcə, Trampın yeni adlandırdığı təhlükəsizlik strategiyasında əslində yeni bir şey yoxdur. Nəzərə almaq lazımdır ki, Mark Master bu sənəd elan edilməzdən əvvəl əsas ana xətləri elan etmişdi. Düşünürəm ki, Tramp hakimiyyətə gəldikdən sonra apardığı siyasətin başlıca xətləri yeni sənəddə öz əksini tapıb. Başlıca təhdid olaraq Rusiya və Çin, regional təhdid olaraq İran və Koreya göstərilib. Eyni zamanda sənəddə qlobal təhdidlər sırasında beynəlxalq terrorizm göstərilir.
Dördüncüsü, ABŞ-ın əvvəlki təhlükəsizlik konsepsiyasında ABŞ və müttəfiqlərinin birgə hərəkətinə, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilirdi. Trampın strategiyasında isə buna rast gəlinmir. Trampın sənədində daha çox ABŞ-ın tək hərəkət edəcəyi, öz maraqlarına daha çox önəm verəcəyi hiss edilir. Deyərdim ki, Trampın təhlükəsizlik strategiyası ilə əvvəlki prezidentlərin qəbul etdiyi təhlükəsizlik strategiyaları arasında əsas fərqlər taktikilarla bağlıdır, strateji hədəflərdə ciddi dəyişiklik yoxdur.

- Prezident Obamanın təhlükəsizlik strategiyasında Çin Amerikanın portniyoru kimi təqdim edilirdi. Tramp isə Çini ABŞ-ın zəifləməsinə çalışan dövlət kimi təqdim edir...

- Bunun konkret səbəbi var. Çin Kommunist Partiyasının sonuncu qurultayında partiyanın rəhbəri bəyan etdi ki, Çin dövləti 2030-cu ildə qlobal liderlik iddiasını ortaya qoymağa çalışır. 2030-cu ilə də çox qalmayıb və strateji baxımdan 12 illik müddət böyük zaman hesab edilmir.

- Trampın strategiyasında Misir və Səudiyyə Ərəbistanı ABŞ-ın əsas müttəfiqi kimi göstərilir, ancaq Türkiyədən bəhs edilmir. Sizcə, niyə?

- Bir daha qeyd edim ki, bu sənəddə yenilik yoxdur. Trampın hakimiyyətə gəldiyi gündən indiyə qədər apardığı siyasətin ana xəttləri strategiyada öz əksini tapıb. Trampın İranı hədəfə çıxarması, anti-İran koalisiyasını yaratması və burada Misirlə Səudiyyə Ərəbistanını əsas müttəfiq kimi görməsi əslində bəllidir. Bu ilin may ayından əslində bu siyasətin reallaşdırılmasına strat verilib. Deməyim odur ki, faktiki olaraq reallaşdırılan bu siyasətin təhlükəsizlik strategiyasına salınması “yenilik” hesab oluna bilər.

- Türkiyənin adının çəkilməməsi məsələsi haradan qaynaqlanır?

- Türkiyənin adının çəkilməməsi Ankara-Vaşinqton gərginliyindən doğur. Bir tərəfdən ABŞ administrasiyası Türkiyəyə əvvəllər olduğundan fərqli olaraq indi səmimi müttəfiq kimi yanaşmır. Çünki yeni dünya nizamının qurulmasında, xüsusilə, Orta Şərqdə Ankara və Vaşinqtonun maraqları toqquşur. Digər tərəfdən, ABŞ həddən artıq Türkiyənin üzərinə gəlir, Ankaranı qıcıqlandırır. Milli təhlükəsizlik strategiyası isə milli təhükəsizlik sahəsində əsas fundamental sənəddir. NATO müttəfiqinin adının bura salınması ola bilsin ki, siyasi-diplomatik və etika baxımından doğru olmazdı. Yəni bu durum real siyasi vəziyyəti əks etdirir.

- Bu strategiya ilə sanki ABŞ inteqrasiya prosesinə yox deyir, immiqrasiya məsələləri ilə əlaqədar sərhədlərini qapayaraq 50 il əvvələ gedir. Buna səbəb nədir?

- Məncə, bu sənədi dərindən analiz etsək görərik ki, Tramp və komandasının Rusiya ilə münasibətləri dərin qatlarda yatır. Sənəddəki taktiki dəyişikliklər, onun kökləri Tramp və komandasının Rusiya ilə münasibətlərinə gedir.

- Fikirlərinizi genişləndirə və əsaslandıra bilərsinizmi?

- Diqqət edirsinizsə, Trampın təhlükəsizlik strategiyası Amerika liderliyinə dəstək və yardımçı olan bütün institutlara qarşı çıxır. Əvvəlcə bunu daha açıq ifadə edirdi. Təzyiqlərdən sonra ritorikasında bir qədər geri çəkilib, amma hərəkətlərində geri çəkilmiş kimi görünmür. NATO-ya, Avropa Birliyinə, Trans Atlantik məsələlərə münasibət, Asiya-Sakit okean zonasında Azad Ticarət və Sənaye anlaşmasından çıxmaq kimi məqamları nəzərdə tuturam. Sonuncu müqaviləyə oxşar bir razılaşmanın ABŞ-Avropa Birliyi arasında əldə edilməsi gözlənilirdi. Bunların hamısı ABŞ-ın dünya liderliyinə dəstəyi və yardımçı xarakter daşıyırdı. İndi isə dünya liderliyinə idda edən Rusiya və Çin dövləti var. Tram pin məlum hədəfləri əslində Rusiya və Çinin hədəfləri ilə üst-üstə düşür. Mənə elə gəlir ki, Trampın ABŞ milli maraqlarına vurduğu başlıca zərbə bundan ibarətdir. Düşünürəm ki, ABŞ-ın özün də bu məsələlərin üstü nə zamansa açılacaq.

- Tramp strategiyasında iqlim kimi mühüm məsələyə də yer ayrılmayıb...

- Bəli. Bir dövlətin qlobal liderliyinin göstəricisi həmin dövlətin dünyada sülh, sabitlik, təhlükəsizlik, eyni zamanda qlobal məsələlərdə aktiv iştirak etməsidir. Trampın tutduğu xətt isə tam olaraq bunun əksidir. Bu da Rusiya və Çinin, eyni zamanda qlobal liderlik iddiasında olan, amma hələlik bu iddiasını ortaya qoymayan güc mərkəzlərinin, ABŞ-ın qlobal liderliyindən narazı olan dövlətlərin maraqları ilə üst-üstə düşür.

- Əgər dedikləriniz ciddi təhlilin nəticəsidirsə, bu zaman ABŞ-da siz dediklərinizi nəzərə almırlarmı?

- Amerika dərin dövləti Trampın hakimiyyətdən uzalaşdırılması proseduruna başlayıb. Həm Respulikaçılar, həm də Demokratlar partiyasından olan dərin dövlətin nümayəndələri bunun ciddi müzakirəsini aparırlar və bu istiqamətdə addımlar atmağa hazırlaşırlar. Yəqin ki, yaxın aylarda mətbuat bu haqda daha geniş yazacaq.

- Yeri gəlmişkən, Trampın təhlükəsizlik konsepsiyanın açıqlaması ilə paralel olaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompey Səudiyyə Ərəbistanına səfər edib. Bu səfəri necə qiymətləndirmək olar?

- Bu sadəcə olaraq, ABŞ-ın Yaxın Şərq siyasəti, eləcə də bu siyasətin müsəlmanlar arasında yaratdığı reaksiya ilə bağlıdır. Bütün müsəlman dünyasında Tramp administrasiyası və Amerikaya münasibət pisləşib. Bu daha çox Qüds qərarı ilə bağlıdır. ABŞ isə öz niyyətindən geri durmaq niyyətində deyil. Odur ki, yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və İsraillə birgə hərəkət etməyə davam edəcək. Görünür, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi də Qüds qərarından sonra vəziyyəti yerində öyrənmək üçün regiona səfər edib.

- ABŞ-ın vitse-prezidenti Mayk Pencenin yanvarda baş tutacaq Misir və İsrail səfərindən nə gözlənilir?

- Mayk Pensin bu səfəri əvvəlcədən nəzərdə tutulurdu. Sadəcə olaraq, Vaşinqtonun Qüds qərarından sonra bu səfər ertələndi. Səfər 2018-ci ildə baş tutacaq. Hesab edirəm ki, bu səfərə də ABŞ-ın müsəlman ölkələri və İsraillə münasibətləri kontekstində baxmaq lazımdır.

- Rusiya ordusunun Suriyadan çıxarılmasını necə qiymətləndirmək olar?

- Nəzərə almaq lazımdır ki, Rusiyanın Suriyada dəniz və hava bazası var. Üstəlik bu hərbi bazalar həm genişləndirilib, həm də möhkəmləndirilib. Yəni Rusiya prezidentinin ordunu Suriyadan çıxarmaq haqda qərarı yanlış başa düşülməməlidir. Rusiya hərbi baxımdan Suriyanı tərk etmir. Əksinə, Rusiya Suriyada çox güclü hərbi varlığı var. Bu qərarla sadəcə olaraq Suriyada ehtiyac qalmayan birliklər çıxarılır. Bu da daha çox İŞİD-lə aparılan mübarizədə qət edilən yolla və Rusiyada yaranan hazırkı durumla bağlıdır. İkinci səbəb kimi onu deyə bilərəm ki, Rusiya, İran və Suriya ABŞ-a qarşı növbəti diplomatik-siyasi həmləyə hazırlaşır. Burada daha çox bütün xarici qoşunların Suriyadan çıxarılması tələb oluna bilər. Bildiyiniz kimi ABŞ Suriyada hərbi baxımdan legitim iştirakçı deyil. Üçüncü məsələ isə Rusiya daxilində yaranan durumla əlaqəlidir. Xüsusilə şimal qonşumuzda yaranan maliyyə-iqtisadi problemlərlə bağlıdır. Fikrimcə, Rusiyanın bu addımından sonra Amerika Suriyada daha çox hərbi iştirakçılığa cəhd edəcək. Əslində bu yanlış yanaşmadır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Suriyada hərbi iştirakçılığı zəif deyil. Bəzi kəşfiyyat məlumatlarına görə, Suriyada ABŞ-ın 12, bəzi xəbərlərə görə isə 13 hərbi bazası var. ABŞ Suriyada bundan artıq hərbi baza saxlamaz.

HÜSEYN ABBASOĞLU
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Tramp milli təhlükəsizlik strategiyasını açıqladı

    Prezident Tramp milli təhlükəsizlik ...

    19-12-2017, 14:03

  • 
  • ​ABŞ dünyanı üç hissəyə BÖLDÜ: “Rusiya və Çin...”

    ​ABŞ dünyanı üç hissəyə BÖLDÜ: “Rusiya və Çin...” ...

    18-12-2017, 20:19

  • 
  • Prezident Tramp milli təhlükəsizlik strategiyasını açıqladı

    Prezident Tramp milli təhlükəsizlik ...

    19-12-2017, 11:41

  • 
  • Tramp Twitter-də Putin haqda yazdı

    Tramp Twitter-də Putin haqda yazdı ...

    24-12-2016, 11:01

  • 
  • Tramp: Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb

    Tramp: Demokrat Partiyanın Milli Komitəsinin ...

    26-02-2017, 23:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu