Tanınmış jurnalist, keçmiş ANS Şirkətlər Qrupunun rəhbərlərindən biri olmuş Mirşahin Ağayev sosial şəbəkədə telekanal işçilərini ağ yuyub, qara sərib. Peşəkarlığı ilə Azərbaycan jurnalistliyinə öz möhürünü vurmuş Mirşahin qış yuxusuna getmiş həmkarlarını “oyanmağa” çağırıb:
"... İran İslam Respublikasında nə baş verir? Kim baş verir? Hörmətli televiziya kanallarımız! Bəlkə bir “Bismillah” edəsiniz? Göstərəsiniz nəsə? Nəyi gözləyirsiniz? Gözləyirsiniz ki, yenə ANS başlasın, siz də kölgəsini qılınclayasınız? Mənə televiziya dərsi keçə, peşəkarlıqdan vəzzariyyat oxuyasınız? Göstərmir ANS! Və ya ANS bu gün sizi, bacarığınızı, “cəsarətinizi göstərir”.
Baxdım, çox sağ olun. Bir göstərdiniz Ermənistanda qar yağıb, bir-iki maşın batıb, onları da itələyirlər. Əla! Bəs bizim qarda batan, itkin düşən alpinistlərimiz? Hanı hadisə rayonundan hər saatdanbir verilməli olan qaynar xəbərləriniz?! Bəs batan televiziyalarımızı kim itələyəcək?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?