Mirşahin bu saytları məhkəməyə verdi ANS” Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib.
“Qafqazinfo” xəbər verir ki,ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: Aznews.az, Interpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az.
Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?