GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Aksiyaların Təbrizə aidiyyəti olsaydı, Təbriz elə birinci olardı”

“Aksiyaların Təbrizə aidiyyəti olsaydı, Təbriz elə birinci olardı”

Tarix: 19-01-2018, 19:51 Bölmə :Müsahibə Baxış: 340
“Aksiyaların Təbrizə aidiyyəti olsaydı, Təbriz elə birinci olardı”


Mirmahmud Mirəlioğlu: “Bu sadəcə olaraq, “dəli Nəzərəm, belə gəzərəm”likdən başqa bir şey deyil”

Son dövrlər dünyada və regionda baş verən proseslərlə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik.

- Mirmahmud Ağa, qonşu İranda baş verən son aksiyalara münasibətiniz necədir?

- Müxtəlif yanaşmaların şahidi olduq. Amma kimin nə deməsindən asılı olmayaraq bu aksiyalar imperiyanın gec və ya tez sonunun çatacağının göstəricilərindən biri idi. İnsan haqları pozulan, insanlara zülm edilən, millətlərə elementar öz dilində məktəbinin açılmasına imkan verilmədiyi bir yerdə, bu baş verməlidir. Bu halda cümhuriyyətin adını istərsən islam qoy, istərsən başqa ad qoy, bunun məsələyə dəxli yoxdur. Allahın əleyhinə olan bir yerdə bu haadisələr olmaldır. Ancaq aydındır ki, bizim bu məsələlərə başqa bir baxışımız var. Bu da Azərbaycanın bütövlüyü, orada azərbaycanlıların haqqının qorunması məsələsi var. Dünyanın isə başqa bir baxış bucağı, yanaşma tərzi var.

- Deyirsiniz ki, dünyanın İrana baxışı fərqlidir. Söhbət hansı baxış fərqindən gedir?

- Dünya nəzərdə tutur ki, orada iqtisadi vəziyyət pisdir, sosial durum ağırdır. Hətta Amerika İran məsələsini BMT-də, onun Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa çalışır. Ancaq nəzərə almırlar ki, BMT yranan ilk gündə onun gündəmində Azərbaycan məsələsi var idi və bu günə qədər həmin məsələyə baxılmayıb. Demək istərdim ki, bizim və dünyanın İran proseslərinə baxış bucaqları fərqlidir. Dünyanın baxışında siyasi məsələ, öz iddiaları, müsəlman coğrafiyasında yeni ocaqların yaradılması, Suriya, İraq və ya Əfqanıstanın təkrarlanması kimi məsələləri var. Bunlar tam başqadır. Aydındır ki, bizdə belə məsələlərin əleyhinəyik və bunu arzu etmirik. Bir sözlə, dünyanın baxışı ilə bizim baxış arasında üst-üstə düşən və düşməyən məsələlər var.

- Bu aksiyalarda Güney Azərbaycan şəhərlərinin mövqeyi haqda nə deyə bilərsiniz?

- hesab edirəm ki, oradakı soydaşlarımız ortaya haqlı mövqe qoydu. Soydaşlarımızın özünün təşkil etmədiyi, özünün olmadığı bir məsələdə azərbaycan insanının iştirak etməməsi tamamilə doğrudur. Və sükutu ilə də dünyaya sübut etdi ki, mən varam. İştirak etmədi, ona görə ki, özü bu prosesə başlamamışdı. Aksiyaların Təbrizə aidiyyəti olsaydı, Təbriz elə birinci olardı. Son 100 illikdə Təbriz üç dəfə inqilab edib. Bu zaman Təbrizə özündən başqa kim dəstək verdi ki? Heç dünyada dəstək vermədi. Səttarxan, Xiyabani və Pişəvəri hərəkatları oldu, bu hərəkatlar özünə hökumət də belə qurdu. Və həmin anlarda da dünya Azərbaycanı dəstəksiz qoydu. Pişəvəri hərəkatından sonra Azərbaycan məsələsi dünyanın gündəminə gəldi. II Cahan Savaşından sonra BMT yaradıldı və Azərbaycan məsələsi də gündəlikdə olan ilk məsələlərdən biri idi. İndiyə qədər də müzakirə edilməmiş formada qalıb.

Mənim fikrimcə, kimsəninsə Təbrizə yol göstərməsi də doğru deyil. Təbriz dünyanın gedişatından xəbərdardır. Odur ki, ona yol göstərmək yaramır, müdaxilə etmək isə ümumiyyətlə mümkün deyil. Bu şəhər öz işini yaxşı bilir.

- Bu proses İranın daxilində qaynaqlanırdı, yoxsa xaricdən?

- Bu prosesdə hər iki amil var idi. Amma bu məsələdə başqa cəhətdə ola bilər və biz bunu indi dəqiqliklə bilmirik. Yəni rejim özünü müdafiə etməyə hesablanan addımlar atır və onun da bu prosesdə hansısa formada iştirakı var. İstər mühafizəkar, istərsə də islahatçıların bu prosesdə iştirakı mövzusu var.

- Qərb İrandan yeni Suriya və ya İraq düzəltmək niyyətindədir?

- Mən birmənalı deməzdim. Amma şübhəzis ki, qərbin öz siyasəti var. Üstəlik qərbin türk-müsəlman dünyasına, bütövlükdə islan coğrafiyasına özəl yanaşması var. Burada da kimsəni də kənara almır. Yəni qərb ayır-buyur siyasətində hamımıza eyni gözlə baxır.

- Bundan sonrakı mərhələ üçün proqnozunuz nədən ibarətdir?

- SEPAH-ın generalı maraqlı bir açıqlama verdi. Dedi ki, bu proses bitdi. Bu o deməkdir ki, proses idarə edildi və tamamlandı. Sonra nə olacaq sualını yaşayıb görərik. Hər halda proses indi səngiyib, araşdırmalar aparılır, həbs edilənlər var və s. Bu mərhələ bitdi. Növbəti mərhələnin necə olacağını zaman göstərəcək. Əgər bu proses daxildəndirsə, deməli bitməmiş məsələdir. Sadəcə fasilə mərhələsi yaşanır. Yox, əgər kənardandırsa, bu halda da proseslər davam edə bilər. Hazırda sabahla bağlı heç kim konkret söz deyə bilməz.

- Yeri gəlmişkən, ABŞ prezidentinin Qüdslə bağlı qərarı və ondan sonra baş verən proseslər müzakirə mövzusu olaraq qalır...

- Bu daha çox Pyotrun vəsiyyətinə bənzəyir. O da İstanbulu paytaxt kimi görmək istəyir və nələrsə deyirdi. İkincisi, dünyada belə bir təcrübə yoxdur. Müasir İsrail dövlətinin necə yarandığı, tarixi hər kəsə bəllidir. Ancaq bu prosesdə qəribəlik odur ki, bir dövlət başqa bir dövlət üçün paytaxt müəyyən edir. Bu sadəcə olaraq, “dəli Nəzərəm, belə gəzərəm”likdən başqa bir şey deyil. Görünür, heçdən bir problem yaratmaq lazım idi və bu da yaradıldı. Trampın qərarının mahiyyəti bundan ibarətdir.

İndi həm də İsrail baş naziri Netanyahu barəsində öz ölkəsində cinayət işi açılıb. Görünür, bu məsələ arxa plana keçməlidir, ABŞ da İsraili nəyin bahasına olursa-olsun, müdafiə etməli, problemlərini aradan qaldırmalıdır. Əslində, bu, dünyanın diqqətini mühüm məsələlərdən yayındırmaqdan başqa bir şey deyil.

- İslam ölkələrinin bu qərara reaksiyasını necə qiymətləndirmək olar?

- İslam aləminin bu məsələyə münasibətinin birmənalı olduğunu demək olmaz. Dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçirildi. Azərbaycan da bu tədbirdə iştirak etdi. Azərbaycanın bu tədbirdə iştirakı islam dövlətlərinin Azərbaycanı işğal edən, məscidləri dağıdan Ermənistanla dostluğun qəbuledilməz olduğunun vurğulanması baxımından əhəmiyyətli idi.

Qüds məsələsi isə İslam Əməkdaşlıq Təşkilatının və islam aləminin məsələsi deyil. Bu məsələ müzakirə edildikkcə islam ölkələri daha çox səhvə yol verirsə, bu məsələ daha çox dini müstəviyə çəkilirsə, bu, doğru deyil. Nəzərə almaq lazımdır ki, Qüds dini deyil, siyasi məsələdir. Bunu dini istiqamətə çəkəndə islam aləminin parçalanmasına meyl güclənir. Ələlxüsus, sünni- şiə məsələsi gündəmə gəlir və bu zaman Pyotru yada salmalı oluruq. Pyotr bəyan edirdi ki, biz nə qədər islam dünyasına qalib gəlməmişik, sünni-şiə davasını qızışdırmaq lazımdır. Bu mənada müasir dövrümüzdə sünni-şiə məsələsini kim dilinə gətirirsə, statusundan asılı olmayaraq, Pyotrun nəvəsidir, törəməsidir və onun vəsiyyətini yerinə yetirir.

- ABŞ qərarını verdi, islam aləmi buna reaksiya göstərdi. Bundan sonra nə olacaq?

- Heç nə olmayacaq. Qərar verilib və tarixdə qalacaq. Proses bir müddət davam edəcək. Bu gün İsraillə əməkdaşlıq edən istədiyiniz qədər müsəlman ölkəsi var. O cümlədən Azərbaycanın da İsraillə yaxın əlaqələri var. Türkiyənin də geniş əlaqələri mövcuddur. Bu əlaqələrə heç bir ziyan gəlməyəcək. Növbəti həftədə növbəti addım olacaq, dünya siyasətinin gündəmi dəyişəcək və Qüds prosesi unudulacaq. Bununla da məsələ bitdi. Xatırlayırsınızsa, buna qədər Trampın digər qərarı olmuşdu. Bu qərara əsasən, beş müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişinə məhdudiyyət qoyulurdu. Bu qərar nə oldu? Təbii ki, gündəmdən çıxdı, yada düşmədi. Amma bunu bir quş qoymaq xatrinə də qəbul etmək olmaz. Baxın, biz açıq deyirik ki, İrəvan Azərbaycan torpağıdır, Bütöv Azərbaycana aid ərazilərimizi, şəhərlərimizi sayırıq. Bəyəm biz dediklərimizi həyata keçirə bilirkmi? Təbii ki, yox. Amma bu gün Qüdslə bağlı qərarı verən şəxsin ölkəsi dünyada super gücdür, dünyanı idarə edən dövlətdir. Həmin qərarı verənin səviyyəsindən asılı olmayaraq, bu dövlət güclü dövlətdir. Ona görə də bu dövlətin lideri istədiyi işi görəndə, addım atanda və ya qərar verəndə bu, ciddi təsirə malik olur. Lakin sıradan bir dövlət hansısa addım atanda bunun təsiri olmur. Amma dövləti nə qədər güclü olursa-olsun, əgər haqlı deyilsə, problemi həll etmədən yeni problem yaradırsa, deməli, bu heç nəyə lazım olmayan bir qərardır. Növbəti mərhələdə unudulub gedəcək.

- Bu dini məsələdir və islam, musəvilik və xristianlıq arasında qarşıdurmanı görükləyirmi?

- Məsələni dini müstəviyə gətirmək doğru deyil. Adını çəkdiyiniz dövlətlərin hamısında ağıllı, tarixə baxışı ədalətli olan dövlət başçıları, cəmiyyət var. Və onlar irəliyə baxırlar. Biz islam aləmi bunu dini müstəviyə gətirməklə yanlışlığa yol veririk. Bu siyasi müstəvidə müzakirə və həll ediləcək məsələdir. Dini müstəvidə olanda gərək katoliklərlə pravoslavlar bölünsünlər. İslam aləmində sünni və şiə məzhəbi məsələsini qaldıran yaramazlar var. Siyasətdən, islamdan xəbəri olmayan adamlar var və nə dediklərinin fərqində deyillər. İndiki halda ən səhv istiqamət məsələni din müstəvisinə gətirməkdir. Məsələn, dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçirildi, orada qərar verildi və bu qərarın BMT-də müzakirəyə çıxarılacağı gözləniləndir. Ancaq buna qədər əslində bir sıra işləri görmək və sonda qərar vermək lazım idi. İndi nə baş verir? Hamı diqqətini bu məsələyə yönəldir, ancaq digər tərəfdə Suriya məsələsi həll edilir, bir azdan İraq məsələsi həll olunacaq və s. Yaxın Şərqdəki məsələləri hər kəs öz xeyrinə həll etməyə çalışır. Bu da düşünülən və planlaşdırılan məsələdir.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu

    Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu ...

    16-10-2015, 14:20

  • 
  • Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı

    Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı ...

    18-09-2014, 02:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu